Məhkəmə qərarları › İş №e-2-2(113)-4723/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4723/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4723/2022 21.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində bağlanmış xidmət göstərilməsinə dair 41/21 saylı müqaviləyə əsasən, cavabdehdən iddiaçının xeyrinə əsas borc 1500 manat, ƏDV borcu 270 manat, ümumilikdə 1770 manat ödənilməmiş xidmət haqqı borcu və 180 manat dəbbə pulu olmaqla, cəmi 1950 manat borcun və 60 manat məbləğində mediasiya xərcinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli 41/21 saylı müqaviləyə üzrə "xxxx" MMC Cavabdeh MMC-yə müqavilənin 1 saylı Razılaşdırma Protokolunda göstərilən mühasibatlıq və insan resursları xidmətlərini göstərməyi, sifarişçi isə mühasibatlıq xidməti üzrə 450 manat, insan resursları üzrə 50 manat olmaqla ümumilikdə 500 manat xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Ödəniş hər ayın ilk 5 günü ərzində, hesab faktura əsasında nağd və ya köçürmə yolu ödənilməlidir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-yə müqavilə üzrə 500 manat məbləğində xx.xx.2021-ci il tarixli 642339 saylı, 500+90 manat ƏDV=590 manat məbləğində xx.xx.2022-ci il tarixli 134161 saylı, 500+90 manat ƏDV= 590 manat məbləğində xx.xx.2022-ci il tarixli 1793 saylı, 500+90 manat ƏDV= 590 manat məbləğində xx.xx.2022-ci il tarixli 667465 saylı, 500+90 manat ƏDV=590 manat məbləğində 716871 saylı elektron qaimələr göndərilmişdir. Cavabdeh MMC tərəfindən qeyd olunan elektron qaimələr üzrə bank hesabından çıxarışa əsasən xx.xx.2021-ci il tarixində dekabr ayı üzrə 500 manat, xx.xx.2022-ci il tarixində yanvar ayı üzrə 498 manat, ƏDV depozit hesabına yanvar ayı üçün isə 89,64 manat məbləğində pul ödənilmişdir. Əlavə olaraq bildirmək istəyirik ki, 2022-ci ilin yanvar ayından "xxxx" MMC ƏDV ödəyicisinə çevrilmişdir. Hazırki müqavilə üzrə Cavabdeh MMC-nin 2022-ci ilin Fevral, Mart və Aprel ayları üçün ödənilməmiş cəmi 1770 manat (fevral – 500+90 manat ƏDV= 590 manat; mart –500+90 manat ƏDV= 590 manat; aprel- 500+90 manat ƏDV= 590 manat) xidmət haqqı borcu vardır. Bu barədə Cavabdeh MMC-yə dəfələrlə məlumat verməyimizə baxmayaraq heç bir ödəniş olunmamışdır. Bundan başqa nəzərinizə çatdırırıq ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC kommersiya hüquqi şəxsinin adı İddiaçı MMC olaraq dəyişdirilmişdir. 01 avqust 2022-ci il tarixli MŞB/6-4071 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Samadov Hüquq və Audit” MMC-nin nümayəndəsi mediasiya sessiyasına gəlsə də, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasına gəlmədiyinə görə sessiyaya xitam verilmişdir. Cavabdehin “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış iddiaçıya verilmiş və mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ənilmişdir. xx.xx.2022 tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə və onlayn kargüzarlıq vasitəsilə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmiş, zənglərə də cavab verilməmişdir. xx.xx.2021-ci il tarixində bağladığımız 41/21 saylı xidmət müqaviləsinə, həmin müqavilənin 8.3-cü maddəsinə əsaslanaraq xx.xx.2022 ixindən keçərli olması şərti ilə birtərəfli qaydada xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə xitam bildirişi göndərilmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərildiyinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədə müvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli 41/21 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-nin tapşırığı ilə müqavilənin 1.2-ci maddəsində qeyd edilən xidmətlərin göstərilməsini, Cavabdeh MMC isə xidmətin haqqını vaxtında və tam ödənilməsini öhdəsinə götürür. Müqavilənin 4.2-ci maddəsinə əsasən Cavabdeh MMC müqavilə üzrə xidmət haqqını vaxtında ödəməzsə ödənişi gecikdirdiyi hər gün üçün gecikdirdiyi məbləğin 0,1 faizi məbləğində İddiaçı MMCyə dəbbə pulu ödəyəcəkdir. 19 aprel 2022-ci il tarixli EBBU seriyalı 716871 nömrəli, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 642339 nömrəli, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 134161 nömrəli, xx.xx.2022ci il tarixli EBBR seriyalı 581793 nömrəli, xx.xx.2022-ci il tarixli EBBS seriyalı 667465 nömrəli elektron qaimələrdən görünür ki, Cavabdeh MMC, İddiaçı MMC-yə ƏDV daxil 2860 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC 61 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında mühasibatlıq və insan resursları üzrə xidmət müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh mühasibatlıq və insan resursları xidməti üzrə nəzərdə tutulmuş borcunu tam olaraq ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, iddiaçının ƏDV daxil 1770 manat borc və 60 manat mediasiya xərci tələbi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edirəm ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 1770 manat borc, 20 manat dəbbə pulu və 60 manat mediasiya xərci, cəmi 1850 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, Q Ə T E T D İ M: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 1770 manat borc, 20 manat dəbbə pulu və 60 manat mediasiya xərci, cəmi 1850 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar