Məhkəmə qərarları › İş №e-2-2(113)-4629/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4629/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4629/2023 24.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəlikləri, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən RA/HZR 19/07/22 nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə ödənilməli olan 26848 (iyirmi altı min səkkiz yüz qırx səkkiz) manat məbləğində borcun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında RA/HZR 19/07/22 nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə icraçı qismində çıxış edən iddiaçı 2022-ci il üzrə - 46381 (qırx altı min üç yüz səksən bir) manat, 2023-cü il üzrə - 34891 (otuz dörd min səkkiz yüz doxsan bir) manat olmaqla, ümumilikdə 81272 (səksən bir min iki yüz yetmiş iki) manat məbləğində turist xidmətləri təşkil etmiş, sifarişçi qismində çıxış edən cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh göstərilmiş xidmətlərin dəyərini ona tam olaraq ödəməmiş və beləliklə, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıya ödənilməli olan məbləğdən yalnız 54424 (əlli dörd min dörd yüz iyirmi dörd) manat məbləği ödəmişdir. Yerdə qalan 26848 (iyirmi altı min səkkiz yüz qırx səkkiz) manat məbləğində borc isə cavabdeh tərəfindən bugünkü tarixədək ödənilməmişdir. Qeyd edilir ki, məsələ ilə bağlı iddiaçı tərəfindən cavabdehə 11 iyul 2023-cü il tarixli pretenziya məktubu ilə müraciət edilsə də, cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Həmçinin Cavabdeh MMC xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında da iştirak etməmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən RA/HZR 19/07/22 nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilə üzrə İddiaçı MMC-yə ödənilməli olan 26848 (iyirmi altı min səkkiz yüz qırx səkkiz) manat məbləğində əsas borc və 28491,41 (iyirmi səkkiz min dörd yüz doxsan bir manat qırx bir qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 55339,41 (əlli beş min üç yüz otuz doqquz manat qırx bir qəpik) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 465.2-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə müştəri qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə RA/HZR/19/07/22 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən hazırkı müqavilənin predmetini Rayda tərəfindən müştəriyə (şəxsə və ya qrup halında şəxslərə) müqavilə ilə müəyyən edilmiş turist xidmətlərini göstərməyi, müştəri (şəxs və ya qrup halında şəxslər) isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdələrinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Rayda müştərinin sifarişi ilə ona biznes, turist və digər səyahətlər üzrə təşkilati xidmətləri göstərməyi öhdəsinə götürür, o cümlədən: 2.1.1. aviabiletlərin təqdim edilməsi; 2.1.2. mehmanxanalarda yerlərin bron edilməsi; 2.1.3. xaricdə olduğu müddətdə bədbəxt hadisələrdən və qəfil xəstəliklərdən sığortalanması; 2.1.4. səyahət sənədlərinin çatdırılması; 2.1.5. transfer; 2.1.6. viza dəstəyi. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Rayda müştərinin istəyi ilə müxtəlif növ konfrans və simpoziumların, o cümlədən seminar, və treyninqlərin yüksək səviyyədə həyata keçirilməsində dəstək göstərə bilər. Həmin tədbirlərin xüsusi konfrans zalları ilə lazımi müasir texniki avadanlıqlarla və inventarlarla təchiz olunmasını öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan xidmətlər Rayda tərəfindən müştərinin sifarişi ilə göstərilir. Müştəri bir və ya bir neçə (bütün) xidmətləri seçmək hüququna malikdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən Rayda əlavə razılaşma ilə müştəriyə bu müqavilədə nəzərdə tutulmayan (nəqliyyat vasitələrinin icarəsi, karqo xidmətləri, hüquqi xidmətlər, tərcümə xidmətləri və s.) xidmətlərinin göstərilməsi üçün vasitəçi qismində çıxış edə bilər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün Rayda müştəri tərəfindən müəyyən edilmiş sahədə fəaliyyət göstərməsi məqsədi ilə öz nümayəndəliyi(lər)ni təyin edə bilər. Həmin sahə (müştəri tərəfindən Raydanın nümayəndəsi və ya nümayəndələri üçün təqdim edilmiş sahə) ayrı olmalıdır və bu sahə əvəzsiz olaraq istifadəyə verilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə bütün hesablaşmalar, o cümlədən sifarişdə göstərilən konkret müəyyənləşdirilmiş xidmətlərin dəyərinin ödənməsi manatla keçirilir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müştəri Raydanın təqdim etdiyi hesab üzrə konkret müəyyənləşən xidmətlərin dəyərini hesab təqdim edildiyi andan 30 (otuz) gün ərzində ödəməlidir. Hesab müəyyən obyektiv səbəblərdən xarici valyutada təqdim edildiyi halda, ödəniş günü ödəniş Azərbaycan Mərkəzi Bankın müəyyən edilmiş məzənnəyə uyğun manatla aparılır. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən əgər müştəri ödənişi 30 (otuz) gündən gec ödəyərsə, bu halda həmin dövrdən sonrakı hər təqvim gününə görə ümumi ödənişin 1%-i həcmində peniya məbləği əlavə hesablanacaqdır.

9. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 623377 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3498 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 623698 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 702 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 624370 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1075 manat təşkil edir.

12. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 473170 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 620 manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 473471 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 500 manat təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 475287 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 785 manat təşkil edir.

15. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 475591 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1350 manat təşkil edir.

16. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 108028 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1801 manat təşkil edir.

17. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 145267 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 660 manat təşkil edir.

18. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 145374 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 590 manat təşkil edir.

19. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 145559 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 686 manat təşkil edir.

20. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 146012 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1067 manat təşkil edir.

21. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 147135 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1835 manat təşkil edir.

22. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 147402 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 823 manat təşkil edir.

23. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 149428 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4619 manat təşkil edir.

24. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 274769 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4008 manat təşkil edir.

25. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, **********09 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1150 manat təşkil edir.

26. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 153109 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4317 manat təşkil edir.

27. xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 308626 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5415 manat təşkil edir.

28. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 596200 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9273,68 manat təşkil edir.

29. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 596624 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9649,32 manat təşkil edir.

30. xx.xx.2023-cü il tarixli, EBCP seriyalı, 013861 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 5876 manat təşkil edir.

31. xx.xx.2023-cü il tarixli, EBCP seriyalı, 016400 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3888 manat təşkil edir.

32. xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 373551 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1877 manat təşkil edir.

33. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 231958 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2847 manat təşkil edir.

34. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 233601 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1480 manat təşkil edir.

35. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 233730 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 770 manat təşkil edir.

36. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 233919 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3766 manat təşkil edir.

37. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 234209 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6344 manat təşkil edir.

38. İddiaçı tərəfindən iş materiallarına qeyd edilən elektron qaimənin əsasında dayanan hesab-fakturalar və aviabiletlər əlavə edilmişdir.

39. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 702 manat, xx.xx.2022-ci il tarixdə 1075 manat, xx.xx.2022-ci il tarixdə 3498 manat, xx.xx.2022-ci il tarixdə 785 manat, xx.xx.2022-ci il tarixdə 620 manat, xx.xx.2022-ci il tarixdə 1350 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 1067 manat, xx.xx.2022-ci il tarixdə 1801 manat, xx.xx.2022-ci il tarixdə 590 manat, xx.xx.2022ci il tarixdə 660 manat, xx.xx.2022-ci il tarixdə 4619 manat,xx.xx.2022-ci il tarixdə 823 manat, xx.xx.2022-ci il tarixdə 1835 manat, xx.xx.2022-ci il tarixdə 686 manat, xx.xx.2022ci il tarixdə 4008 manat, xx.xx.2022-ci il tarixdə 1150 manat, xx.xx.2022-ci il tarixdə 4317 manat, xx.xx.2023-cü il tarixdə 5415 manat, xx.xx.2023-cü il tarixdə 9273,68 manat, xx.xx.2023-cü il tarixdə 9649,32 manat olmaqla, ümumilikdə 54424 (əlli dörd min dörd yüz iyirmi dörd) mana məbləğində ödəniş edilmişdir.

40. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ05PAHA40060AZNHC********** nömrəli hesabına xx.xx.2023-cü il tarixdə 2847 manat, xx.xx.2023-cü il tarixdə 5876 manat, xx.xx.2023-cü il tarixdə 3888 manat, xx.xx.2023-cü il tarixdə 1480 manat, xx.xx.2023-cü il tarixdə 1877 manat olmaqla, ümumilikdə 15968 (on beş min doqquz yüz altmış səkkiz) manat məbləğində ödəniş edilmişdir.

41. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 006XOH********** nömrəli ödəmə qəbzindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 210 manat məbləğində ödəniş edilmişdir.

42. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

43. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış RA/HZR/19/07/22 nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi

45. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən RA/HZR/19/07/22 nömrəli, 19 iyul 2022-ci il tarixli müqavilə üzrə 26848 (iyirmi altı min səkkiz yüz qırx səkkiz) manat məbləğində əsas borcun tutulması təşkil edir.

46. Məhkəmə qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli, RA/HZR 19/07/22 nömrəli müqavilə üzrə 10880 manat (26848- 15968=10880) məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə belə qənaətə gələrkən nəzərə almışdır ki, iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə ümumilikdə 15968 (on beş min doqquz yüz altmış səkkiz) manat məbləğində ödəniş edilmişdir.

47. Bundan əlavə iddiaçı cavabdehdən 28491,41 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

48. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2022-ci il tarixli, RA/HZR 19/07/22 nömrəli müqavilə üzrə 10880 (on min səkkiz yüz səksən) manat əsas borc, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 11380 (on bir min üç yüz səksən) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar