Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-501/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh ASC -yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, və dövlət rüsumu) X4 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh ASC -yə qarşı “pul” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh ASC -yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15803,09 (on beş min səkkiz yüz üç manat, 9 qəpik) əsas borc, 250,35 ( iki yüz əlli manat, 9 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz və 130 manat məbləğində dövlət rüsumunun cəmi 16183,44 (on altı min bir yüz səksən üç manat 44 qəpik) manat məbləğin Cavabdeh ASC-dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx") QSC ilə cavabdeh “AZƏRLOTEREYA" ASC (“Sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1141C saylı Müqaviləsinin 1.1.-ci bəndinə əsasən, Sifarişçinin sifarişi əsasında İcraçı Sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstəilməsini təşkil edir, Sifarişçi isə öz növbəsində tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər müqabilində İcraçıya hazırkı Müqavilə ilə və hazırkı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. Həmin Müqavilənin 4.2-ci maddəsinə əsasən, hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesabfaktura, elektron qaimə və təhvil-təslim aktı təqdim edilir. Həmin Müqavilənin 4.3-cü maddəsinə əsasən, Sifarişçi hesab-faktura elektron qaiməni və təhvil-təslim aktını aldığı tarixdən etibarən 30 (otuz) iş günü ərzində ödənişləri həyata keçirir. Həmin vaxtdan iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və xidmət haqqı vaxtında icra edilmişdir (2022ci il üçün 15528,84 manat məbləğində, 2023-cü il üçün isə 25539,31 manat məbləğində). Lakin, 2024-ci ilin yanvar başlayıraq xidmətlərin ödənilməsində müəyyən problemlər yaranmışdır. Belə ki, cavabdeh xidmətlərə görə cəmi 4222,2 manat məbləğində vəsait ödəmişdir. Hazırda, cavabdehin 15803,09 manat məbləğində borcu qalmışdır. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi barədə Cavabdeh ASC-yə pretenziya göndərilməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini 8 aydan artıqdır (yanvar ayından etibarən) ki, icra etməkdən qəsdən yayınmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia ərizəsində qeyd edilən 08 avqust 2024-cü il tarixli, MT**********74 saylı elektron qaimə- fakturada göstərilməmiş xidmətləri üzrə 7080.90 AZN (yeddi min səksən manat, 90 qəpik) məbləğində tələb, habelə göstərilməmiş xidmətlərə görə ödənişin gecikdirilməsi faizi kimi hesablanmış 250.35 manat məbləğ və 130 manat dövlət rüsumunun ödənilməsi tələbi rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qalan hissədə iddianı qəbul etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 21 yanvar 2022-ci il tarixində avtonəqliyyat xidmətlərinin göstərilməsinə dair 1141C saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq, müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır. Bu maddəyə uyğun olaraq 1 (bir) illik müddət 21 yanvar 2023-cü ildə tamam olmuşdur.Müqavilənin 8.2-ci maddəsinə uyğun olaraq, müddətin başa çatmaşına 15 (on beş) gün qalmış tərəflərdən biri digərini müqavilənin ləğvi barəsində xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsi avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılır. 2023-cü ilin əvvəlində ləğvetməyə dair belə xəbərdarlıq olmamışdır. Ona görə də, müqavilənin müddəti avtomatik olaraq növbəti 1 (bir) il müddətinə - 21 yanvar 2024-cü ilədək uzadılmışdır. Müqavilənin müddəti 21 yanvar 2024-cü il tarixində başa çatmışdır. Yəni müqavilə “1 il +1 il” şərti ilə bağlanmışdır.Müqavilənin müddətinin bitməsinə dair 17 aprel 2024-cü il tarixində iddiaçı tərəfindən səlahiyyətli hesab edilmiş və iddiaçı tərəfindən daim müvafiq yazışmalar aparılan Elektron ünvan elektron poçt ünvanına email göndərilmişdir (əlavə edilir).30 aprel 2024-cü il tarixində Elektron ünvan elektron poçt ünvanından təqdim edilmiş məlumata uyğun olaraq, 01 may 2024-cü il tarixindən sonra xidmətlərin göstərilməsi dayandırılmışdır (əlavə edilir).Müqavilənin müddət 21 yanvar 2024-cü il tarixində bitdiyi üçün 09 fevral 2024-cü il tarixli, MT**********15 saylı elektron qaimə-fakturada qeyd edilmiş 1997.30 AZN (bir min doqquz yüz doxsan yeddi manat, 30 qəpik) məbləği, 29 mart 2024-cü il tarixli, MT**********63 saylı elektron qaimə- fakturada qeyd edilmiş 1864.20 AZN (bir min səkkiz yüz altmış dörd manat, 20 qəpik) məbləği, 03 aprel 2024-cü il il tarixli, MT**********38 saylı elektron qaiməfakturada qeyd edilmiş 2340.00 AZN (iki min üç yüz qırx manat, 00 qəpik) məbləği, 10 may 2024-cü il tarixli, MT**********58 saylı elektron qaimə- fakturada qeyd edilmiş 2504.74 AZN (iki min beş yüz dörd manat, 74 qəpik) məbləği, cəmi isə 8706.24 (səkkiz min yeddi yüz altı manat, 24 qəpik) məbləği mübahisəli deyildir və bu vəsaitinin ödənilməsi üçün əsas olaraq tərəflər arasında faktiki göstərilmiş xidmətlərin qarşılıqlı tanınmasına dair saziş imzalanmasına ehtiyac vardır. Belə sazişin imzalanması zərurəti 17 aprel 2024-cü il tarixində Elektron ünvan elektron poçt ünvanına göndərilmiş müvafiq məktubda da bildirilmişdir, hərçənd, iddiaçı belə bir sənədin imzalanmasında hər hansı bir formada ətraflı məlumat təqdim etmədən imtina etmişdir. Belə saziş imzalandıqdan sonra bu abzasda qeyd edilən və mübahisəli sayılmayan məbləğlər ödəniləcəkdir.Tərəflər arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli avtonəqliyyat xidmətlərinin göstərilməsinə dair 1141C saylı Müqavilənin 1.1-ci maddəsinə qeyd edilir ki, sifarişçinin (yəni, cavabdeh) sifarişi əsasında icraçı (yəni, iddiaçı) sifarişçinin (yəni, cavabdehin) əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi (yəni, cavabdeh) isə öz növbəsində tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş xidmətlər müqabilində icraçıya (yəni, iddiaçıya) xidmət haqqı ödəyir. Buna baxmayaraq, iddiaçı 08 avqust 2024cü il tarixli, MT**********74 saylı elektron qaimə- fakturada göstərilməmiş xidmətləri qeyd edərək və 7080.90 AZN (yeddi min səksən manat, 90 qəpik) məbləğində göstərilməmiş xidmətlərin dəyərini tələb edərək tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozmuş və hüquqdan sui-istifadəyə yol vermişdir.Mülki Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 08 avqust 2024-cü il tarixli, MT**********74 saylı elektron qaimə-fakturanın istinad etdiyi fevral 2024-cü il dövrünə aid 6407 nömrəli sifarişçi Bağırov Məmmədəliyə aid sifariş aktından da göründüyü kimi, texniki xəta və ya sürücünün sui-istifadəsi kimi dəyərləndirilə biləcək hal baş vermişdir və iddiaçı əgər həmin aktı tərtib edərək məhkəməyə sübut qismində təqdim edibsə, bu xəta və ya dələduzluq hadisəsindən xəbərdardır.Yuxarıda qeyd edilən akta baxsaq görərik ki, 16 fevral 2024-cü il tarixi saat 22:22-də Bakı şəhərində yerləşən ünvandan (X3, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Əvvəla, Nasos stansiyasına gedən maşın necə olur ki, 400 km məsafədən geri qayıdır? İkincisi, necə olur ki, 3 saat sonra yenidən həmin istiqamətə sifariş qeyd edilir? Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına çatmaq üçün 4 saatdan çox vaxt tələb edilir. O halda necə olur ki, 17 fevral tarixi saat 01:15-də Hüseynqulu Sarabski 18 Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş yenidən qeyd edilir?20 fevral 2024-cü il tarixinə baxsaq görərik ki, saat 02:29-da Bakı şəhərində yerləşən ünvandan (Mərdanov qardaşları 111) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. 21 dəqiqə sonra isə sistemdə Bakı şəhərində yerləşən ünvandan (X3, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Necə oldu ki, sürücü 400 kmdən uzun məsafəni nəzərdə tutan sifarişi 21 dəqiqə ərzində icra etdi?fevral tarixinə baxsaq, görərik ki, saat 19:03-də Bakı şəhərində yerləşən ünvandan (Hüseynqulu Sarabski 41 b) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Saat 19:08-də, yəni beş dəqiqə sonra Bakı şəhərində yerləşən ünvandan (X3, Hüseynqulu Sarabski 16) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə-Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir. Saat 20:01-də Bakı şəhərində yerləşən ünvandan (Hüseynqulu Sarabski 41 b) Nasos stansiyası istiqamətinə və geriyə R20 Gəncə- Daşkəsən yolu Mədənçilər qəsəbəsindən Pirallahı adasına sifariş qeyd edilmişdir.fevral, 21 fevral, 23 fevral, 27 fevral və digər tarixlərə baxsaq görərik ki, 16 fevral 2024-cü il tarixində başlamış bu texniki xəta və ya dələduzluq halı davam etmişdir və eyni ünvanlar təkrarlanır və eyni məbləğ - 332.80 AZN (üç yüz otuz iki manat, 80 qəpik) sistemə vurulur. Bu hal digər heç bir aktda mövcud deyildir.Bu xidmətlərin əslində göstərilmədiyi və onların göstərilməsinin fizika qanunlarına zidd olması ilə sübut edilir. Buna görə də, iddiaçı fevral 2024-cü il tarixində göstərilmiş kimi qeyd edilmiş xidmətləri araşdırmalı və göstərilməmiş xidmətləri aktdan çıxarmalı idi. Xidmət qüsurla icra edildiyi üçün, bu Mülki Məcəllənin 442ci maddəsinin pozuntusudur və Sifarişçinin göstərilməmiş xidmətlərin əvəzini ödəmək kimi öhdəliyi yoxdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndələri məhkəmə iclasında tələb olunan iddia tələbinin 7080 manat əsas borc və gecikdirilmiş faiz məbləği hissəsində rədd, digər hissədə təmin edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı QSC ("xxxx") ilə Cavabdeh ASC (“sifarişçi”) arasında bağlanmış xx.xx.2022-ci il tarixində 1141C saylı avto nəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləsinə əsasən: Həmin Müqavilənin - 1.1-ci bəndinə əsasən sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərinin göstərilməsini təşkil edir, sifarişçi isə öz növbəsində bunun müqabilində icraçıya hazırkı müqavilə ilə və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə № 1-də müəyyən edilmiş qaydada və həcmdə xidmət haqqı ödəyir. - 4.1-ci bəndinə əsasən Göstərilən xidmətlərin dəyəri hazırkı Müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilir.Gedişlərin həcmindən asılı olmayaraq göndəriləcək hesab-fakturanın minimal dəyəri 70 manat təşkil edəcək. - 4.2-ci bəndinə əsasən hər ayın birinci iş günü İcraçı tərəfindən Sifarişçiyə keçən ay üçün xidmətlərin göstərilməsi haqqında müvafiq hesab-faktura təqdim edilir. - 4.3-cü bəndinə əsasən sifarişçi hesab-fakturanı aldığı tarixdən etibarən 5 iş günü ərzində ödənişləri həyata keçirir. - 8.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. - 8.2-ci bəndinə əsasən tərəflərdən heç biri müvafiq müddətin başa çatmasına 15 gün qalmış hazırki müqavilənin ləğv etmək niyyəti barədə qarşı tərəfə yazılı bsurətdə rəsmi xəbərdarlıq etməzsə,müqavilənin qüvvəsi avtomatik 1 il müddətinə uzadılmış sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Avtonəqliyyat xidmətlərinin göstərilməsi haqqında 1141C №-li xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı Əlavədə icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərin siyahısı və dəyəri razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçi tərəfindən cavabdehə MT2406 10493181 nömrəli xx.xx.2024-cü il tarixli 15.95 manat, MT2404 00119338 nömrəli xx.xx.2024-cü il tarixli 2340 manat, MT2404 00248774 nömrəli xx.xx.2024-cü il tarixli 7080.9 manat, MT2405 10404858 nömrəli xx.xx.2024-cü il tarixli 2504.73 manat, MT2403 00559563 nömrəli xx.xx.2024-cü il tarixli 1864.2 manat, MT2402 00144915 nömrəli xx.xx.2024-cü il tarixli 1997.3 manat, məbləğində elektron qaimələr göndərilmişdir.
12. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDN 716386 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1948.6 manat köçürülmüşdür.
13. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDQ 245568 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 2017.96 manat köçürülmüşdür.
14. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDW 915394 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 2151.1 manat köçürülmüşdür.
15. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDV 138460 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 2071.1 manat köçürülmüşdür.
16. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDT 152434 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 2240.9 manat köçürülmüşdür.
17. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDL 658117 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1909.4 manat köçürülmüşdür.
18. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh ASC -yə aid) xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (EBDJ 638455 saylı elektron qaimə üzrə) İddiaçı QSC-nin hesabına 1909.4 manat köçürülmüşdür.
19. İddiaçı QSC tərəfindən Cavabdeh ASC -yə xx.xx.2024-cü il tarixli 2504.74 manat, xx.xx.2024-cü il tarixli 15.95 manat,xx.xx.2024-cü il tarixli 8945.10 manat,xx.xx.2024-cü il tarixli 1997.30,xx.xx.2024-cü il tarixli 2340 manat manat məbləğində hesab-fakturalar göndərilmişdir.
İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
12. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında müqavilə münasibətlərinin olması, cavabdeyin iddiaçıya yuxarıda göstərilən müqavilə əsasında göstərilmiş xidmətlərə görə 8722.19 manat borcunun olması cavabdeh tərəfindən mübahisələndirilmir və iddia həmin hissədə cavabdeh tərəfindən qəbul edilir. Tərəflər arasında mübahisələndirilən hal, cavabdeh xx.xx.2024-cü il tarxli 00248774 saylı eqaimə üzrə tələbi qəbul etmir, əsas olaraq qeyd edir ki, 2024-cü ilin favral ayında verilmiş sifarişlər faktiki olaraq yerinə yetirilməsi mümkün deyil, həmin sifarişlər cavabdehin həmin vaxt işçisi olmuş şəxsin və taksi sürücüsün hər hansı əməlləri nəticəsində saxta olaraq həyata keçirilmiş sifarişlərdir və həmin xidmət faktiki olaraq həyata keçirilməmişdir. İddiaçı isə iddianı müdafiə edərək qeyd edir ki, iddiaçı müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də cavabdeh tərəfindən öhdəlikləri yerinə yetirilməmiş və iddiaçıya borc tamamilə ödənilməlidir. Həmçini Məhkəmə qeyd edir ki, tərəflərin hər ikisinin məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, cavabdeh ASC-nin işçiləri iddiaçı tərəfindən onlaraq təqdim edilmiş kod əsasında 189 qısa nömrəyə zəng etməklə taksi sifarişi etmişlər.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh ASC arasında xx.xx.2022-ci il tarixində 1141C saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləni 2-ci maddəsində qeyd edilən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək sifarişçinin sifarişi əsasında icraçı sifarişçinin əməkdaşlarına avtonəqliyyat xidmətlərini təqdim etmiş, müqavilənin 2.1.4-cü maddəsinə əsasən marşurutların açıqlamasını cavabdehə(sifarişçiyə) təqdim edtmişdir. Cavabdeh isə iddiaçı tərəfindən göstərilən avtonəqliyyat xidmətlərinin dəyərini tam ödəməmişdir. Hal-hazırda Cavabdeh ASC nin qeyd edilən müqavilə üzrə İddiaçı QSC-yə olan borcu 15803.09 manat təşkil edir.Qeyd edilən borc iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır.
14. Məhkəmə qeyd edir ki, cavabdeh mübahsələndirdiyi xx.xx.2024-cü il tarxli 00248774 saylı e-qaimə üzrə 2024-cü ilin favral ayında öz işçisi tərəfindən verilmiş sifariş əsasında, həmin işçinin taksi sürücüsü ilə hər hansı bir əlaqəyə girməsini qeyd edir, və faktiki olaraq taksi sürücüsü tərəfindən həmin yolun gedilmədiyini, həmin sifarişin göstərilmədiyini qeyd edir, lakin qeyd edilən hala dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin mhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan müqavilənin 2.1.1-ci maddəsinə əsasən, sifarişçidə daxil olan sifarişləri qəbul etmək və onların icrasının təmin olunmasını təşkil etmək iddiaçının müqavilə üzrə öhdəliyi olmuşdur, və göründüyü kimi, mübahisəli qaimə üzrə sifarişin cavabdehin işçisi tərəfindən edildiyi, və həmin sifarişin icrasının iddiaçı tərəfindən təmin edildiyi işin mübahisəsiz halıdır.
15. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini – 15803.09 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini və iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC -dən 15803.09 manat məbləğində pul tutularaq İddiaçı QSCyə ödənilməlidir.
16. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 250.35 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.
17. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 250.35 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 130 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
19. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh ASC -dən 15803.09 manat əsas borc məbləği, illik 5% hesablanmış 250.35 manat və dövlət rüsumunun əvəzi olaraq 130 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
X5