Məhkəmə qərarları › İş №e-2-2(113)-4946/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4946/2022

23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4946/2022 23.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Novuz oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hava xəttinin pasportunun ləğv edilməsi, elektrik xətti üzərində pasportun ləğv edilməsi, mülkiyyət hüququnun tanınması, xəttin təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yardımçı təsərrüfatından ümumi xəttə qədər olan 3 km-lik yüksək gərginlikli elektrik xəttinin üzərində mülkiyyət hüquqlarının tanınması, həmin xəttin ona təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərittifaq” İdarə Heyətinin 26 mart 2004cü il tarixli 91 saylı qərarı ilə Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində yerləşən, Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatı aşağıda adları göstərilən obyektləri ona satılmışdır. Həmin obyektlər aşağıdakılardır: 1. 3 otaqlı ev; 2. Balıq yetişdirmək üçün göl 3. Yüksək gərginlikli elektrin xətti-transfarmatorla birlikdə; 4. Obyektdə göstərilən işlər – 5x15m/2-lik tövlə Göyçay “Aqrokoop” qeyd olunan yardımçı təsərrüfata 1987-ci ildə çəkilən 3 km uzunluğunda olan elektrik xəttinin çəkilməsi icazəsini "xxxx" dən aldıqdan sonra qeyd olunan 3 km uzunluğunda yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə “Aqrokopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən çəkilmişdir. Göyçay Aqrokoopun direktoru X6 EŞ-nin rəisi ünvanladığı xx.xx.2004-cü il tarixli məktubda göstərmişdir ki, yardımçı təsərrüfat olan yüksək gərginlikli elektrik xətti və transformator İddiaçı hesabına keçmişdir. Həmin elektrik xəttindən başqa şəxslərlə bağlanmış müqavilə etibarsız sayılsın və həmin xəttlər xəttlərindən ayrılsın. Sonradan ona məlum olmuşdur ki, öz vəsaitləri hesabına Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatına çəkdikləri uzunluğu 3 km olan hava elektrik xəttinə Göyçay EŞ-si onun icazəsi və xəbəri olmadan ərazidə fəaliyyət göstərən daş karxanası, asfalt zavod və su sistemləri idarəsinin yardımçı təsərrüfatlarına 3 ədəd transformator qoşulmuşdur. Lakin ona məxsus xəttə Göyçay EŞ-si tərəfindən qanunsuz qoşulma ilə bağlı Göyçay EŞ-yə xx.xx.2019-cu il tarixdə ünvanladığı məktuba şəbəkənin baş mühəndisi Mövsüm Ağayev xx.xx.2020-ci il tarixli, 149 saylı cavab məktubunda bildirir ki, göstərdikləri tələbin yerinə yetirilməsi üçün texniki şərtin, Dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktının surətlərini təqdim etməlidirlər. O onların tələb etdikləri sənədləri həmin zaman - 2004-cü ildə Göyçay EŞ-yə təqdim etmiş və həmin sənədlər onların idarəsində olmalıdır dedikdə idarənin baş mühəndisi Mövsüm Ağayev bildirdi ki, idarənin arxivi 2006cı ildən hansı səbəblərə görəsə məhv edilmişdir. Məsələ ilə bağlı "xxxx" ASC-yə ünvanladığı məktuba "xxxx" ASC-nin Texniki Departamentinin direktoru Vüsal Qənbərovun ünvanına göndərdiyi 28 mart 2022-ci il tarixli, № 6-02/06/C-066/2495 saylı cavab məktubunda da göstərilib ki, “Bununla əlaqədar bildirirlər ki, qeyd olunan elektrik veriliş xəttinin onların balansına keçirilməsi üçün KTM-in texniki şərtini, istismara buraxılış aktını, balans məsuliyyət aktını və mülkiyyət hüququnu təsdiq edən sənədlərin təqdim olunması tövsiyə olunur” "xxxx" ASC-nin texniki Departamentinin direktoru Vüsal Qənbərovun ünvanına göndərdiyi 28 mart 2022-ci il tarixli, № 6-02/06/C-066/2495 saylı cavab məktubu ona rəsmi şəkildə poçt vasitəsi ilə 08 aprel 2022-ci il tarixdə verilmişdir. Göyçay EŞ-nin, həm də "xxxx" ASC-nin Texniki Departament direktorunun tələb etdiyi həmin sənədlər vaxtında Göyçay EŞ-nə təqdim olunduğu halda o həmin tələb olunan sənədləri yenidən necə təqdim edə bilərə. Axı vaxtında lazım olan müvafiq sənədlər təqdim olunmasaydı “Azərittifaq” İdarə Heyəti 265 mart 2004-cü il tarixli 91 saylı qərarı ilə Göyçay “Aqrokoopun” yardımçı təsərrüfatının mülkiyyətində olan Yüksək gərginlikli elektrik xəttini transformatorla birlikdə ona necə sata bilərdi ki, indi həmin sənədlər Göyçay EŞ-dən qəsdən və qərəzli şəkildə yoxa çıxıbsa o neyləməlidir? Bu sənədlərin idarənin arxivində saxlanılması onun vəzifəsi deyildi axı. Belə çıxır ki, "xxxx" ASC texniki şərtin, Dövlət enerji nəzarəti idarəsindən istismara buraxılış aktının və balans məsuliyyəti aktı olmadan onun xəttini özününküləşdirə bilər, o isə öz vəsaitləri hesabına çəkdiyi xəttdən istifadə edə bilməz. Şikayəti ilə bağlı ona ünvanladıqları cavabları qanunsuz və ədalətsiz hesab etdiyindən "xxxx" ASC-nin sədri Vüqar Əhmədova şikayət məktubu ünvanlamışdır. Nə qədər təəccüblü olsa da, həm Göyçay EŞ-nin, həm də "xxxx" ASC-nin Texniki Departamnet rəhbərlərinin qanunsuz hərəkətlərindən "xxxx" ASC-nin sədrinə ünvanladığı şikayət məktubunu araşdırmaq əvəzinə yenidən nədənsə araşdırmaq üçün "xxxx" ASCnin Texniki Departamnetinə göndərilmiş, həmin idarə də heç bir araşdırma aparmadan ünvanına təkrarən qanunsuz cavab ünvanlamışdır. Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Şəki İnzibati Məhkəməsnin xx.xx.2020-ci il tarixli qərardadı ilə AR Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 13-cü bəndinə istinad edərək cavabdehin inzibati orqan sayılmadığı ğöstərilmişdir. AR MPM-nin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri tətəfindən baxılır. Bundan sonra, Göyçay rayon məhkəməsində iddia qaldırdı. Göyçay rayon məhkəməsinin qərardadı ilə iddia ərizəsi kommersiya məhkəməsinə müraciət etməli olması səbəbindən geri qaytarılmışdır. “Aqrokopun” vəsaiti hesabına "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialı tərəfindən 1987-ci ildə çəkilən 3 km uzunluğunda olan elektrik xəttinin çəkilməsi icazəsini "xxxx" dən aldıqdan sonra qeyd olunan 3 km uzunluğunda yüksək gərginlikli elektrik xətti transformatorla birlikdə dəyərini ödəməklə əldə etdiyindən həmin xəttin mülkiyyətçisi hesab olunur. Onun mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmaqdadır. Bu pozulma isə məhkəmə tərəfindən təmin olunmalıdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 2016-cı ildə tərtib edilmiş pasportun ləğv ediməsi, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yerləşən yardımçı təsərrüfatından ümumi xəttə qədər olan 3 km-lik yüksək gərginlikli elektrik xəttinin üzərində mülkiyyət hüquqlarının tanınması, həmin xəttin ona təhvil verilməsi, qanunsuz qoşulmaların ləğv edilməsi və 100 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Novuz oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında iddia tələbinin əsassız olduğunu, iddiaçı tərəfindən sadəcə akt təqdim edildiyini, İddiaçı xətti əldə etməsi barədə hər hansı sübut əlavə edilmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 tərtib etdiyi xx.xx.2015-ci il tarixli hava xətinin pasportunun ləğv edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh "xxxx" ASC (X4) tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli hava xəttinin pasportu yalnız xətt barəsində məlumatları əks etdirən məlumat vərəqəsi olmaqla özlüyündə sözügedən hava xəttinə dair hər hansı yeni hüquqi statusun (vəziyyət) yaranmasına, dəyişdirilməsinə və ya xitam verilməsinə səbəb olan, eləcə də hüquqi statusu təsdiq edən sənəd deyildir. Həmin pasport yalnız müvafiq mübahisəyə baxan məhkəmə tərəfindən aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərdən qiymətləndirilməklə sübut qismində qəbul edildiyi halda digər sübutlarla birlikdə mübahisəli xətlə bağlı faktiki halları (xəttin texniki parametrlərini, nə zaman təmir olunmasını və s.) təsdiq edə bilər. Odur ki, X2 həmin pasportu tərtib etməklə iddiaçının hər hansı hüququnu pozması nəticəsinə gəlmək də qeyri-mümkündür. Göründüyü kimi iddiaçı məhkəmə prosesi gedişində sübut qismində təqdim edilmiş sənədin mötəbərliyini ayrıca iddia tələbi irəli sürməklə mübahisələndirmişdir. Halbuki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına bilavasitə səbəb olmayan, hüquqi xarakter daşımayan pasportun mübahisələndirilməsi məhkəmə mübahisəsinin ayrıca predmetini təşkil edə bilməz. Belə ki, şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə pasportun mübahisələndirilməsində iddiaçının hüquqi marağının mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2015-ci il tarixli hava xətinin pasportun ləğv edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar