Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4669/2023 23.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Kreditor İddiaçı borclu Cavabdeh müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müflis elan olunma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, Kreditor İddiaçı nümayəndəsi və vəkili Vəkil, Kreditor Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Kreditor İddiaçı borclu Cavabdeh müflis elan olunması və X1 əmlak inzibatçısının təyin edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. Kreditor İddiaçı borclu Cavabdeh müflis elan olunması və X1 əmlak inzibatçısının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Belarus Respublikasının hüquqi şəxsi "xxxx" ASC (Belarus Respublikası, VOEN № *********) və "xxxx" MMC (Azərbaysan Respublikası, VÖEN № **********) ilə birlikdə nizamnamə kapitalında bərabər iştirakla Azərbaycan Respublikasında Cavabdeh MMC-ni (Azərbaysan Respublikası, VOEN № **********) təsis etmişlər. Borclu müəssisənin əsas fəaliyyəti növü Belarus istehsalçısı olan "xxxx" ASC-nin məhsullarının "xxxx" MMC-nin ticarət obyektlərində və respublikanın digər ticarət təşkilatlarında satışından ibarət olmuşdur. Kreditor ilə Borclu müəssisə arasında K018/AK saylı xx.xx.2017-ci il tarixli Müqavilə (əlavə razılaşmalar ilə) bağlanmışdır. Həmin müqavilə ilə Kreditor malları satmağı, Borclu müəssisə isə malları xx.xx.2021-ci il tarixinədək qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Kreditor ümumi məbləği 51034,58 ABŞ dolları olan malların Borclu müəssisəyə çatdırılması üzrə öhdəliklərini tam yerinə yetirmişdir ki, bu da xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixli beynəlxalq əmtəə nəqliyyat qaimələri ilə (SMR) təsdiq edilir. Lakin Borclu müəssisə malların dəyərinin ödənilməsi üzrə öhdəliklərinin vaxtında yerinə yetirməmişdir. Bünlardan əlavə Kreditor ilə Borclu müəssisə arasında K001/BUX saylı xx.xx.2018-ci il tarixli 30000 ABŞ dolları məbləğində (geri qaytarılma müddəti xx.xx.2020-ci ilədək) kredit müqaviləsi bağlanmışdır. Borclu müəssisə tərəfindən alınan kredit məbləği də bu günə kimi qaytarılmamışdır. Borclu müəssisə Kreditor qarşısında K018/AK saylı xx.xx.2017-ci il tarixli Müqavilə üzrə öhdəliklərini (icra müddəti - xx.xx.2021-ci il); K001/BUX saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə irəli gələn pul öhdəliyini (icra müddəti - xx.xx.2020-ci il) qanunla müəyyən edilmiş müddətdə icra etməmişdir. Borclu müəssisə başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir. Borclu müəssisənin borclarının ödəmək qabiliyyətinin olmaması barədə məlumata malikdirlər, çünki kreditor "xxxx" ASC həm də Borclu müəssisənin nizamnamə kapitalında 50 faiz paya malik təsisçisidir. Borclu müəsisəsnin müflis olunması barədə ərizə verilən anda Kreditora olan borcunun məbləği 79534,68 ABŞ dolları (şirniyyat məhsulları üzrə - 51034.58 USD, Kredit üzrə - 28500,10 USD) təşkil edir. Borc məbləği xx.xx.2023-cü il tarixinə rəsmiləşən üzləşmə aktı ilə təsdiq edilmişdir. Bundan əlavə şirkətlərə satılmış mallara görə vaxtı keçmiş 15783.48 manat debitor borcu mövcuddur. Borclu müəsisənin ödəmə qabiliyyətinin olmaması barədə təsdiqedici sənədlər mövcuddur. Bunlara borclu müəsisəsnin bəyanatı (ödəmə qabilliyətininn olmamasını təsdiqi və məhkəmə vasitəsilə iflas prosesinə başlanmasna dair razılığı), kreditor və borclu müəsisə arasında xx.xx.2023-cü il tarixinə üzləşmə aktı, 2021ci il üçün 2022-ci il üçün mənfəət vergisinin bəyannaməsi daxildir. Həmçinin, şəxsi hesab vərəqəsinə uyğun olaraq Borclu hüquqi şəxsin məcburi sosial sığorta haqqı üzrə 1892,69 manat, işsizlik fonduna 83.04 manat, icbari tibbi sığorta üzrə 163.60 manat, təhtəl hesab kreditor şəxs DAVİDZİUK ULADZİMİR qarşısında 14078,71 manat borcu, əlavə dəyər vergisi üzrə büdcəyə 2027.78 manat artıq ödəməsi yaranmışdır. Borclu müəssisə maliyyətəsərrüfat fəaliyyətini 04 iyul 2022-ci il tarixdən etibarən 5 illik müddətə dayandırmışdır. Borclu müəsisənin Kreditorun tələblərini təmin etmək üçün yetərli dəyərdə daşınmaz və ya daşınar əmlakı, o cümlədən pul vəsaiti yoxdur. Buradan aydın olur ki, Borclu kreditorları qarşısında öhdəliklərini vaxtında və (və ya) tam yerinə yetirməyə qadir deyildir və Borclunun aktivləri onun kreditorlarının tələblərini ödəmək üçün kifayət etmir. Belə olan halda isə Borclunun müflis elan edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması aşkardır. Borclu müəssisənin təsisçilərinin qərarından görünür ki, Cavabdeh MMC-nin ödəniş qabiliyyəti olmadığı üçün müflis elan edilməsi, müflisləşmənin məhkəmə vasitəsilə həyata keçirilməsi və bununla bağlı müvafiq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prossesində də tərəflər razılığıa gəliblər ki, müflisləşmə ilə bağlı məhkəməyə müraciət edəcəklər. Vergilər sosial-iqtisadi qəzetinin çıxarışından görünür ki, Cavabdeh MMC-nin ləğv olunması barədə elan verilmiş və kreditorların iki ay ərzində tələblərini AZ1094, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəsəbəsi, 1145 A ünvanına irəli sürə bildikləri qeyd edilmişdir. Əmlak inzibatçısı təyin edilməsi xahiş edilən şəxs X2 ali təhsilli olmaqla, məhkumluğu olmayan şəxsdir və “Müflisləşmə və İflas haqqında” AR Qanununun 54-cü maddəsinin tələbləri baxımından borcluya aidiyyəti yoxdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən kreditor İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Kreditor Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
5. Borclu ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Kreditorlar İqtisadiyyat Nazirliyiyaninda Dövlət Vergi Xidmətimilli Gəlirlər Baş İdarəsi və "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" X5 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, kreditorlar lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişlər və belə olan halda, kreditorların məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 63.1-ci maddəsinə əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
11. “Müflisləşmə və iflas haqqında” Qanun: 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. 11.1-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə qərar çıxara bilər.
12. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
13. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
14. Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
15. Ödəmə qabiliyyətinin olmaması barədə bəyanatından görünür ki, Cavabdeh maliyyə çətinliyi ucbatından artıq 2 ildir ki, sahibkarlıq fəaliyyəti göstərmir, maliyyə təsərrüfat fəaliyyətini dayandırmışdır. Bununla əlaqədar olaraq müəssisədən alınmış məhsullara görə və kredit müqaviləsi ilə yaranmış cəmi 79534,58 ABŞ dolları məbləğində borc öhdəliklərini yerinə yetirmək imkanı yoxdur. Cavabdeh hazırda börc ödəliklərini ödəmə qabiliyyətinə malik deyildir.
16. "xxxx" MMC-nin 01 yanvar 2023-cü il tarixə illik (2022) balansı barədə arayışdan görünür ki, "xxxx" MMC-nin 2022-ci il üzrə illik balansın göstəricilər hal-hazırda həqiqəti əks etdirmir. Faktiki olaraq yalnışdır. Belə ki, 6479.46 manat əsas vəsait sayılan mağaza aksessuarları (rəflər, stollar, şkaflar, çöl reklam şitləri və s.) tam istifadəyə yararsız haldadır və onları satmaq mümkün deyildir. Malların dəyəri bölməsində 4614.06 manat əks edilmişdir. Həmin mallar balans tərtib edilikdən sonra mağazalardan yararlılıq müddəti bittiyinə görə geri qaytarılan mallardır. Faktiki həmin mallar ləğv edilmişdir, anbarda mövcüd deyildir. Sair debitor borcları bölməsində 15783.48 manat əks edilmişdir. Həmin göstərici alıcılardan alınmalı olan vaxtı keçmiş ümüdsüz borclardır. Tələb edilməsi qeyrimümkündür. Dövlət büdcəsinə artıq ödəmə üzrə debitor borc məbləği, şəxsi vərəqədə göründüyü kimi, 2027.78 manatdır. Bu göstərici həqiqətə uyğundur. Pul vəsaitləri üzrə Əlavədə (bölmə 1.5) 25524.99 manat əks edilmişdir. Hesablaşma hesabında mövcüd olan 11358.55 AZN və 17.61 ABŞ dolları Milli bank tərəfindən ləğv edilən “AG Bank" ASC-də olan hesabında ümüdsüz debitor borcu kimi qalmışdır. Xəzinə hesabında mövcüd olan 9769.00 manat pul vəsaiti çatışmamazlığı barədə 14 oktyabr 2019-cu il tarixli 02 nömrəli İnventarizasiya Aktı tərtib edilmişdir. MMC-nin ƏDV depozit hesabında 4040.33 manat qalıq vəsaiti mövcüddur. Balansın Digər aktivlər (1.10) hissəsində əks edilən 107289.73 manat faktiki mövcüd deyildir. Müəssisə illik balansı bağlamaq üçün bu bölmədə qeyrimüəyyən rəqəm göstərmişdir. Bu göstəricinin arxasında heç bir maddi və qeyri-maddi əmlak mövcud deyildir. Aktivdə faktiki mövcüd olan 1C programı və onun lisenziyasıdır (1.1 - 7480.00 manat, 1.2.2 - 1097.00 manat) ümumilikdə 8577.00 manat təşkil edir. Həqiqətə uyğundur. Şəxsi vərəqədə görünür ki, İşşizlik üzrə büdcəyə 83.04 manat, DSMF üzrə 1892.69 manat, icbari Tibbi Sığorta üzrə 163.60 manat, ümumilikdə büdcəyə 2139.33 manat borc mövcüddur. Vergiləri olan artıq ödəmə (2027.78 manat) və ƏDV depozitdə olan müsbət qalıq məbləği ilə (4040.33 manat) büdcəyə olan borc əvəzləşdirilərək bağlanması mümkündür. Beləliklə, qeyd olunanlara əsasən belə nəticə çıxarılır ki, halhazırda "xxxx" MMC Kreditor borclarını ödəmək üçün ödəmə qabiliyyətinə malik deyildir.
17. Fəaliyyətin dayandırılması bildirişindən görünür ki, borclu Cavabdeh xx.xx.2022ci il tarixdən xx.xx.2027-ci il tarixədək fəaliyyətini dayandırmışdır.
18. “Vergilər” sosial-iqtisadi onlayn qəzetinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli elanlarından görünür ki, borclunun müflis elan edilməsinə dair işi üzrə təyin edilmiş xx.xx.2023-cü il tarixdə, saat 11:15-də, xx.xx.2023-cü il tarixdə, saat 10:50-də və xx.xx.2023-cü il tarixdə, saat 09:00-da keçiriləcək məhkəmə iclasları barədə bildirişlər dərc olunmuşdur.
19. İşin müəyyən edilən halları ondan ibarətdir ki, borclu Cavabdeh xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Borclunun kreditor borcları kreditor İddiaçınə 79534,68 ABŞ dolları (şirniyyat məhsulları üzrə - 51034.58 ABŞ dolları, Kredit üzrə - 28500,10 ABŞ dolları), məcburi sosial sığorta haqqı üzrə 1892,69 manat, işsizlik fondu üzrə 83.04 manat, icbari tibbi sığorta üzrə 163.60 manat, DAVİDZİUK ULADZİMİR qarşısında 14078,71 manat təşkil edir. Borclu fəaliyyət göstərmir və aktivləri mövcud deyildir.
20. Məhkəmə qeyd edir ki, borclunun fəaliyyət göstərməməsi və aktivlərinin mövcud olmaması müəssisənin Azərbaycan Respublikasının dövlət büdcəsinə, həmçinin hüquqi və fiziki şəxslərə qanunvericiliyə müvafiq surətdə həyata keçirməli olduğu ödənişləri vaxtı çatdıqca həyata keçirə bilmədiyinə görə ümumilikdə 79534,68 ABŞ dolları və 16218,04 manat məbləğində kreditor borclarının yaranmasına səbəb olmuş və hal-hazırda müəssisə fəaliyyət göstərmədiyindən və aktivləri olmadığından kreditor borclarını ödəmək qabiliyyətinə malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu ödəmə qabiliyyəti olmayan şəxs olduğundan müflis elan edilməli və əmlak inzibatçısı təyin edilməlidir.
21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, borclu Cavabdeh müflis elan olunmalı və X2 əmlak inzibatçısı təyin edilməlidir. VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Kreditor İddiaçı iddia ərizəsi təmin edilsin. Borclu Cavabdeh müflis elan edilsin. X2 borclu Cavabdeh əmlak inzibatçısı təyin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev