Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5143/2022 25.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2018-ci il tarixli, ASFX18/305 saylı xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 5143 manat məbləğində borcun, 200 manat maddi-mənəvi zərərin, 100 manat məbləğində vəkil xərcinin, mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində xərcin və dövlət rüsumu olaraq ödənilmiş 12 manat məbləğində pulun tutularaq fiziki şəxs İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə cavabdeh "xxxx" ASC arasında 23 noyabr 2018-ci il tarixdə ASFX18/305 saylı xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsi Azərbaycan Respublikasında bağlansa da, iddiaçı 2018-ci il noyabr ayından 2019-cu il aprel ayınadək Özbəkistan layihəsində mühafizəçi vəzifəsində çalışmışdır. ASFX18/305 saylı xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, iddiaçıya bir ay üçün 1943 manat xidmət haqqı ödənilməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və ümumilikdə iddiaçıya verilməli olan 5143 manat pulu ona ödəməmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehin məsul şəxsləri ilə görüşmüş, ona hər dəfə bir ərizə yazdıraraq, başqa gün gəlməyi və pulu ödəyəcəklərini bildirmişlər. Lakin bu günədək hər hansı ödəniş edilməmişdir. İddiaçı dəfələrlə Bakı şəhərinə gəlib-getmək məcburiyyətində olub. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermiş və mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı2 (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 23 noyabr 2018-ci il tarixdə bağlanmış ASFX18/305 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1943 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 23 noyabr 2018-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir. xx.xx.2018-xx.xx.2018-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2018-ci ilin noyabr, dekabr aylarında İddiaçı2 tərəfindən "xxxx" ASC-yə, xx.xx.2018-xx.xx.2018-ci il dövründə ərzində 415 manat, xx.xx.2018-xx.xx.2018-ci il dövrü ərzində 1646 manat dəyərində olmaqla, cəmi 2061 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı2 aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı2 sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 4217 manat ödənişlər edilmişdir. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı2 "xxxx" ASC-yə (baş direktor V.Süleymanova) müraciət ünvanlayaraq, 2018-ci ilin noyabr ayında 2019-cu ilin aprel ayınadək Özbəkistan Respublikasında icra edilən layihədə mühafizəçi vəzifəsində işlədiyini bildirmiş və qalan xidmət haqqının ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. İddiaçı2 məxsus ümumvətəndaş pasportun surətindən məlum olur ki, İddiaçı2 xx.xx.2018-xx.xx.2019-cu illər arası dövrdə Özbəkistan Respublikasında olmuş və iddiaçıya məxsus pasportun 32-ci səhifəsində Özbəkistan Respublikasının Miqrasiya Xidmətinin vurduğu ştampın üzərində “Akkord Kompleks” sözləri qeyd edilmişdir. İddiaçı2 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 23 noyabr 2018-ci il tarixli ASFX18/305 saylı xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını, sifarişçi isə bunun müqabilində xidmət haqqı ödəməyi öz üzərinə götürmüşdür. Hazırda İddiaçı2 cavabdeh "xxxx" ASC tərəfindən 23 noyabr 2018-ci il tarixli ASFX18/305 saylı xidmət müqaviləsi üzrə 20189-cu il fevral-aprel ayları üçün xidmət haqqının ona ödənilmədiyini əsas göstərərək cəmi 5143 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı halda İddiaçı2 23 noyabr 2018-ci il tarixli ASFX18/305 xidmət müqaviləsinə əsasən mübahisəli aylarda cavabdehə xidmət göstərməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi hesabdan çıxarış yalnız mübahisəli dövrdən əvvəlki dövr ərzində İddiaçı2 23 noyabr 2018-ci il tarixli ASFX18/305001 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq edir. Həmin çıxarışın mübahisəli dövrdə İddiaçı2 tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilməsi üçün əsas yoxdur. İddiaçının mübahisəli dövrdə Qazaxıstan və Özbəkistan Respublikalarına getməsini təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi ümumvətəndaş pasportunun surətinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli dövr ərzində xidmətin göstərilməli olduğu ölkədə olması iddiaçı tərəfindən xidmətlərin görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.3-cü bəndlərinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilməli olduğu halda iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mübahisəli dövrdə xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktılarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 tərəfindən 23 noyabr 2018-ci il tarixli ASFX18/305001 saylı xidmət müqaviləsinə əsasən 2019-cu ilin fevral-aprel aylarında cavabdehə xidmət göstərməsi iş materiallarına əsasən öz təsdiqini tapmadığından xidmət haqqının tutulması tələbinə dair hazırkı iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdehin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizəyə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının tələbinin əsaslı olması öz təsdiqini tapmadığından mübahisəyə iddia müddətinin tətbiq edilməsi zərurəti mövcud deyildir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2018-ci il tarixli, ASFX18/305 saylı xidmət müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-5143/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5143/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver