Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4663/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı1, “X4” Şirkətinin Cavabdeh MMC-yə qarşı "xxxx" tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, “X4” Şirkətinin Cavabdeh MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BAŞ BROKER Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********1745 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və cavabdeh X6 tərəfindən xx.xx.2025-ci il tarixli, YW250318 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94326998 (AMFU8705177) nömrə nişanlı dəmiryol nəqliyyatı vasitəsi ilə idxal olunmuş “HYUNDAİ” və "xxxx" əmtəə nişanlıavtomobilehtiyat hissələrinin kontrafakt hesab edilməsi, cavabdeh tərəfindən iddiaçılar “X1” və İddiaçı2nə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” əmtəə nişanından və ******* saylı beynəlxalq qeydiyyatla qorunan “HYUNDAİ” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdeh X6 MMC-nin üzərinə qoyulması, “HYUNDAİ” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompensasiya ödənilmədən məhv edilməsi ******* saylı beynəlxalq qeydiyyatla qorunan "xxxx" əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan "xxxx" xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdeh X6 MMC-nin üzərinə qoyulması, "xxxx" ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırıldıqları nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi (cavabdeh tərəfindən iddiaçılar “X1” və İddiaçı2nə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi) qeyri dəqiqdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanı iddiaçı özü müəyyən edərək,həmin məbləğə uyğun rüsum ödəyib,həmin ziyanının əvəzninin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Daha sonra məhkəmə qeyd edir ki, hazırki iş üzrə hazırlıq iclası xx.xx.2025-ci il saat 10:15 tarixinə təyin edilmiş və tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPMin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, “X4” Şirkətinin Cavabdeh MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. ********** saylı qəbz üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarıslın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2-2(113)-4663/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4663/2025
24.06.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver