Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-474/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul”tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:xidmət müqaviləsi,pul) X6 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən göstərilmiş xidmətə görə ödənilməli olan 16600 manat əsas borcun , 4150 manat dəbbə pulunun və məhkəmə rusumuna ödənilmiş 153 manat, ümumilikdə 20903.00 manat məbləğində pulalınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən 2023 cü ilin oktyabr və noyabr aylarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi əsasında 16600 manat dəyərində ölkə daxili yük daşıma xidməti göstərilimişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bü günə kimi göstərilmiş xidmətin dəyərini ödəməmiş və onun 16600 manat borcu qalmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya (İddiaçı) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçı tərəfindən iş icra olunduqdan sonra 15 iş günü müddətində nağdsız qaydada həyata keçirilməlidir. Həmin müqavilənin 2.4- cü bəndinə əsasən sifarişçi göstərilmiş xidmətə görə xidmət haqqını icraçıya vaxtinda ödəmədiyi halda hər gecikdirilən gün üçün borcun ümümiməbləğinin 0.1% qədər dəbbə pulu ödəməlidir. Qeyd edirəm ki,cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödənişlər yerinə yetirilməmiş və hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə ödənilməmiş 16600 manat əsas və gecikdirilmiş ödənişə görə 4150 manat dəbbə pulu borclu qalmışdır . Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki,əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür döv r ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Hesab edirəm ki,cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən göstərilmiş xidmətə görə ödənilməli 16600 manat əsas borc , 4150 manat dəbbə pulu və məhkəmə rusumuna ödənilmiş 153.00 manat məbləğində pulalınıb İddiaçınə ödənilməlidir.
3. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdehndən göstərilmiş xidmətə görə ödənilməli olan 16600 manat əsas borcun , 830 manat dəbbə pulunun və məhkəmə rusumuna ödənilmiş 153 manat, ümumilikdə 17583 manat məbləğində pul alınıb İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında müqavilə üzrə 16600 manat borcu olduğunu qəbul etdi. III. Sübutların tədqiqi:
6. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib «İcraçı»ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada ölkə daxili yükdaşıma xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə xidmət haqqı, Bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən qiymət tariflərinə əsasən müəyyən edilir. Qanunvericilikdə nəzərdə tutulmuş vergilər və digər ödəmələr İcraçıya aiddir. - 2.2-ci bəndinə əsasən hər təqvim ayının sonunda həmin xidmət ayı üzrə göstərilən daşıma xidmətinin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. - 2.3-cü bəndinə əsasən bu Müqavilə üzrə ödəniş, icraçı tərəfindən iş icra olunduqdan sonra ən geci 15 (on beş) iş günü müddətində ödəməli və ödəmə nağdsız qaydada həyata keçiriləcəkdir. - 2.4-cü bəndinə əsasən sifarişçi göştərilmiş xidmətə görə xidmət haqqını İcraçıya vaxtında ödəmədiyi halda hər gecikdirilən hər gün üçün borcun ümümi məbləğinin 0.1% qədər dəbbə pulu ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
7. xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh MMC-nin "xxxx" MMC-yə müqavilə üzrə borcu 16600 manat təşkil edir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
8. İddiaçı tərəfindən cavabdehə EBDS 338030 nömrəli xx.xx.2023-cü il tarixli 5950 manat,EBDU 721619 nömrəli xx.xx.2023-cü il tarixli 10650 manat məbləğində elektron qaimə göndərilmişdir.
9. 30.11.2023-cü il tarixli akt ilə təsdiq edilir ki,01-30 noyabr 2023-cü il dövr üzrə iddiaçı tərəfindən cavabdehə 10650 manat məbləğində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. 31.10.2023-cü il tarixli akt ilə təsdiq edilir ki,27-31 oktyabr 2023-cü il dövr üzrə iddiaçı tərəfindən cavabdehə 5950 manat məbləğində xidmət göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
11. İş materiallarında olan pretenziya məktubundan görünür ki, yaranmış borcun qısa müddət ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. IV. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 850.1-ci maddəsinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
13. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
15. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, QAYA 080/2023/D nömrəli ölkə daxili yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş yükdaşıma xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC -nin göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 16600 manat təşkil edir. Cavabdehin iddiaçıya 16600 mnat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş, müqavilə, qaimələr təhvil-təslim aktları, üzləşmə aktı və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla tam təsdiq olunur.
18. Belə olan halda məhkəmə Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən mübahisəli yükdaşıma müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən yük daşınmaya görə haqq olan 16600 manat məbləğində pul vəsaitini ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC -dən 16600 manat tutularaq İddiaçı MMC -yə ödənilməlidir.
19. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 830 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
20. Həmin tələblə bağlı məhkəmə hesab edir ki, Cavabdeh MMC -nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
21. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli cavabdehdən 830 manat məbləğində dəbbə pulu tuutlaraq iddiaçıya ödənilməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 153 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
23. Məhkəmə hesab edirki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 153 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 16600 manat (on altı min altı yüz manat) manat əsas borc, 830 (səkkiz yüz otuz) manat cərimə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 153 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova