Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-503/2024 15.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi üzrə (açar sözlər: müflis elan edilmə və əmlak inzibatçısının təyin olunması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Rəvan-Turan” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. Ərizəçi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ******* (beş milyon) manat məbləğində pul vəsaitləri kredit olaraq cəlb edilmişdi. İddiaçı MMC hazırda öz öhdəliklərini, o cümlədən, "xxxx" ASC-dən kredit qismində cəlb edilmiş vəsaitləri ödəmə qabiliyyətinə malik deyildi. Bununla bağlı olaraq, İddiaçı MMC-nin müflis elan edilməsi, iflas prosesinə başlanması üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi barədə İddiaçı MMCnin təsisçisi qərar qəbul etmişdir. Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşinmaz Əmlakin Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-cüil tarixli **********39 saylı məktubuna əsasən, İddiaçı MMC-nin adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 1283302-1222 saylı məktubuna əsasən, İddiaçı MMC-nin adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X4 izahat verərək, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 63.1-ci maddəsinə əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas” haqqında Qanununun: - 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərini ödəmə qabiliyyətinin olmamasıdır. - 3-cü maddəsinə əsasən Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. - 10-1-ci maddəsinə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.
V. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə rədd olunmalıdır.
7. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli kreditorların və debitorların siyahısına əsasən İddiaçı kreditorları Cavabdeh Açıq Səhmdar Cəmiyyəticəmi borc 6.941.144 manat, "xxxx" MMC-255.000 manat, "xxxx" MMC-26.539,72 manat, Dövlət Vergi Xidməti-43.000 manat olmaqla, ümumilikdə, 7.265.683,72 manat, alınmalı məbləğ 850.000-Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qeyd olunmuşdur.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2023-cü il tarixə müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 7.223.086,75 manat təşkil edir.
9. İş materiallarına Dövlət Vergi Xidməti tərəfindən əlavə olunmuş İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 7.736,10 manat, işsizlikdən sığorta haqqı üzrə 651,68 manat ödənilməmiş borcu vardır.
10. İş materiallarında olan economy.gov.az saytında yerləşdirilmiş elandan çıxarışdan görünür ki, Rəvan-Turan” Məhdud Məsuliyyətli Cəmiyyəti müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir.
11. İş materiallarında “Xalq” qəzetində xx.xx.2024-cü il tarixdə nəşr edilmiş elandan görünür ki, İddiaçı müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir.
12. Hazırda, ərizəçi ödəmə qabiliyyətinə malik olmamasını qeyd edərək İddiaçı MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında ərizənin əsassız olduğunu, mediasiya prosesində İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtlərinə əməl olunmadığı üçün barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etdiklərini, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin şirkətin müflis elan edilməsi üçün yetərli olmadığını bildirərək ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, MŞB15-0000xx/xx-2022 saylı barışıq sazişinə əsasən İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 6.941144 manat borc öhdəliyinin olduğunu təsdiq etmiş, 6.941144 manat borc məbləğinin 1.000.000 manat hissəsini Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023cü il tarixənədək ödənilməsi, xx.xx.2023-cü il tarixdən sonra hər il yəni, xx.xx.2024-cü il tarixinədək 2.000.000 manat, xx.xx.2025-ci il tarixinədək 2.000.000 manat, xx.xx.2026-cı il tarixinədək 1.941.144 manat ödənilməsi öhdəliyini üzərinə götürmüş, barışıq sazişində öhdəliyin təminatı kimi sadalanmış əmlaklara tutmanın yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə etiraz etmədiyini sazişi imzalamaqla təsdiq etmişdir.
15. Dövlət Vergi Xidməti məhkəməyə ünvanladığı ərizəyə etiraz ərizəsində İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə 7736,10 manat, işsizlikdən sığorta haqqı üzrə 651,68 manat ödənilməmiş borcunun olduğunu, borcun məbləğinin alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixli **********2 nömrəli əmlakın siyahıya alınması barədə qərar qəbul edildiyini, xx.xx.2021-ci il tarixdə qərarın icrası ilə əlaqədar ərizəçinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, X1 10.000 manat dəyərində 01 ədəd qazanxana avadanlığının siyahıya alındığını, bununla bağlı protokol tərtib edildiyini, protokolun ərizəçinin nümayəndəsi tərəfindən imzalandığını, tərtib edilmiş protokol və siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddia ərizəsi ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə müraciət edildiyini, məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3677/2021 saylı qətnaməsi ilə iddia təmin edildiyini, məhkəmə qətnaməsi ilə təsdiq edilmiş borc məbləğinin bugünədək ödənilmədiyini bildirərək ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən ərizəçinin ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir.
17. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə görə iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə.
18. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə.
19. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi İddiaçı ödəmə qabiliyyəti olmayan sayılması üçün “Müflişləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından onun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı ərizəsi təmin oluna bilməz.
20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov