Məhkəmə qərarları › İş №e-2-2(113)-4971/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4971/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4971/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “X1 Az-F” MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, RTS GROUP-KASCO-27/2021 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “X1 Az-F” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 26.676,40 manat, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödədikləri 800 manat, mediasiya sessiyasının keçirilməsi üçün tərəflərindən ödənilmiş 200 manat, ümumilikdə 27.676,40 manat məbləğində pulun cavabdeh “X2 Az-F” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2 Az-F” MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il il tarixli, RTS GROUP – KASCO - 27/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi, yəni “X2 Az-F” MMC müqavilənin əlavəsində və ya sifariş blankında göstərilmiş xidmətləri icraçıya, yəni İddiaçı MMC-yə sifariş etməyi, icraçı isə öz növbəsində həmin sifarişlər əsasında müxtəlif tipli skip konteynerlərinin icarəsi və tullantılarının daşınması ilə bağlı xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər xidmətlər tam başa çatdıqdan sonra müvafiq hesab-fakturanın verildiyi tarixdən 30 iş günü ərzində 100% həyata keçirilməli idi. Tərəflərindən bağlanmış müqavilənin şərtləri yetirilərək “X2 Az-F” MMC-yə sifariş edilmiş xidmətlər göstərilmişdir. Göstərdikləri xidmətlərə görə “X2 Az-F” MMC-nin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 26.676,40 manat borcu vardır. Göstərilən borcun ödənilməsi təklifi ilə “X2 Az-F” MMC-yə dəfələrlə müraciət edilsə də, borc məbləği ödənilməmiş, cavabdeh şirkət tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. Tərəflərindən müvafiq pretenziya ilə “X2 Az-F” MMC-yə bir daha müraciət edilərək, borclu olduqları 26.676,40 manat məbləğində pulun, 10 iş günü ərzində İddiaçı MMC-yə ödəmələri təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqlarını bildirilmişlər. Lakin müraciətlərinə hər hansı bir cavab verilməmiş, eləcə də onlara ödənilməli məbləğ ödənilməmişdir. Bundan sonra tərəflərindən cavabdeh “X2 Az-F” MMC ilə aralarındakı kommersiya mübahisəsinin qarşılıqlı razılaşma əsasında həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmiş, lakin qarşılıqlı razılaşma əsasında aralarında olan mübahisənin həll edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən üzərinə düşən öhdəlik bu günədək yerinə yetirilməmiş və müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə “X2 Az-F” MMC (sifarişçi) arasında 01 iyun 2020-ci il tarixdə RTS Group-Kasco-27/2021 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı bu müqavilənin əlavəsində və/və ya sifariş blankında göstərilmiş xidmətləri/işləri və həmin əlavədə və/və ya alış sifarişində olan spesifikasiyada göstərilən həcmdə və bu müqavilədə razılaşdırılmış şərtlərə və tələblərə uyğun olaraq satır və çatdırır. İcraçı xidmətləri sifarişçini razı salacaq və qane edəcək şəkildə yerinə yetirməlidir. 2.1-ci bəndinə əsasən hazırki müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. 3.1-ci bəndinə görə hazırki müqavilənin əlavəsində və/ və ya sifariş blankında göstərilmiş həcm və qiymətlərə müvafiq olaraq, həmin əlavədə və/və ya sifariş blankında olan spesifikasiyada göstərilən xidmətləri bu müqavilənin şərtlərinə və tələblərinə uyğun olaraq icraçı satmağa və çatdırmağa, sifarişçi isə almağı və qəbul etməyə razılıq verir. 3.2-ci bəndinə görə ödənişlər xidmətlər tam başa çatdıqdan sonra müvafiq hesabfakturanın verildiyi tarixdən 30 gün ərzində sifarişçi tərəfindən 100% ödənilməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 iyun 2020-ci il tarixli RTS Group-Kasco-27/2021 saylı müqavilənin 1 nömrəli əlavəsinə əsasən 1 ədəd 6 m3-lik skip konteynerin 1 aylıq icarəsi (ƏDV xaric) 120 manat, 1 ədəd 20 m3-lik skip konteynerin 1 aylıq icarəsi (ƏDV xaric) 330 manat, 1 ədəd skip truckın 1 səfərlik icarəsi (ƏDV xaric) 110 manat və 1 ədəd hook truckın 1 səfərlik icarəsi (ƏDV xaric) 140 manat təşkil edir. Qeyd: skip konteyner ən azı 10 ədəddən aşağı olmayaraq nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə “X2 Az-F” MMC arasında xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında xx.xx.2021-xx.xx.2022-ci illər ərzində İddiaçı MMC tərəfindən “X2 Az-F” MMC-yə 40.732,11 manat xidmətlər göstərilmiş, “X2 Az-F” MMC 14.055,71 manat ödəniş etmiş və “X2 Az-F” MMC-nin İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixə 26.676,40 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən “X2 Az-F” MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh “X2 Az-F” MMC arasında 01 iyun 2020-ci il tarixli RTS Group-Kasco-27/2021 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdeh “X2 Az-F” MMC-yə xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətlərin haqqını ödəməmiş, nəticədə iddiaçıya 26.676,40 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdeh “X2 Az-F” MMC-nin tərəflər arasında bağlanmış müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı MMC-yə 26.676,40 manat məbləğində borcunun yarandığını, İddiaçı MMC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 26.676,40 manat məbləğində borc tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 170,03 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 800 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “X1 Az-F” MMC-dən 26.676,40 manat (iyirmi altı min altı yüz yetmiş altı manat qırx qəpik) məbləğində borc, vəkil xərclərinin əvəzi olaraq 800 (səkkiz yüz) manat, mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyevaİnvestisiya Korporasiyası” ASC-yə göndərilmişdir.edilərək eitəsilə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar