Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4844/2022 29.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixində KMX1 saylı xidməti müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 6.000,00 (altı min) manat pulun və 100,00 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində KMX1 saylı xidməti müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “sifarişçi” (İddiaçı MMC) bu müqavilə ilə istənilən platforma üzərindən veb brouzerdə işləyən, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən “X3 and İnformation System” (bundan sonra - “AMMİS” adlandırılacaq) adlı lokal proqramın (bundan sonra - “məhsul” adlandırılacaq) hazırlanmasını “icraçı”ya (Cavabdeh MMC) sifariş edir, istifadəyə hazır vəziyyətini yoxlamaqla məhsulu tam təhvil aldıqda, həmin məhsul üzrə müəyyən edilmiş haqqı “icraçı”nın bank hesabına köçürməyi öhdəsinə götürür. Razılığa əsasən ödəniş haqqının 30%-ə qədəri ilkin avans şəklində müqavilə imzalandıqda, növbəti avans ödəniş haqqının 40%-ə qədəri şəklində məhsulun hazır olduğu dövrdə, qalan hissəsi isə məhsulun istifadəyə hazır vəziyyətini yoxlamaqla tam təhvil aldıqda ödənilə bilər (bənd 1.1). “icraçı” ona sifariş edilmiş məhsulu vaxtında, tələb olunan formada, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən keyfiyyətdə alqoritmləşməsinin və proqramlaşdırılmasının hazırlanmasını, məhsul tam istifadəyə hazır olduğunda, təhvil-təslim aktını imzaladıqdan sonra “sifarişçi”yə hesab və elektron qaimə faktura təqdim etməyi öhdəsinə götürür. Müqaviləyə uyğun olaraq göstərilən proqramın hazırlanması üçün razılaşdırma protokoluna əsasən 20.000,00 (iyirmi min) manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən ödəniş haqqının 30%-ə qədəri yəni 6.000 (altı min) manat ilkin avans şəklində 21 iyul 2020-ci il tarixində Cavabdeh MMC-yə ödənilmişdir. Lakin indiyədək adıçəkilən proqram hazırlanaraq İddiaçı MMC-yə təhvil verilməmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı” sifarişin nəticələrini - hazır “məhsul”u “sifarişçi”yə (və ya onun səlahiyyətli nümayəndəsinə) təhvil verdikdə qanunvericilikdə nəzərədə tutulmuş formada və qaydada təhvil sənədləri “sifarişçi”yə təqdim edir. Göründüyü kimi müqavilənin tələbinə əməl edilməyərək proqram İddiaçı MMC-yə təhvil verilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixində KMX1 saylı xidməti müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 6.000,00 (altı min) manat məbləğində pulun, 100,00 (bir yüz) manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 610,00 (altı yüz on) manat məbləğində pulun, ümumilikdə 6.710,00 (altı min yeddi yüz on) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2020-ci il tarixli KMX1 saylı xidmət müqaviləsi üzrə ödənişin 40 faiz hissəsi olan 8.000 (səkkiz min) manat növbəti avansın, 6 ay əlavə görülən işlər üçün 6 ay*1200 manat= 7.200 (yeddi min iki yüz) manat pulun və dövlət rüsumu kimi ödənilən 135.6 (yüz otuz beş manat, altmış qəpik) manat, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 15535,6 (on beş min beş yüz otuz beş manat, altmış qəpik) manat İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ilkin iddiası əsassız və qanunsuzdur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli KMX1 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC-yə “X3 and İnformation System” adlı lokal proqramın hazırlanması sifariş edilmişdir. Hər iki tərəfin bir-birinə əməkdaşlıqdan əlavə qabaqcadan qarşılıqlı inam, etibarı olmuşdur. Razılığa əsasən müqavilə imzalandıqdan sonra ödəniş haqqının 30 faizə qədəri (6.000 manat) ilkin avans olaraq, məhsul hazır olduğu dövrdə ödənişin 40 faiz hissəsi (8000 manat) növbəti avans, məhsulun istifadəyə tam hazır olduğunu yoxlamaqla tam təhvil aldıqda (6000 manat) qalan hissəsi ödənilməlidir. Müqavilənin dəyəri 20000 (iyirmi min) manata razılaşdırılmışdır. İlkin iddiada geri qaytarılması tələb edilən 6.000 manatı ödəmək ilkin iddiaçının öhdəliyidir. İddiaçı MMC sifarişi Bakı şəhər Nəsimi Bələdiyyəsinə “X3 and İnformation System” adlı lokal proqramın hazırlanması məqsədilə vermişdir. Razılığa əsasən X2 Sistemi örnəyi əsasında texniki tapşırıq verilməli, hazırlanan proqram həmin texniki tapşırığa müvafiq hazırlanmalı idi. Sifarişçi tərəfindən hissə-hissə verilən tapşırıqlar xx.xx.2020-ci ildən verilməyə başlandı. İlkin avans xx.xx.2022-ci il tarixdə 6.000 manat ödənilmişdir. Texniki tapşırıqların verilməsi uzun müddəti əhatə etdi. Belə ki, tapşırıq verilirdi, hazır olunur, nəzərdən keçrilir, sonra növbəti tapşırıq verilirdi. Əslində texniki tapşırıq müddəalarla verilməli idi. X1 Məlumat Sisteminin ekran şəkillərini təqdim edərək bunun üzərindən tapşırıqlarını vermişdi. Daha sonra proqram sifarişə uyğun hazırlanıb, təqdim edilmə mərhələsinə gəldikdə öz tapşırıqlarını yenidən dəyişdirərək 3 dəfə fərqli tapşırıqlar vermişdir. Struktur dəyişikliyi etdirmişdir. Bu minvalla proqramın hazırlanması üçün müddət keçmiş, böyük zəhmətlə tapşırığa uyğun yığılmış proqram müxtəlif bəhanələrlərlə yenidən hazırlatdırılmışdır. Başqa sözlə sifarişçi işin texniki gedişinə mane olaraq vaxtında tamamlanmasına imkan verməmişdir. Proqramın yazılaraq təhvil verilməsi 3 aya başa gəlir. Sifarişçi hər dəfə bu yazılmış proqramı özü verdiyi şəkili sonradan dəyişdirməsi yenidən yazılması kifayət qədər vaxt almışdır. Nəticədə 2021-ci ilin aprel ayında yenidən texniki tapşırıq dəyişdirildikdən sonra yenidən son versiyada hazırlanıb təhvil verilməsi üçün bələdiyyə sədrinin komputerinə proqram yüklənməli idi. Lakin komputerə yüklənməsi zamanı məlum oldu ki, sədrin komputeri lazımi ehtiyaclara cavab vermir, buna cavab verən serverləri də olmadığından serverin alınması da xeyli zaman aldı. Serverin alınması sifarişçinin öz işi idi. Onlar serveri aldıqdan sonra proqram xx.xx.2021-ci il tarixdə serverə yüklənmiş, sifarişçiyə təhvil verilmişdir. Bundan sonra sifarişçi icraçıya proqramın təqdim etməyə, fəaliyyət sahəsinə daxil olaraq nümayiş etdirməyə imkan vermədi. Halbuki, müqavilə üzrə öhdəliyi vardı ki, sifarişin icrasına imkan verməli, fəaliyyət sahəsinə daxil olmağa, ləvazimat və avadanlıqla təmin etməli idi. Daha sonra İddiaçı MMC-nin bələdiyyə ilə aralarında yaranmış problemi bəhanə edərək razılaşmanın növbəti mərhələsini tamamlamaqdan və ediləsi ödənişi həyata keçirməkdən boyun qaçırmışdır. İddiaçı MMC bildirmişdir ki, bələdiyyə ilə aralarında ödənişlə bağlı problem yaranmış, bələdiyyənin serverinə yüklənmiş proqramın şifrəsi dəyişilsin, verilmiş tapşırığa əsasən şifrə dəyişmişdir. Sifarişçi özü istədiyi məhsulun xüsusiyyətləri barədə təkliflərini, texniki tapşırığını 2021-ci ilin aprelinə qədər verməyə, dəyişməyə davam etdiyindən proqramın hazırlanması müddət almışdır. Aylarla zəhmətlə başa gəlmiş məhsulu təhvil almasına rəğmən İddiaçı MMC ödənişləri etməkdən yayınmışdır. İddiaçı MMC-nin bələdiyyə ilə yaranmış hansısa probleminin Cavabdeh MMC tərəfindən icra olunan öhdəliyin İddiaçı MMC tərəfindən ödənilməməsinə əsas deyildir. Məhsul “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”na müvafiq hazırlanıb təhvil verilmiş, növbəti avansı isə ödəməmiş, nəzərdə tutulandan artıq iş gördürməklə icraçıya maddi ziyan vurmuşdur. İddiaçı MMC ona olan inamdan, güvəndən sui-istifadə etmiş, ödənilməmiş qalan avansı tələb etdikdə ödəməkdən yayınmaq, guya haqlı imiş görüntüsü yaratmaq üçün məhkəmədə iddia qaldırmağa başlamışdır. Faktiki olaraq verilmiş tapşırığın hamısı tamamlanmış, serverə yüklənmiş, məhsul qəbul edilmiş, lakin müqavilənin tələbləri pozulmuş, növbəti avans kimi ödənişin 40 faiz hissəsi ödənilməmişdir. Bununla bağlı pretenziya göndərilmiş, mediasiyaya müraciət edilmiş, lakin heç bir nəticə olmamışdır. Əlavə vaxt itkisi, 3 dəfə texniki tapşırığı və layihə strukturunu dəyişmək nəticəsində nəzərdə tutulandan 6 ay əlavə görülən işlər üçün 6 ay*1200 manat=7200 (yeddi min iki yüz) manat pul cavabdehdən tutulmalıdır. Əslində dəyən zərər daha çoxdur. Əlavə vaxt itkisi, 3 dəfə texniki tapşırığı dəyişmək, bunun nəticəsində 3 aya görülüb yekunlaşmalı iş, sifarişçinin hərəkətləri nəticəsində nəzərdə tutulandan artıq vaxt almışdır. Sifarişçi icraçıya dəymiş zərərin əvəzini və görülmüş işlərin dəyərini ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia ərizəsinə uyğun izahat vermiş, ilkin iddia ərizəsinin təmin qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, bundan əlavə ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli KMX1 saylı xidməti müqavilənin 1.1-ci bəndinə əsasən “sifarişçi” bu müqavilə ilə istənilən platforma üzərindən “web brouzerdə” işləyən, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən, yekunda “Sifarişçi”nin əqli mülkiyyəti və kommersiya sirri hesab edilən “X3 and İnformation System” (bundan sonra – “AMMİS” adlandırılacaq) adlı lokal proqramın (bundan sonra – “məhsul” adlandırılacaq) hazırlanmasını “icraçı”ya sifariş edir, istifadəyə hazır vəziyyətini yoxlamaqla məhsulu tam təhvil aldıqda, həmin məhsul üzrə müəyyən edilmiş haqqı “İiraçı”nın bank hesabına köçürməyi öhdəsinə götürür. Razılığa əsasən ödəniş haqqının 30%-ə qədəri ilkin avans şəklində müqavilə imzalandıqda, növbəti avans ödəniş haqqının 40%-ə qədəri şəklində məhsulun hazır olduğu dövrdə, qalan hissəsi isə məhsulun istifadəyə hazır vəziyyətini yoxlamaqla tam təhvil aldıqda ödənilə bilər. Müqavilənin şərtlərinə uyğun olaraq ödəniş haqqının 30%-ə qədəri ilkin avans şəklində cavabdehin təqdim etdiyi elektron qaiməyə əsasən iddiaçı tərəfindən ödənilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən “icraçı” ona sifariş edilmiş məhsulu vaxtında, tələb olunan formada, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən keyfiyyətdə alqoritmləşməsinin və proqramlaşdırılmasının hazırlanmasını, məhsul tam istifadəyə hazır olduğunda, təhvil-təslim aktını imzaladıqdan sonra “sifarişçi”yə hesab və elektron qaimə faktura təqdim etməyi öhdəsinə götürür. Müqavilənin həmin bəndində “icraçı” öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, məhsulu müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş müddətdə, yəni xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək və tələb olunan formada təqdim etməmişdir. Müqavilənin 2.1.1, 2.1.4 və 2.1.9-cu bəndlərinə əsasən sifariş edilmiş məhsulun vaxtında, tələb olunan formada, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən keyfiyyətdə təhvil verilməsini və müqavilənin 1.3-cü maddəsinin tələblərinə düzgün riayət olunmasını, sifarişin yekun nəticələrini tələb edilən formada, keyfiyyətdə və vaxtında təhvil verməsini və təqdim edilən məhsul təhvil alındığı tarixdən 10 (on) ay müddətində əlavə xidmət haqqı ödənilmədən istifadənin davamlılığını təmin olunmasını “icraçı”dan tələb etmək “sifarişçi”nin hüquqlarıdır. Bunlarla yanaşı müqavilənin 2.3.4-cü bəndinə əsasən sifarişin keyfiyyətli nəticələrini “icraçı”dan təhvil almaq “sifarişçi”nin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 2.5.1, 2.5.4, 2.5.5 və 2.5.9-cu bəndlərinə əsasən sifariş edilmiş məhsulun vaxtında, tələb olunan formada, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən keyfiyyətdə “sifarişçi”yə təhvil vermək, müqavilənin 1.3-cü maddəsinin tələblərinə düzgün riayət olunmasını təmin etmək, sifarişin yekun nəticələrini tələb edilən formada, keyfiyyətdə və vaxtında “sifarişçi”yə təhvil vermək, təhvil verilmiş məhsula görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və formada təhvil sənədlərini “sifarişçi”yə təqdim etmək və məhsul “sifarişçi” tərəfindən təhvil alındığı tarixdən 10 (on) ay müddətində məhsulun istifadəsinin davamlılığını əlavə xidmət haqqı tələb etmədən təmin etmək “icraçı”nın vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilənin tələblərindən də aydındır ki, “icraçı” hazır məhsulu “sifarişçi”yə sifarişin yekun nəticələrini tələb edilən formada, keyfiyyətdə və vaxtında, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və formada təhvil sənədləri ilə birlikdə verməli idi. Lakin “icraçı” yenə öz üzərinə götürdüyü öhdəliklərə əməl etmədən müqavilənin tələblərini pozmuşdur. Mübahisənin məhkəmə araşdırması zamanı da cavabdeh təhvil sənədlərinə dair sübut təqdim edə bilməmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən “icraçı” sifarişin nəticələrini – hazır “məhsulu” “sifarişçi”yə (və ya onun səlahiyyətli nümayəndəsinə) təhvil verdikdə qanunvericilikdə nəzərdə tutulmuş formada və qaydada təhvil sənədləri “sifarişçi”yə təqdim edilir. “İcraçı”nın bu öhdəliyi müqavilənin bir neçə bəndində öz əksini tapmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişin təhvil sənədlərinə dair “sifarişçi”nin hər hansı iradı olduğu halda, “icraçı” həmin iradları aradan qaldırdıqdan sonra təhvil sənədlərini yenidən “sifarişçi”yə təqdim edir. Sifarişin təhvil sənədlərinə dair “sifarişçi”nin hər hansı iradının olmadığı halda, həmin təhvil sənədlərini aldıqdan sonra xidmət haqqı “icraçı”ya ödənilir. Müqavilənin 3.4-cü bəndinə əsasən sifarişin haqqı üzrə ödəniş qanunvericliyə uyğun olaraq, “icraçı”nın bank hesabına köçürmə yolu ilə Azərbaycan manatı ilə həyata keçirilir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. 6.4.3-cü bəndinə əsasən “tərəflər”dən biri qanunvericlikdə müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada xitam verilə bilər. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli KMX 1 saylı xidmət müqaviləsi qüvvədə olduğu müddətdə Cavabdeh MMC fəaliyyətini dayandırmışdır və bu gün də fəaliyyəti aktiv deyildir. Cavabdeh hazırki müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdən əvvəl fəaliyyətini dayandırmış və bu barədə iddiaçıya məlumat verməmişdir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh MMC xx.xx.2020-ci il tarixli KMX 1 saylı xidməti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Məhkəməyə müraciət etməmişdən əvvəl iki dəfə cavabdehə pretenziya məktubu göndərilmişdir. İlk pretenziya məktubu sifarişin tam təhvil verilməsi üçün müqavilə ilə müəyyən edilmiş müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixində cavabdehə göndərilmişdir. Həmin pretenziya məktubunda göstərilənlərlə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülmədiyindən ikinci dəfə yenə pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəməyə qədər nizamasalma qaydasına əməl olunmuşdur. Cavabdeh MMC iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsindən və məhkəmə mübahisəsindən xəbər tutan kimi ilkin avans olaraq ödənilmiş məbləği geri qaytarmamaq üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əsassız arqumentlər gətirərək, guya ki, sifarişi təhvil verdiklərini sübut etmək istəyirlər. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, “Razılığa əsasən X2 Sistemi örnəyi əsasəndə texniki tapşırıq verilməli, hazırlanan proqram həmin texniki tapşırığa müvafiq hazırlanmalı idi”. Bu hansı razılıqdır, tərəflər arasında belə razılıq olmamışdır. Ümumiyyətlə həm məhkəmə iclaslarında, həm də qarşılıqlı iddia ərizəsində tez tez “texniki tapşırıq” sözünə rast gəlinir. Başa düşmək olmur ki, cavabdeh bu sözü haradan götürüb. Belə bir öhdəliyik nə vaxt yaranıb? Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı texniki tapşırığın “sifarişçi”dən tələb edilməsi barədə sübutların olub-olmamasına dair hakimin sualına konkret cavab verməmişdir. İş üzrə aidiyyəti olmayan şəxslərin e-mail adreslərinə gələn məktubları məhkəməyə təqdim etmişdir ki, bu məktublarda da texniki tapşırıqdan bəhs olunmurdu. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, “texniki tapşırıqların verilməsi uzun müddəti əhatə etdi. Belə ki, tapşırıq verilirdi, hazır olunur, nəzərdən keçrilir, sonra növbəti tapşırıq verilirdi. Əslində texniki tapşırıq müddəalarla verilməli idi. X1 Məlumat Sisteminin ekran şəkillərini təqdim edərək bunun üzərindən tapşırıqlarını vermişdi”. Tapşırığın müddəalarla verilməsi müqavilənin hansı bəndində göstərilmişdir? Daha sonra iddiaçı özü təkzib edir ki, “sifarişçi” ekran şəkillərini təqdim edərək tapşırıqlarını vermişdir. Qarşılıqlı iddia ərizəsində məhkəmədən xahiş olunur ki, “xx.xx.2020- ci il tarixli KMX1 saylı xidmət müqaviləsi üzrə ödənişin 40 faiz hissəsi olan 8000 (səkkiz min) manat növbəti avansın, 6 ay əlavə görülən işlər üçün 6 ay*1200 manat=7200 (yeddi min iki yüz) manat pulun və dövlət rüsumu kimi ödənilən 135.6 (yüz otuz beş manat, altmış qəpik) manat, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 15535,6 (on beş min beş yüz otuz beş manat, altmış qəpik) manat İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılsın”. Ümumiyyətlə qarşılıqlı iddia ərizəsində ödənişin yalnız ikinci mərhələsində olan hissəsi tələb olunur. Əgər cavabdeh hesab edirsə ki, işi tam təhvil verib, o zaman nəyə görə ödənişin bütün hissəsini tələb etmir. Sifarişin ümumi qiyməti 20.000 manat təşkil etdiyi halda, cavabdeh avans kimi ödənilmiş ilkin məbləğdən başqa yalnız ümumi məbləğin 40%-ni tələb edir. Buradan da aydındır ki, sifariş tam təhvil verilməyib. Həmçinin cavabdeh ödənişi məhkəmə qaydasında o halda tələb edə bilər ki, əvvəlcə iddiaçıya bu barədə elektron qaimə göndərsin. Halbuki belə bir qaimə göndərilməmişdir. Çünki iş təhvil verilməyib qaimə nə üçün göndərilməlidir ki? Daha sonra qeyd olunur ki, “Aylarla zəhmətlə başa gəlmiş məhsulu təhvil almasına rəğmən İddiaçı MMC ödənişləri etməkdən yayınmışdır”. İddiaçı MMC müqavilə üzrə öz öhdəliyini icra etmiş, yəni ödəniş haqqının 30%-ə qədəri ilkin avans şəklində müqavilə imzalandıqda Cavabdeh MMC tərəfindən müvafiq elektron qaimə göndərilmiş və İddiaçı MMC tərəfindən həmin elektron qaiməyə uyğun ödəniş həyata keçirilmişdir. Əgər sifariş təhvil verilmişdirsə, nəyə görə bu günə qədər ödəniş üçün elektron qaimə göndərilməmişdir? Belə çıxır ki, sifariş təhvil verilməyib ki, elektron qaimə də vurulmayıb. Bu halda da Cavabdeh MMC-nin ümumiyyətlə İddiaçı MMC-yə qarşı hər hansı pul tələbi üçün subyektiv hüququ yoxdur. Dolayısı ilə Cavabdeh MMC tərəfindən xx.xx.2020- ci il tarixli KMX1 saylı xidmət müqaviləsi üzrə ödənişin 40 faiz hissəsi olan 8000 (səkkiz min) manat növbəti avansın ödənilməsi üçün elektron qaimə göndəsəydi, o halda həmin məbləği məhkəmə qaydasında tələb etmək hüququ yaranardı. Cavabdeh iddia edir ki, proqram sifarişə uyğun hazırlanıb, təqdim edilmə mərhələsinə gəldikdə guya iddiaçı öz tapşırıqlarını yenidən dəyişdirərək 3 dəfə fərqli tapşırıqlar vermiş, struktur dəyişikliyi etdirmişdir. Bu minvalla proqramın hazırlanması üçün müddət keçmiş, böyük zəhmətlə tapşırığa uyğun yığılmış proqram müxtəlif bəhanələrlərlə yenidən hazırlatdırılmışdır. Başqa sözlə sifarişçi işin texniki gedişinə mane olaraq vaxtında tamamlanmasına imkan verməmişdir. Halbuki məhkəməyə təqdim edilən sənədlər arasında “whatsapp” yazışmaları da varki, sifarişin təhvil verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra “icraçı” ilə əlaqə saxlamaq mümkün olmamışdır. Hətta “icraçı” tərəfindən sifarişin hazırlanması üçün əlaqələndirilmiş şəxsi tapmaq mümkün olmadığından, onun qardaşı ilə dəfələrlə “whatsapp” yazışmaları olmuşdur ki, sifarişin təhvil verilməsi yubanır. Həmin proqram təminatının alternativ variantı 2017-ci ildə bələdiyyələrdə istifadədir və BAMS (bələdiyyələrin avtomatlaşıdırlmış məlumat sistemi) adlanır. Həmin proqram təminatı 4 moduldan, bu modulların tərkibi olan 13 alt-moduldan və bu altmodulların tərkibi olan 60 subalt-moduldan ibarətdir. Hazırlanması nəzərdə tutulan yeni MAİS proqramında 4 sayda modulun, bu modulların tərkibi olan 20 altmodulun və bu altmodulların tərkibi olan 83 subalt-modulun olması nəzərdə tutulurdu. Yəni yeni proqram təminatı əvvəlki proqram təminatındakı texniki strukturun təkmilləşdirilməsini, əlavə 7 alt-modulun və əlavə 23 subalt-modulun yaradılmasını nəzərdə tuturdu – bu isə həmin proqramın 0-dan (sıfırdan) yenidən qurulması hesab edilir. Proqram təminatı üzrə texniki tapşırığın daha yaxşı mənimsənilməsi məqsədilə “sifarişçi” tərəfindən bələdiyyələrin hazırda istifadədə olunan BAMS proqram təminatının texniki quruluşunun, istifadəçı qaydalarının, eyni zamanda hazırda Vergilər Nazirliyində istifadə edilən AVİS (avtomatlaşdırılmış vergi informasiya sistemi) proqram təminatının anoloji texniki strukturunun və istifadəçi qaydalarının, habelə bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik sistemin (e-qanun.az saytından yüklənmiş versiyalarının) elektron formada fayllarını xüsusi elektron-məlumat daşıyıcısı – flaş-kart ilə “icraçı”ya təqdim etmişdir. Eyni zamanda “sifarişçi” tərəf bu sifariş edilən texniki tapşırığın daha rahat mənimsənilməsi üçün Vergilər Nazirliyinin e-taxes.gov.az rəsmi saytına daxil olaraq, oradakı prosedurlar ilə əyani maraqlanmasını da tövsiyyə etmişdir. Müqavilənin qüvvədə olduğu müddətin ilk 3 ayında “icraçı” proqramın təminatı üzrə işlərin qaydasında getdiyini və vaxtında təqdim olunacağını söyləsə də, sifariş üzrə işlərin ilkin əyani nümayişi zamanı məlum oldu ki, “icraçı” proqram təminatının 4 modulundan yalnız “vergi və vergi ödəyiciləri ilə iş” adlı 1-ci moduluna aid olan “vergi ödəyicisinin qeydiyyatı” adlı 1-ci alt-modulun üzərində çalışmış və bu alt-modula aid olan “Vergi ödəyicisinin ilkin qeydiyyatı” adlı subalt-modulunu tamamlamaq üzrədir. Alternativ proqram təminatının hazırda bələdiyyədə istifadə edildiyini, hətta bu proqram təminatından daha təkmil versiyanın Vergilər Nazirliyində istifadə edildiyini bildiyi halda, “icraçı” hazırladığı yeganə subalt-modulun çox ağır işlədiyini və bundan sonrakı subalt-modulların hazırlanacağı təqdirdə, proqram təminatının ümumiyyətlə “donacağını” bildirmişdir. “İcraçı” tərəfindən 2021-ci ilin mart ayında təklif edilmişdir ki, o, bu proqram təminatının daha müasir versiyada hazırlaya bilər və tərəflər arasındakı səmimi münasibətlərdən istifadə edərək ona bu təklifinin gerçəkləşdirilməsi üçün müddət olaraq daha 30 gün əlavə vaxt verilmişdir. Lakin verilən müddət ərazində də “icraçı” nə müqavilə üzrə öhdəliyinin, o cümlədən əlavə vaxt alaraq verdiyi vədin öhdəsindən gəlməmiş, son olaraq müqavilə predmeti olan 4 modullu proqram təminatının tərkibinə aid olan 83 subalt-moduldan yalnız “Vergi ödəyicisinin qeydiyyatı” adlı altmoduluna aid 3 sayda subalt-modul tam formada və “Vergitutma obyektinin qeydiyyatı” adlı 2-ci altmoduluna aid olan daha 3 subalt-modul isə natamam formada hazırlamışdır. Hətta həmin 6 subalt-modul tam hazırlanmış kimi dəyərləndirilsə belə, bu, ümumi sifarişin 7,2%-ə qədəri sayılır. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, müqavilə imzalanmamışdan əvvəl “sifarişçi” ilə Nəsimi Bələdiyyəsində BAMS proqramı ilə tanış olmuşlar. Həmin proqramın 4 moduldan ibarət olmasından xəbəri olmuşdur. Həmin vaxt o bildirmişdir ki, bu proqramın (BAMS) daha da təkmilləşmiş versiyasını hazırlaya bilər. Əgər bir proqramçı olaraq həmin proqramın hazırlanması üçün nələr lazım olduğunu “sifarişçi”yə bildirmirsə, bu tərəflər arasında bağlanmış müqaviləyə laqeyd yanaşma kimi qiymətləndirilməlidir. Təbiidir ki, “sifarişçi”nin proqram hazırlanması barədə xüsusi biliyi yoxdur. Bunun üçün də həmin proqramın hazırlanması üçün belə xüsusi biliyi olan şəxslə müqavilə bağlayıb, işin yerinə yetirilməsini ona tapşırır. “İcraçı” isə şəxsi dostluq münasibətlərindən istifadə edərək, “sifarişçi”nin bundan məlumatı olmadığı üçün öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək, müqavilənin tələblərini pozmuşdur. İş üzrə məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Rəqəmsal Həllər Departamentinin Məhsul İnkişaf şöbəsinin müdiri Heydər Şükürov verilən suallara aydınlıq gətirərkən bildirmişdir ki, proqramçı bu qaydada sifarişi qəbul etməməli idi. İstənilən proqram yığılarkən proqramçı tərəfindən bir layihə əsasında plan hazırlanmalı və sifarişçidən ona uyğun istəklər tələb olunmalı sonra işin icrasına başlanılmalıdır. Hətta 9 illik təcrübəyə əsasən demək olar ki, bu qaydada sifariş qəbul etməz. Sübut qismində təqdim olunmuş proqram versiyasına baxarkən bildirdi ki, proqramdan heç nə anlaşılmır. Hazırda iki modulun hazırlanmasını görünür, amma alt modulları və ya subalt modulları baxmaq olmur. Verilən suallara cavab olaraq mütəxəssis bildirdi ki, texniki tapşırıqlara baxmadan, şifahi razılaşma əsasında işin mahiyyətinin nədən ibarət olmasını bilmədən belə bir sifariş qəbul etməz. Əvvəlcə proqramın layihəsi hazırlanar, texniki tapşırıqlar alınar sonra sifarişçinin istəklərinə uyğun proqamın hazırlanması üçün müqavilə imzalanar. Buradan da belə çıxır “icraçı” şəxsi münasibətlərindən irəli gələrək, “sifarişçi”nin ona olan etibarından sui-istifadə edərək, sifarişi tələblərə uyğun olmayan şəkildə qəbul etmişdir. “İcraçı” tərəfindən bir qismi tam, digər qismi natamam hazırlanmış olan həmin 6 sayda subalt-modul ümumi 83 subaltmodullu yeni proqramın qarşılqlı əlaqədə işləyən ayrılmaz tərkib hissələri olduğuna görə, həmin subalt-modulların ayrıca işlənilməsi və ya digər proqram təminatına qoşulması texniki cəhətdən mümkün olmadığına görə, habelə həmin proqram təminatının hazırlanması tələbatına uyğun olaraq müqavilədə müəyyən edilmiş müddətinin uzadılması mümkünsüzlüyü səbəbindən bu proses dayandırılmışdır. xx.xx.2020-ci il tarixli KMX 1 saylı xidmət müqaviləsinin 1 saylı Əlavəsində göstərilmişdir ki, AMMİS Proqramının yığılması üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddət müəyyən edilmişdir. Proqramın yoxlanılması, tədrisi və zəmanəti üçün 10 ay müddət müəyyən edilmişdir. Yəni AMMİS Proqramı xx.xx.2020-ci il tarixində təhvil verilməli idi ki, sonradan həmin proqramın yoxlanılmasına və tədrisinə başlanılsın. xx.xx.2020-ci il tarixli KMX 1 saylı xidmət müqaviləsi isə ümumilikdə bir il müddətinə bağlanmışdır. Yəni icraçı AMMİS Proqramının yığılmasını nəinki xx.xx.2020-ci il tarixində, hətta müqavilənin müddəti qurtardıqdan sonra da icra etməmişdir. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli KMX 1 saylı xidmət müqaviləsində götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyi üçün İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli KMX1 saylı xidmət müqaviləsi ləğv edilməli, İddiaçı MMC tərəfindən müqavilə üzrə ilkin ödəniş kimi ödənilmiş 6.000 (altı min) manat məbləğində pul Cavabdeh MMC-dən İddiaçı MMC xeyrinə tutulmalı, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, ilkin iddia tələbləri işin faktiki tələbləri ilə uzlaşmır, həqiqətdən uzaqdır, əsassızdır. İlkin iddia tərəfi fikirlərində ziddiyətlilik, qeyri-səmimilik nümayiş etdirmişdir. Qarşı tərəf əvvəldən iddia edirdi ki, ortaqlıda heç bir proqram yoxdur, sübutlar təqdim edildi ki, “texniki tapşırıq” olaraq nə verilmişdirsə yekunlaşdırıb təhvil verilmişdir. Əvvəl deyilirdi ki, avqust 2020-ci ildə heç nə hazır deyildi, sübut ortaya qoyuldu ki, o zamana kimi proqramın önəmli hissəsi hazır olmuşdu və hazır olan hissəni də “email” olaraq göndərilmişdir. Həmin “email”lərdə Elçin Xanoğlan adlı şəxs də var. Elçin işdə nümayəndə olaraq İddiaçıi təmsil edir. Özü də prosesdə bildirdi ki, qardaşı Şahin əvvəl bələdiyyədə işləyirdi, o, tapşırıqları vermək üçün təyin edilmişdir. Onlar istəklərini çox uzun bir müddətə “email” ilə nə veriblərsə, o da tərtib edilmişdir. Qalan istəklər isə verilməmişdir. Əvvəl deyildi ki, 2020-ci ilin may ayından sonra “texniki tapşırıq” olaraq heç nə göndərməyiblər, xx.xx.2020- xx.xx.2021 tarixləri arasında ən azı 12 fərqli “mail” göndərilməsi ekran şəkilləri göndərərək, sübut olundu. Bu da “texniki tapşırığ”ın nə olduğunu bilmələrindən xəbər verir. Yəni, özləri də bilirdi ki, sifarişin necə verilməli olduğunu bilirlər. Proqramın necə tərtib edilməsini bildirmiş, ona uyğun tərtib edilmişdir. Tələb edilsə də, başqa istək verilməmişdir. Məhkəmədə mütəxəssisin də bildirdiyi kimi hər hansı istək siyahısı deyil, texniki tapşırıq verilməli imiş. Onsuz proqramçı heç nə yaza bilməz. Halbuki, bu lap əvvəldən də deyilmişdir. Yazılacaq proqramın yalnız 1-ci modulun 2 hissəsinin texniki tapşırıqlarını verməklə kifayətlənmişlər. Daha sonra istəklərə baxmayaraq, yerdə qalanlarının yazılıb verilməməsi qarşı tərəfin səriştəsizliyidir. Məhkəməyə verilmiş istək siyahısı belə əvvəl göndərdiklərinden çox-çox fərqli və geniş idi. Bu siyahını göndərdiklərinə dair heç bir sübut göstərə bilmədilər. Gah deyildi ki, iş gedəgedə şirkət bağlanıb, sübut göndərildi ki müqavilə xx.xx.2021 tarixində bitir. Şirkətin müvəqqəti bağlanışı xx.xx.2021 tarixində olub. “Framework”-ə şablon dedilər, sonra məlum oldu ki, “framework”lə (proqram yazmaq üçün alət) işləmək bir proqramçı üçün olduqca normal bir şeydir. Hətta bu yeni başlayan yox, peşəkar proqramçıların istifadə etdiyi alətdir. Nəticədə məlum oldu ki, qarşı tərəf proqramı 3 dəfə təkrar yazdıraraq 9 ay (planlanandan 6 ay əlavə) intensiv işlətmişlər. Texniki tapşırıq olaraq nə verilibsə hamısı onların razı olduğu formada tamamlayıb onların almış olduğu serverə yükləmiş, təhvil verilmişdir. Proqram yüklənəndən sonra e-qaimənin vurulmama səbəbi, müqavilə üzrə növbəti yoxlama və tədris tapşırığının gözlənməsi olub. Həm proqramın hazır olması ilə tədris-yoxlama tapşırığının nəticəsinin birlikdə elektron qaiməsi vurulmalı idi. Bir müddət sonra qarşı tərəf bildirmişdir ki, onların bələdiyyə ilə problemləri yaranmış, bələdiyyə onların bütün digər xidmətlərindən də imtina etmişlər. Anlayış göstərərək onlardan cavab gözləmişlər. Sonradan məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 izahatında qeyd etmişdir ki, iddiaçı tərəf qeyd edir ki, 2020-ci ilin mayın 15-dən sonra texniki tapşırıq olaraq heç bir şey göndərilməyib. Bu həqiqət deyil, İddiaçı MMC-nin texniki tapşırıqlarını bildirən şəxs 2020-ci il noyabr 28, 30-da, 2020-ci il dekabr 8, 9, 10, 11, 18, 23, 28-də, 2021-ci il yanvarın 4-də, 2021-ci il martın 9-da texniki tapşırıqla bağlı “mail”lər göndəriblər. İddiaçı tərəf iddia edir ki, 2020-ci ilin avqustunda heç nə hazır deyildi. İyun-iyul aylarında sıx-sıx üz-üzə görüşlər olmuşdur. İlk olaraq BAMS-ın ekran şəkilləri əsasında proqramı yekunlaşdırmışlar. Daha sonra onu bəyənməmiş və deyilmişdir ki, tək-tək deyiləcək o formada yığılsın. Bu barədə razılıq olmuşdur. Hüquqi ve fiziki vergi ödəyicisini tam olaraq onların razılığı əsasında tamamlamışlar. Bu hissəni Şahin müəlim məmnun qaldığı formada həll edildiyi üçün tamamlayıb kənara qoyulmuş və Şahin müəllim növbəti hissəni qısa zamanda verəcəyini söyləmişdir. xx.xx.2020 tarixində Şahin müəllimin istəyi üzərə hazırlanmış proqramın ekran şəkilləri ona mail ilə göndərilmişdi. 2020-ci il sentyabrın əvvəllərindən sonra biz növbəti tapşırıqları gözləməyə başlamışlar. Təəssüflər olsun ki, 2 aydan çox heç bir xəbər ala bilməmişlər. xx.xx.2020 tarixində yeni, tamamilə dəyişdirilmiş texniki tapşırıq göndərilmiş və məcbur etmişdir ki, onun dediyi formada hərəkət edilsin. Bir sözlə, nə istənilibsə, o da tərtib edilib verilmişdir. Həmçinin iş gedə-gedə guya Cavabdeh MMC fəaliyyətini dayandırmışdır. Şirkət fəaliyyətini xx.xx.2021ci il tarixdə dayandırmışdır. Ümumiyyətlə, ilkin iddiaçının bildirdiyi bütün məlumatlar bunun kimi həqiqətə uyğun deyildir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı X5 məhkəmə iclasında qeyd etmişdir ki, “BAMS” proqramı bələdiyyələr haqqında ümumi informasiya sistemidir. Bu formada AVİS proqramı da mövcuddur, hansı ki, vergi informasiya sistemidir. Bu inteqrasiya sistemidir. Bu növdə “asan bridge” sistemi mövcuddur hansı ki, dövlət qurumları arasında əlaqələndirici körpüdür. Oraya hər hansı bir şəxs haqqında hər hansı bir məlumat göndərdikdə məsələn FİN koda uyğun və ya VÖEN hesabını göndərdikdə oradan həmin şəxs barəsində ümumi məlumatlar verilir. Sırf “BAMS” proqramına uyğunlaşdırılıb işləməsi barədə dəqiq məlumatı yoxdur. Belə ki, vergi orqanlarında hər bir proqram sırf “AVİS” proqramına uyğun yaradılmalıdır çünki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var. Məhkəmə iclasında şahid qismində dindirilən X6 məhkəməyə izahatında qeyd etmişdir ki, proqramlaşdırma üzrə mütəxəssisidr. Hal-hazırda şərbəst işi var. Elçin adlı şəxsi çoxdan tanıyır. Türkiyədə komputer mühəndisliyi bölümündə nmagistratura oxumuşdur. Biliklərinə güvənərək, bundan məlumatlı olaraq işi ona vermiş, o da proqramı işləmişdir. Onların ilkin istədikləri proqram çox sadə proqram idi çünki bundan da mürəkkəb proqramlar işliyib təhvil vermişdir. Müqavilə imzalanmazdan “BAMS” adlı proqram var hansı ki, bələdiyyələrin istifadə etdiyi proqramdır. Onlar ekran şəkillərini göstərib dedilər ki, belə bir şey hazırlaya bilər ya yox. Daha sonra tərəf dəfələrlə çox dəyişiklik edərək nəticədə sonda hazırlayıb təhvil vermişdir. Proqramın alt yapı olaraq çox detallarını hazırlamışdır. Daha sonra növbəti mərhələyə keçmək üçün 2 aya yaxın gözləmiş lakin onlar heç bir geri dönüş etməmişlər. Daha sonra bilmişdir ki, texniki tapşırığı yollayan adam Amerikaya getmişdir. Daha sonra bu şəxs əlaqə saxlamış və demişdir ki, indiyədək yazdığın hər şeyin üzərindən xətt çək yenisini hazırlayaq. İlk əvvəl buna etiraz etmiş, daha sonra tərəf yenidən israr etdikdə razılaşmışdır. Qarşı tərəfdən necə bir şey istədiyini soruşduqda çox mürəkkəb bir şey yollamışdır. Struktur dəyişimi edən qəribə bir proqram idi. 1 ekranın içərisində dörd minə yaxın sətir var idi. İstədikləri şeylər müasir tələblərə uyğun birşey deyildi. Sifarişçi o olduğuna görə məcbur olmuşdur ki, onu icra etsin. Mart-fevral ayında deyildiyi kimi etmişdir. Lakin aprel ayında artıq komputerdə “hard” diskdə xəta olmuşdur. Bunun ekran şəklini çəkib texniki tapşırığı verən adama yollamışdır. Proqramı yazan özü olduğuna görə təqdimatı da özü etməyi təklif etmiş, lakin bununla da razılaşmamışlar. 2020-ci ilin may ayında daha sonra 2 ayın içərisində digər tapşırıqlar verilmişdir. 28 noyabr 2020-ci ildə ən son texniki tapşırıq verilmişdir. Daha sonra 3-cü dəfə eyni texniki tapşırıq üzərində dəyişiklik edilməsini istəmişlər. 2021-ci ilin aprelində eyni texniki tapşırığı 2 ayın içərisində 3-cü dəfə işləyib təhvil vermişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC “sifarişçi” Cavabdeh MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli KMX1 nömrəli müqaviləyə əsasən “sifarişçi” bu müqavilə ilə istənilən platforma üzərindən veb brouzerdə işləyən, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın tələblərinə cavab verən “X3 and İnformation System” (bundan sonra - “AMMİS” adlandırılacaq) adlı lokal proqramın (bundan sonra - “məhsul” adlandırılacaq) hazırlanmasını “icraçı”ya sifariş edir, istifadəyə hazır vəziyyətini yoxlamaqla məhsulu tam təhvil aldıqda, həmin məhsul üzrə müəyyən edilmiş haqqı “icraçı”nın bank hesabına köçürməyi öhdəsinə götürür. Razılığa əsasən ödəniş haqqının 30%-ə qədəri ilkin avans şəklində müqavilə imzalandıqda, növbəti avans ödəniş haqqının 40%-ə qədəri şəklində məhsulun hazır olduğu dövrdə, qalan hissəsi isə məhsulun istifadəyə hazır vəziyyətini yoxlamaqla tam təhvil aldıqda ödənilə bilər. 1.2-ci bəndə əsasən “icraçı” ona sifariş edilmiş məhsulu vaxtında, tələb olunan formada eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet infromasiya ehtiyatlarının yaradılması formaları və Qaydaları”nın tələblərinə cavab verən keyfiyyətdə alqoritmləşməsinin və proqramlaşdırılmasının hazırlanmasını, məhsul tam istifadəyə hazır olduöunda, təhvil-təslim aktını imzaladıqdan sonra “sifarişçi”yə hesab və elektron qaimə faktura təqdim etməyi öhdəsinə götürür. 2.1.3cü bəndə əsasən məhsulun hazır olduğu sərbəst hissələrinin nümayiş formalarının test versiyasının istifadə imkanlarının yaradılmasını, “icraçı”dan tələb etmək və zəruri təkmilləşdirməyə dair şifahi və yazılı təkliflərini vermək “sifarişçi”nin hüququdur. 2.1.6-cı bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin qüvvədə olduğu müddət ərzində və sonradan müqavilə üzrə vəzifələrin yerinə yetirilməsində “icraçı” tərəfindən nöqsanlı hallara yol verilməsi aşkar edildikdə, bu barədə “icraçı”nı xəbərdar etmək və həmin nöqsanlı halların “icraçı” tərəfindən aradan qaldırılmasını tələb etmək “sifariçi”nin hüququdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli 33 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”na əsasən bu Qaydalar "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydalarını müəyyən edir. İddiaçı MMC “sifarişçi” Cavabdeh MMC arasında imzalanmış xx.xx.2020-ci il tarixli KMX1 nömrəli müqaviləyə 1 saylı Əlavə olan xidmətlərin təsnifatı üzrə qiymətlərin razılaşma protokolundan məlum olur ki, xx.xx.2020-xx.xx.2020 tarixləri arasında ümumilikdə 20.000 manata “AMMİS” proqramının yığılması tərəflər arasında razılaşdırılmışdır. 28 noyabr 2020-ci il tarixli elektron poçt vasitəsi ilə göndərilən məktubda ilkin versiyanın göndərilməsi, “data baza” məlumatlarının da göndəriləcəyi qeyd olunmuşdur. 8 dekabr 2020-ci il tarixli məktubda əvvəlki formatın saxlanıldığı, tam hazır olduqda məlumatın veriləcəyi, çünki növbəti hissələrin göndəriləcəyi bildirilmişdir. 9, 10, 28 dekabr, 2021-ci ilin mart ayının 9-da görülmüş işlərlə bağlı məlumatlar elektron poçt vasitəsi ilə Məmmədli Şahin adlı istifadəçi tərəfindən, Elvin adlı istifadəçiyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli **********86766 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 610.00 manat “Fides” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İşin halları ondan ibarətdir ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İlkin iddia üzrə iddiaçı adı tərəflər arasında imzalanmış müqavilədə qeyd olunan lokal proqramın hazırlanması ilə bağlı cavabdehə sifariş vermiş, cavabdeh qeyd olunan proqramın müqavilədə nəzərdə tutulan müddət ərzində hazırlanaraq, təhvil verilməsini öhdəsinə götürmüşdür. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh qarşı tərəfin müqavilənin tələblərini pozduğunu, bununla bağlı olaraq imzalanmış müqavilənin ləğv edilməsini və ödənilmiş 6.000 manat avans məbləğin geri qaytarılmasını tələb etmişdir. İddiaçı tərəflər arasında imzalanmış müqavilə əsasında təhvil verilməli olan məhsulun keyfiyyətini eləcə də vaxtında təhvil verilməməsini mübahisələndirmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı verilmiş sifarişlərin vaxtında hazırlandığını lakin, qarşı tərəfin müqavilədə nəzərdə tutulmamış işlərin görülməsini tələb etməsi nəticəsində müqavilənin icrasının yubandığını qeyd etmiş, əslində işin tam olaraq təhvil verildiyini, bununla bağlı olaraq müqavilədə razılaşdırılmış ödənişin 40 faiz hissəsi olan 8.000 (səkkiz min) manat növbəti avansın, 6 ay əlavə görülən işlər üçün 7.200 (yeddi min iki yüz) manat pulun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 765-ci maddəyə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə ilkin iddia üzrə müqavilənin ləğv edilməsi tələbinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2) 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə imzalandığı gündən qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından eləcə də məhkəməyə təqdim edilmiş müqavilədən aydın olur ki, sözügedən müqavilə xx.xx.2020-ci il tarixində imzalanmışdır. Belə olan halda məhkəmə, imzalanmış müqavilənin artıq qüvvədə olmadığını əsas götürərək, hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə 6.000 manat ödənişin cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçının təqdim edilmiş proqramın tələb olunan formada istifadəyə verilməməsi, sifarişin lazımi keyfiyyətdə hazır olmaması, məmulatın qüsurlu olması səbəbindən müqavilədən imtina etməsi nəticəsində müqavilə ilə bağlı xərclərin əvəzinin cavabdehdən tutulması tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə cavabdeh tərəfindən proqamın təhvil verilməsinin konkret tarixi müəyyənləşdirilmişdir. Bununla belə iş materialları və tərəflərin məhkəmədə izahatlarından məlum olmuşdur ki, proqram müqavilədə nəzərdə tutulmuş müddət ərzində təhvil verilməmişdir. Bununla belə, hər iki tərəf buna etiraz etməmiş, tərəflər arasında müqavilə münasibətləri bir müddət davam etmişdir. Bu baxımdan məhkəmə iddiaçının müqavilədə nəzərdə tutulmuş öhdəliyin vaxtında icra edilməməsinə dair qeydləri ilə razılaşmır. Bununla belə qeyd etmək zəruridir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 6.000 manatın əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, məhkəmə hesab edir ki, müqavilə cavabdeh tərəfindən icra edilməmişdir. Belə olan halda isə iddiaçı ödənilmiş 6.000 manatın geri qaytarılmasını tələb etməkdə haqlıdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, xx.xx.2020-ci il tarixli KMX1 saylı xidmət müqaviləsi üzrə ödənişin 40 faiz hissəsi olan 8.000 (səkkiz min) manat növbəti avansın, 6 ay əlavə görülən işlər üçün 7.200 (yeddi min iki yüz) manat pulun qarşı tərəfdən tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında razılaşmaya əsasən ümumi ödəniş məbləğinin 40%-ni təşkil edən 8.000 manat ödəniş icraçı tərəfindən iş tam olaraq təhvil verildikdən sonra qarşı tərəfə ödənilməlidir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş məhsulun tam hazır vəziyyətə gətirilməsi öz təsdiqini tapmamışdır. Belə olan halda isə 8.000 manat ödənişin tələb edilməsi əsassızdır. Digər tərəfdən qarşılıqlı iddiaçı görülmüş işlər üçün əlavə 7.200 manat ödənişin tutulmasını da tələb etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə qeyd olunan hissədə münasibətdə bildirir ki, tərəflər arasında müqavilə münasibətləri müqavilədə nəzərdə tutulmuş tarixdən sonra da davam etmiş, icraçı qarşı tərəfin verdiyi tapşırıqları icra etmişdir. Bununla belə məhkəmə araşdırması zamanı, həmin tapşırıqların qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən qeyd olunduğu kimi müqavilədə nəzərdə tutulandan kənar tapşırıqlar olması və onların dəyərinin həmin məbləğ olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə, qarşılıqlı iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəyə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardımla bağlı ödənilmiş 610 manat xərc cavabdehdən tutulmalıdır. Qarşıqlı iddia ərizəsi məhkəmə tərəfindən təmin edilmədiyindən, dövlət rüsumu kimi ödənilən 135.6 (yüz otuz beş manat, altmış qəpik) manat, 200 (iki yüz) manat mediasiya xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6.000,00 (altı min) manat, 100,00 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 610,00 (altı yüz on) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4844/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4844/2022
29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver