Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4872/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixində bağlanmış xidmət müqaviləsinə əsasən, 4.852,6 manat məbləğində xidmət haqqı borcu, habelə 60 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixində İddiaçı MMC (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında bağlanan M23/012 saylı Xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsinə əsasən, icraçı sifarişçini 6 nəfərlik şəxsi ofis ilə təmin etməyi, sifarişçi 3080 manat+18% ~ 3.634,40 manat məbləğində pul ödəməyi, xx.xx.2023-cü il tarixli 2 saylı əlavəsinə əsasən, icraçı , sifarişçini 6 nəfərlik şəxsi ofis ilə təmin etməyi, sifarişçi aylıq 3270 manat+18%~3.858,60 manat məbləğində pul ödəməyi, xx.xx.2023-cü il tarixli 3 saylı əlavəyə əsasən,icraçı sifarişçini 2 nəfərlik şəxsi ofis ilə təmin etməyi, sifarişçi isə aylıq 842,37 manat+18%~ 994 manat məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1.17-ci maddəsinə əsasən, göstərilmiş xidmətin dəyərini əlavə 1-də göstərilən xidmət haqqına əsasən icraçıya ödəyəcək. Müqavilənin 7.1-ci maddəsinə əsasən, göstərilən xidmətlərin aylıq həcmi müqavilənin Əlavə 1-də göstərilən qiymətə əsasən aylıq hesab-faktura və elektron qaimə təqdim olunan gündən 5 gün ərzində icraçıya bank hesabına köçürmə yolu ilə köçürülür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 814332 saylı elektron qaimə üzrə xx.xx.2023-cü il tarixli kassa mədaxil orderi ilə 3080 manat+18% ~ 3.634,40 manat məbləğində ödəniş olunsa da müqavilənin 2 saylı əlavəsi ilə nəzərdə tutulan 3.858,6 manat, 3 saylı əlavəsi üzrə isə 994 manat məbləğində borc üzrə göndərilmiş elektron qaimələrə əsasən ödənişlər olunmamışdır. Cavabdehə bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də müqavilə üzrə ümumilikdə 4.852,6 manat borcu ödənilməmişdir. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixdə, 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən İddiaçı MMC-yə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə iki avqust 2023-cü il tarixli, MŞB/18/2023-01041 nömrəli Arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə elektron məhkəmə portalı vasitəsilə Pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi Cavabdeh MMC tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə öncəki məhkəmə iclaslarında elektron məhkəmə portalına "kassa mədaxil orderi" adında fayl yüklənmiş, həmin kassa mədaxil orderi iddiaçının cavabdehlə icarə münasibətlərinin olmasını təsdiq edir. Öncəki məhkəmədə verdiyi izahatı məhkəmə çıxışı kimi qəbul etməsini xahiş edir, cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 28 fevral 2023-cü il tarixdə M23/012 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən “icraçı” Azərbaycan Respublikası, Bakı şəhəri AZ 1025, Xocalı prospekti 37 Demirchi Tower ünvanında yerləşən əlavə 1-də göstərilmiş xidmətləri göstərməyi, “sifarişçi” isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. 3.1.17-ci bəndinə əsasən göstərilmiş xidmətin dəyərini əlavə 1-də göstərilən xidmət haqqına əsasən “icraçı”ya ödəmək sifarişçinin öhdəliyidir. 7.1-ci bəndinə əsasən göstərilən xidmətlərin aylıq həcmi müqavilənin əlavə 1-ində göstərən qiymətə əsasən aylıq hesab faktura və elektron qaimə təqdim olunan gündən 5 gün ərzində “icraçı”ya bank hesabına köçürmə yolu ilə köçürülür. Hesablaşmalar Azərbaycan manatı (AZN) ilə aparılır. 8.1-ci bəndinə əsasən müqavilə 1 (bir) ay müddətinə bağlanır və imzalandığı gündən qüvvəyə minir, tərəflər öz öhdəliyini yerinə yetirdikdən sonra qüvvəsini itirir. 8.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtaracağı tarixdən 15 (on beş) gün əvvəl tərəflər müqaviləyə xitam verib-verməyəcəkləri barədə digər tərəfə e-poçt ünvanı, imzalı, möhürlü məktub vasitəsilə yazılı xəbərdarlıq etmədiyi halda mövcud müqavilə daha 1 (bir) ay müddətinə uzadılmış hesab ediləcəkdir. Bu qayda sonrakı aylar üçün də öz qüvvəsini saxlayır. Müqavilə sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir. M23/012 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli qiymətlərin razılaşdırılması protokollarına əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş xidmətlərin miqdarı və qiymətləri ümumilikdə 8487 manat olaraq razılaşdırılmışdır. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən M23/012 saylı müqaviləyə əsasən ümumilikdə 8487 manat dəyərində xidmətlərin göstərilməsinə görə, o cümlədən 3.634,40 manat dəyərində EBDA seriyalı, 814332 nömrəli, xx.xx.2023-cü il tarixli, 3.858,60 manat dəyərində EBDD seriyalı, 030487 nömrəli, xx.xx.2023-cü il tarixli və 994 manat dəyərində EBDD seriyalı,643432 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir. xx.xx.2023-cü il tarixli GDĞ/1 seriyalı 244547 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ofis və çalışma masası üçün ƏDV daxil 3.634,40 manat icarə haqqı ödəmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericililklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 28 fevral 2023-cü il tarixli M23/012 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək Cavabdeh MMC-yə xidmətlər göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin haqqını tam ödəməmiş, nəticədə iddiaçıya 4.852,6 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 4.852,6 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 4.852,6 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 68,52 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4.852,6 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 60 və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4872/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4872/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver