Məhkəmə qərarları › İş №e-2-2(113)-494/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-494/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-494/2023 29.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Şahtaxtı̇ nski Murad Qurban oğlu, Cavabdeh2, Şahtaxtı̇ nski Qurban İslam oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Şahtaxtı̇ nski Murad Qurban oğlu, Cavabdeh2, Şahtaxtı̇ nski Qurban İslam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 1830,39 manat məbləğində borc, cərimə üzrə hesablanmış 7567,27 manat, dövlət rüsumu olaraq 113,98 manat, cəmi 9511,64 manat müştərək qaydada cavabdehlər Cavabdeh2, X3 və X2 İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh2 müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC - “Operator” olaraq müəyyən olunmuşdur. Qeyd olunan müqavilə üzrə Cavabdeh2 xx.xx.2014 tarixli, 734253 nömrəli etibarnamə əsasında X3 təmsil etmişdir. Bundan əlavə X4 ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixində xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsi üzrə əlavə razılaşma bağlanmışdır. Razılaşmanın şərtlərinə əsasən X1 Azad Xosrov oğlunun xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış pul öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin predmetinə əsasən, “partnyor” proqrama hesablayan və istifadə edən partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1ci bəndində qeyd edildiyi kimi “Umico” istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra “müştəri” adlandırılacaq) tərəfindən partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasının maliyyələşdirməyi, operator isə bonus manatlarının müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. Belə ki, müqavilə bağlandığı tarixdən müqavilənin 3.1.1 və 4.1.1-ci bəndlərində göstərilən bonus manatları və xidmət haqqı üzrə Cavabdeh2 1830,39 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 1830,39 manat məbləğində borc qalığının ödənilməsinə dair dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişin bir qismi ödənilsə də geri qalan məbləğ ödənilməmişdir. İmzalanmış müqaviləyə əlavə etibarnamə əsasında Cavabdeh2 ilə imzalanmışdır. Əlavə razılaşma isə Cavabdeh1 ilə imzalanmışdır. Cavabdeh3 isə faktiki olaraq “Sultan” restoranının sahibidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı pul məbləğinin müştərək qaydada- Cavabdeh2 xidmət müqaviləsinə əsasən, Cavabdeh3 Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi qismində, Cavabdeh1 əlavə razılmaya əsasən tutulmasını tələb etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “operator” direktor Cavabdeh2 şəxsində təmsil edilən “SULTAN” fiziki şəxs Cavabdeh2 “partnyor” olmaqla imzalanmış 29 mart 2019-cu il tarixli 00306 saylı xidmət müqaviləsinə əsasən partnyor proqrama hesabalyan/ hesablayan və istifadə edən partnyor kimi qoşulmuşdur. Müqavilə proqramın həyata keçirilməsi çərçivəsində operator və partnyor arasında qarşılıqlı fəaliyyətin həyata keçirilmə qaydasını müəyyən edir. Proqramın qaydaları internet şəbəkəsində umico.az/docs/rules ünvanında yerləşdirilmişdir. Tərəflər proqramın qaydaları ilə tanış olmuş və onun bütün qaydaları barədə razılığa gəlmişlər. Proqramın qaydaları müqavilənin ayrılmaz tərkib hissəsidir. 3.1 bəndə əsasən proqram çərçivəsində müştəri tərəfindən Hesablayan Partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştəriyə bonus manatlarının hesablanmasını maliyyələşdirməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabına bonus manatlarını hesablamağı, bonus manatlarının ekvivalenti məbləğinin hesablanmasını təmin etməyi, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının uçotunu təmin etməyi, eləcə də, müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişini yerinə yetirməyi öhdəsinə götürür. Partnyor operatorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına operator tərəfindən hesablanan bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. 3.1.1 bəndə əsasən tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 7 (yeddi) % dərəcəsi ilə hesablanır. 3.2. bəndə əsasən proqram çərçivəsində müştəri tərəfindən istifadə edən partnyorun TMM-ində əməliyyatlar həyata keçirildikdə partnyor müştərinin bonus manatlarından istifadə etməyi öhdəsinə götürür. Belə halda operator proqramın qaydalarına uyğun olaraq müştərinin bonus hesabından istifadə edilmiş bonus manatlarını silməyi, bonus manatlarının ekvivalent məbləğinin hesablanmasını təmin etməyi, partnyorun müqavilənin 13-cü bölməsində göstərilən hesablaşma hesabına bonus manatlarının ekvivalentini köçürməyi öhdəsinə götürür. 4.1 bəndə əsasən, partnyor operatora göstərdiyi xidmətlərə görə aylıq haqq ödəyir. 4.1.1-ci bəndinə əsasən, partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 3-nü (üç) % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. 29 mart 2019-cu il tarixli 00306 saylı xidmət müqaviləsinə əlavə olaraq “Sultan” fiziki şəxs Cavabdeh2 “partnyor”, İddiaçı MMC arasında imzalanmış 24 iyun 2019-cu il tarixli əlavə 1-ə əsasən əsas müqavilənin 3.1.1 bəndinə əlavə olaraq: tərəflər razılığa gəlmişlər ki, müqavilənin 3.1-ci bəndində göstərilən əməliyyatlar nəticəsində bonus manatları müştərinin partnyorun TMM-ində həyata keçirdiyi əməliyyatlarının məbləğindən 25 (iyirmi beş) % dərəcəsi ilə hesablanır. 4.1.1 bəndinə əlavə olaraq: partnyorun operatorun xeyrinə ödədiyi haqqın məbləği proqram çərçivəsində müştərilərin partnyorun TMM-ində həyata keçirdiyi və hesabat ayında operatorun proqram-texniki kompleksində qeydə alınmış əməliyyatların ümumi məbləğinin 7-ni (yeddi) % (18% dərəcə ilə ƏDV daxil olmaqla) təşkil edir. X4 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsinə xx.xx.2020 tarixli əlavə razılaşmaya əsasən X4 hazırki razılaşma ilə Cavabdeh2 (Sultan restoran) xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış 5330,40 manat məbləğində pul öhdəliyini öz üzərinə götürür. Tərəflər razılaşırlar ki, sözügedən məbləğ X4 tərəfindən İddiaçı MMC-yə aşağıda qeyd olunan qrafik üzrə ödəniləcəkdir: 10 mart 1000 manat, 10 aprel 750 manat, 10 may 750 manat, 10 iyun 750 manat, 10 iyul 750 manat, 10 avqust 750 manat, 10 sentyabr 580,4 manat. Sözügedən məbləğ qrafik üzrə ödənilmədiyi təqdirdə İddiaçı MMC-nin həm müqavilə, həm hazırki razılaşma tərəflərindən cərimə faizləri hesablanaraq öhdəliklərinin icrasının tələb etmək hüququ vardır. İddiaçı MMC tərəfindən Cavabdeh2 barəsində xx.xx.2022 tarixinə sentyabr 2019 ayı üzrə 1.037,98 manat ödənilməmiş borc 4.359,52 manat cərimə, oktyabr 2019 ayı üzrə 211,71 manat komissiya 525,25 manat bonus olaraq hesablanmış komissiya, 2.992,06 manat cərimə, noyabr 2019 ayı üzrə 23,1 manat komissiya 32,35 manat bonus, 215,7 manat cərimə hesablanmışdır. EBAC seriyalı 420549 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 736,96 manat, EBAE seriyalı 026276 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 55,45 manat, EBAB seriyalı 288724 nömrəli xx.xx.2019 tarixli elektron qaiməyə əsasən 2.267,14 manat İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2022 tarixli ********* nömrəli ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən 54,38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh2 (VÖEN **********) arasında “Sultan” restoranında bonus hesaba bonus manatların hesablanması və s. xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən partnyor olan Cavabdeh2 üçüncü şəxslərlə olan əməliyyatlara hesablanmış bonus manatlarının maliyyələşdirməsini öhdəsinə götürmüş, operator olan İddiaçı MMC isə bonus hesaba bonus manatların hesablanması və s. xidmətləri öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh1 arasında olan müqavilə əsasında sonuncu Cavabdeh2 (Sultan restoran) yaranmış 5330,40 manat məbləğində pul öhdəliyinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə işin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verərək hesab edir ki, iddiaçının pul məbləğinin tutulması tələbi yalnız Cavabdeh1 münasibətdə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədən göründüyü kimi cavabdeh M. Şahtaxtinski Cavabdeh2 (Sultan restoran) xx.xx.2019-cu il tarixli, 00306 saylı müqavilə ilə İddiaçı MMC-yə yaranmış 5330,40 manat məbləğində pul öhdəliyini öz üzərinə götürmüş, ödəniş şərtləri tərəflər arasında razılaşdırılmışdır. Bununla da cavabdeh M. Şahtaxtinski əvvəlki borclunu (Cavabdeh2) əvəz etmiş, iddiaçı buna icazə verərək müqavilə bağlamaqla öz iradəsini ifadə etmişdir. Eyni zamanda iddiaçı pul məbləğinin Cavabdeh3 “Sultan” restoranının faktiki sahibi olması, həmçinin müqavilə imzalanarkən Cavabdeh2 xx.xx.2014 tarixli, 734253 nömrəli etibarnamə əsasında təmsil etməsi əsası ilə tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Q. Şahtaxtinskiyə qarşı iddia tələbinin qanuni əsası yoxdur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının iddia etdiyi kimi onun restoranın faktiki sahibi olması və ya digər cavabdehin səlahiyyətli nümayəndəsi olması hazırki mübahisədə həmin şəxs üçün öhdəlik yaratma əsası kimi çıxış edə bilməz. Əlavə olaraq iddiaçı 7.567,27 manat məbləğində cərimə məbləğinin tutulmasını da tələb etmişdir. X4 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 00306 saylı xidmət müqaviləsinə xx.xx.2020 tarixli əlavə razılaşmaya əsasən X4 hazırki razılaşma ilə sözügedən məbləğ qrafik üzrə ödənilmədiyi təqdirdə İddiaçı MMC-nin hazırki razılaşma tərəflərindən cərimə faizləri hesablanaraq öhdəliklərinin icrasının tələb etmək hüququna malikdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, müqavilə üzrə borcunu tam olaraq ödənilməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq Cavabdeh1 tutulacaq cərimə məbləği 54,9 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci, 53,98 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1830,39 manat (bir min səkkiz yüz otuz manat, otuz doqquz qəpik) manat məbləğində borc, 54,9 (əlli dörd manat doxsan qəpik) manat cərimə, 60 manat mediasiya xərci, 53,98 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar