Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4908/2022 06.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qalıq ipoteka predmetinin yüklülükdən azad edilməsi və hüquqmüəyyənedici sənədlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli binanın 4 saylı mənzilinin və X4 məxsus olub, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən 22 nömrəli evin 9 saylı mənzilin sabiq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixli girov (İpoteka) müqaviləsi üzrə 1-ci halda 12000 manat məbləğ, 2-ci halda isə 4000 manat məbləğ kredit borc pulu "xxxx" ASC-dən götürməklə, Astara şəhərində olub, mərhum X4 məxsus olan bir ev və iddiaçıya məxsus olan digər bir ev ipoteka ilə yülü edilmişdir. xx.xx.2012-ci il tarixli girov müqaviləsinin kserosurəti və xx.xx.2012- saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan bir daha aydın olur ki, İddiaçı hər hansı kredit öhdəliyi mövcud deyil. Səlahiyyətli təşkilatın xx.xx.2021-ci il tarixli çıxarışından isə o da məlum olur ki, kredit borc alan olaraq iddiaçı ilə bağlanmış öhdəliklər sırasında həm 12000 manat məbləğ, həm də 4000 manat məbləğ kredit borc pulla bağlı artıq öhdəliklər bağlanmışdır. Hər iki çıxarışların mahiyyəti tələbkarlığından artıq o məlum olur ki, sabiq "xxxx" ASC-yə, indiki "xxxx" ASCyə artıq iddiaçıya heç bir kredit borcu ola bilməz və hazırkı vəziyyətə də kredit öhdəliyi mövcud deyildir. Bu gün "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasının Apelyasiya Komisyasına ünvanlanmış 3603/PB məktubundan bır daha o məlum olur ki, 4000 manat məbləğində pul xx.xx.2012-ci il tarixdə iddiaçıya verilməklə, kreditin bitmə müddəti xx.xx.2015-ci il tarix, 12000 manat məbləğ pul xx.xx.2013-cü il tarixdə iddiaçıya verilməklə, kreditin bitmə müddəti də xx.xx.2016-cı il tarix qeyd edilmişdir. Onu da qeyd edirik ki, iddiaçı "xxxx" ASC-nin nümunəvi müştərisi olmuşdur. Hətta, 2010-cu ildə 10000 manat məbləğ götürdüyüm krediti vaxtı vaxtında qaytarmaqla, l(bir) manatda olsun belə banka borclu qalmamışdır. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 48.1 İpotekaya o zaman xitam verilir ki, ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəlsin, əsas öhdəliyə xitam verilsin, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satılsın və yaxud ipoteka predmeti ləğv olsun. Göründüyü kimi, iddiaçı müqavilə öhdəlikləri üzrə keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyimi yerinə yetirmişdir, bu Azərbaycan kredit bürosu MMC-nin elektron sistemində öz əksini tapıb. İndiki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçı ilə arasında bağlanmış müqavilələrdən yaranan öhdəliklər üzrə pul borcunun olmasına əsas gətirərək mənzili girovdan çıxartmaması qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2012-ci il tarixli xx.xx.2010-cu il tarixli 762/10/PB nömrəli ipoteka (girov) müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, 22 nömrəli evin 9 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş və yüklülük Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsində seriya nömrəsi MA ******* ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. ƏMDK DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev küçəsi, bina 22, 4 nömrəli mənzil ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2012-ci il qeydiyyat tarixi ilə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. 08 iyul 2022-ci il tarixli 59 nömrəli Astara Rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən "xxxx" ASC-nin 05 iyul 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, X3 vərəsələri X1, X7 və X2r. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli 12000 manat məbləğində kredit üzrə İddiaçı 11413,27 manat əsas, 4170,50 manat faiz, cəmi 15583,77 manat borcu vardır. xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, xx.xx.2012-ci il tarixli 4000 manat məbləğində kredit üzrə İddiaçı 3404,27 manat əsas, 1213,47 manat faiz, 606,73 manat cərimə, cəmi 5224,47 manat borcu vardır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə qeyd edir ki, iş materiallarından və iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh "xxxx" ASC-dən kredit müqaviləsi üzrə ilk öncə 12000 manat, daha sonra isə 4000 manat məbləğində kredit götürmüş, öhdəliyin təminatı olaraq isə cavabdeh ilə iddiaçı və X5 arasında ipoteka müqavilələri bağlanmış, X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, ev 22, 9 nömrəli mənzil və iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsi, bina 22, 4 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı iddia ərizəsində və izahatında kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək borcu ödədiyini və bu səbəbdən ipoteka predmeti olan əmlakların yüklülükdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən bina 22, 4 nömrəli mənzilin yüklülükdən azad edilməsi hissədə rədd edilməlidir, belə ki, iddiaçı kredit müqavilələləri üzrə borcun ödənilməsini qeyd etsə də, məhkəməyə hər iki kredit müqaviləsi üzrə borcların tam həcmdə odənilməsi barədə mötəbər sübut təqdim etməmiş, cavabdeh "xxxx" ASC isə xx.xx.2022-ci il tarixə xx.xx.2013-cü il tarixli 12000 manat məbləğində kredit üzrə cəmi 15583,77 manat, xx.xx.2012-ci il tarixli 4000 manat məbləğində kredit üzrə isə 5224,47 manat borcların olması ilə bağlı maliyyə arayışı təqdim etmişdir. Məhkəmə bununla yanaşı qeyd edur ki, 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə eyni zamanda hesab edir ki, iddia X4 məxsus Astara şəhəri, Azərbaycan küçəsi, bina 22, 9 nömrəli mənzilin yüklülükdən azad edilməsi hissədə də rədd edilməlidir, belə ki, İddiaçı ipoteka qoyan X3 hüquqi varisi olması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyinə görə onun həmin tələb üzrə iddia ərizəsini verməyə subyektiv hüququ yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən bina 22, 4 saylı mənzilin və X4 məxsus, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən ev 22, 9 saylı mənzilin sabiq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, indiki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçıya məxsus Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən bina 22, 4 saylı mənzilin və X4 məxsus, Astara şəhəri, Heydər Əliyev küçəsində yerləşən ev 22, 9 saylı mənzilin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girovundan (yüklülükdən) azad edilməsi və hüquqmüəyyənedici sənədlərin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4908/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4908/2022
06.12.2022 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver