Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5116/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “auditin keçirilməsi və cəmiyyətdəki paya mütənasib olaraq dividendin müəyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-də auditin keçirilməsi və cəmiyyətdəki paya mütənasib olaraq dividentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdehndə onun 20 faiz, X2 80 faiz olmaqla paya sahibdir. Bu paylar xx.xx.2019-cu il tarixdə müəyyən edilmişdir. Lakin, həmin vaxtdan hazırkı dövrədək şirkətin həm də qanuni təmsilçisi olan X1 dəfələrlə müraciət edilməsinə baxmayaraq, o onu şirkətin yerləşdiyi ofisə buraxmır, mühasibatlıq sənədləri ilə tanış olmağa icazə vermir, şirkətin idarə edilməsində iştirakına maneələr yaradır və şirkətin qazancından ona pay verməməklə real gəlirləri ondan gizlədir. Bu isə, Cavabdeh MMC-də olan 20 faiz paya münasibətdə şirkətin gəlirlərindən nə qədər divident alma və ümumiyyətlə gəlir əldə etmə imkanından iddiaçını məhrum edir. Hazırda Cavabdeh MMCnin balansında hansı daşınar və ya daşınmaz əmlakın olması, bank hesabları, rəsmi və ya qeyri-rəsmi dövriyyəsi barədə onda heç bir məlumat mövcud deyil. İddiaçı qeyd edir ki, onda olan məlumatlara görə rəsmi olaraq vergi orqanlarına müəyyən sənədlər təqdim olunsa da, qeyri-rəsmi müştərilərlə göstərilən xidmətə görə şirkətə daha çox məbləğ mədaxil edilir. Həmin məbləğ vergi orqanlarından gizlədilməklə, eyni zamanda, onun payına düşəcək rəsmi gəlirlərin də məbləğinin azalmasına gətirib çıxarır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********0624700 nömrəli reyestrdən çıxarış və Cavabdeh Məhdud Məsuliyyətinin nizamnaməsinə edilmiş dəyişiklikdən də görünür ki, Cavabdeh nizamnamə kapitalında İddiaçı 20%, X2 80% paya sahibdir. İddia ərizəsinin məzmununa nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf audit keçirilərək ona məxsus paya uyğun olaraq dividendin (xalis mənfəətin) müəyyən edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfin xahiş etmiş olduğu auditin keçirilməsi məhz dividendin (xalis mənfəətin) müəyyən edilməsi ilə bağlıdır. Mülki prosessual qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: 1. pozulmuş hüququn bərpası üçün; 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı işə zahirən nəzər yetirildikdə xarakter etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aid etmək olar. Belə ki, iddiaçı tərəf Cavabdehndə 20% paya sahib olduğunu qeyd edərək, audit keçirməklə payına mütənasib olaraq dividendin müəyyən edilməsini xahiş edir. Məhkəmə hazırkı mübahisənin həlli baxımından aşağıdakıları normaları nəzərdən keçirilməsini zəruri hesab edir. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 90-1.1-cı maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 90-1.2-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Həmin Məcəllənin 91.3- və 91.3.3-cü maddəsinə əsasən cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. Sadalanmış normaların məzmunundan da, göründüyü kimi cəmiyyətin xalis mənfəətinin müəyyən edilərək bölüşdürülməsi məsələsi məhz ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bununla bağlı izah edilməlidir ki, cəmiyyətin üzvü mənfəətin bölüşdürülməsi və ümumi yığıncağının keçirilməsi üçün Cəmiyyətə müraciət etməlidir. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ona görə də, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “auditin keçirilməsi və cəmiyyətdəki paya mütənasib olaraq dividendin müəyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. ********** nörəli qəbzə əsasən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5116/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5116/2023
06.11.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver