Məhkəmə qərarları › İş №e-2-2(113)-510/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-510/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-510/2025 12.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sifarişçisi olduğu 28 və 29 saylı yaşayış binaları üzrə müvafiqfunksiyanın Cəmiyyətə ötürülməsi, 27 saylı yaşayış binasının istismarına icazə üçün tələb olunan alt sənədlərin İddiaçı MMC-yə, habelə 28 və 29 saylı yaşayış binalarının istismarına icazə üçün zəruri olan sənədlərin Mənzil İnşaatı Dövlət Agentliyinə təqdimolunmasını, Cəmiyyətin həmin binalar üzrə də sifarişçi qismində tanınması, eləcə də 2019-2024-cü illərdə hesablanmış və ödənilmiş 465799,36 manat elektrik enerjisindən istifadəyə görə haqqın, eləcə də həmin illər üzrə hesablanmış və ödənilmiş 114554,88 manat sudan istifadəyə görə haqqın Cəmiyyətə qaytarılmasını haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC-nin 28 və 29 saylı yaşayış binaları üzrə sifarişçi funksiyasının Cəmiyyətə ötürülməsi, habelə 27, 28 və 29 saylı yaşayış binalarının istismarına icazə üçün zəruri olan sənədlərin Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim olunmasını, Cəmiyyətin həmin binalar üzrə də sifarişçi qismində tanınması, 2019-2024-cü illərdə hesablanmış və ödənilmiş 465799,36 manat elektrik enerjisindən istifadəyə görə haqqın, eləcə də həmin illər üzrə hesablanmış və ödənilmiş 114554,88 manat sudan istifadəyə görə haqqın Cəmiyyətə qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırıldıqları nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPMin 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-cı maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazırlıq iclaslarında iddiaçının nümayəndəsinə dəfələrlə iddia tələbi ilə bağlı MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməsi, tələbin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamış, İddiaçı tələbində iddiaçı olmayan şəxs barəsində müəyyən hərəkətlərin edilməsini (...zəruri olan sənədlərin Mənzil İnşaatı Dövlət Agentliyinə təqdim olunması) xahiş etmiş, 27, 28 və 29 saylı yaşayış binalarının istismarına icazə üçün zəruri olan sənədlərin təqdim edilməsi dedikdə hansı sənədlərin təqdim edilməsini xahiş etdiyini əsaslandırmamış, eyni zamanda iddia ərizəsini MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblərina uyğun verməmişdir. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə baxış iclaslarında hər dəfə, işin təxirə salınması ilə bağlı ərizə təqdim etsə də, üzrlü səbəbin nədən ibarət olmasını əsaslandırmamış, həmçinin qeyd edilən halla bağlı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, bui səbəbdən, həm prosessual müddətin ötürülməsi, həmçinin məhkəmə baxış iclasının təxirə salınması əsasları mülki prosessual qanunvericiliklə məhdudlaşdırıldığından, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması da mümkün olmadığından MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla bağlı hakim tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadılması üçün kifayət qədər vaxt verilməsi və həmin müddət ərzində həmin nöqsanlar aradan qaldırılmadığı, həmçinin iddiaçının nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclaslarında iştirak etmədiyi üçün üçün məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “MİDA" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar