Məhkəmə qərarları › İş №e-2-2(113)-5024/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5024/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5024/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, X2 MMCdən İddiaçı xeyrinə 5846,70 AZN borcun və mediasiya prosesinin aparılmasını üçün ödənilməmiş 100 manat xidmət haqqının, cəmi 5846,70 AZN pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçı məhkəməyə EMİS vasitəsi ilə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən borc məbləği iddia ərizəsi verilən gün tam bağlandığından, iddia ərizəsinin və tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı dövlət rüsumunun qaytarılmasını xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən dövlət rüsumu deyil, mediasiya prosesinin aparılması üçün 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllədə isə mediasiya prosesi ilə bağlı çəkilən xərclərin geri qaytarılması əsassları müəyyən edilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar