Məhkəmə qərarları › İş №e-2-2(113)-4686/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4686/2023

13.11.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4686/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh MMCdən ödəniş gününə manat məzənnəsi ilə 1,093,641.00 ABŞ dolları məbləğində pulun, tərəfimdən çəkilmiş 400.00 manat məbləğində mediasiya xərcinin və 1,330.00 manat məbləğində tərəfimdən ödənilmiş dövlət rüsumunun mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə EMİS vasitəsi ilə ərizə göndərərək, təmsil etdiyim fərdi sahibkar X2 Cavabdeh MMC-yə qarşı “Pul tələbinə dair” iddiası üzrə keçirilən məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz ərizəsində göstərilmişdir ki, Cavabdeh MMC xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış və həmin cəmiyyət Cavabdeh şadlıq sarayını (iddiaçı tərəfindən işlərin yerinə yetirildiyi qeyri-yaşayış sahəsi nəzərdə tutulur) xx.xx.2015-ci il tarixdə icarəyə götürmüşdür. Odur ki, iddiaçının Cavabdeh MMC ilə hər hansı hüquq münasibətində olması mümkün deyil. Cavabdehin nümayəndəsi bu halın təsdiqi olaraq notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsini ərizəyə əlavə etmişdir. Habelə cavabdehin nümayəndəsi tərəfindən etiraz ərizəsinə əlavə edilmiş digər sənədlərdən, o cümlədən mülkiyyət hüququna dair çıxarışlardan məlum olmuşdur ki, iddiaçı tərəfindən işlərin yerinə yetirldiyi qeyri-yaşayış sahəsi, yəni Cavabdeh şadlıq sarayı üzərində mülkiyyət hüququ başqa hüquq subyektinə məxsusdur. Göründüyü kimi, yuxarıda sözügedən sənədlərdən məlum olmuşdur ki, X4 tərəfindən iddia tələbi həmin tələbə cavab verməli olmayan subyektə qarşı irəli sürülmüşdür. Belə olan halda isə həmin ərizə geri qaytarılmalı və iddiaçı tərəfindən kommersiya mübahisələri üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət edilməklə əsl cavabdehə qarşı irəli sürülməsi imkanına baxılmalıdır. Qeyd edilənlərə əsasən iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 1335 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar