Məhkəmə qərarları › İş №e-2-2(113)-4793/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4793/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4793/2022 21.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il noyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2021-ci il yanvar ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat məbləğində pul vəsaitinin, əlavə olaraq əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 2200 manat olmaqla, ümumilikdə 24209 manat məbləğin cavabdeh "xxxxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, AX- FS 20/001B saylı xidmət müqaviləsi bağlanmışdır. Təhvil-təslim barədə aktlardan da göründüyü kimi, sifarişçi "xxxxxx” ASC-nin icraçı İddiaçı ümumilikdə 22009 (iyirmi iki min doqquz) manat ödənilməmiş borcu mövcuddur. Belə ki, cavabdeh tərəfindən İddiaçı 2020ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il noyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2021-ci il yanvar ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, cəmi 22009 (iyirmi iki min doqquz) manat məbləğində pul vəsaitinin, əlavə olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 2200 (min qırx bir) manat məbləğində olmaqla, ümumilikdə 24209 manat məbləğin ödənilməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - "xxxx" ASC ilə fərdi sahibkar İddiaçı arasında üzləşməyə dair 02 noyabr 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin nümayəndələri, digər tərəfdən fərdi sahibkar İddiaçı bu aktı imzaladılar ondan ötəri ki, həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli xidmət müqaviləsi qüvvədə olmuşdur və xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri üzrə xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətlər qarşılığında "xxxx" ASC fərdi sahibkar İddiaçı aşağıda göstərilən məbləği ödəməmişdir və fərdi sahibkar İddiaçı aşağıda qeyd olunan məbləği borcludur: 2020-ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, cəmi ödənilməli məbləğ 17573 (on yeddi min beş yüz yetmiş üç) manat təşkil edir. Akt hər iki tərəfin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 mart 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2047 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 aprel 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 may 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 iyun 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 iyul 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 avqust 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 sentyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 31 oktyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 noyabr 2020-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - 30 yanvar 2021-ci il tarixli Görülmüş işin təhvil-təslimi barədə Aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il dövrü ərzində müqavilənin 1.1-ci bəndində göstərilən xidmətləri göstərmiş və xidmətlərin həcmi 2218 manat məbləğində olmuşdur. Akt hər iki tərəfin, yəni icraçı İddiaçı imzası və sifarişçi qismində xxxxxx ASC-nin AR-İ seriyalı, 964504 nömrəli etibarnamə üzrə nümayəndəsinin imzası və ASC-nin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli, 569/2022 pretenziya məktubundan görünür ki, "xxxx" ASC-yə müraciət edilərək 7 (yeddi) gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xidmət müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, belə olan halda isə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdehin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi məhkəməyə təqdim olunan üzləşmə aktı, görülmüş işin təhvil-təslimi barədə aktları ilə öz təsdiqini tapır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə qeyd olunan müqavilənin əsli deyil, birtərəfli qaydada imzalanmış surəti təqdim olunmuşdur. Ona görə həmin müqavilə sübut qismində qəbul oluna bilməz. Lakin həmin müqavilənin mövcudluğu iş materialları (üzləşmə aktı, görülmüş işin təhvil-təslimi barədə aktları) ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan aktlarda, eləcə də üzləşmə aktında xx.xx.2020-ci il tarixli, AX-FS 20/001B nömrəli xidmət müqaviləsinə istinad olunmuşdur. Ona görə də məhkəmə qəbul edir ki, tərəflər arasında münasibətlər qeyd olunan müqavilə ilə tənzimlənmişdir. İddia tələbinin bir hissəsini cavabdehdən 2020-ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il noyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2021-ci il yanvar ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat məbləğində pul vəsaitinin tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin öz öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2020-ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il noyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2021-ci il yanvar ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, cəmi 22009 (iyirmi iki min doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş qaydada əsas borc məbləğinin gecikdirilmiş illik 5 faizi miqdarında, yəni 2200 manat fazi borcunun tutulması təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tələbin həmin hissəsi ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh icranı gecikdirdiyinə görə iddiaçı Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh icranı gecikdirdiyinə görə iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hazırkı halda 1 illik müddət üçün illik beş faiz hesablanmaqla məbləğin tutulmasını məqsədəmüvafiq sayır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalı, cavabdehdən illik beş faiz hesablanmaqla 1100 (min yüz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2020-ci il mart ayı üçün 2047 (iki min qırx yeddi) manat, 2020-ci il aprel ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il may ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyun ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il iyul ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il avqust ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il sentyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il oktyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2020-ci il noyabr ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat, 2021-ci il yanvar ayı üçün 2218 (iki min iki yüz on səkkiz) manat olmaqla, cəmi 22009 (iyirmi iki min doqquz) manat məbləğində borc və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1100 (min yüz) manat olmaqla, ümumilikdə 23109 (iyirmi üç min yüz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar