Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5000/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi Açar sözlər: əqli mülkiyyət, malların kontrafakt hesab edilməsi, malların məhv edilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh MMC-yə qarşı “malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “X4” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə (Nəriman Ramazanov) ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişində qeyd edilir ki, ******* nömrəli TOYOTA beynəlxalq əmtəə nişanı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosu tərəfindən Beynəlxalq Əmtəə nişanlarının reyestrində TOYOTA JİDOSHA KABUSHİKİ KAİSHA (also trading as İddiaçı) şirkətinin adına qeydiyyata alınmışdır və Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 01-45 sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində xx.xx.2035-ci il tarixinədək mühafizə olunacaq.
2. Azərbaycan Respublikasının Əqli mülkiyyət agentliyi sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı və reyestr şöbəsinin “X4” şirkətinin hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsinə (Nəriman Ramazanov) ünvanladığı xx.xx.2020-cİ il tarixli bildirişində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumatına əsasən TOYOTA JİDOSHA KABUSHİKİ KAİSHA (also trading as İddiaçı) adına qeydiyyata alınan ******* və ******* saylı “LEXUS” beynəlxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində xx.xx.2025-ci il tarixinə qədər qüvvədə olduğu qeyd edilir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İddiaçı” şirkətinə məxsus “1274034, 1279464, ******* və 1274035” nömrəli beynəlxalq əmtəə nişanı altında olan malların reyestrə daxil edilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-33/087S nömrəli Sərəncamından görünür ki, Gömrük İnzibatçılığı Baş idarəsi “İddiaçı” şirkətinə məxsus ”1274034, 1279464, ******* və 1274035” nömrəli beynəlxalq əmtəə nişanı altında olan malların reyestrə daxil edilməsini və Gömrük Riskləri idarəsi reyestrə daxil edilmiş “1274034, 1279464, ******* və 1274035” nömrəli beynəlxalq əmtəə nişanı altında olan malların risk profilinə əlavə edilməsini təmin etmiş, habelə qeyd olunan mallarla əlaqədar hüquq sahibinin hüquqlarının qorunma müddəti reyestrə daxil edilmə tarixindən etibarən 5 il müddətinə müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1100/055Q saylı malların buraxılışının dayandırılması haqqında qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə daxil olunmuş mallara gömrük nəzarəti altında keçirilmiş baxış zamanı **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı avtomobil ehtiyyat hissələrinin kontrafakt olması əlamətlərinin aşkar edilməsi səbəbindən malların buraxılışının 10 iş günü müddətinə dayandırılması qərara alınmışdır.
5. Həmçinin, Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-39-1100/087Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə daxil olunmuş və **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların buraxılışının dayandırılmasının daha 10 iş günü müddətinə uzadılması qərara alınmışdır.
6. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların bir qisminin kontrafakt olmasını etiraf etmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli № 3-33-1100/055Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış zamanı **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 2-ci və 3-cü mal mövqeyində 218 kq araqatlar (**********) və motor yastıqları (**********), 17-ci və 18-ci mal mövqeyində 440 kq ling (**********) və peç radiatorları (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilməs barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: 1 Toyota- Cho, Toyota-Shi, Aichi-Ken 471-8571, Yaponiya ünvanında yerləşən “İddiaçı” ("xxxx") Şirkətinə ünvanlanmış 30 aprel 2025-ci il tarixli №3-33-1100/055Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 01 may 2025-ci il tarixli №055Q saylı Bildirişə (“Bildiriş”) əsasən, hüquqi ünvanı: AZ1089, ünvan 1h tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi "xxxx" MMC (VÖEN:**********) tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 2-ci və 3-cü mal mövqeyində 218 kq araqatlar (**********) və motor yastıqları (**********), 17-ci və 18-ci mal mövqeyində 440 kq ling (**********) və peç radiatorları (**********)) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə 30 aprel 2025-ci il tarixindən 13 may 2025-ci il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) Cavabdeh MMC-yəvə bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 30 aprel 2025-ci il tarixli №3-33- 1100/055Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 01 may 2025-ci ildə təqdim olunmuşdur. Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmlış "xxxx" əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında 05 may 2025-ci il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu İddia Ərizəsinə əlavə olunur. Hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X3, Cavabdeh tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və buraxılışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən dayandırılmış "xxxx" əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi "xxxx" Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi "xxxx" Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi "xxxx" Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 may 2025-ci il tarixli №3-33- 1100/087Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi 13 may 2025-ci il tarixli №087Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə 13 may 2025-ci il tarixindən 27 may 2025-ci il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu İddia Ərizəsinə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli 163 saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1, idxalçı (mal sahibi) cavabdehə və bəyannaməçi "xxxx" MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin 12 may 2025-ci il tarixli №3- 33-1100/087Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarının təsdiqlənmiş surəti hüquq sahibi "xxxx" Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X1 13 may 2025-ci ildə təqdim olunmuşdur. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 30 aprel 2025-ci il tarixli №3-33-1100/055Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında” verdiyi 01 may 2025-ci il tarixli №055Q saylı Bildirişin, 12 may 2025-ci il tarixli №3-33-1100/087Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarın və həmin Qərara müvafiq olaraq “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında” verdiyi 13 may 2025-ci il tarixli №087Q saylı Bildirişin İddiaçı "xxxx" Şirkətinə və həmçinin, Bəyannaməçi və Cavabdehə vaxtında rəsmən təqdim olunmasına və Qərarın “Qeyd” hissəsində Cavabdehin “Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya “İnzibatı İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən 30 gün müddətində birbaşa yaxud Bakı Baş Gömrük İdarəsi vasitəsi ilə Dövlət Gömrük Komitəsinə inzibati şikayət verməsi hüququnun olması faktının qeyd olunmasına baxmayaraq, Bəyannaməçi və ya Cavabdeh özlərinin qanuni hüquqlarından istifadə etməmiş və inzibati akt olan Qərarın mübahisələndirilməsinə və ya ləğvinə dair məhkəməyə və ya Dövlət Gömrük Komitəsinə inzibati şikayət təqdim etməmişlər. Bu fakt isə öz növbəsində, həm Bəyannaməçinin və həm də Cavabdehin Bakı Baş Gömrük İdarəsinin Qərarları ilə razı olduqlarını və idxal etdikləri "xxxx" əmtəə nişanlı malların kontrafakt olduğunu, və bununla da İddiaçı "xxxx" Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozduqlarını etiraf etdiklərini təsdiqləyir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh yazılı etirazını məhəməyə təqim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qadada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunu:
11. Maddə 25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
12. Maddə 26. Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.
13. Maddə 32. Bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
14. Maddə 33. Bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
15. Maddə 34. Əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların.
“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu.
16. Maddə 1.0.1. Əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır.
17. Maddə 1.0.2. Əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.
18. Maddə 1.0.11. Kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır.
19. Maddə 3. Əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.
1. Maddə 7. Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
26. Məhkəmə qeyd edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi zəruridir.
27. İşin faktiki halları ilə müəyyən edilir ki, Ümumdünya Əqli Mülkiyyət X2 nişanlarının reyestrində TOYOTA JİDOSHA KABUSHİKİ KAİSHA (also trading as İddiaçı) adına qeydiyyata alınan ******* nömrəli TOYOTA beynəlxalq əmtəə nişanı xx.xx.2035-ci il tarixinədək Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Odur ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır.
28. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsi əqli mülkiyyət hüququnu tanıyır və bütün şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına təminat verir.
29. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində verilən anlayışdan da görünür ki, əmtəə nişanından istifadə hüququ əqli mülkiyyət hüququnun oyektlərindən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi qeydiyyata alınmış əmtəə nişanının sahibinin əqli mülkiyyət hüquqlarının qorunmasında müstəsna hüququnu tanıyır.
30. Həmçinin, 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının (1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6-da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə) 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. Konvensiyanın 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. Konvensiyanın 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur
31. Görünüdüyü kimi, əqli mülkiyyət hüququnun obyekti olan əmtəə nişanından istifadə həm yerli, həm də beynəlxalq hüquqla qorunmasına baxmayaraq iddiaçının "xxxx" beynəlxalq əmtəə nişanından istifadə hüququ cavAbdeh tərəfindən pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-33-1100/055Q saylı malların buraxılışının dayandırılması haqqında qərarından görünür ki, gömrük nəzarəti qaydasında mallara baxış keçirilən zaman cavabdeh tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli, KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idaxil olunmuş və gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: TOYOTA əmtəə nişanlı ling (8708 80 990 0), peçin radiatoru (8708 91 350 0), araqatlar (4016 93 000 9) və motor yastıqları (4016 99 970 9)) kontrafakt olması əlamətləri aşkar edilmiş, bu səbəbdən həmin malların buraxılışı 10 iş günü müddətinə dayandırılmışdır. Daha sonra, DGK Bakı Baş Gömrük İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-39-1100/087Q saylı malların buraxılışının dayandırılmasının uzadılması haqqında qərarla bu müddət daha 10 iş günü müddətinə - xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Cavabdeh tərəfindən gömrük orqanının həmin qərarından şikayət verilməmiş, həmçinin işə məhkəmədə baxılması zamanı cavabdeh tərəfindən malların kontrafakt olmaması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
32. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli, KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş "xxxx" əmtəə nişanlı malların bir qisminin kontrafakt olmasını etiraf etmişdir.
33. Şərh olunanlardan və gömrük orqanının qərarından da göründüyü kimi cavabdeh fərdi sahibkar tərəfindən iddiaçıya məxsus əmtəə nişanından istifadə etməklə kontrafakt malları ölkə ərazisinə keçirməyə cəhd etmiş və həmin malların kontrafakt olduğu aşkar edildikdən sonra hüquq sahibi məlumatlandırılmış, ölkəyə daxil edilməsi məhdudlaşdırılmışdır. İşdə olan sübutlar iddiaçının tələbinin təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 30 aprel 2025-ci il tarixli №3-33-1100/055Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixli KN241222 saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 93AC673/91AG224 nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı **********3304 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş "xxxx" əmtəə nişanlı mallar ((XİFMN üzrə malın adı və kodu: gömrük bəyannaməsinin 2-ci və 3-cü mal mövqeyində 218 kq araqatlar (**********) və motor yastıqları (**********), 17-ci və 18-ci mal mövqeyində 440 kq ling (**********) və peç radiatorları (**********)) ticarət dövriyyəsinə buraxılmadan məhv edilsin. 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı