Məhkəmə qərarları › İş №e-2-2(113)-4752/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4752/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4752/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: endirim kampaniyasında iştirak müqaviləsi, dövlət rüsumu) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı ASC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 575,97 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh – X6 arasında xx.xx.2023-cü il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində göstərildiyi kimi bu müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim Kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçıarasında yaranmış münasibətlər tənzimlənir. Müqavilənin 4.2.4cü bəndinə əsasən Müqavilənin qüvvədə olduğu müddət ərzində Bank kartlarının sahiblərinə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən miqdarda və bu Müqavilənin 2 saylı Əlavəsində göstərilən qaydalara uyğun endirim təklif edilir. Müqavilənin 1 saylı Əlavəsində endirimin miqdarı cəmi 05%, endirimləri təqdim edən obyektləri kimi isə X6 göstərilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən X4 kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, Müqavilənin şərtlərinə uyğun endirimlər alır. Müqavilənin 3.6-cı bəndinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların post terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxiledilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödəiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir. Müqavilənin 4.1.4-cü bəndinə əsasən Endirim kampaniyası çərçivəsində Təşkilatçının Digər banklarda olan pos-terminala bağlı hesabına köçürülmüş endirim faizi nisbətində pul vəsaitinin hər ayın ilk 10 (on) iş günü ərzində Bankın müxbir hesabına köçürülməsini və ya nağd qaydada ödənilməsini Təşkilatçıdan tələb etmək hüququ vardır. Müqavilənin 4.2.12-ci bəndinə əsasən Endirim kampaniyası ilə əlaqədar hesabına daxil olmuş pul vəsaitinin, endirim faizi nisbətində hissəsinin akseptsiz qaydada silinməsini təmin etmək, silinməsinə və aidiyyatı üzrə köçürülməsinə maneəçilik törətməmək, bu məqsədlə vəsaitin Banka köçürülməsi üçün həmin banka əvvəlcədən yazılı razılıq vermək və hər ayın ilk 10 (on) iş günündən gec olmayaraq Banka ödəmək vəzifəsi vardır. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini tam və vaxtında icra etməyi öhdəsinə götürsə də, vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan arayışına əsasən cavabdeh X7 oğlaurasında bağlanmış xx.xx.2023-cü il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən borcu aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri “4loft_speakeasybar” restoranında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5% qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin, Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. X6-nin xx.xx.2024-cü il tarixinə Banka olan borcu 575,97 AZN-dir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 389.1, 390.1, 447.1-ci və s. maddələrinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Məhkəmə baxışının hədləri:

5. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. - 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ASC ilə cavabdeh – X6 arasında xx.xx.2023-cü il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqaviləyə əsasən:

7. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqavilə ilə Müştərilərin Təşkilatçıda apardıqları əməliyyatlarla bağlı Təşkilatçı tərəfindən Müştərilərə Endirim faizlərinin tətbiq edilməsi və Bank tərəfindən bu Müqavilənin şərtlərinə uyğun olaraq Endirim kampaniyasının reklamının həyata keçirilməsi üzrə Bank və Təşkilatçı arasmda yaranmış münasibətlər tənzimlənir.

8. Müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilə üzrə nağdsız əməliyyatlar həm Bankın, həm də istənilən Digər bankın pos-terminalları ilə həyata keçirilə bilər.

9. Müqavilənin 3.1-ci maddəsinə əsasən tərəflər razılaşır ki, bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, Bankın marağı nağdsız qaydada hesablaşmalarm həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışım stimullaşdırmaqdan, Təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlbi və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir.

10. Müqavilənin 3.2-ci maddəsinə əsasən bank Təşkilatçıdan aldiğı Endirim faizini Bankın müəyyən etdiyi qaydada nağd pul və ya Virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində Müştərinin xeyrinə hesablayır. Hesablanmış Virtual ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Bankın müəyyən etdiyi dövr ərzində istifadə edilməyən Virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır.

11. Müqavilənin 3.3-cü maddəsinə əsasən ərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların posterminallarmı əhatə edəcəkdir.

12. Müqavilənin 3.4-cü maddəsinə əsasən X4 kampaniyasından yararlanmaq üçün Bank kartlarım Təşkilatçınm müştərilərə xidmət göstərən personalına təqdim etməklə, bu Müqavilənin şərtlərinə uyğun endirimlər alır.

13. Müqavilənin 3.5-ci maddəsinə əsasən Təşkilatçı öz müəssisələrində Banka aid Tamtım Materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə Tamtım Materiallarının vəziyyəti və yeri ilə tamş olmaq üçün Təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı Tamtım materiallarını yalmz bu Müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı Bankın razılığı olmadan Bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığım bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalmz Müqavilə qüvvədə olduğu müddət ərzində Tamtım materiallarından istifadə edə bilər və Müqaviləyə xitam verildikdən sonra dərhal, habelə Bankın tələb etdiyi halda Müqaviləyə xitam verilənədək Tamtım materiallarım tam olaraq Banka geri qaytarmalıdır.

14. Müqavilənin 3.6-cı maddəsinə əsasən Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçınm müəssisələrində xidmətin tam dəyəri Digər bankların pos-terminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçınm Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu Müqavilənin 3.8-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçınm sərəncamı əsasmda onun hesabından Bankın müxbir hesabına hər aym ilk 10 (on) iş günü ərzində bu Müqavlənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir;

15. Müqavilənin 3.7-ci maddəsinə əsasən endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçınm Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər aym 10-dək Təşkilatçı, onun pos-terminalınm olduğu Digər bank və Bank arasında üzləşmə aktı (bundan sonra “Üzləşmə Aktı”) tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən soma Təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10-dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir.

16. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X3 (VÖEN: **********) xx.xx.2023cü il tarixli MD-CB 1231 N-li “Endirim kampaniyasında iştirak edilməsi haqqında” müqaviləyə əsasən AZ35RBTA******************** saylı hesabı üzrə borc aşağıdakı səbəblərdən yaranmışdır: Müqavilə şərtlərinə əsasən Kartmane kart müştəriləri 41oft_speakeasybar restoranında ödəniş zamanı Rabitəbank ödəniş məbləğinin 5 % qədərini tərəfdaşın adından müştərilərə geri qaytarıb. Daha sonra qaytarılmış bu məbləğ Tərəfdaş tərəfindən banka geri ödəniş olunmalı idi. Lakin Tərəfdaş bu məbləği Banka geri ödəniş etməmişdir. X3 (VÖEN: **********) xx.xx.2025-ci il tarixinə Banka olan borcu 575,97 manatdır.

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli MD-CB nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehdən aldığı endirim faizini özünün müəyyən etdiyi qaydada nağd pul və ya virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində müştərinin xeyrinə hesablamağı, cavabdeh öz müəssisələrində iddiaçıya aid tanıtım materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini, müştərilər tərəfindən cavabdehin müəssisələrində xidmətin tam dəyəri iddiaçının plastik kartları ilə pos-terminallar vasitəsilə ödənildiyi hallarda endirim faizi nisbətində pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 01 saylı əlavə ilə endirim miqdarı 5 faiz kimi, obyekt kimi Mərdanov qardaşları 4, bina4 razılaşdırılmışdır.

21. İddiaçı xx.xx.2023-cü il tarixli MD-CB nömrəli müqavilə üzrə 575,97 manat məbləğində pulun tutulmasını tələb edir.

22. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

27. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

28. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

29. xx.xx.2023-cü il tarixli MD-CB nömrəli müqavilənin 3-cü hissəsinə (iddiaçı Bank qismində, cavabdeh Təşkilatçı qismində, müştəri – adına iddiaçının hesablaşma kartı olan və hazırkı müqavilənin şərtlərinə görə cavabdehin müəssisələrində xidmət göstərilən şəxs) əsasən, Tərəflər razılaşır ki, bu endirim kampaniyasının həyata keçirilməsində hər iki tərəfin öz biznes maraqları vardır. Belə ki, Bankın marağı nağdsız qaydada hesablaşmaların həcmini artırmaq yolu ilə müştəriləri yüksək keyfiyyətli bank xidməti ilə təmin etməkdən, həmçinin plastik kart satışını stimullaşdırmaqdan, Təşkilatçının marağı isə öz biznes şəbəkələrinə əlavə müştəri cəlbi və xidməti artırmaq yolu ilə gəlirliyini yüksəltməkdən ibarətdir (3.1). Bank Təşkilatçıdan aldiğı Endirim faizini Bankın müəyyən etdiyi qaydada nağd pul və ya Virtual bal yaxud digər virtual valyuta ekvivalenti şəklində Müştərinin xeyrinə hesablayır. Hesablanmış Virtual ballar yalnız Bankın müəyyən etdiyi formada (nağd pul, tərəfdaş şəbəkəsi mallarının alınması və s.) və müddətdə istifadə oluna bilər. Bankın müəyyən etdiyi dövr ərzində istifadə edilməyən Virtual balları bir tərəfli qaydada ləğv etmək hüququ vardır (3.2). Tərəflər razılaşır ki, endirim kampaniyası Bankın kartları vasitəsi ilə ödəmə aparılan həm Bankın, həm də Digər bankların pos-terminallarmı əhatə edəcəkdir (3.3). X4 kampaniyasından yararlanmaq üçün Bank kartlarını Təşkilatçının müştərilərə xidmət göstərən personalına təqdim etməklə, bu Müqavilənin şərtlərinə uyğun endirimlər alır (3.4). Təşkilatçı öz müəssisələrində Banka aid Tanıtım Materiallarının aydın və yaxşı görünən yerlərdə yerləşdirilməsini təmin edəcək, habelə Bankın nümayəndələrinə belə Tanıtım Materiallarının vəziyyəti və yeri ilə tanış olmaq üçün Təşkilatçının iş saatları ərzində şərait yaradacaq, onlara heç bir halda mane olmayacaqdır. Təşkilatçı Tanıtım materiallarını yalnız bu Müqavilə çərçivəsində istifadə edə bilər. Təşkilatçı Bankın razılığı olmadan Bank ilə əlaqəli olduğu, onunla birgə çalışdığını bildirə və ya buna ehyam edə bilməz. Təşkilatçı yalnız Müqavilə qüvvədə olduğu müddət ərzində Tanıtım materiallarından istifadə edə bilər və Müqaviləyə xitam verildikdən sonra dərhal, habelə Bankın tələb etdiyi halda Müqaviləyə xitam verilənədək Tanıtım materiallarını tam olaraq Banka geri qaytarmalıdır (3.5). Bank Endirim faizini Müştərinin xeyrinə nağd pul şəklində hesabladığı hallarda, Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Digər bankların posterminalları vasitəsi ilə ödənilərsə, xidmətin tam dəyəri (endirim hissəsi daxil olmaqla) Müştərinin (alıcının) Bank kartının bağlı olduğu hesabından silinərək Təşkilatçının Digər bankda olan bank hesabına mədaxil edilir. Endirim məbləğinin Müştəriyə çatmalı olan hissəsi Bankın hesabından Müştərinin Bank kartının bağlı olduğu hesabına ödənilir. Endirim faizi nisbətində pul vəsaitinin Müştəriyə çatmalı olan hissəsini Bank öz hesabından Müştəriyə ödədiyi üçün, Endirim faizi nisbətində pul vəsaitinin (Müştəriyə çatmalı olan hissəsi də daxil olmaqla) əgər bu Müqavilənin 3.8ci bəndində nəzərdə tutulmuş qaydada ödənilməsi mümkün deyildirsə, Təşkilatçının sərəncamı əsasında onun hesabından Bankın müxbir hesabına hər ayın ilk 10 (on) iş günü ərzində bu Müqavlənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada ödənilir (3.6). Endirim faizi nisbətində pul vəsaitinin Təşkilatçının Digər bankdakı bank hesabından Banka köçürülməsini təmin etmək üçün hər ayın 10-dək Təşkilatçı, onun posterminahnın olduğu Digər bank və Bank arasında üzləşmə aktı tərtib edilir. Üzləşmə Aktı tərtib edildikdən sonra Təşkilatçı ən geci 3 (üç) gün ərzində, lakin istənilən halda ayın 10- dan gec olmamaq şərtilə vəsaitləri Bankın hesabına köçürməlidir (3.7). Müştərilər tərəfindən Təşkilatçının müəssisələrində xidmətin tam dəyəri Bankın pos-terminalları vasitəsi ilə ödənildiyi hallarda Təşkilatçının bu Müqavilə üzrə Banka köçürməli olduğu vəsaitləri və ödəməli olduğu ödənişləri, habelə Bank qarşısında yaranmış hər hansı bir digər öhdəliyi üzrə ödənişləri X2 hesab(lar)ından Təşkilatçının razılığı tələb olunmadan birtərəfli qaydada akseptsiz şəkildə silir. Təşkilatçının hesab(lar)ında vəsait olmadıqda, Təşkilatçı və Bank arasında bu Müqavilənin 3.7-ci bəndində nəzərdə tutulmuş qaydada və müddətdə Bankla Təşkilatçı arasında Üzləşmə Aktı tərtib olunur və Təşkilatçı tərəfindən Banka ödəniş edilir (3.8). Tərəflər razılaşır ki, Təşkilatçı müştərilərə xidmətlər göstərilən zamanı istifadə üçün nəzərdə tutulmuş bütün posterminallarının (siyahıda POS İD qeyd olunmalıdır) siyahısını 7 (yeddi) iş günü ərzində yazılı şəkildə Banka təqdim edəcək və Bank öz növbəsində həmin posterminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.9). Təşkilatçı öz müəssisələrində hər dəfə Digər banka məxsus yeni posterminallar quraşdırdıqda, bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir və Bank öz növbəsində həmin posterminallarm endirim kampaniyasında iştirakını təmin etmək üçün Bankın proqramında müvafiq modula sazlanmasını təmin edəcəkdir (3.10). Təşkilatçı qeydiyyatdan keçən posterminallar üzrə POS İD dəyişəndə bu barədə ən gec 5 (beş) iş günü ərzində Banka yazılı məlumat verməlidir (3.11). Bank Endirim faizini Müştərinin xeyrinə Vitual bal şəklində hesabladığı hallarda, Bankın bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilmiş müddət bitdikdən sonra müvafiq Endirim faizinin Bankın mülkiyyətinə keçməsinə Təşkilatçı razılaşır və təsdiq edir ki, bununla bağlı heç bir tələb və ya iddiası yoxdur (3.12).

30. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

31. Bu mənada məhkəmə göstərir ki, iddiaçı hazırda müştərilərə tətbiq edilmiş endirim faizi nisbətində pulun cavabdehdən tutulmasını tələb edir.

32. İş materiallarında olan hesabdan çıxarış məlumatlarında görünür ki, xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya məxsus kartlarla cavabdehin obyektində əməliyyat aparılmış, ayrı-ayrı müştərilərə həmin məbləğlər üzrə 5 faiz olmaqla ümumilikdə 575,97 manat endirim tətbiq edilmişdir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

38. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli MD-CB nömrəli müqavilə üzrə borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 575,97 manat əsas borc cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

39. İddiaçı həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. IV. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli Endirim Kampaniyasında iştirak edilməsi haqqında müqavilə üzrə 575,97 manat borc məbləği və dövlət rüsumu xərcinin əvəzi olaraq 30 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova İş № e-2-2(113)-4752/2025 xx.xx.2025-ci il

Məhkəmə iclasından kənar prosessual hərəkət barədə protokol

İddiaçı ASC-nin cavabdeh X5 qarşı “müqavilə üzrə pul” tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə xx.xx.2025-ci il tarixdə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxıldı. Prosessual hərəkət saat 09:45-də başlandı. Hakim iş materiallarında olan sənədləri nəzərdən keçirərək hazırkı iş üzrə yekun məhkəmə aktını qəbul edir. Prosessual hərəkət saat 09:55-də qurtardı. Protokol xx.xx.2025-ci il tarixdə tərtib edildi.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar