Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4676/2022 05.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 cavabdeh "xxxx" ASC-yə qarşı “dividendin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və X6 cavabdeh "xxxx" ASC-yə qarşı “gəlir, xərc və xalis mənfəətin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2018-2021-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması keçirilməklə göstərilən illər üzrə ayrı-ayrılıqda gəlir, xərc və xalis mənfəətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehin 2018-2021-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlaması keçirilməklə cəmiyyətin göstərilən illər üzrə ayrı-ayrılıqda gəlir, xərc və xalis mənfəətinin müəyyən edilərək 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixinədək olan dövr üçün səhmdarlar İddiaçı1 və İddiaçı2, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixinədək isə səhmdar X4 ödənilməli olan dividendin məbləğinin müəyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılması barədə ərizə verib cavabdehdən 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən 57,056.88 manat məbləğində dividendin, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən 40,548.40 manat məbləğində dividendin, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar X3 1548 ədəd (ümumi səhmlərin 7,2255 faizi) səhminə görə payına düşən 125,802.41 manat məbləğində dividendin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının 208-İQ nömrəli xx.xx.1996-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi Qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 2000-ci ilin dekabr ayında Suraxanı rayonu ərazisində fəaliyyət göstərən bazarın səhmdar cəmiyyətinə çevrilməsi yolu ilə yaradılmış, sonradan isə X7 Reyestrində emitent qismində ümumilikdə 21424 ədəd səhmlə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı1 2001-ci ildə həmin cəmiyyətin ümumilikdə 21424 ədəd olan səhmindən 788 ədədinə, yəni ümumi səhmlərin 3,6781 faizinə, İddiaçı2isə 2002-ci ildə həmin cəmiyyətin yuxarıda göstərilən 21424 ədəd olan səhmindən 560 ədədinə, yəni ümumi səhmlərin 2,6139 faizinə sahib olmuş, 2019-cu ilin avqust ayında isə həmin səhmləri hazırkı iddiaçılardan olan X1. X6 əlavə olaraq həmin cəmiyyətin səhmdarlarından olan X10 (o, xx.xx.2019-cu ildə vəfat etmişdir) məxsus 200 ədəd səhmi, yəni ümumi səhmlərin 0,9335 faizini də almılş, beləliklə də 2019-cu ilin avqust ayından etibarən ümumilikdə 1548 ədəd səhmə (788+560+200), yəni ümumi səhmlərin 7,2255 faizinə (3,6781+2,6139+ 0,9335) sahib olmuşdur. İddiaçılardan İddiaçı1 və İddiaçı2, 20 ilə yaxın müddət ərzində cəmiyyətin səhmdarları olduqlarına baxmayaraq paylarına uyğun bir manat da olsun dividend almamışlar. Eləcə də iddiaçılardan X6 2019-cu ilin avqust ayından ümumi səhmlərin 7,2255 faizinə malik olsa da, bu günədək ona da dividend verilməmişdir. Qeyd edilməlidir ki, vaxtilə İddiaçı1, İddiaçı2və mərhum X11 tərəfindən Suraxanı-Bazar” Açıq Səhmdar Cəmiyyətinə qarşı dividend tələbinə dair iddia qaldırılmış və 2017-ci ilədək olan dövr ərzində gedən çəkişmələrin nəticəsi olaraq sonuncu, yəni 2017-ci maliyyə-təsərrüfat ili də daxil olmaqla cəmiyyətin audit yoxlamaları zamanı cəmiyyətin qənaətbəxş işləmədiyi, mühasibat uçotunun qanunauyğun aparılmadığı, rüsumların toplanması və xərclənməsində şəffaflığın təmin edilmədiyi və s. bu kimi neqativ hallar müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh, əvvəlki qaydada fəaliyyət göstərir, yəni əksər hallarda icarə haqlarının, gündəlik yığımların (rüsumların) toplanması rəsmiləşdirilmir, pullar qeyri-rəsmi yığılaraq hesabatdan gizlədilir, nəticə etibarilə cəmiyyətin xalis mənfəətinin formalaşmasından yayınmaqla dividend almaq hüquqları cavabdeh trəfindən pozulmaqda davam edir. Bir sözlə, əvvəlki illərdə olduğu kimi, son 4 il, yəni 2018-2021-ci illər ərzində də cəmiyyətin gəlir və xərcləri, habelə xalis mənfəəti barədə iddiaçılara heç bir məlumat verilməmiş, habelə göstərilən illər üçün onlara dividend ödənilməmişdir. Məsələ ilə bağlı şifahi müraciətlər zamanı cavabdehin səlahiyyətli əməkdaşları tərəfindən cəmiyyətin “yenə də zərərlə işlədiyi” bildirilsə də, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə bu günədək onlara heç bir rəsmi sənəd təqdim edilməmiş, həqiqi gəlir, xərclər və mənfəət gizlədilmişdir. Bundan əlavə, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 5 (beş) hazırlıq iclası keçirilmiş və sonuncu, yəni xx.xx.2022-ci il tarixdə keçirilən hazırlıq iclasından sonra xx.xx.2022-ci il tarixə iş üzrə məhkəmə baxışı təyin edilmişdir. Lakin cavabdeh, xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında iş üzrə məhkəmə baxışı təyin edildikdən 16 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə, barəsində iddiaçıların heç bir məlumatı olmayan auditor rəylərini elektron qaydada təqdim etmişdir. Göründüyü kimi, cavabdeh mübahisə ilə bağlı əlaqəli hesab edtdiyi sübutu məhkəmə baxışı gedişində təqdim etmişdir. Auditor rəyləri cavabdeh tərəfindən məhkəmə baxışı mərhələsində təqdim edildiyinə görə həmin rəylərin əsaslı olub-olmadığını müəyyən etmək zərurəti yaranmışdır, belə ki, hesab etmişik ki, həmin rəylər formal xarakterlidir, yəni əsl həqiqəti əks etdirmir. Odur ki, tərəflərindən “X5”nə müraciət edilmiş və iş üzrə əlaqəli sənədlər təqdim edilərək iddianın predmetini təşkil edən məsələlər üzrə araşdırmalar aparılması və müvafiq rəy verilməsi xahiş edilmişdir. Həmin mərkəzin təqdim etdiyi 01 dekabr 2022-ci il tarixli 132 №-li rəyi ilə müəyyən edilmişdir ki, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən dividend məbləği 57,056.88 manat, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən dividend məbləği 40,548.40 manat, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar X3 1548 ədəd (ümumi səhmlərin 7,2255 faizi) səhminə görə payına düşən dividend məbləği 125,802.41 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ASC-nin onlara ödəmək istədiyi dividendlərlə razı deyildir, bundan əlavə ASC qanunsuz olaraq öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirləri gizlədir, bu səbəbdən cavabdehin təqdim etdiyi audit rəyləri ilə də razı deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən illər üzrə xalis mənfəətin bölüşdürülməsi üzrə ASC-nin ümumi yığıncağının iclasları keçirilmiş, bəzi illər üzrə dividendin ödənilməməsi, bəzi illər üzrə ödənilməsi qərara alınmışdır. Ümumi yığıncağın iclasları barədə bütün səhmdarlar, o cümlədən iddiaçılar da məlumatlandırılmış, onların ünvanlarına bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar yerləşdirilmişdir. Lakin iddiaçılar onlara düşən dividendlərin ödənilməsi ilə bağlı heç vaxt rəsmi qaydada ASC-yə müraciət etməmişlər, dividendlərin onlara digər yolla, yəni poçt vasitəsilə ödənilməsi də mümkün deyildir, belə ki, onların ünvanlarına göndərilən poçt göndərişləri geri qayıdır. İddiaçıların təqdim etdiyi audit rəyi ilə razı deyildir, həmin rəydə göstərilənlər həqiqəti əks etdirmir. Bundan əlavə, iddiaçıların ASC-nin vergidən yayınması və gəlirlərinin əksər hissəsini gizlətməsi barədə arqumentləri ilə də razı deyildir. Belə ki, bu vaxta qədər vergi orqanları tərəfindən ASC barəsində bununla bağlı hər hansı tədbir görülməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli AA61698720 nömrəli hesabın operatoru haqqında məlumatdan görünür ki, nizamnamə kapitalı 42848 manat olan emitent "xxxx" ASC-nin 21424 ədəd qiymətli kağızının 1 ədədinin nominal dəyəri 2 manat təşkil edir. Depo hesabından çıxarışdan görünür ki, İddiaçı2 qiymətli kağızlarının miqdarı 560 ədəd təşkil edir. xx.xx.2019-cu il tarixli AA49304427 nömrəli hesabın operatoru haqqında məlumatdan görünür ki, nizamnamə kapitalı 42848 manat olan emitent "xxxx" ASC-nin 21424 ədəd qiymətli kağızının 1 ədədinin nominal dəyəri 2 manat təşkil edir. Depo hesabından çıxarışdan görünür ki, X3 qiymətli kağızlarının miqdarı 1548 ədəd təşkil edir. xx.xx.2017-ci il tarixli AA68928521 nömrəli hesabın operatoru haqqında məlumatdan görünür ki, nizamnamə kapitalı 42848 manat olan emitent "xxxx" ASC-nin 21424 ədəd qiymətli kağızının 1 ədədinin nominal dəyəri 2 manat təşkil edir. Depo hesabından çıxarışdan görünür ki, X8 qiymətli kağızlarının miqdarı 200 ədəd təşkil edir. xx.xx.2017-ci il tarixli AA76740923 nömrəli hesabın operatoru haqqında məlumatdan görünür ki, nizamnamə kapitalı 42848 manat olan emitent "xxxx" ASC-nin 21424 ədəd qiymətli kağızının 1 ədədinin nominal dəyəri 2 manat təşkil edir. Depo hesabından çıxarışdan görünür ki, İddiaçı1 qiymətli kağızlarının miqdarı 788 ədəd təşkil edir. X11 ilə iddiaçı X9 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli səhmlərin alqı-satqı müqaviləsinə əsasən X11 Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli AA49755791 saylı depo hesabından çıxarışa əsasən "xxxx" ASC-də ona məxsus olan, hər birinin nominal dəyəri 2 manat olan 200 ədəd adlı səhmi X4 hər biri 2 manat olmaqla 400 manata nağd şəklində satmışdır. İddiaçı1 ilə iddiaçı X6 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli səhmlərin alqısatqı müqaviləsinə əsasən İddiaçı1 Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli AA09905594 saylı depo hesabından çıxarışa əsasən "xxxx" ASC-də İddiaçı1 məxsus olan hər birinin nominal dəyəri 2 manat olan 788 ədəd adi səhmi hər biri 2 manat olmaqla 1576 manat nağd şəklində ödəyərək almışdır. İddiaçı2 ilə iddiaçı X6 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli səhmlərin alqısatqı müqaviləsinə əsasən İddiaçı2 Milli Depozit Mərkəzinin xx.xx.2019-cu il tarixli AA49755791 saylı depo hesabından çıxarışa əsasən "xxxx" ASC-də X4 məxsus olan hər birinin nominal dəyəri 2 manat olan 560 ədəd adi səhmi hər biri 2 manat olmaqla 1120 manat nağd şəklində ödəyərək almışdır. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2021-ci il tarixli 181/S-05-21/M-01 nömrəli daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (bazarın) 2018-2021-ci illər ərzində 1 kv.m sahəsinin (daş tikili, metal kontruksiyalı tikili və açıq piştaxta) aylıq icarə haqqı xx.xx.2021-ci il tarixinə daş tikilinin 1 kv.m icarə haqqı 25-30 manat, metal konstruksiyalı tikilinin 1 kv.m icarə haqqı 18-22 manat, açıq piştaxtanın 1 metrinin icarə haqqı 10-13 manat arası təşkil edir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 01/4/01-7/6/8946 nömrəli məktubdan görünür ki, Suraxanı rayonu Sukanal İdarəsinin xidməti ərazisində yerləşən müqavilə nömrəsi 020099 olan 13 nömrəli Suraxanı Kolxoz Bazarının su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 2018-2021-ci illər ərzində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə sayğac göstəricisi 1319 m3 olmaqla obyektin hesabında borc yoxdur. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli 01/xx-xx/1937 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2018-2021-ci illər üzrə maliyyə arayışına əsasən 2018-ci il üzrə 35141 manat, 2019-cu il üzrə 37171 manat, 2020-ci il üzrə 45144 manat, 2021-ci il üzrə 17011 manat, ümumilikdə həmin illər üzrə ******* kvt/s sərfiyyat olmuş, 134467 manat ödəniş edilmişdir. İddiaçılar tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçılar 2018-2021-ci illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin kənar audit cəlb edilməklə yoxlanılması yolu ilə cəmiyyətin göstərilən illər üzrə ayrıayrılıqda gəlir, xərc və xalis mənfəətinin müəyyən edilməsini təklif etmişlər. xx.xx.2012-ci il tarixli "xxxx" ASC-nin X7 reyestrindən görünür ki, emintentin ümumi qiymətli kağızlarının miqdarı 21424 ədəd olmaqla onların hamısı yerləşdirilmişdir. Milli Depozit Mərkəzindən verilmiş çıxarışlara əsasən İddiaçı2 məxsus 560 ədəd adi adlı səhm, iddiaçı İ.Ələkbərovaya aid 1548 ədəd adi adlı səhm, İddiaçı1 aid 788 ədəd adi adlı səhm Milli Depozit Mərkəzi tərəfindən qeydə alınmışdır. "xxxx" X15 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2018-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2017-ci ildə yekun hesabat üzrə 27818 manat zərəri olmuşdur. Buna görə də qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" X15 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2019-cu il tarixli protokolundan görünür ki, cəmiyyətin göstərilən maliyyə ili üzrə mənfəəti 58303,29 manat olmuşdur. Lakin keçən maliyyə ilindən cəmiyyətin mənfəəti olmamış və əksinə 27818 zərər olmuşdur. Eyni zamanda ondan əvvəlki il üzrə 9143,34 manat zərər olmuşdur. Buna görə hazırkı maliyyə ilində əldə edilmiş gəlir hesabına həmin zərərin ödənilməsi və qalan məbləğin isə gündəlikdə duran üçüncü məsələ ilə bağlı yenidən qurma işlərinə yönəldilməsi və buna görə də qeyd edilən il üzrə dividendlərin verilməsinin qeyri-mümkün hesab edilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" X15 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 25 iyun 2021-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2019-cu maliyyə ili üzrə mənfəəti 38858,06 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 38858,06 manat / 21424 səhm = 1,82 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 1,82 manat dividendin ödənilməsi barədə qərar qəbul edilmişdir. Cəmiyyətin 2020-ci maliyyə ili üzrə mənfəəti 10802,20 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 10802,20 manat / 21424 səhm = 0,50 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,50 manat dividend ödənilməsi barədə qərar qəbul edilmişdir. "xxxx" X15 Cəmiyyətinin Səhmdarlarının ümumi yığıncağının 30 iyun 2022-ci il tarixli protokolundan görünür ki, cəmiyyətin 2021-ci maliyyə ili üzrə mənfəəti 5374,71 manat olmuşdur və həmin il üzrə səhmdarlara dividendin verilməsi mümkündür. 5374,72 manat / 21424 səhm = 0,25 manat dividend. Göstərilən maliyyə ili üzrə hər bir səhm üzrə 0,25 manat dividend ödənilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2017-ci il tarixli 2-2(102)-386/17 nömrəli İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “səhmlər üzrə dividendlərin, maddi və mənəvi zərərin ödənilməsi, pozulmuş hüquqların bərpa olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-49/2016 saylı iş üzrə 08 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-757/2017 saylı 15 dekabr 2017-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni cavabdeh "xxxx" ASC-dən devidend kimi 153801,24 manat pulun tutularaq İddiaçı2 ödənilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 65.1.2-cü maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları mənfəət bölgüsündə iştirak edə bilər. 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.3.7-ci maddəsinə əsasən cəmiyyətin xalis mənfəətindən dividend almaq səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının hüququdur. 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 107.1.4-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Materiallardan görünür ki, iddiaçılar cavabdehdə adi adlı səhmlərə sahibdirlər və ASC-nin xx.xx.2018-xx.xx.2021-ci illər üçün dividendlərin onların payına mütənasib surətdə ödənilməsini tələb edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Qeyd edilən Məcəllənin 107.1.4-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən Cəmiyyətin növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılır və cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəət ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar əsasında səhmdarlar arasında bölüşdürülür. Beləliklə, sadalanan normaların məzmunundan görünür ki, açıq səhmdar cəmiyyətin mənfəətini bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətindədir. Səhmdar dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıların iddia tələbində göstərdiyi illər üzrə, yəni 2018-2021-ci illər üzrə ASC-nin səhmdarlarının ümumi yığıncaqları keçirilmiş, 2018-ci il üzrə dividendin ödənilməməsi barədə qərar qəbul edilmiş, 2019-cu il üzrə hər bir səhm üzrə 1,82 manat, 2020-ci il üzrə 0,50 manat, 2021-ci il üzrə 0,25 manat dividend ödənilməsi barədə qərarlar qəbul edilmişdir. Belə ki, 2019-cu il üçün hər bir səhm üzrə ödənilməli olan dividendin 1,82 manat, 2020-ci il üzrə 0,50 manat, 2021-ci il üzrə 0,25 manat olmasını nəzərə aldıqda İddiaçı1 788 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği 717,08 manat, İddiaçı2 560 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği 509,60 manat, İ.Ələkbərovaya ədəd 1548 ədəd adi adlı səhmə görə cavabdeh tərəfindən ödənilməli olan dividendlərin məbləği (2019-cu il üzrə 1408,68 manat, 2020-ci il üzrə 774 manat, 2021-ci il üzrə 387 manat olmaqla) cəmi 2569,68 manat təşkil edir. Məhkəmə araşdırması zamanı, habelə tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, ASC-nin səhmdarlarına göstərilən illər üzrə hər bir səhm üçün - 2020ci il üzrə 0,50 manat, 2021-ci il üzrə 0,25 manat dividend ödənilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq həmin dividendlər hazırkı günədək iddiaçılara ödənilməmiş qalmışdır. Halbuki, Mülki Məcəllənin 106-3.2-ci maddəsinə əsasən səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 717,08 manat tutularaq İddiaçı1 Baləli oğluna, 509,60 manat məbləğində pul tutularaq İddiaçı2, 2569,68 manat məbləğində pul və tutularaq iddiaçı X4 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Materiallardan görünür ki, ASC-nin Ümumi yığıncağı tərəfindən 2018-ci il üzrə dividenin ödənilməməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci il üzrə ASC-nin iştirakçılarının ümumi yığıncağı tərəfindən dividendin ödənilməməsi ilə bağlı qərar qəbul edildiyindən iddia tələbi həmin il üzrə iddiaçılara dividend ödənilməsi hissəsində əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş X2 xx.xx.2022-ci il tarixli, 132 saylı rəyini hazırkı iş üzrə mötəbər sübut hesab etmir. Belə ki, həmin rəyə əsasən 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı1 788 ədəd (ümumi səhmlərin 3.6781 faizi) səhminə görə payına düşən dividend məbləği 57,056.88 manat, 01 yanvar 2018-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək olan dövr üçün səhmdar İddiaçı2 560 ədəd (ümumi səhmlərin 2,6139 faiz) səhminə görə payına düşən dividend məbləği 40,548.40 manat, 13 iyun 2019-cu il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan dövr üçün səhmdar X3 1548 ədəd (ümumi səhmlərin 7,2255 faizi) səhminə görə payına düşən dividend məbləği 125,802.41 manat müəyyən edilir. Belə ki, həmin rəy verilərkən cəmiyyətin gəlir, xərc, balans mənfəəti, xalis mənfəət müəyyən edilərkən hansı mötəbər sənədlərə istinad edilməsi, həmin hesablamaların hansı qaydada aparılması, ekspertiza aparılan zaman tədqiqat aparılması üçün hansı sənədlərin (habelə həmin sənədlərin əldə edilmə mənbəyinin) təqdim edilməsi müəyyən edilmir, həmin sənədlər üzrə ekspert tərəfindən əldə edilmiş konkret nəticələr hər hansı mötəbər sübutlarla əsaslandırılmamışdır. Bundan əlavə, iddiaçıların nümayəndəsi ASC tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilmiş dividendlərin məbləğləri ilə razılaşmadığını, ASC tərəfindən gəlirlərin gizlədildiyini, ASC-nin vergidən yayındığını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, Mülki Məcəllənin 107-5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Lakin məhkəmə araşdırması zamanı iddiaçıların mübahisələndirilən illər üzrə keçirilmiş ümumi yığıncağın qərarlarından şikayət etmədiyi müəyyən edilmişdir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 717,08 manat tutularaq İddiaçı1 Baləli oğluna, 509,60 manat məbləğində pul tutularaq İddiaçı2, 2569,68 manat məbləğində pul və tutularaq iddiaçı X4 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməli, qalan məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 717,08 (yeddi yüz on yeddi manat səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı1 Baləli oğluna, 509,60 (beş yüz doqquz manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 100 (bir yüz) dövlət rüsumu tutularaq İddiaçı2, 2569,68 (iki min beş yüz altmış doqquz manat altmış səkkiz) manat məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qalan hissədə iddiaçılar İddiaçı1, İddiaçı2 və X4 aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4676/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4676/2022
05.12.2022 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver