Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5201/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (torpaq sahəsinin təhvil verilməsi, subyektiv hüquq) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Bağırov Ramiz Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsində yerləşən 5 saylı qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1996-ci il tarixli texniki pasportuna əsasən Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsində yerləşən 5 saylı qeyriyaşayış sahəsi "Ceyhun" Kooperativinin (İndiki adı:İddiaçı MMC) mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehə göndərilən pretenziya məktubunda qanunsuz olaraq zəbt edilmiş qeyri-yaşayış sahəsinin 5 gün müddətində boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsini cavabdehdən tələb etmişik. Lakin müraciət müsbət həllini tapmadığından məhkəməyə müraciət edilməsi məcburiyyətində qalınmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanda yerləşən 1649,9 kv.m. torpaq sahəsinin boşaldılaraq cavabdeh tərəfindən iddiçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 18.07.2025-ci il tarixdə cavabdeh EMİS vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi təqdim etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh Bakı şəhəri, Nizami rayonu, Ə,Nəvai küçəsi 5 ünvanında cavabdeh iddiaçının mülkiyyətində və/və ya istifadəsində olan hər hansı əmlakı və torpaq sahəsini zəbt etməmişdir. Həmin ünvanda yerləşən, ümumilikdə 619,7 kv. metr qeyriyaşayış (tikinti altı sahə ilə birlikdə 716,9) sahəsi cavabdehin xüsusi mülkiyyətidir, göstərilən əmlaka cavabdehin mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranmış, cavabdehin əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (xx.xx.2003-cü il tarixli 001313 nömrəli şəhadətnamə və göstərilən şəhadətnamə ilə bağlı 005330 nömrəli xx.xx.2003-cü il tarixli texniki pasport - əlavə olunur). Əlavə olaraq, cavabdeh göstərilən əmlakın 246,8 kv.metr hissəsini xx.xx.1998-ci il tarixli 138 nömrəli müqaviləyə əsasən, Dövlət Əmlak Komitəsindən tam mülkiyyət hüququ ilə satın almış və göstərilən əmlaka cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (xx.xx.1998ci il tarixli 010117 nömrəli şəhadətnamə və göstərilən şəhadətnamə ilə bağlı 02522 nömrəli xx.xx.1997-ci il tarixli texniki pasport), digər hissəsini isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli 149/İİİ-68 nömrəli (hüquqi qüvvəyə minmiş) qətnaməsinin icrası olaraq xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, “Sənayetikinti-Avtotəmir” açıq tipli səhmdar cəmiyyətindən satın almış, göstərilən əmlaka da cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli 149/İİİ- 68 nömrəli qətnaməsinin və xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin surəti əlavə olunur). Göstərilən iki qeyri-yaşayış sahəsi bir-birinə bitişik ayrı-ayrı iki qeyri-yaşayış sahələri olmuş və bu iki qeyri-yaşayış sahəsi cavabdehin xx.xx.2003-cü il tarixli 32 nömrəli müraciəti nəzərə alınaraq birləşdirilib, ümumilikdə 619,7 kv. metr qeyri-yaşayış (tikinti altı) sahəsinə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Səhmdar cəmiyyəti tərəfindən təsdiq olunan “Ərazi və tikililərin plan sxemi”nə uyğun olaraq səhmdar cəmiyyətinin texniki pasportundan müvafiq qeyri-yaşayış sahəsi və torpaq sahəsi çıxarılaraq xx.xx.1998-ci il tarixli Aktla cavabdehə təhvil-təslim verilmişdir. Konstitusiyanın 13-cü və 29-cu maddələrinə əsasən, MM-nin 139-cu və 179.4-cü maddələrinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2003-cü il tarixli 001313 nömrəli şəhadətnaməyə və göstərilən şəhadətnamə ilə bağlı 005330 nömrəli xx.xx.2003-cü il tarixli texniki pasporta uyğun olan ünvan 2 ünvanındakı əmlak cavabdehin mülkiyyətidir və cavabdehin mülkiyyətinin yerləşdiyi göstərilən ünvandakı ərazidə iddiaçıya aid olan və iddiaçının mülkiyyəti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı, cavabdehə qarşı iddiaçının iddiasının əsassız olduğu sübut olunur. İddiaçının iddia ərizəsində göstərdiyi əmlaka mülkiyyət hüququ yoxdur, ona görə ki, iddiaçı xx.xx.1996-cı il tarixli icarə müqaviləsinə əsasən, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixinədək "xxxx" Dövlət Şirkətinin “Tikinti avtomobil nəqliyyatı icarə törəmə müəssisəsi”nin (bundan sonra - TANİB) icarəçisi (subicarəçisi) olmuş, xx.xx.1996-cı il tarixində müvafiq icarə müqaviləsi xitam olunmuşdur, iddiaçı iddia ərizəsindəki iddialarını cavabdehə qarşı və cavabdehin təsisçisinə qarşı dəfələrlə (bilə-bilə fərqli yalan və böhtanlarla dolu) fərqli məzmunda irəli sürmüş (bu barədə BPİ İs.Tİnin xx.xx.2014-cü il tarixli qərarını misal olaraq göstəririk - Əlavə olunur), fərqli vaxtlarda iddia və ərizələrinə əlavə etdiyi müəyyənedici sənədləri fərqli siyahıda təqdim etmiş, hazırkı iddiasında isə xx.xx.1996-cı ildə xitam olunmuş xx.xx.1996-cı il tarixli icarə müqaviləsini, həmin icarə müqaviləsinin tərkib hissəsi olmuş təhvil-təslim aktını və icarə obyektinin plansxemini bilərəkdən təqdim etməmiş, məhkəməyə yalan/təhrif olunmuş məlumatlar vermişdir. Qeyd etmək lazımdır ki, BPİ İs.Tİ-nin xx.xx.2014-cü il tarixli qərarı ilə, iddiaçının xx.xx.1996-cı il tarixli icarə müqaviləsi ilə, eləcə də müvafiq icarə müqaviləsinin ayrılmaz hissəsi olan icarəyə verilən icarə obyektinin plan-sxemi ilə, icarə obyektinin müvəqqəti təhviltəslimi ilə bağlı xx.xx.1996-cı il tarixli aktla (Təhvil-Təslim Aktı) və məhkəməyə təqdim etdiyi xx.xx.1996-cı il tarixli texniki pasportla sübut olunur ki, iddiaçı xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək "xxxx" Dövlət Şirkətinin “Tikinti avtomobil nəqliyyatı icarə törəmə müəssisəsi” (sonradan - TANİB) ilə icarə münasibətlərində olmuşdur. Məhkəməyə təqdim edilən xx.xx.1996-cı il tarixli texniki pasport TANİB-lə iddiaçı arasında xx.xx.1996-cı il tarixinədək qüvvədə olmuş və xitam olunmuş xx.xx.1996-cı il tarixli icarə müqaviləsinin ayrılmaz hissəsidir. İddiaçının məhkəməyə təqdim etdiyi və iddiasını əsaslandırdığı xx.xx.1996-cı il tarixli texniki pasport mülkiyyət hüququ müəyyənedici sənəd deyil, texnikli sənəddir. İddiaçının göstərdiyi əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. TANİB-lə iddiaçı arasında xx.xx.1996-cı il tarixli icarə müqaviləsinə əsasən, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixinədək icarə obyekti olmuş ümumi faydalı sahəsi 38,4 kv.metr olan qeyri-yaşayış sahəsi (icarə obyekti) xx.xx.1998-ci il tarixinədək TANİB-in struktur bölməsi olmuş, ünvan 2 ünvanındakı “Əsaslı təmir bazası”nın (10 nömrəli X3) ərazisində yerləşirdi. İddiaçının məhkəməyə təqdim etdiyi və iddiasını əsaslandırdığı xx.xx.1996-cı il tarixli texniki pasport TANİB-lə iddiaçı arasında xx.xx.1996-cı il tarixdə imzalanan müddətli (bir illik: xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək) icarə müqaviləsinin qoşmasıdır. Həmçinin "xxxx" Dövlət Şirkətinin xx.xx.1995-ci il tarixli 142 saylı əmrinə əsasən, “Tikinti avtomobil nəqliyyatı törəmə müəssisəsi” “Tikinti avtomobil nəqliyyatı icarə törəmə müəssisəsi” (sonradan - TANİB) adlandırılmışdır. Göründüyü kimi, iddiaçı TANİB-in (icarə törəmə müəssisəsinin) subicarəçisi olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1206 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına və “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli 646 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin “TANİB-in” struktur bölməsi olan, ünvan 2 ünvanında yerləşən “Əsaslı təmir bazası”nın (10 nömrəli X4) əsasında “Sənayetikinti- Avtotəmir” açıq tipli səhmdar cəmiyyəti (bundan sonra – səhmdar cəmiyyət) təsis edilmiş, “TANİB-dən bölünmə balansı ilə ayrılmış, səhmdar cəmiyyətinin nizamnaməsi və özəlləşdirmə planı təsdiq edilmiş, nizamnamə kapitalı müəyyən edilmişdir. Səhmdar cəmiyyətinin özəlləşdirmə planının 1-ci bölməsində səhmdar cəmiyyətinin rekvizitləri (özəlləşdirməyə qədər) bölməsinin 2-ci bəndində hüquqi ünvanı - ünvan 3tikası bölməsinin 6-cı bəndində “İcarəyə (istifadəyə), eləcə də birgə fəaliyyət üçün fiziki və hüquqi şəxslərə verilmiş obyektlərin (əmlakın) olmadığı, 2-ci bölməsinin 5-ci bəndində səhmdar cəmiyyət yaradılarkən səhmlərinin ümumi sayı və özəlləşdirilmə planına 18 nömrəli əlavənin 1-ci bəndində səhmdar cəmiyyətin yerləşdiyi torpaq sahələri ölçüləri və yeri, 19 nömrəli əlavəsində obyektin texniki pasportunun (səhmdar cəmiyyətinin xx.xx.1998-ci il tarixli 06903 nömrəli texniki pasportu: sonradan xx.xx.1999-cu il tarixli 002516 nömrəli texniki paspotrla əvəz olunmuşdur) əlavə olunması müəyyənləşdirilmişdir. Səhmdar cəmiyyətinin “özəlləşdirmə planı” ilə də sübut olunur ki, “TANİB-in ünvan 2 ünvanında yerləşən “Əsaslı təmir bazası” ərazisində xx.xx.1998-ci il tarixə heç bir icarəçi, o cümlədən iddiaçı ilə icarə münasibətlərində olmamışıdr. “TANİB-in tərkibindən bölünmə balansı ilə ayrılan və yeni təsis/təşkil edilən hüquqi şəxsin (səhmdar cəmiyyətinin) hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq müəyyənləşdirilmişdir”. TANİB-lə iddiaçı arasındakı xx.xx.1996-cı il tarixli icarə (subicarə) müqaviləsinə müddətin bitməsi ilə bağlı xx.xx.1996-cı il tarixində xitam verilmişdir. TANİB 026/1-40 nömrəli xx.xx.1998-ci il tarixli məktubu ilə daşınmaz əmlak üzrə icarəyə/subicarəyə verilmiş icarəçilərin xx.xx.1998-ci il vəziyyətinə siyahısını Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin dövlət əmlakını icarəyə verilməsi idarəsinə təqdim edərək, gələcəkdə müəssisəsinin razılığı olmadan icarəçilərlə sərbəst icarə müqaviləsi bağlanmaması üçün şöbələrə göstəriş verilməsini bildirilmişdir. Göstərilən müraciətdəki siyahıda iddiaçı mövcud deyildir. Göründüyü kimi, iddiaçı xx.xx.1998-ci il tarixinə artıq TANİB-in icarəçisi olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. xx.xx.1996-cı il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 40 kv.m. anbar və 1600 kv.m. açıq sahə “Ceyhun” kooperativinin icarəsinə verilmişdir. İcarə müqaviləsinin xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixinə kimi qüvvədə olduğu göstərilmişdir.
10. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının Texniki İventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1996-cı il tarixli qeyri yaşayış fonduna daxil olan Dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən ünvan 5 ünvanında yerləşən obyektin texniki iqtisadi göstəricilərinə əsasən mülkiyyətçi və icarədar təşkilat kimi Ceyhun kooperativinin adı qeyd olunmuş və həmin ünvanda yerləşən torpağın həqiqi sahəsi 1649,9 kv.m., əsas tikililərin sahəsi 49,90 kv.m.müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 001313 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh FKM ünvan 2 ünvanında yerləşən 619,7 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.
12. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilən qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin xx.xx.1997-ci il tarixli texniki passportundan görünür ki, təşkilatın adı Ulduz X11, ünvan Bakı şəhəri Nizami rayonu Nəvai küçəsi 5, əmlakın sahəsi 246.8 kv.m –dir.
13. Əmlakın İnventarlaşdırılması Bürosunun xx.xx.2003-cü il tarixli texniki passportundan görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın balans saxlayıcısı və ya mülkiyyətçisi Ulduz X11, ümumi sahəsi 619.7 kv.m-dir.
14. xx.xx.1998-ci il tarixli 685 saylı sərəncama əsasən ünvan 4-də yerləşən keçmiş "xxxx" Dövlət Şirkətinin Tikinti X2 məxsus sahəsi 246,8 kv.m. olan bina Azərbaycan Respublikası NK-nın xx.xx.1996-cı il tarixli 115 saylı “Müəssisənin start qiymətinə tətbiq olunan əmsalların təsdiq edilməsi barədə” qərarına uyğun olaraq 10492000 manat məbləğində qiymətləndirilərək icarəçi Ulduz FKM 100% dəyəri ilə satın almaq üçün təklif edilmişdir.
15. xx.xx.1998-cu il tarixli, 138 saylı icarəyə verilmiş müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 4-də yerləşən 246,8 kv.m. olan bina 10492000 manata Cavabdehnə satılmışdır.
16. BPİ İs.Tİ-nin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, qərarda qeyd olunmuşdur ki, X10 izahatında 1996-cı ildə Nizami rayonu, Nəvai 5 ünvanında Tikinti Avtomobil Nəqliyyatı İB nəzdində olan 1600 kv.m. topaq sahəsinin özəlləşdirərək təsisçisi olduğu Ceyhun kooperativin adına sənədləşdirdiyini və ərazidə olan bina və tikililərin ona təhvil verildiyini bildirmişdir. Qərarın əsaslandırma hissəsində araşdıma zamanı vətəndaş M.Quliyevin istifadə və sahibliyinə verilmiş avtomobil təmiri sexinin yerləşdiyi ərazi üzərində mülkiyyət hüququna malik olmadığı və bununla torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulması halının mövcud olmasının müəyyən edildiyi və araşdırma zamanı təhqiqata həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd təqdim etmədiyi qeyd olunmuşdur.
17. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi və Ulduz X11 arasında bağlanan 27 aprel 1998-ci il tarixli 138 nömrəli icarəyə verilmiş müəssisənin alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı Bakı şəhəri Nizami rayonu Nəvai küçəsi 5 ünvanında yerləşən 246.8 kv.m təşkil edən binanı (əmlakı) satır, alıcı isə onu satın alır.
18. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Tikinti Avtomobil Nəqliyyatı İstehsalat Birliyi və “Ceyhun” kooperativi arasında bağlanan xx.xx.1996-cı il tarixli icarə müqaviləsi əsasında ünvan 4 ünvanında yerləşən 40 kv.m. anbar və 1600 kv.m. açıq sahə “Ceyhun” kooperativinin icarəsinə verilmiş, müqavilədə icarənin xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixinə kimi qüvvədə olduğu göstərilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının Texniki İventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Ceyhun kooperativinə xx.xx.1996-cı il tarixdə texniki passport verilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən Cavabdehnə sözügedən ünvanda yerləşən əmlakın 246.8 kv.m-nə dair xx.xx.1997-ci il tarixli texniki passport verilmiş, xx.xx.1998-cu il tarixli, 138 saylı icarəyə verilmiş müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 4-də yerləşən 246,8 kv.m. olan bina Cavabdeh tərəfindən satın alınmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 001313 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 619,7 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyəti olaraq rəsmiləşdirilmişdir.
19. Hal-hazırda iddiaçı AR MM-in 157.2-ci maddəsinə əsasən, onun mülkiyyətində olduğunu iddia etdiyi 1649.9 kv.m torpaq sahəsindən cavabdehin çıxarılaraq ona təhvil verilməsi tələbi ilə çıxış edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək həmin sahənin onun mülkiyyətində olduğuna və iddiaçının hazırkı iddia tələbinə dair subyektiv hüququ olmadığına istinad edir. Beləliklə irəli sürülmüş tələb vindikasiya tələbidir.
20. Məhkəmə ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə şərtin məcmu halda mövcud olması tələb edilir; 1) Vindikasiyanın subyekti-tələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir; Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır, 2) Əşya naturada saxlanmalı və digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) Əşya fərdi-müəyyən əşya olmalıdır; 4) Vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur.
23. İddiaçı torpaq sahəsinə yaranmış subyektiv hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edir, iddia tələbinin faktiki əsası qismində icarə müqaviləsi ilə əmlaka dair texniki passporta (qeyd edilən hal məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiq edilmişdir), hüquqi əsası olaraq isə MM-in 152.1 və 157.2-ci maddələrinə istinad edir və məhkəmə müdafiəsini tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, yalnız qanuna uyğun şəkildə əldə edilmiş əşya hüququnun müdafiəsindən söhbət gedə bilər. Belə ki, torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur və bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Başqa sözlə əgər mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) və əşyanın faktiki sahibi mübahisəli əşya ilə əlaqdar bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibəti ilə bağlıdırlarsa, bu halda vindikasiya iddiasının irəli sürülməsi istisna edilir.
24. İddiaçının istinad etdiyi texniki passportla bağlı məhkəmə qeyd edir ki, texniki passport daşınmaz əmlaka dair texniki göstəriciləri özündə əks etdirən sənəd olmaqla, torpaq sahəsi üzərində əşya hüququnun təsdiq edilməsinin əsası qismində çıxış edə bilməz.
25. AR Torpaq Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin İ hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin İ hissəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin maddənin İV hissəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair mülkiyyət yaxud qanuni sahiblik hüququnu təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sübutların qiymətləndirilməsinin məzmunu aşağıdakılar ehtiva edir: onların münkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübütları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üşün sübütların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə qətnaməsi güman olunan nəticələrə, mülahizələrə və işin halları barədə ehtimallara əsaslana bilməz.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə qeyd edir ki, İddia rədd edildiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdehnə qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlham Əhmədov