Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4825/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı-Bakı Mərkəzi MMC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı-Bakı Mərkəzi” MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1,256.00 manat məbləğində əsas borcu, 4,396.00 manat məbləğində faiz borcu, ümumilikdə 5,652.00 (beş min altı yüz əlli iki) manat məbləğinin; 76.52 (yetmiş altı manat 52 qəpik) manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4825/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4825/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verib tələbin yalnız Cavabdeh2 MMC-yə qarşı olduğunu bildirmişdir. Tərəflər iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişini təqdim edərək, barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini, bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki:
1. İddiaçı-Bakı Mərkəzi” MMC Cavabdeh2 MMC tərəfindən onun xeyrinə 1,256.00 manat məbləğində əsas borc, 4,396.00 manat məbləğində faiz borcu, ümumilikdə 5,652.00 (beş min altı yüz əlli iki) manat məbləğinin və 76.52 (yetmiş altı manat 52 qəpik) manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir.
2. Cavabdeh2 MMC qeyd edilən iddia tələbinin 1,256.00 manat məbləğində əsas borcu hissəsini qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirmişdir.
3. Cavabdeh2 MMC tərəfindən 1,256.00 manat əsas borcun ödənilməsinə hazır olmasını nəzərə alaraq, İddiaçı-Bakı Mərkəzi” MMC iddia tələbinin qalan 4,396.00 manat məbləğində faiz borcunun və 76.52 manat dövlət rüsumunun ödənilməsi hissəsindən imtina edir.
4. Cavabdeh2 MMC bu Barışıq sazişinin 2-ci bəndində qeyd olunan 1,256.00 (bir min iki yüz əlli altı) manat məbləğini bu Barışıq sazişi təsdiq edildikdən sonra 1 (bir) gün müddətində ödəməyi öz öhdəsinə götürür.
5. Azərbaycan Respublikası MM-in 881.2-ci maddəsinə müvafiq olaraq bu Barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Barışıq sazişinə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq sazişində təsbit edilənlər etibarlı olur. Banşıq sazişinin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir.
6. Bu Barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.
7. Bu Barışıq sazişi eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq Məhkəmədə, İddiaçıda və Cavabdehdə saxlanılır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, hər iki tərəfin nümayəndəsi ayrı-ayrılıqda məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq edilərək iş üzrə müvafiq məhkəmə qərardadının çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı-Bakı Mərkəzi MMC və Cavabdeh2 MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və hazırkı iş üzrə icraata xitam verilsin:
1. İddiaçı-Bakı Mərkəzi” MMC Cavabdeh2 MMC tərəfindən onun xeyrinə 1,256.00 manat məbləğində əsas borc, 4,396.00 manat məbləğində faiz borcu, ümumilikdə 5,652.00 (beş min altı yüz əlli iki) manat məbləğinin və 76.52 (yetmiş altı manat 52 qəpik) manat dövlət rüsumunun ödənilməsini tələb etmişdir.
2. Cavabdeh2 MMC qeyd edilən iddia tələbinin 1256 manat məbləğində əsas borcu hissəsini qəbul etdiyini və ödəməyə hazır olduğunu bildirmişdir.
3. Cavabdeh2 MMC tərəfindən 1256 manat əsas borcun ödənilməsinə hazır olmasını nəzərə alaraq, İddiaçı-Bakı Mərkəzi” MMC iddia tələbinin qalan 4396 manat məbləğində faiz borcunun və 76,52 manat dövlət rüsumunun ödənilməsi hissəsindən imtina edir.
4. Cavabdeh2 MMC bu Barışıq sazişinin 2-ci bəndində qeyd olunan 1256 (bir min iki yüz əlli altı) manat məbləğini bu Barışıq sazişi təsdiq edildikdən sonra 1 (bir) gün müddətində ödəməyi öz öhdəsinə götürür.
5. Azərbaycan Respublikası MM-in 881.2-ci maddəsinə müvafiq olaraq bu Barışıq sazişinin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və qeyri müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Barışıq sazişinə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu Barışıq sazişində təsbit edilənlər etibarlı olur. Banşıq sazişinin bəndlərində göstərilən müddəaların başqa cür təfsir edilməsinə yol verilmir.
6. Bu Barışıq sazişi məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir.
7. Bu Barışıq sazişi eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilir, hərəsində bir nüsxə olmaqla müvafiq olaraq Məhkəmədə, İddiaçıda və Cavabdehdə saxlanılır. Çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ülkər Həsənova