Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-464/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5540,22 manat borcun, 5335 manat məbləğində hesablanmış cərimə məbləğinin, 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin və 122,93 manat dövlət rüsumu qismində ödənilmiş məbləğ olmaqla, cəmi 11098,15 (on bir min doxsan səkkiz manat on beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli müqavilə imzalanmışdır. Bu müqaviləyə görə icraçı (İddiaçı MMC) sifarişçiyə (Cavabdeh MMC) sifarişçinin sifarişləri əsasında mətbəə (çap) xidmətlərinin göstərilməsinin təmin edilməsini, sifarişçi isə göstərilən hər bir sifariş üzrə göstərilmiş xidmətin əvəzini ödəməyi öhdəsinə götürür. Belə ki, xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən verilmiş sifarişlər İddiaçı MMC tərəfindən tam şəkildə icra edildikdən sonra sifarişlərə müvafiq olaraq tərəflər arasında Qiymətləri razılaşdırma protokolları imzalanmışdır. Daha sonra isə Qiymətləri razılaşdırma protokollarına uyğun olaraq xidmət haqqının ödənilməsinə dair iddiaçı tərəfindən 1) EBAC seriyalı, 812380 nömrəli, xx.xx.2019-cu il tarixli; 2) EBAD seriyalı, 660264 nömrəli, xx.xx.2019-cu il tarixli; 3) EBAD seriyalı, 657477 nömrəli, xx.xx.2019-cu il tarixli; 4) EBAF seriyalı, 084890 nömrəli, xx.xx.2020-ci il tarixli; 5) EBAH seriyalı, 326804 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələr (hesab fakturalar) Cavabdeh MMC-yə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş elektron qaimələrə (hesab fakturalara) əsasən Cavabdeh MMC tərəfindən xidmət haqqına görə ödənilməli məbləğin cəmi 5540,22 (beş min beş yüz qırx manat iyirmi iki qəpik) manat təşkil edir. Qeyd edilmiş elektron qaimələrin (hesab fakturaların) təqdim edilməsindən uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən ödəniş öhdəlikləri icra edilməmişdir. Sözügedən ödənişlərin icra edilməsinə dair dəfələrlə iddiaçı tərəfindən cavabdehə məlumat verilmiş, lakin bugünədək heç bir ödəniş edilməmişdir. Belə ki, xidmət haqqının Cavabdeh MMC tərəfindən icra edilməməsi müqavilə üzrə ödəniş öhdəliklərinin birtərəfli qaydada pozulması (dəyişdirilməsi) anlamına gəlir. Bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul edir. Lakin cərimə məbləği ilə razılaşmır. İddia tələbinin qismən, yəni əsas borcun tutulması hissəsində təmin edilməsinə etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı sifarişçiyə sifarişçinin sifarişləri əsasında mətbəə (çap) xidmətlərinin göstərilməsinin təmin edilməsini, sifarişçi isə göstərilən hər bir sifariş üzrə göstərilmiş xidmətin əvəzini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən işlərin və xidmətlərin görülməsi sifariş (və ya xidmətlərin və qiymətlərinin razılaşdırılması barədə sənəd) vasitəsilə həyata keçirilir. Hər bir sifariş özündə işin (xidmətin) növünü, miqdarını, qiymətini əks etdirir. Sifariş tərəflər arasında görüləcək işlər (xidmətlər) və onların qiymətlərinin razılaşdırıldığı sənəddir və “Qiymətlərin razılaşdırma protokolunda” öz əksini tapmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə hər bir sifarişə görə sifarişçi tərəfindən icraçıya ayrı-ayrılıqda müvafiq sifariş göndərilir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi mətbəə (çap) xidmətlərinin göstərilməsinə görə icraçıya hər sifarişə aid həmin sifarişdə göstərilmiş işlərin müqabilində müəyyən edilmiş məbləğ dəyərində xidmət haqqı ödəyir. Müqavilənin 3.3-cü bəndinə əsasən hər bir sifarişə aid mətbəə (çap) xidmətlərinin göstərilməsi başa çatdıqda mətbəə (çap) xidmətlərinin göstərilməsinin başa çatması və həmin xidmətlərin sifarişçi tərəfindən qəbul edilməsi barədə sifarişçi və icraçı arasında müvafiq təhvil-təslim aktı imzalanır. Müqavilənin 3.4-cü bəndinə əsasən təhvil-təslim aktının imzalanmasından sonra icraçı tərəfindən sifarişçiyə müvafiq sifariş barədə hesab faktura təqdim edilir. Müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə müvafiq sifarişə görə müəyyən edilmiş xidmət haqqı icraçıya öncədən 50%-i, qalan məbləğ isə icraçıya xidmət haqqı barədə hesab fakturanın təqdim edildiyi andan 10 (on) iş günü müddətində ödənilməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərin qiymətlərinə X3 (ƏDV) daxil deyildir və hesablaşmalar zamanı ƏDV sifarişçi tərəfindən ödəniləcəkdir. Müqavilənin 3.7ci bəndinə əsasən bu müqavilə üzrə bütün ödəmələr Azərbaycan Respublikasının pul vahidi - manatla ödənilir. Müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən hər hansı biri müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında, lazımınca və müqavilə ilə müəyyən olunmuş şərtlərlə icra etməzsə, öhdəliyin icra edilməsi üçün müəyyən edilmiş vaxtdan etibarən gecikdirilmiş hər bir gün üçün öhdəliyin icra edilməsini tələb edən tərəfə ödənilməli olan məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəməlidir. Bu bənddəki cərimə əgər öhdəliyin icra edilməsini tələb edən tərəf cərimənin tətbiq olunması barədə öhdəliyi icra etməyən tərəfə yazılı bildiriş göndərmişdirsə, tətbiq oluna bilər. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqaviləyə X1 adlı Əlavədən görünür ki, tərəflər aralarında spirallı kitabın 1 vahidinin qiyməti 45 manat olmaqla 12 ədədini 637,20 manat ƏDV daxil məbləğində razılaşmışlar. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqaviləyə X1 adlı Əlavədən görünür ki, tərəflər aralarında spirallı kitabın (xx.xx.2019) 1 vahidinin qiyməti 31,33 manat olmaqla 15 ədədini 554,60 manat ƏDV daxil məbləğində razılaşmışlar. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqaviləyə X1 adlı Əlavədən görünür ki, tərəflər aralarında spirallı kitabın (xx.xx.2019) 1 vahidinin qiyməti 33 manat olmaqla 11 ədədini 428,34 manat ƏDV daxil, sertifikatın 1 vahidinin qiyməti 1,25 manat olmaqla 16 ədədini 23,60 manat ƏDV daxil məbləğində razılaşmışlar. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqaviləyə X1 adlı Əlavədən görünür ki, tərəflər aralarında spirallı kitabın (xx.xx.2019) 1 vahidinin qiyməti 39,55 manat olmaqla 11 ədədini 513,30 manat ƏDV daxil məbləğində razılaşmışlar. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqaviləyə X1 adlı Əlavədən görünür ki, tərəflər aralarında 1) qələm üzərinə loqo çapının 1 vahidinin qiyməti 0,35 manat olmaqla 500 ədədini 206,50 manat ƏDV daxil, 2) sertifikatın 1 vahidinin qiyməti 1,30 manat olmaqla 7 ədədini 10,738 manat ƏDV daxil, 3) bloknotun 1 vahidinin qiyməti 2,70 manat olmaqla 500 ədədini 1593 manat ƏDV daxil, 4) təlim kitabçasının 1 vahidinin qiyməti 2,64 manat olmaqla 500 ədədini 1557,60 manat ƏDV daxil, 5) sertifikatın 1 vahidinin qiyməti 1,30 manat olmaqla 10 ədədini 15,34 manat ƏDV daxil məbləğində razılaşmışlar. - xx.xx.2019-cu il tarixli, EBAC seriyalı, 812380 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 637,20 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 657477 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 451,94 manat təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 660264 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 554,54 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 084890 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 513,36 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAH seriyalı, 326804 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3383,18 manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına yerinə yetirilmiş işlərin (xidmətlərin) təhvil-təslim aktları əlavə edilmişdir. - İddiaçı MMC xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziya qaydasında xəbərdarlıq məktubları ilə Cavabdeh MMC-yə müraciət edərək, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Həmçinin cavabdehin nümayəndəsi iddiaçıya 5540,22 manat məbləğində borcunun olmasını təsdiq etmişdir. İddia tələbini bir hissəsini cavabdehdən Cavabdeh MMC-dən 5540,22 manat məbləğində əsas borcun tutulması təşkil edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə tam təmin edilməli, Cavabdehndən 5540,22 manat (beş min beş yüz qırx manat iyirmi iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə Cavabdeh MMC-dən 5335 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AP 092 nömrəli (mətbəə (çap), promo, tekstil məhsullarının sifarişi və çöl reklamlarının hazırlanması xidmətlərinin göstərilməsi haqqında) müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən hər hansı biri müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında, lazımınca və müqavilə ilə müəyyən olunmuş şərtlərlə icra etməzsə, öhdəliyin icra edilməsi üçün müəyyən edilmiş vaxtdan etibarən gecikdirilmiş hər bir gün üçün öhdəliyin icra edilməsini tələb edən tərəfə ödənilməli olan məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı 100 manat mediasiya xərci və 122,93 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçının 122,93 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 122,93 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi mediasiya xərci olaraq ödənildiyindən və həmin məbləğn cavabdehdən tutulması qət edildiyindən, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 22,93 manat (iyirmi iki manat doxsan üç qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5540,22 manat (beş min beş yüz qırx manat iyirmi iki qəpik) əsas borc, 280 (iki yüz səksən) manat cərimə, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,93 manat (iyirmi iki manat doxsan üç qəpik) olmaqla, cəmi 5943,15 manat (beş min doqquz yüz qırx üç manat on beş qəpik) məbləğində pul İddiaçı X2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-464/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-464/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver