Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4795/2025 14.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Əsədov Elçin Elman oğlu (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-nə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21246 (iyirmi bir min iki yüz qırx altı) manat məbləğində sığorta ödənişi (ƏDV daxil olmadan), məhkəmə qətnaməsi çıxarılana qədər 21246 manat sığorta ödənişi məbləğinin ödənilməsinin gecikdirildiyi hər bir gün üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 153, 74 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Əsədov Elçin Elman oğluna ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ərizəsi verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz ərizəsinin məzmunu onunla əsaslandırılmışdır ki, iddiaçı sığorta müqaviləsinin tərəfi olmadığından iddia tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə (bundan sonra “Məcəllə”) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 900.1.2-ci maddəsinə əsasən sığorta müqaviləsində sığortalının adı göstərilməlidir. Həmin Məcəllənin 902.1.2-ci maddəsinə əsasən sığorta şəhadətnaməsində sığortalının adı göstərilməlidir. 902.1.9-cu maddəyə əsasən sığortaçının sığorta şəhadətnaməsini, sığortalının isə müvafiq sığorta qaydaları ilə tanış olmasını təsdiq edən imzaları və (və ya) möhürləri sığorta şəhadətnaməsində göstərilməlidir. Sığorta fəaliyyəti haqqında qanunun 1.1.4-cü maddəsinə əsasən sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 1.1.5-ci maddəyə sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxsdir. 1.1.6-cı maddəyə əsasən faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs. Sığorta şəhadətnaməsindən müəyyən olunur ki, iddiaçının sığorta ödənişinin verilməsini tələb etdiyi obyekt iddiaçı tərəfindən deyil, İddiaçı tərəfindən sığortalanmışdır və sığorta şəhadətnaməsi üzrə sığortalı və faydalanan şəxs İddiaçıdur. İddiaçı Əsədov Elçin Elman oğlu sığorta müqaviləsinin tərəfi olmadığı üçün onun Cavabdeh ASC-yə qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Şərh olunanlar iddiaçının Cavabdeh ASC-dən sığorta ödənişinin verilməsini tələb etmək üçün subyektiv hüququnun olmadığını deməyə əsas verir. Bakı Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2-2(113)-4795/2025 saylı qərardadı ilə iddiaçı Əsədov Elçin Elman oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı Əsədov Elçin Elman oğlu əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. İddiaçıya məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4795/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4795/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver