Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4640/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya tələbi) hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” ilə sığorta müqaviləsi bağlanmış və X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami 77 ünvanında yerləşən “Marka” mağazası sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilən mağazanı su xəttinin partlaması səbəbdən su basmışdır. Baş vermiş hadisə nəticəsində 480 manat sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilən faktı 48 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktla təsdiq olunmuşdur. Ödənilmiş 480 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
3. Daha sonra iddiaçının nümayəndəsi cavabdehlər Cavabdeh2 ASC-dən, Cavabdeh1ndən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanında baş vermiş subasma hadisəsi nəticəsində subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırmışdır ki, "xxxx" ASC cavabdehlər Cavabdeh2 ASC-yə, Cavabdeh1nə, 48 saylı Mənzil Komunal İstismar Sahəsi və elektron məhkəmə sistemində qeyd edilən, Nəsimi rayon Mənzil Kommunal Təssürüfat Birliyinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında baş vermiş subasma hadisəsi nəticəsində subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 20 manat, həmçinin 10 manat məbləğində dövlət rüsumunun məbləğinin iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə prosesi getdiyi dövrdə cavabdehlər qismindən 48 saylı Mənzil Komunal İstismar Sahəsi və elektron məhkəmə sistemində qeyd edilən, Nəsimi rayon Mənzil Kommunal Təssürüfat Birliyinin çıxarılmasını, həmçinin subasma hadisəsinin baş verdiyi ünvanın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 kimi qeyd edilməlidir.
5. Cavabdeh2 ASC-nin məhkəməyə təqdim etdiyi etiraz onunla əsaslandırlmışdır ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 480 manat məbləğin, 20 manat mediasiya xərcinin, həmçinin 10 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Belə ki, iddiaçı "xxxx" ASC iddia ərizəsində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda baş vermiş su basma hadisələri ilə bağlı sığorta ödənişlərini cavabdeh "xxxx" ASC-dən tələb etmişdir. Qeyd olunan su basma hadisələri ilə bağlı ümumi məlumat versə də, həmin hadisələrin Cavabdeh2 ASC ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Qeyd olunan su basma hadisələri sözügedən ünvanların daxilində baş verdiyindən həmin su xətləri istehlakçının balans mənsubiyyətinə aid edilir. Bu səbəbdən Cəmiyyət istehlakçının mülkiyyətində yerləşən su xətlərin baş vermiş hər hansı su basma hadisəsinə görə məsuliyyət daşımır. Cavabdeh2 ASC yalnız balansında olan su təchizatı və kanalizasiya qurğularına xidmət göstərir və onlara görə məsuliyyət daşıyır. Ona görə də istehlakçının mülkiyyətində yerləşən su xətlərinə nəzarəti özü həyata keçirdiyindən bununla bağlı yaranan problemlərə görə cavabdehlik ona məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1, 2.1.1-ci maddələrinə əsasən: 2.1. STKM-in vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək. “Sudan istifadə Qaydaları”nın 4.1, 4.1.4-cü maddələrinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən Cavabdeh2 ASC-nin sözügedən iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlər bir daha sübut edir ki, iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir.
6. Bakı şəhəri Cavabdeh1 məhkəməyə təqdim etdiyi etirazı onunla əsaslandırılmışdı ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanda yerləşən yaşayış binanın balansaxlayıcısı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyidir. Lakin Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77/9 ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin və ya qeyri-yaşayış sahəsinin) kimin mülkiyyətində olması barədə məlumat Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə tərəfindən alına bilər. Cavabdeh1 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi bu işdə cavabdeh qismində cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilsin”. Beləliklə su sayğaca qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh2 ASC cavabdehdir, su sayğacadan sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisi cavabdehdir. Həmçinin, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər yoxdur. Azərbaycan Respublikasının Prezdentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 1.6-cı bəndinin 2-ci hissəsinə əsasən rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. Qeyd olunanları nəzərə alaraq Cavabdeh1 və Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair cavabdelər sırasından çıxarılması məqsədə müvafiqdir.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. “Daşınmaz əmlakın icbari sığortası” BB/618470 seriyalı şəhadətnaməsinə əsasən X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi sığortalanmışdır.
12. 48 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 8 evin 1-ci mərtəbəsində yerləşən “Marka” mağazasının müdiri X3 xx.xx.2022-ci ildə müraciəti əsasında yerində baxış keçirildiyi və binanın su xəttinin partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi, bunun nəticəsində obyektin tavanı və laminat döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir.
13. Əmlak üzrə ekspert X2 xx.xx.2022-ci il tarixli 1405 nömrəli dəymiş zərərin hesabatına əsasən ünvan 4 ünvanında daşınmaz əmlaka dəymiş ziyanın yekün məbləği 680 manat müəyyən edilmişdir.
14. 11.05.2022-ci il tarixli, CFİ-0059/2022-AKT2494/22 saylı sığorta aktına əsasən sığortalı X4 məxsus olan Bakı şəhəri, Nizami 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə subasma hadisəsi baş verdiyi, dəymiş ziyan 680 manat müəyyən edildiyi, azadolma məbləği 150 manat və hesablanmış sığorta ödənişi 480 manat müəyyən edildiyi qeyd olunmuşdur.
15. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X4 480 manat məbləğində ödəniş edilmişdir.
16. Dəymiz zərər məbləğinin razılaşdırılması və müqaviləyə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, S-015/22 saylı sazişə əsasən xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən geyim mallarının satışı mağazasında baş vermiş subasma hadisəsini və daşınmaz əmlaka 630 manat məblğində zərərin dəyməsini tərəflərin təsdiqlədiyi, sığorta olunan daşınar əmlaka 630 manat məbləğində dəymiş zərərin müəyyən edilmiş həcmi və müqavilədə göstərilmiş 150 manat azad olma məbləği çıxıldıqdan sonra 480 manat məbləğində sığorta ödənişi barədə razılıq əldə edildiyi, razılıq əldə olunmuş zərər üzrə sığorta ödənişi həyata keçirildikdən sonra sığortalı və sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış edərək müqavilənin vaxtından əvvəl xitamı ilə bağlı tələbə əsasən BB/618470 seriyalı blankla, seriyalı, xx.xx.2022-ci il tarixli sığorta müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
18. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, “Daşınmaz əmlakın icbari sığortası” BB/618470 seriyalı şəhadətnaməsinə əsasən X3 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi sığortalanmış və 48 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 8 evin 1-ci mərtəbəsində yerləşən “Marka” mağazasının müdiri X3 xx.xx.2022-ci ildə müraciəti əsasında yerində baxış keçirilmiş və binanın su xəttinin partlaması nəticəsində obyektə su axıntısı baş vermiş, bunun nəticəsində obyektin tavanı və laminat döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir.
19. İddiaçı tərəf hazırda 16 aprel 2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 ünvanında su xəttinin partlaması nəticəsində baş vermiş qəza nəticəsində "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış X4 məxsus qeyri-yaşayış sahəsinə zərər dəydiyini, dəymiş zərərin azadolma məbləğləri çıxıldıqdan sonra qeyriyaşayış sahəsi üçün ümumilikdə 480 manat məbləğində pulun X4 ödənildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh2 ASC-dən və Bakı şəhəri Cavabdeh1ndən tutulmasını xahiş edir.
20. Cavabdeh2 ASC isə iddiaya etiraz edərək, X4 məxsus qeyri-yaşayış sahəsinə su basma nəticəsində dəymiş zərərə görə Cavabdeh2 ASC-nin təqsirinin olmadığını və mülkiyyətçiyə məxsus binanın daxilində hadisənin baş verdiyini, buna görə də istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır.
21. Cavabdeh Bakı şəhəri Cavabdeh1 iddiaya etiraz edərək, Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi və digər təyinatlı tikililər olmadığını, o cümlədən sayğaca qədər su axıdılması hadisəsi baş veribsə Cavabdeh2 ASC-nin cavabdeh olduğunu, su sayğacadan sonra su axıdılması hadisəsi baş veribsə mənzilin və ya qeyriyaşayış sahəsinin mülkiyyətçisi cavabdeh olduğunu bildirir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
23. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
24. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam 16 aprel 2022-ci il tarixində ünvan 7 ünvanında baş vermiş qəzada (subasmada) cavabdehlərin məsuliyyətinin olub-olmaması və subasma hadisəsi nəticəsində dəymiş ziyanın məhz subasma nəticədə baş vermiş qəza nəticəsində olubolmamasıdır.
28. “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır:
29. 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;
30. 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;
31. Həmin qaydaların 9.9-cu bəndinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir”.
32. İş materiallarında olan 48 saylı MKİS-in xx.xx.2022-ci il tarixli aktına əsasən ünvan 8 evin 1-ci mərtəbəsində yerləşən “Marka” mağazasının müdiri X3 xx.xx.2022-ci ildə müraciəti əsasında yerində baxış keçirildiyi və binanın su xəttinin partlaması nəticəsində obyektə su axıntısının baş verdiyi. Bunun nəticəsində obyektin tavanı və laminat döşəməsinə ziyan dəydiyi müəyyən edilmişdir. Beləliklə, bu aktdan müəyyən olunur ki, partlamış su xətti hər hansı istehlakçının mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahəsinin su xətlərində deyil, ümumi binanın su xəttinin partlaması nəticəsində baş vermişdir.
33. Qeyd olunanlardan göründüyü kimi, ünvan 8 ünvanında yerləşən su xətti Cavabdeh2 ASC-nin balansındadır və həmin xəttinin lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək Cavabdeh2 ASC-nin məsuliyyət dairəsinə daxildir.
34. Ona görə də, "xxxx" ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyəti olan Cavabdeh2 ASC-dən tələb etməyə əsası yaranmışdır.
35. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 480 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdeh2 ASC-dən 480 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
36. Bundan başqa iddia tələbinin cavabeh Bakı şəhəri Cavabdeh1nə münasibətdə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, İcra Hakimiyyətinə qarşı bu tələb qanunsuz və əsassızdır.
37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi” qərara alınmışdır.
38. Qeyd olunan qərardan göründüyü kimi xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Rayon İcra Hakimiyyətinin balansında olmadığından digər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verildiyindən hazırkı iddia tələbinin Bakı şəhəri Cavabdeh1nə yönəldilməsi əsassızdır və təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 20 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
41. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən mediasiya xərci olaraq 20 manat məbləğində pul ödəmişdir.
42. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh2 ASC-dən tutularaq iddiaçıya ödənilməlidir.
43. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 ASC-dən subroqasiya ödənişi ilə bağlı 480 manat pul vəsaiti, mediasiya xərcinin əvəzi olaraq 20 manat, dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova