Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-479/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (X12, X20, X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, ipoteka müqaviləsi, vərəsəlik) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (X13, X20, X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə onun xeyrinə 24019,41 manat əsas, 5125,33 manat faiz borcunun, cəmi 29144,74 manat borcun və tərəfindən ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli L006/2019/14 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/64130/83/22” saylı, xx.xx.2021 tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 19 faiz olmaqla 30000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat N:li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə X5 məxsus olan Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi cavabdeh X14 ilə “Bank” arasında xx.xx.2019-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aramızda imzalanmış “Kredit müqavilə”sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli Kredit müqaviləsi üzrə “Bank”a 24019,41 manat əsas, 5125,33 manat faiz borcu yaranmışdır. İpoteka qoyan X14 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron sistemində vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi bölməsində yoxlama zamanı X3 məlumatlarına uyğun vərəsəlik işi aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli, 2117/2024 №-li vəkil sorğusuna Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının Qobustan Qəsəbə İnzibati Ərazi üzrə Nümayəndəliyinin xx.xx.2024 tarixli, 14-20/85 №-li cavab məktubundan göründüyü kimi qanuni vərəsəlik hüququ olan şəxs Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ailə tərkibi ilə birlikdə yaşayır. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 317.1, 319.1, 385, 442, 448, 449.4, 465.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəsxlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Cavabdeh (Kredit alan) ilə İddiaçı ASC (Bank) arasında bağlanmış “Kredit limitinin ayrılması haqqında” 17 dekabr 2019-cu il tarixli, L006/2019/14 saylı müqavilənin 2.1-ci bəndinə əsasən “Bank” “Kredit alan”a 100000 (bir yüz min) manat və ya Azərbaycan manatının kreditin rəsmiləşdirildiyi tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq, ABŞ dolları (USD), AVRO (EUR), Rusiya rublu (RUB), Böyük Britaniya funt sterlinqinə funt sterlinqinə (GBP) olan ekvivalenti məbləğində; 84 (səksən dörd) ay müddətinə (bundan sonra “Kredit limiti müddəti”); illik maksimum 30 % (otuz) dərəcəsi (“Faiz(lər)”) ilə kredit limiti ayırır, kredit alan isə bu müqavilə və “Kredit limitin ayrılması haqqında” müqavilə daxilində kredit müqavilələri (kredit sazişi (bundan sonra “Kredit müqaviləsi” və ya “Kredit müqavilələri”) ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti “Kredit müqaviləsi” (standart kredit şərtləri və kredir sazişi) və onun ayrılmaz hissəsi olan “Ödəniş cədvəli”nə əsasən qaytarmağı öhdəsinə götürür. Kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi,götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kreditlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər “Kredit müqavilələri” ilə müəyyən olunur. Cavabdeh (Kredit alan) ilə İddiaçı ASC (Bank) arasında bağlanmış xx.xx.2019-cu il tarixli L006/2019/14 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış KE/93630/72/14 saylı 19 dekabr 2019-cu il tarixli Kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə, illik 18 faiz olmaqla 21000 manat kredit ayrılmışdır. 04 noyabr 2021-ci il tarixli KE/93630/72/14 saylı Kredit Müqaviləsinə Əlavə N1 ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən 36 ay müddətinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 759,2 manat, sonuncu ay, xx.xx.2022-ci il tarixində 768,5 manat aylıq ödənişlər ödənilməlidir. Cavabdeh (Kredit alan) ilə İddiaçı ASC (Bank) arasında bağlanmış xx.xx.2019-cu il tarixli L006/2019/14 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/64130/83/22” saylı, xx.xx.2021-ci il tarixli Kredit sazişinə əsasən iddiaçı cavabdehə, KE/93630/72/14 nömrəli müqavilə üzrə kreditin tam bağlanması şərti ilə 36 ay müddətinə, illik 19 faiz olmaqla 30000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bu Kredit sazişi İddiaçı ASC-nin xx.xx.2014-cü tarixli Müştərilərinə Kreditləşmə və Xidmət şərtləri ilə L006/2019/14 saylı 17 dekabr 2019-cu il tarixli “Kredit limitinin ayrılması haqqında müqavilə” əsasında bağlanmışdır və onun tərkib hissəsi sayılır. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəf münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər, habelə kredit limitinin maksimal müddəti, maksimal məbləği və maksimal faiz dərəcələri 1.006/2019/14 saylı 17 dekabr 2019-cu il tarixli “Kredit limitinin ayrılması haqqında” müqavilə və şərtlərlə müəyyənləşdirilir. Kredit müqaviləsi (Kredit sazişi və Şərtlər) ilə 1.006/2019/14 saylı 17 dekabr 2019-cü il tarixli “Kredit limitinin ayrılması haqqında müqavilə” arasında uyğunsuzluq olduqda Kredit müqaviləsinin şərtlərinə üstünlük verilir. Kredit müqaviləsi daxilində Kredit sazişi ilə Şərtlər arasında uyğunsuzluq olduqda isə Saziş ilə razıalşdırılan şərtlərə üstünlük verilir. Tərəflər bu sazişdə 17 dekabr 2019-cu il tarixli “Kredit limitinin ayrılması haqqında müqavilə”dən və Şərtlərdən fərqlənən, onları tamamlayan və konkretləşdirən, ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. 04 noyabr 2021-ci il tarixli KE/64130/83/22 saylı Kredit Müqaviləsinə ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən 36 ay müddətinə xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 1099,68 manat, sonuncu ay, xx.xx.2024-cü il tarixində 1111,04 manat aylıq ödənişlər ödənilməlidir. xx.xx.2021-ci il tarixli **********468 nömrəli ödəniş tapşırığına əsasən 29999 manat kredit İddiaçı ASC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. 3023 nömrəli xx.xx.2021-ci il tarixli qəbzə əsasən 1,886 manat, 3019 nömrəli xx.xx.2021-ci il tarixli qəbzə əsasən 11190 manat, 3011 nömrəli xx.xx.2021-ci il tarixli qəbzə əsasən 3808 manat məbləğ İddiaçı ASC tərəfindən Cavabdeh verilmişdir. İddiaçı ASC (İpoteka saxlayan) ilə X14 (İpoteka qoyan) və Cavabdeh (borcalan) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən İpoteka qoyan öz mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evini L006/2019/14 saylı 17 dekabr 2019-cü il tarixli “Kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan Kredit limitini ayrılması haqqında müqavilə daxilində kredit sazişlərindən irəli gələn üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə “İpoteka saxlayan”ın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 40000 manat müəyyən edilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X5 məxsusdur. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatma alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövls reyestrindən verilən Arayışdan görünür ki, X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi üzrə xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. 18 dekabr 2019-cu il tarixli ərizələrdən görünür ki, ipoteka qoyan X3 arvadı X11, həmin ünvanda qeydiyyatda olan X14 Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə yüklü edilməsinə, gələcəkdə tutmanın həmin əmlaka yönəldilməsinə razı olduqlarını bildirmişlər və bu halda Bankın ilk tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdələrinə götürmüşlər. **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, L006/2019/14 saylı Kredit limitinin ayrılması haqqında müqavilə üzrə 84 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Həmin yüklülük ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə reyestrdə qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KE/64130/83/22 saylı müqaviləyə əsasən İddiaçı ASC-yə 24019,41 manat əsas, 6291,89 manat faiz borcu vardır. Cavabdehin borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/9034 saylı ekspert rəyi ilə cavabdehin maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə; əsas borc üzrə-- 23717,39 manat; faiz borcu üzrə -- 5647,22 manat, müqavilə müddətinin bitəcəyi xx.xx.2024-cü il tarixinə; əsas borc üzrə -- 23717,39 manat; faiz borcu üzrə -- 8088,13 manat, ekspert rəyinin veriləcəyi xx.xx.2024-cü il tarixə; əsas borc üzrə -23717,39 manat; faiz borcu üzrə-- 8488,69 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, QCM/A 09-021/25 nömrəli ekspert rəyindən görünür ki, X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 50000 manat, həmin evin likvid dəyəri təqribən 40000 manat məbləğində müəyyən edilmişdir. 3910 İB nömrəli, xx.xx.2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişdən görünür ki, İddiaçı ASC ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamaq barədə X6 xəbərdar etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə 849 İB nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə kuryer-poçt vasitəsi ilə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə X5 məxsus Bakı şəh, Qaradağ ray, Qobustan qəs, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciət edilmişdir. 26 avqust 2024-cü il tarixli ipoteka qoyan X3 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ipoteka yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evinin faktiki olaraq hansı şəxslərin istifadəsində olması barədə verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Baki şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti Başçısının Qobustan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş cavab məktubunda X15, X7, X8, X4 həmin ünvanda qeydiyyatda olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01656 nömrəli mediasiya arayışından məlum olurki, iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 200 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 181,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (1243.3). 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli L006/2019/14 saylı “Kredit limitinin ayrılması haqqında” müqaviləyə əsasən 84 ay müddətinə illik maksimum 30% ilə 100000 manat məbləğində krеdit limiti ayrılmış, daha sonra “KE/64130/83/22” saylı, xx.xx.2021 tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 19 faiz olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı ASC ilə X14 arasında bağlanılmış xx.xx.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən əsasən xx.xx.2019-cu il tarixli L006/2019/14 saylı “Kredit limitinin ayrılması haqqında” müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi X14 oğlunun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 30000 manat kredit versə də, borcalan, yəni cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməyərək hər ay ödənilməli olan aylıq ödənişləri ödəməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehə qarşı kredit müqaviləsi əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, cavabdehin öhdəliklərini icra etmədiyini, nəticədə iddiaçıya borcun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən kredit sazişi üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. xx.xx.2021-ci il tarixli KE/64130/83/22 saylı kredit razılaşmasına əsasən iddiaçı 24019,41 manat əsas, 5125,33 manat faiz borcunun ödənilməsini tələb etmişdir. Lakin keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə əsas borc 23717,39 manat, faiz borcu 5647,22 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə əsas borc 23717,39 manat, faiz borcu 8088,13 manat, ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə əsas borc 23717,39 manat, faiz borcu 8488,69 manat hesablanmışdır. Həmin ekspert rəyi kifayət qədər əsaslı şəkildə əsaslandırılmış, edilən ödənişlərə silinmələr cədvəl üzrə aydın şəkildə göstərilmişdir. Buna görə də məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, əsas borcun məbləği ekspert rəyinə uyğun olaraq 23717,39 manat müəyyən olunmalıdır. Ancaq MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən verilmiş tələb üzrə qətnamə çıxarılmalı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcun məbləği iddia tələbində ekspert rəyinə nisbətdə daha az göstərildiyindən faiz borcu iddia tələbinə uyğun olaraq 5125,33 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı tələbin cavabdeh X14 oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiyindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. İpoteka qoyan X14 vəfat etdiyindən Cavabdeh başqa digər birinci növbə vərəsələr, uşaqları X13, X20 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş, lakin onlar heç biri məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı etiraz etməmişlər. Məhkəmə qanunvericilik normalarını və Kontitusiya Məhkəməsinin qərarlarındakı mövqeyini, mirası qəbul etmiş vərəsələrin miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab edir ki, iddiaçının, tələbin ipoteka əmlakına yönəldilməsinə dair tələbi haqlıdır. xx.xx.2025-ci il tarixli, QCM/A 09-021/25 nömrəli ekspert tərəfindəndən verilmiş rəy ilə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyəri təqribən 40000 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin tərəflər arasında imzalanmış ipoteka müqaviləsində də evin ilkin satış qiyməti 40000 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi və tərəflərin razılaşması əsas götürülərək, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməlidir. Məhkəmə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 200 manat mediasiya xərcinin 177,53 manatının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 99 manat məbləğində hissəsi cavabdеh Cavabdeh, 1 manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləğində hissəsi cavabdеh Cavabdeh, 150 manat məbləğində hissəsi isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh KE/64130/83/22 saylı, xx.xx.2021 tarixli kredit müqaviləsi üzrə 23717,39 manat əsas, 5125,33 manat faiz olmaqla, cəmi 28842 (iyirmi səkkiz min səkkiz yüz qırx iki) manat 72 (yetmiş iki) qəpik borc və ödənilmiş 200 manat mediasiya xərcinin 177 (yüz yetmiş yeddi) manat 53 (əlli üç) qəpiyinin əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Neftalı küçəsində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində olan 41 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehin borcu ödənilsin, həmin əmlakın ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 99 (doxsan doqquz) manatı cavabdеh Cavabdeh, 1 (bir) manatı isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT) hesabına keçirilsin. Məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 300 manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manatı cavabdеh Cavabdeh, 150 (yüz əlli) manatı isə İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin (AZ06 Al İB400600C**********103 "xxxx" ASC, Yasamal filialı 200037 VÖEN: ********* 1 S.W.İ.F.T.: AİİBAZ2X AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-479/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-479/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver