Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-498/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 56 ay abunə borcu 336 manatı, cəmi borcu 336 manatı və mediasiya xərclərinə görə ödənilmiş 60 manatı cavabdeh H AND Ç MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə H AND Ç MMC (VÖEN **********), arasında da xx.xx.2016-ci ildə 008173 nömrəli aktla müqavilə imzalanmışdır və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan H AND Ç MMC həmin öhdəliyini xx.xx.2018cı ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2018-ci ildən, xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə cavabdeh H AND Ç MMC tərəfindən 2019-ci ildən 12 ay, 2020-ci ildən 12ay, 2021-ci ildən 12 ay,2022-ci ildən 12 ay, 2023-cü ildən 8 ay ərzində xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 56 ay abunə borcu 336 manat pul məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə dair ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 008173 saylı Servis Texniki Xidmət Mərkəzi ilə istehlakçı Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, istehlakçı Merkuri 130 F-01 tipli zavod 00210895 nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. Maliyyə arayışından görünür ki, “X1 MMC tərəfindən H and Ç MMC-yə aylıq 6 manat abunə üzrə xidmət haqqı hesablanaraq xx.xx.2018-xx.xx.2023-cü il tarixə 336 manat borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X1 MMC 60 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları tədqiq edərkən müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli, 008173 saylı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləni istehlakçı qismində Cavabdeh MMC tərəfindən iddiaçının istinad etdiyi kimi səlahiyyətli şəxs imzalasa da, həmin imzanın kimə məxsus olmasını müəyyən etmək mümkün olmamış, həmçinin sözügedən imza hüquqi şəxs olan Cavabdeh MMC-nin rəsmi möhürü ilə təsdiq edilməmiş, bu isə o deməkdir ki, Cavabdeh MMC xx.xx.2016-cı il tarixli, 008173 saylı müqaviləni təsdiq etmədiyinə görə sonuncunun həmin müqavilə üzrə heç bir öhdəliyi yaranmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Cavabdeh MMCnin xx.xx.2016-cı il tarixli, 008173 saylı müqavilə üzrə hər hansı öhdəliyi olsaydı belə, İddiaçı MMC istehlakçı Cavabdeh MMC-yə hər hansı xidmətin göstərilməsini əks etdirən sübutları (təhvil-təslim aktları, qaimələr və sair) məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, xx.xx.2016-cı il tarixli, 008173 saylı müqavilə Cavabdeh MMC-nın rəsmi möhürü ilə təsdiq edilmədiyindən, həmçinin imzanın kim tərəfindən icra edildiyini müəyyən etmək mümkün olmadığından və xidmətin göstərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyinə görə iddiaçının tələbi rədd edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-dən 56 ay abunə borcu 336 manatı və mediasiya xərclərinə görə ödənilmiş 60 manatın xeyrinə tutulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-dən 56 ay abunə borcu 336 manatı və mediasiya xərclərinə görə ödənilmiş 60 manatın xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-498/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-498/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver