Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4916/2021 21.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" X15 cəlb edilməklə) müqavilələrə, öhdəliklərə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" X15 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh ASC arasında imzalanmış 03 avqust 2006-cı il tarixli, KP/BA/07-06- 05 № li kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı olaraq Bank of Azerbaijan” ASC, X9 və "xxxx" MMC arasında 03 avqust 2006-cı il tarixli, 100 KP/BA/07- 06-03 № li ipoteka müqaviləsinə, kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinə xitam verilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0.014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20.0 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh ASC arasında 03 avqust 2006-cı il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə kreditor borcalana 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ASC, X9 və "xxxx" MMC arasında 03 avqust 2006-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borcalan öz öhdəliklərinin icra olunmasının təminatı kimi ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 77 nömrəli mənzilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. Kredit və ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC-nin təsisçisi X9 olmuşdur. 10 avqust 2019-cu ildə X9 vəfat etmiş və qanun üzrə vərəsəlik hüququ 08 noyabr 2019-cu il tarixli X8 şəhadətnamə əsasında X2 İddiaçı2 keçmişdir. İddiaçı2 bir müddət keçdikdən sonra bu kredit müqaviləsindən məlumatı olmuşdur. "xxxx" MMC-dən də alınmış çıxarışa əsasən X4 heç bir kredit müqaviləsi üzrə borcu yoxdur. Kredit müqaviləsi 03 avqust 2006-cı ildə 60 ay müddətində bağlanmışdır. Müqavilənin müddəti 2011-ci ildə bitmiş və üzərindən 10 ildən çox vaxt keçmişdir. Bununla bağlı 09.06.2020-ci il tarixdə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş, lakin heç bir müsbət cavab alınmamışdır. Hesab edirlər ki, həmin kredit müqaviləsi üzrə borc qanuni vərəsəyə keçməməlidir. İpoteka müqaviləsində sözügedən mənzil qanuni vərəsəsinin mülkiyyətinə keçmişdir və buna müqavilələrin hər ikisinin də müddəti bitdikdən sonra üzərindən 9 il keçdiyi üçün sözügedən mənzildən ipoteka yüklülüyü götürülməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi, həmçinin bildirdi ki, onların tələbetmə hüququnun "xxxx" MMC-yə ötürülməsi barədə heç bir məlumatı olmayıb, bu barədə yalnız hazırkı məhkəmə prosesi zamanı xəbər tutmuşlar. Ona görə də iddianı hazırkı cavabdehə qarşı irəli sürürlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, borc məbləği ödənilməmişdir. Həmin borc üzrə tələbetmə hüququ "xxxx" MMCyə ötürülmüşdür. Eyni zamanda ipoteka qoyan şəxs tərəfindən banka müraciət edərək bildirilmişdir ki, ipotekaya qoyulmuş əmlakın sökülməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Tərəflərindən köməklik göstərilməsi ilə bağlı Ağayev Babaəli tərəfindən müraciət edilmişdir. Kredit müqaviləsi üzrə tələbetmə hüququ "xxxx" MMC-yə ötürüldüyündən həmin müqavilə üzrə sonrakı münasibətlərdən məlumatları olmamışdır. İddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - CavabdehASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 (səksən min) manat məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür. - Cavabdeh ASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə bağlanan 31 saylı ipoteka müqaviləsinə əsasən CavabdehASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsinə görə İpoteka saxlayan borc alana Sahibkarlığa Kömək Milli Fondu hesabına 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 (səksən min) manat məbləğində güzəştli kredit verir. Kredit müqaviləsi üzrə borc alan öz öhdəliklərinin icra olunmasının təminatı kimi İpoteka qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilini ipoteka saxlayana ipoteka kimi təqdim edir. - Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.07.2012-ci il tarixli tələbin güzəşti müqaviləsinə və ona edilmiş 30.07.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən sözügedən kredit üzrə tələb hüququ "xxxx" MMC-yə keçmişdir. - Tərəflər arasında qüvvədə olan 30.07.2012-ci il tarixli “Tələbin güzəşti” müqaviləsinə 1 saylı Əlavəyə əsasən hazırkı borc 30 631 164.65 manat təşkil edir. - 20.08.2019-cu il tarixli, AZ-İ 987951 nömrəli X5 əsasən X7 10.08.2019-cu ildə vəfat etmişdir. - 08.11.2019-cu il tarixli 65-2019 saylı Qanun üzrə X8 Şəhadətnaməyə əsasən X3 vərəsəsi kimi İddiaçı2 müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 16.03.2005-ci il tarixli 228237 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami küçəsində 102 saylı evin 20.0 yaşayış sahəsindən ibarət 1 otaqlı 77 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. - 23.08.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmişdir. - 22.11.2019-cu il tarixli Azərbaycan Kredit Bürosu MMC-dən alınmış çıxarışa əsasən X4 heç bir kredit müqaviləsi üzrə borcu yoxdur. Beləliklə, müəyyən edildi ki, Zuvand” MMC ilə Cavabdeh ASC arasında 03 avqust 2006-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə kreditor borcalana 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsinə görə İpoteka saxlayan borc alana Sahibkarlığa Kömək Milli Fondu hesabına 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 (səksən min) manat məbləğində güzəştli kredit verir. Kredit müqaviləsi üzrə borc alan öz öhdəliklərinin icra olunmasının təminatı kimi İpoteka qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilini ipoteka saxlayana ipoteka kimi təqdim edir. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.07.2012-ci il tarixli tələbin güzəşti müqaviləsinə və ona edilmiş 30.07.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən sözügedən kredit üzrə tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Əvvəla, qeyd olunmalıdır ki, ikinci iddiaçı "xxxx" MMC-nin hazırkı qanuni təmsilçisi, ipoteka müqaviləsinin tərəfi olan X4 qanun üzrə vərəsəsidir. Ona görə də iddiaçıların hazırkı iddianı irəli sürməyə subyektiv hüquqları olmuşdur. İddia tələbini "xxxx" MMC ilə Cavabdeh ASC arasında bağlanmış 03 avqust 2006-cı il tarixli kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq Bank of Azerbaijan” ASC, X9 və "xxxx" MMC arasında 03 avqust 2006-cı il tarixli ipoteka müqaviləsinə, kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinə xitam verilməsi və ipoteka predmeti olan mənzilin ipoteka yüklülüyündən azad edilməsi təşkil edir. İddia ərizəsində iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528, 373.1, 550, 551-ci maddələrinə istinad edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4-ci maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.07.2012-ci il tarixli tələbin güzəşti müqaviləsinin 1.1-ci bəndinə əsasən güzəşt edən cari müqavilənin 1 və 2 saylı əlavəsində sadalanmış kredit müqavilələrində təsbit edilmiş Borc alanlarına dair tələb hüququnu, o cümlədən vəzifələrin icrasını tələb etmək hüququnu və həmin kredit müqavilələri ilə nəzərdə tutulmuş digər hüquqlarını, həmçinin bütün əsas borc və faizlərin tələb edilməsi hüquqlarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193 - 202-ci maddələrinə müvafiq olaraq hazırkı müqavilə ilə güzəşt edir. Güzəşt alan isə bunları qəbul edir. İşin hallarından göründüyü kimi, Cavabdeh ASC müqavilə üzrə tələbi "xxxx" MMC-yə güzəşt etmiş, bununla bağlı onların arasında yazılı formada müqavilə bağlanmışdır. Beləliklə, ilk tələb sahibinin yerini "xxxx" MMC tutmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də borc üzrə tələbetmə hüququnun "xxxx" MMC-yə ötürüldüyünü bildirərək, əsl cavabdehin "xxxx" MMC olduğunu bildirmişdir. Beləliklə, iddia tələbi həqiqi tələb hüququ sahibinə qarşı yox, tələbetmə hüququ olmayan şəxsə qarşı yönəldiyindən rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4916/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4916/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver