Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4965/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış müqavilə üzrə 5669,90 manat məbləğində ödənilməmiş xidmət haqqı; 1133,98 manat cərimə faizi; 250 manat məbləğində hüquqi xərclər və 90,54 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: 1.1. Tərəflər təsdiq edirlər ki, iddiaçı tərəfindən cavabdehə qarşı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 08/02/24 DZL-PFM nömrəli sanitar-gigiyenik və əksepidemik xidmətlərinin göstərilməsi üzrə xidmət müqaviləsinin şərtlərinin Cavabdeh tərəfindən pozulması nəricəsində iddia qalşdırılmış, müvafiq iddia üzrə aşağıdakı məbləğlərin ödənilməsi tələb edilmişdir: 1.1.1. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 08/02/24 DZL-PFM nömrəli sanitar-gigiyenik və əksepidemik xidmətlərinin göstərilməsi üzrə xidmət müqaviləsi üzrə, ƏDV daxil olmaqla. 5 669,90 AZN (beş min altı yüz altmış doqquz manat, 90 qapik) məbləğində ödənilməmiş xidmət haqqı; 1.1.2. Ödənilməmiş xidmət haqqının gecikdirilməsinə görə 1 133,98 AZN (bir min bir yüz otuz üç manat, 98 qapik) məbləğində cərimə faizi; 1.1.3. 500,00 AZN (beş yüz manat, 00 qapik) məbləğində hüquqi xərclər; 1.1.4. 93,04 AZN (doxsan üç manat, 04 qapik) məbləğində dövlət rüsumu. 1.2. Cavabdehin müraciəti və İddiaçının razılığı əsasında Tərəflər müvafiq məhkəmə prosesi üzrə barışıq əldə edir, barışıq nəticəsində Sazişin 1.1.1, 1.1.3 və 1.1.4-cü bəndləri üzrə qeyd edilən məbləğlər Cavabdeh tərəfindən etiraf edilir və Sazişin 1.1.2-ci bəndi üzrə qeyd edilən məbləğdən İddiaçı tərəfindən imtina edilir. 1.3. Beləliklə, Cavabdeh öz üzərinə götürür ki, İddiaçıya, ƏDV daxil olmaqla, 5 669,90 AZN (beş min altı yüz altmış doqquz manat, 90 qapik) və vergilərdən azad olmaqla, 593,04 (beşyüz doxsan üç manat, 04 qapik) məbləğində borcu xx.xx.2025-ci il tarixinədək İddiaçının aşağıda göstərilən bank hesabı məlumatları üzrə İddiaçıya ödəyəcəkdir: Bank: "xxxx" ASC, “Xətai” filialı H/h: AZ09 AZEN 4006 0502 9329 4410 8001 SWİFT: AZENAZ22 Bank VÖEN: ********** Kod: 510891 M/h: AZ 11 N ABZ 0135 0100 0000 0003 6944. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə iddiaçı və cavabdehin nümayəndələri ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna və həmin sazişi imzalamağa tərəflərin nümayəndələrinin səlahiyyətləri olduğuna görə, həmçinin həmin saziş qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "X1" MMC-yə qarşı "borc” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.1. Tərəflər təsdiq edirlər ki, iddiaçı tərəfindən cavabdehə qarşı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 08/02/24 DZL-PFM nömrəli sanitar-gigiyenik və əksepidemik xidmətlərinin göstərilməsi üzrə xidmət müqaviləsinin şərtlərinin Cavabdeh tərəfindən pozulması nəricəsində iddia qalşdırılmış, müvafiq iddia üzrə aşağıdakı məbləğlərin ödənilməsi tələb edilmişdir: 1.1.1. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 08/02/24 DZL-PFM nömrəli sanitar-gigiyenik və əksepidemik xidmətlərinin göstərilməsi üzrə xidmət müqaviləsi üzrə, ƏDV daxil olmaqla. 5 669,90 AZN (beş min altı yüz altmış doqquz manat, 90 qapik) məbləğində ödənilməmiş xidmət haqqı; 1.1.2. Ödənilməmiş xidmət haqqının gecikdirilməsinə görə 1 133,98 AZN (bir min bir yüz otuz üç manat, 98 qapik) məbləğində cərimə faizi; 1.1.3. 500,00 AZN (beş yüz manat, 00 qapik) məbləğində hüquqi xərclər; 1.1.4. 93,04 AZN (doxsan üç manat, 04 qapik) məbləğində dövlət rüsumu. 1.2. Cavabdehin müraciəti və İddiaçının razılığı əsasında Tərəflər müvafiq məhkəmə prosesi üzrə barışıq əldə edir, barışıq nəticəsində Sazişin 1.1.1, 1.1.3 və 1.1.4-cü bəndləri üzrə qeyd edilən məbləğlər Cavabdeh tərəfindən etiraf edilir və Sazişin 1.1.2-ci bəndi üzrə qeyd edilən məbləğdən İddiaçı tərəfindən imtina edilir. 1.3. Beləliklə, Cavabdeh öz üzərinə götürür ki, İddiaçıya, ƏDV daxil olmaqla, 5 669,90 AZN (beş min altı yüz altmış doqquz manat, 90 qapik) və vergilərdən azad olmaqla, 593,04 (beşyüz doxsan üç manat, 04 qapik) məbləğində borcu xx.xx.2025-ci il tarixinədək İddiaçının aşağıda göstərilən bank hesabı məlumatları üzrə İddiaçıya ödəyəcəkdir: Bank: "xxxx" ASC, “Xətai” filialı H/h: AZ09 AZEN 4006 0502 9329 4410 8001 SWİFT: AZENAZ22 Bank VÖEN: ********** Kod: 510891 M/h: AZ 11 NABZ 0135 0100 0000 0003 6944. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4965/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4965/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver