Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4650/2025 02.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 25 iyul 2024-cü il tarixli müqavilə üzrə üzərinə təhvil aldığı malın dəyəri olan 12157,9443 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyul 2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında 1 (bir) il müddətinə malın (qatıq və qaymaq məhsulunun) alqısatqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin tərkib hissəsi sayılan “Əlavə 1”ə əsasən malın qiyməti razılaşdırılmışdır. Həmin müqavilə bağlandıqdan sonra tərəflər arasında münasibətlər yaranmışdır. Qeyd edilmişdir ki, cavabdeh səyyar yemək hazırlama və təqdim etmə (catering) fəaliyyəti ilə məşğuldur. Müqavilə bağlandıqdan sonra mütəmadi olaraq cavabdehin fəaliyyət göstərdiyi yerdə və s. ünvanlarda məhsulun çatdırılması həyata keçirilmişdir. Lakin 2024-cü ilin sentyabr ayı ərzində cavabdehə onun dediyi ünvanlarda və məkanda çatdırılmış məhsulun dəyəri ödənilməmişdir. Dəfələrlə cavabdeh şirkətin mühasibi ilə əlaqə saxlanılaraq çatdırılmış malın dəyərinin ödənilməsi tələb olunsa da, heç bir ödəniş edilməmiş, əksinə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdehə göndərilmiş 10251342 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə borcun məbləği ƏDV daxil 16870,9943 manat (14297,4528 + 2573,5415) təşkil edir. xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə, həmçinin ƏDV köçürməsi üzrə - 450 manat + 72 manat + 53,55 manat = 575,53 manat ödənilmiş; avans üzrə - 90 manat + 180 manat = 270 manat ödənilmişdir. Ona görə də borcun məbləği 14027,4528+ 1997,9915 ƏDV = 16025,4443 manat təşkil etmiş, bundan sonra iddiaçının bank hesabına 10251342 nömrəli qaimə üzrə xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 297,5 manat, xx.xx.2025-ci il tarixdə 500 manat, ümumilikdə 2197,5 manat ödəniş edilmiş, 16025,4443-2197,5 = 13827,9443 manat borc qalmışdır. Daha sonra cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərildikdən sonra 10251342 nömrəli qaimə üzrə xx.xx.2025-ci il tarixdə 1670 manat məbləğində ödəniş olunmuş, 13827,9443-1670=12157,9443 manat borc qalmışdır. Mallar təhvil-qəbul aktlarına əsasən təhvil verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 25 iyul 2024-cü il tarixli, 11 saylı müqavilənin 3-cü maddəsinə əsasən alıcı ona satılan malın dəyərini 1 (bir) aydan gec olmayaraq ödəmədiyi halda, satıcının öz hüquqlarının bərpası və ona vurulmuş maddi zərərin ödənilməsini bu müqavilənin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə tələb etmək hüququ var.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən məhsulları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini bu müqaviləyə əlavə edilən və müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavəyə əsasən razılaşdırılmış qiymətlərlə satıcıya ödəyir; 2-ci bəndinə əsasən malın qiyməti və miqdarı müqaviləyə əlavə edilən və müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavəyə əsasən razılaşdırılır; 3-cü bəndinə əsasən satıcının malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun və keyfiyyətdə, müvafiq sənədlə, sanitar-gigiyenik qaydalara uyğun şəkildə, malları onların daşınması və saxlanılması üçün zəruri olan şəkildə qablaşdırmaqla, alıcı tərəfindən təyin edilmiş məsul şəxsə təhvil vermək hüququ, təhvil verilmiş malın dəyərini ən geci bir ay müddətində alıcı tərəfindən bu müqavilə ilə təyin edilmiş qaydada ödəməsini tələb etmək hüququ vardır. Alıcı müqavilə ilə təyin edilmiş qaydada satıcı tərəfindən təhvil verilmiş malın dəyərini ən geci 1 ay müddətində ödəməlidir; 4-cü bəndinə əsasən alıcı mallara görə icraçı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcıya ödəyir; 5-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2024-cü il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər müqavilə üzrə protokolda adıçəkilən mal (qatıq) və malın vahidinin qiyməti barədə razılığa gəlmişlər.
9. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 16870,99 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, 11 nömrəli müqavilə qeyd edilmişdir.
10. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 113İPEX242832237 nömrəli ödəniş tapşırığının məzmunundan müyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 1000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 113İPSİ250370656 nömrəli ödəniş tapşırığının məzmunundan müyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 400 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 113İPSİ250420602 nömrəli ödəniş tapşırığının məzmunundan müyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 297,5 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 113İPSİ250490089 nömrəli ödəniş tapşırığının məzmunundan müyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 500 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 113İCT********** nömrəli ödəniş tapşırığının məzmunundan müyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 1670 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
15. **********276468 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 450 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
16. **********200583 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 72 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
17. **********276182 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 53,55 manat ƏDV ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
18. NB nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 90 manat avans ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
19. **********133605 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 180 manat avans ödənişi edilmişdir. Ödənişin təyinatı kimi MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
20. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı MMC-yə olan 12099,95 manat əsas, 2177,99 manat ƏDV borcunun 1 ay ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2024cü il tarixli, 11 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır.
24. İddia tələbini cavabdehdən 25 iyul 2024-cü il tarixli müqavilə üzrə 12157,9443 manat məbləğində pulun tutulması iddiaçının xeyrinə tutulması təşkil edir.
25. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 12157,94 manat (on iki min yüz əlli yeddi manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iddiaçı tərəfindən cavabdehə 1 elektron qaimə göndərilmişdir. Həmin elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların ümumi dəyəri (ƏDV daxil) 16870,99 manat təşkil edir. Cavabdeh MMC tərəfindən ümumi məbləğdən 4713,05 (1000+400+297,5+500+1670+450+72+53,55+90+180=4713,05) manat ödəniş edilmiş, 12157,94 manat (16870,99-4713,05=12157,94) borc isə ödənilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməsi tərəflər arasındakı münasibətlərin və borcun mövcudluğunu təsdiq edir. Ödəniş tapşırıqlarında ödənişin təyinatı kimi tərəflər arasındakı münasibətləri təsdiq edən MT2410 seriyalı, 10251342 nömrəli elektron qaimə qeyd edilmişdir.
26. Tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 12157,94 manat (on iki min yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova