Məhkəmə qərarları › İş №e-2-2(113)-5212/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5212/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5212/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMCyə (bundan sonra-cavabdehlər) qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli və 28 iyun 2024-cü il tarixli, 460 nömrəli müqavilələrin etibarsız sayılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) dəyərində zərərin və 180 (yüz səksən) manat dəyərində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli müqavilə bağlanılmışdır. Lakin cavabdeh müqavilə tələblərini pozaraq, iddiaçıya qarşı cinayət əməli törətmiş, nəticədə iddiaçıya 2.058.799,26 (iki milyon əlli səkkiz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) və 31.000 rubl (otuz bir min) məbləğində olmaqla, ümumilikdə 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) maddi zərər dəymiş və ona məxsus nəqliyyat vasitələrinin Rusiya Federasiyası ərazisinə girişinə və həmin ərazidən çıxışına məhdudiyyət qoyulmuşdur. Belə ki, Cavabdeh1 MMC Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasında (ABADA) qeydiyyatda olmadığından və "xxxx" sisteminə üzv olmadığından, beynəlxalq yükdaşıma prosesində lazımi sənədlərlə təmin olunması üçün iddiaçıya müraciət etmişdir. Tərəflər arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehi tələb olunan sənədlərlə təmin etmişdir. Daha sonra, Monqolustan Respublikasında fəaliyyət göstərən “X28” MMC ilə İraq Respublikasında fəaliyyət göstərən "xxxx" MMC arasında 20.300 kq həcmində, 86.260 ABŞ dolları dəyərində ətin alğı-satqısına dair 06 aprel 2024-cü il tarixli, 604 E saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “X28” MMC "xxxx" MMC-yə ət tədarükünü həyata keçirməyi öhdəsinə götürmüş və bu məqsədlə daşımaya dair Cavabdeh1 MMC ilə razılaşma əldə edilmişdir. Cavabdeh 27 iyun 2024-cü il tarixində yükü özünə məxsus “Renault” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə iddiaçıya məxsus sənədlərdən istifadə edərək, Monqolustan Respublikasının gömrük postundan Rusiya Federasiyasına keçirmişdir. Lakin sonradan cavabdeh yükü Rusiya Federasiyasında qanunsuz olaraq ələ keçirərək satmışdır. Bu fakt Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Vüqar Ələkbərlinin 30 dekabr 2024-cü il tarixli qərarında da öz əksini tapmışdır. Sözügedən qərarda qeyd olunmuşdur ki, 18 dekabr 2024-cü il tarixində “X28” MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili X13 tərəfindən şikayət ərizəsi təqdim olunmuşdur. Şikayətdə göstərilmişdir ki, Monqolustan Respublikasının Ulanbator şəhərində fəaliyyət göstərən “X28” MMC ilə İraq Respublikasının Bağdad şəhərində fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanan müqaviləyə əsasən, 20.300 kq həcmində, 85.260 ABŞ dolları dəyərində ət məhsulunun tədarükü nəzərdə tutulmuş, daşınma üçün beynəlxalq yükdaşıma ilə məşğul olan İddiaçı MMC-yə müraciət edilmişdir. Daha sonra yük 27 iyun 2024-cü il tarixdə Cavabdeh1 MMCyə məxsus “Renault” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Mammut” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu vasitəsilə Monqolustan Respublikasının gömrük postundan Rusiya Federasiyasına keçirilmişdir. Nəticədə yük sürücülər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş və satılmışdır. Göründüyü kimi, ət məhsulları qanuni əsaslarla daşınmaya verilsə də, yük cavabdehin sürücüsü və ya onun təlimatı ilə hərəkət edən digər şəxslər tərəfindən qanunsuz olaraq ələ keçirilmiş və satılmışdır. Həmçinin, Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən yük vaxtında ölkə ərazisini tərk etməməsi əsası ilə iddiaçıya gömrük ödənişləri və cərimə ilə birlikdə 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) məbləğində cərimə tətbiq edildiyi və Rusiya Federasiyası ərazisinə girişinə və həmin ərazidən çıxışına məhdudiyyət qoyulduğu müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya məxsus sənədlərdən istifadə edərək Rusiya ərazisinə daxil olarkən özünü "xxxx" MMC kimi tanıtdığı üçün cərimə və məhdudiyyətlər iddiaçıya tətbiq edilmişdir. Bu hal cavabdehin birbaşa olaraq cinayət xarakterli hərəkət etdiyini və müqavilə üzrə öhdəliklərə əməl etmədiyini açıq şəkildə göstərir. Bundan əlavə, iddiaçı yalnız cavabdehlə mülki-hüquqi münasibətlərdə olmuş, “X28” MMC və "xxxx" MMC ilə heç bir əlaqədə olmamış və onları tanımamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə çərçivəsində yükün tədarükü, daşınması və təhvil verilməsi ilə bağlı bütün hüquqi və faktiki öhdəliklər birbaşa olaraq cavabdehə aid olmuşdur. Yükün üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və satılması cavabdehin müqavilənin məqsədinə zidd hərəkət etdiyini, eyni zamanda iddiaçını aldadaraq məhsulları dələduzluq yolu ilə ələ keçirtmək məqsədilə hərəkət etdiyini sübut edir. Bu səbəbdən cavabdeh yalnız müqaviləni pozmaqla kifayətlənməmiş, həm də qanunsuz hərəkətləri ilə cinayət əməli törətmişdir. Bunun nəticəsində iddiaçı xeyli miqdarda maddi zərərə məruz qalmış və hüquqları ciddi şəkildə pozulmuşdur. İddiaçının direktoru X18 29 dekabr 2024-cü il tarixdə 18-ci Polis Şöbəsinə cavabdehdən şikayət edərək, cavabdehin əməkdaşlarının Monqolustandan İran və İraqa daşınmalı olan yükü təyinat yerinə çatdırmayaraq qanunsuz şəkildə ələ keçirdiklərini bildirmişdir. Qeyd olunan hallar nəzərə alınaraq, Nərimanov RPİ-nin 30 dekabr 2024-cü il tarixli qərarı ilə iddiaçı zərərçəkmiş şəxs kimi tanınmış, cavabdehin müqavilədən irəli gələn tələbləri pozması nəticəsində iddiaçıya 2.089.799,26 rubl məbləğində zərər vurulduğu təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə 15 yanvar 2024-cü il tarixli 438 nömrəli daşıma müqaviləsini bağlayarkən əslində müqavilə öhdəliklərini icra etmək niyyətində olmamışdır. Əksinə, cavabdehin məqsədi iddiaçını aldadaraq onun təqdim etdiyi sənədlərdən suiistifadə etməklə yükü qanunsuz şəkildə ələ keçirmək və satmaq olmuşdur. Bu baxımdan, cavabdeh müqavilənin bağlanması zamanı iddiaçını aldadaraq öz həqiqi niyyətini gizlətmiş, müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamışdır. Əgər iddiaçı cavabdehin bu niyyətindən xəbərdar olsaydı, müqaviləni bağlamazdı. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə zamanı onu aldatmış, müqavilənin mahiyyətinə dair yanlış təsəvvür yaratmış və faktiki olaraq iddiaçının vicdanlılığından sui-istifadə edərək məhsulları qanunsuz şəkildə ələ keçirməklə satmaq niyyəti güdmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2 və 339.3-cü maddələrinə əsasən, bildiririk ki, aldatma müqavilənin bağlanması üçün həlledici rol oynadığından və iddiaçı əgər həqiqəti bilsəydi, həmin müqaviləni bağlamayacağından, cavabdehlə iddiaçı arasında bağlanmış 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Nəticədə, cavabdeh iddiaçını aldadaraq müqavilə bağlamış, daha sonra həmin müqavilə ilə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq iddiaçıya məxsus sənədlərdən qanunsuz istifadə etmiş və yükü təyinat yerinə çatdırmadan ələ keçirmiş və satmışdır. Bu qanunsuz hərəkətlərin nəticəsində Rusiya FederasiyasıGömrük Xidməti tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinin ölkəyə girişinə və ölkədən çıxışına mədudiyyət qoyularaq, 2.089.799,26 rubl məbləğində cərimə edilmişdir. Həmçinin onu da diqqətinizə çatdırırıq ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış digər – 28 iyun 2024-cü il tarixli, 460 nömrəli müqavilə ilə digər Cavabdeh1 MMC-nin sürücüsü Cavabdeh2 sözügedən iş üzrə yüklərin daşındığı Renault MAGNUM 480.319T 4X2 markalı, **-JD-*** nömrəli yəhərli dartıcının və ona bağlı MAMMUT markalı,**-ZX-*** nömrəli yarımqoşqunun sürücüsü təyin edilmişdir. Sözügedən yük məhz cavabdehin sürücüsü Cavabdeh2 tərəfindən daşınmış və Rusiya Federasiyasının ərazisində qanunsuz olaraq ələ keçirilərək satılmışdır. Qanunvericiliyin tələbinə əsasən cavabdehin işçisi olan sürücü tərəfindən həyata keçirilmiş qanunsuz hərəkətlər – malların ələ keçirilməsi və üçüncü şəxslərə satılması – bilavasitə cavabdehin məsuliyyət dairəsinə daxildir. Sürücü cavabdehin tapşırığı ilə yükü daşıyan şəxs olmuş və onun nəzarəti altında fəaliyyət göstərmişdir. Nəticədə, cavabdeh həm müqavilə tələblərini kobud şəkildə pozmuş, həm də işçisinin qanunsuz hərəkətlərinə görə tam məsuliyyət daşıyan tərəf qismində çıxış etmişdir. Bu səbəbdən cavabdeh vurulmuş zərərin tam ödənilməsi öhdəliyinə malikdir. Bununla belə, cavabdeh hüquqi şəxs olduğuna görə öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Yuxarıda qeyd edilənlərdən görünür ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya xeyli miqdarda – 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) dəyərində zərər vurulmuş və Rusiya Federasiyasına girişinə məhdudiyyət qoyulmuşdur. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsində göstərilir: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 448-ci maddəsində göstərilir: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilir: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsində göstərilir 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099-cu maddəsində göstərilir: 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 1 2 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Cavabdehlərin iddiaçı ilə bağladıqları müqavilələrin əgər aldatma olmasaydı, açıqaşkar bağlanmasının mümkün olmayacağını bildikləri və buna görə də iddiaçının Cavabdeh1 MMC-nin direktoru X11 olan etibarından sui-istifadə edərək müqavilələri bağlamaq məqsədilə iddiaçını əsl məqsədilərini gizlətməklə aldatması və başqasına məxsus əmlakı qanunsuz ələ keçirməklə satması cavabdehlərin müqavilə bağlamağa təşviq edərkən vicdanlılıq prinpsipini pozaraq, cinayət əməli törətdiklərini sübut edir. Belə ki, sözügedən əməlin törədilməsi ilə iddiaçıya qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilmişdir. Həmçinin cavabdehlər iddiaçını aldadaraq, müqavilə bağlamağa razı salmaqla Mülki Məcəllə ilə tənzimlənən sərbəst şəkildə, heç bir təzyiq və aldatma olmadan müqavilə bağlamaq hüququna müdaxilə etmişlər. Bu baxımdan iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər təqsirli hərəkəti nəticəsində dəymiş zərər iddiaçıya ödənilməlidir.

3. Cavabdeh1 MMC xx.xx.2025-ci il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1 MMC-yə qarşı irəli sürdüyü iddianın əsassız hesab edilərək tam həcmdə rədd edilməsini, mübahisə üzrə dəymiş zərərə görə məsuliyyətin bilavasitə sürücü Cavabdeh2 üzərinə qoyulmasını, iddiaçının göstərdiyi 44.023,71 manat məbləğində zərərin faktiki sübutlarla təsdiqlənmədiyindən bu tələbin təmin edilməməsini və iş üzrə bütün məhkəmə xərcləri ilə dövlət rüsumunun iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, xx.xx.2024 tarixli 438 №-li və xx.xx.2024 tarixli 460 №-li müqavilələr əsasında Cavabdeh1 guya müqavilə öhdəliklərini pozaraq yükü qanunsuz mənimsəmiş və nəticədə iddiaçıya 44.023,71 manat məbləğində zərər dəymişdir. Lakin cavabdeh olaraq bildiririk ki, göstərilən iddialar əsassız və həqiqətə uyğun deyil, bu səbəbdən irəli sürülmüş iddia tələblərinə etiraz edirik. Həmçinin İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin guya Cavabdeh1 müqavilə öhdəliklərini icra etmək niyyətində olmaması barədə irəli sürdüyü iddia ilə razı deyilik. Bu iddia tamamilə əsassızdır və yalnız fərziyyələrə söykənir. Əksinə, təqdim olunmuş müqavilə məhz iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin loqosu və standart şablonu əsasında tərtib edilmişdir müqavilə münasibətlərində tərəflərin iradəsi yazılı şəkildə ifadə olunur və hər kəs imza atmazdan əvvəl müqavilənin şərtlərini oxumaq və dərk etmək imkanına malikdir. Belə şəraitdə guya “aldatma” və ya “niyyətin gizlədilməsi” barədə arqument hüquqi və məntiqi əsasdan məhrumdur. Əgər müqavilə onların rəsmi şablonuna əsasən bağlanıbsa, necə ola bilər ki, bu sənədi imzalayan tərəf özünün yaratdığı şərtlərlə “aldadılmış” olsun? Bu iddia yalnız məsuliyyəti cavabdeh üzərinə yükləmək üçün irəli sürülmüş əsassız bəhanədir. Əslində isə İddiaçı öz üzərinə götürdüyü sənəd və nəzarət öhdəliklərini yerinə yetirməmiş, indi isə həmin məsuliyyəti əsassız olaraq Cavabdeh1 üzərinə yükləməyə çalışır. Halbuki, nə aldadılma faktı, nə də qarşı tərəfin iddia etdiyi şəkildə hər hansı saxtakarlıq sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, iddia edən tərəf faktları sübut etməlidir. Halbuki, nə yazılı, nə elektron, nə də faktiki sübut təqdim edilmişdir. Bu səbəbdən arqument hüquqi baxımdan dəyərsizdir. Mülki Məcəllənin 339.2-ci maddəsi yalnız o halda tətbiq oluna bilər ki, digər tərəf bilərəkdən yalan məlumat versin və bu, sübutlarla təsdiqlənsin. İddiaçı isə sadəcə emosional şəkildə bildirir ki, “əgər bilərdim, müqavilə bağlamazdım”. Bu, hüquqi fakt deyil, sadəcə fərziyyədir və məhkəmə üçün heç bir sübut dəyərinə malik deyil. Müqavilə № 460 və tarixli xx.xx.2024 əsasında nəqliyyat vasitəsi faktiki olaraq sürücü Cavabdeh2 sərəncamına verilmişdir və həmin müqavilənin şərtlərinə görə daşınma ilə bağlı bütün faktiki icra, həmçinin yükün təhlükəsizliyinə görə məsuliyyət bilavasitə onun üzərində olmuşdur. Müqavilənin 1-ci bölməsinin, 1.5-ci bəndəsinə görə, sürücü şirkətə məlumat vennədən yük bazarında sifarişçilərlə razılaşıb daşımaları öz müstəqil fəaliyyəti çərçivəsində həyata keçirə bilər. Belə halda sifarişçi qarşısında bütün məsuliyyət yalnız sürücünün üzərində qalır və şirkət bu hərəkətlərə görə cavabdeh deyil. Müqavilənin 2-ci bölməsinin, 2.2.5-ci bəndinə açıq şəkildə göstərilir ki, sürücü şirkətdən aldığı bütün sənədlərə görə şəxsi məsuliyyət daşıyır. Bundan əlavə, sənədlərin üçüncü tərəfə verilməsi qəti qadağandır. Bu norma təsdiqləyir ki, hər hansı sənədin düzgün istifadəsi və qorunmasına görə birbaşa sürücü cavabdehdir. Nəhayət, Müqavilənin 7-ci bölməsinin, 7.3-cü bəndinə əsasən, sürücü sənədləri saxtalaşdırarsa və ya üçüncü şəxslərə ötürərsə, bu əməl artıq Cinayət Məcəlləsinin 320-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır. Bu, hüquqi şəxs olan Cavabdeh1nə deyil, məhz sürücünün özünə aid məsuliyyəti təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə əsasən, hər kəs yalnız öz törətdiyi əmələ görə məsuliyyət daşıyır. Zərən törədən şəxs sürücü Cavabdeh2 olmuş, o müstəqil şəkildə və heç bir göstərişsiz hərəkət etmişdir. Buna görə də məsuliyyət birbaşa onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi göstərir ki, hüquqi şəxs yalnız öz işçisinin əmək vəzifələrinin icrası zamanı vurduğu zərərə görə cavabdehdir. Halbuki, Cavabdeh2 ‘"Araztransport” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi olmayıb, müstəqil hərəkət edib. Buna görə şirkətin məsuliyyəti istisna edilir. Həmçinin iddiaçı iddia edir ki, Cavabdeh1 beynəlxalq yükdaşımada TİR sisteminə üzv olmadığından, daşınma üçün zəruri sənədlər daşıyıcı qismində çıxış edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunan sənədlərdən biz suı-ıstıfadə etmişdik. Əksinə xx.xx.2024 tarixli 438 №-li müqavilənin 1-ci bölməsinin, 1.1-ci bəndinə əsasən, Cavabdeh1n Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasında qeydiyyatda olmaması və TİR Camet sisteminin iştirakçısı olmaması nəzərə alınmaqla, beynəlxalq daşıma üçün zəruri sənədlərlə təminatın daşıyıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçiriləcəyi müəyyən edilmişdir. Həmin müqavilənin 1-ci bölməsinin, 1.2-ci bəndinə əsasən, daşıyıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sifarişçi Cavabdeh1 tapşırığı əsasında ekspeditor xidmətlərini, eləcə də idxal və ixrac yüklərinin, habelə tranzit yüklərinin daşınmasını və bu xidmətlərlə bağlı digər əməliyyatları həyata keçirir. Nəticə etibarən, müqavilənin 1-ci bölməsinin 1.1 və 1.2-ci bəndlərinə görə, ABADA/TİR üzvlüyümüzün olmaması müqavilədə qabaqcadan nəzərə alındığından, TİR/CMR sənədlərinin təmin edilməsi daşıyıcının vəzifəsidir; sənəd rejimindəki nöqsanlar sifarişçiyə deyil, daşıyıcının məsuliyyət dairəsinə aiddir. İddiaçı aldatmanı sübut etmək üçün müqavilə bağlanarkən bizdən bilavasitə yalan məlumat verildiyini və onun həlledici təsir göstərdiyini təqdim etməlidir. Halbuki xx.xx.2024 tarixli №438 müqaviləsi tərəflərin rollarını açıq təsbit edir, iddiaçı daşıyıcıdır, TİR/CMR sənədlərini öz adı və məsuliyyəti ilə təmin edir, biz isə sifarişçiyik. ABADA/TİR statusu əvvəlcədən nəzərə alınıb, sənədləri daşıyıcı təmin edir, iddiaçının öz sənədlərində də əksini tapır. Aldatma sübut olunmadığından müqavilənin etibarsız sayılması barədə tələb əsassızdır və rədd edilməlidir. Yükün mənimsənilməsi Cavabdeh1, Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərişi və ya tapşırığı ilə deyil, sürücünün şəxsi, müstəqil və özbaşına hərəkətləri nəticəsində baş vermişdir. Həmçinin, sürücü özü açıq şəkildə bəyan etmişdir ki, o tamamilə müstəqil hərəkət etmiş, qərarlarını şəxsi iradəsinə və öz subyektiv düşüncələrinə əsaslanaraq qəbul etmişdir. Bu barədə bizdə video-yazı mövcuddur və məhkəmənin icazəsi olduğu halda, həmin materialı sübut kimi təqdim etməyə hazırıq. Bu baxımdan iddiaçının irəli sürdüyü tələblər hüquqi və faktiki əsasa malik deyildir. Bundan əlavə, Cavabdeh2 şirkətin daimi ışçısı olmayıb, faktiki olaraq öz müstəqil fəaliyyəti çərçivəsində hərəkət etmişdir. Ona görə də Cavabdeh1 ilə onun hərəkətləri arasında hüquqi məsuliyyət əlaqəsi yoxdur. Həmçinin, iddiaçı, özünün müqavilə ilə üzərinə götürdüyü əsas ekspeditor öhdəliyini kobud şəkildə pozaraq sənədləri bilavasitə sürücüyə təqdim etmiş, bununla da yükün təhlükəsiz daşınması üzərində nəzarəti itirmişdir. Beləliklə, risk və məsuliyyətin daşınma prosesində yaranan bütün nəticələrinə görə birbaşa iddiaçının özü cavabdehlik daşıyır. Nəzərinizə çatdırmaq isətrdim ki, Nərimanov RPİ-nin xx.xx.2024 tarixli qərarı, məhkəmə qətnaməsi deyil və mülki iş üzrə avtomatik məsuliyyət yaratmır. Həm də istintaq materiallarında məsuliyyətin fərdi icra edən şəxs üzərində toplandığım göstərir. Əlavə etmək isətrdim ki, zərərin həm məbləği, həm də hesablanma üsulu bu işdə sübuta yetirilməmişdir. İddiaçının pretensiya məktubunda zərər 30 000 ABŞ dolları göstərildiyi halda, iddia ərizəsində artıq 44 023,71 AZN tələb olunur. Eyni hadisə üzrə valyutanın və məbləğin bu cür dəyişdirilməsi rəqəmlərin sabit və etibarlı olmadığını göstərir və Mülki Prosessual Məcəllənin tələblərinə görə sübutetmə yükünün iddiaçının üzərində olduğunu nəzərə alaraq, iddianın bu hissəsinin sübutsuz!uğunu ortaya qoyur. Bundan əlavə, tələb edilən məbləğin birbaşa Cavabdeh1 nin konkret hərəkəti ilə bağlı olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə, mövcud sənədlər göstərir ki, daşınma və risklər tam şəkildə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzarəti altında olub, sənədlər isə bilavasitə onların tərəfindən sürücüyə təqdim edilib. Beləliklə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət özünün əsas öhdəliyini yanı sənədlərin düzgün verilməsi və onların istifadəsinə nəzarəti yerinə yetirmədiyi halda, məsuliyyəti əsassız olaraq Cavabdeh1n üzərinə yükləməyə cəhd edir. Halbuki faktiki zərər iddiaçının sənədləri birbaşa nəzarətsiz sürücüyə təqdim etməsi nəticəsində yaranmışdır. Buna görə də, vurulmuş zərər hüquqi və faktiki cəhətdən məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X28” Məhdud Məsuliyyətli Cəmiyyət arasındakı münasibətlərdən doğmuşdur və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət ilə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə görə öhdəliyin pozulmasına görə məsuliyyət yalnız faktiki pozuntu olduqda yaranır. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən heç bir öhdəlik pozulmamışdır. Yük və sənədlər bilavasitə sürücünün əlində olmuş və bu prosesdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət özü də iştirak etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, risklər müqavilə ilə müəyyən edilir və yalmz həmin riski daşıyan tərəfin üzərinə qoyulur. Müqavilə № 460 üzrə bütün risklər birbaşa daşıyıcı və sürücünün üzərinə qoyulmuşdur. Buna görə də bu riskləri Cavabdeh1n üzərinə yükləmək əsassızdır.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli və 28 iyun 2024-cü il tarixli, 460 nömrəli müqavilələr üzrə öhdəliklərini pozduğu üçün iddiaçıya yazılmış 2.089.799,26 rubl (iki milyon səksən doqquz min yeddi yüz doxsan doqquz rubl iyirmi altı qəpik) - 44.023,71 manat (qırx dörd min iyirmi üç manat yetmiş bir qəpik) dəyərində cərimənin, iddiaçının avtomobillərin Rusiya Federasiyası ərazisinə girişinə məhdudiyyət qoyulması nəticəsində 15.000 (on beş min) manat digər yüklərin Rusiya ərazisinə vaxtında buraxılmadığı üçün dəymiş zərərin və 315 (üç yüz on beş) manat dəyərində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli və 28 iyun 2024- cü il tarixli, 460 nömrəli müqavilələr üzrə öhdəliklərini pozduğu üçün iddiaçı tərəfindən gömrükdən Tırkarnet olmadan giriş olmadığına görə 2.227.760,88 Rubl (iki milyon iki yüz iyirmi yeddi min yeddi yüz altmış rubl səksən səkkiz qəpik) – 48.690,64 AZN (qırx səkkiz min altı yüz doxsan manat altış dörd qəpik) və ölkədən verilən müddət ərzində çıxış edilmədiyi üçün 159.650 Rubl (bir yüz əlli doqquz min altı yüz əlli rubl) – 3490,14 AZN (üç min dörd yüz doxsan manat on dörd qəpik) dəyərində ödənilmiş cərimənin, iddiaçının nəqliyyat vasitələrinin Rusiya Federasiyası ərazisinə girişinə məhdudiyyət qoyulması nəticəsində digər yüklərin Rusiya ərazisinə vaxtında buraxılmadığı üçün dəymiş 15.000 AZN (on beş min) zərərin və 315 (üç yüz on beş) manat dəyərində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh1 xx.xx.2026-cı il tarixdə etiraz ərizəsinə əlavə təqdim edərək, iddiaçı tərəfindən Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı irəli sürülmüş iddia tələblərinin hüquqi və faktiki əsaslardan məhrum olması səbəbindən tam həcmdə rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə aid olmayan öhdəliklərin süni şəkildə ona şamil edilməsinə yönəlmişdir. Mübahisəli hüquqi münasibətlər üzrə əsas sənəd olan 2024-cü il tarixində bağlanmış Yük daşınması müqaviləsi № 438 və 28 iyun 2024-cü il tarixli № 460 müqavilənin mətnindən aydın görünür ki, istismar dövründə yaranan hüquqi, inzibati və faktiki nəticələrə görə risk və məsuliyyət bölgüsü əvvəlcədən müəyyən edilmiş, məsuliyyətin əsas yükü isə birbaşa sürücünün üzərinə qoyulmuşdur. Bu səbəbdən iddia tələbləri hüquqi və müqaviləvi əsaslardan məhrum olmaqla təmin edilməməlidir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilə bağlanmışdır. Həmin xx.xx.2024cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.1-ci maddəsinə əsasən, Sahibkara məxsus nəqliyyat vasitəsi daxili və beynəlxalq yük daşımalarında istifadə olunması üçün Sahibkar tərəfindən təyin edilmiş sürücü Cavabdeh2 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.2-ci maddəsinə əsasən isə “Şirkət” yalnız qeyd olunan avtoqatara dair daxili və beynəlxalq daşımada iştirak üçün tələb olunan sənədlərlə təminetmə funksiyasını həyata keçirmişdir. Müqavilənin məzmunundan açıq şəkildə görünür ki, tərəflər daşınmanın faktiki icrası, istismar prosesi və həmin proses zamanı yarana biləcək hüquqi, inzibati və faktiki nəticələr üzrə risk və məsuliyyət bölgüsünü əvvəlcədən, açıq və birmənalı şəkildə müəyyən etmiş, sürücünün isə funksional və təşkilati baxımdan müstəqil fəaliyyət göstərdiyini ayrıca təsbit etmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət daşınmanın operativ icrasını, marşrutun idarə edilməsini, sürücünün hərəkətlərinə nəzarəti və ya onun davranışına müdaxilə etməyi öz üzərinə götürməmişdir. Beləliklə, xx.xx.2024cü il tarixli, № 460 nömrəli Müqavilə üzrə həm istismar riski, həm də istismar dövründə yaranan hüquqi nəticələrə görə məsuliyyət şəxsi və birbaşa qaydada sürücünün üzərinə qoyulmuşdur və bu məsuliyyət nə müqavilə, nə də qüvvədə olan qanunvericiliklə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə ötürülməmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, №21-X nömrəli əmr əsasında əmək müqaviləsinə xitam verildiyindən, həmin tarixdən sonrakı dövr üzrə sürücünün hərəkətləri cavabdeh cəmiyyətin iradəsi və nəzarəti ilə hüquqi baxımdan əlaqələndirilə bilməz və cavabdeh cəmiyyətin onun hərəkətlərinə görə dolayı, birgə və ya subsidiar məsuliyyəti istisna olunur. Bu hüquqi hal onu göstərir ki, xx.xx.2024-cü ildən sonra Cavabdeh2 cavabdeh cəmiyyətin əməkdaşı, nümayəndəsi, tabeliyində olan şəxs və ya onun operativ nəzarəti altında fəaliyyət göstərən subyekt qismində çıxış etməmişdir; nəticə etibarilə, həmin tarixdən sonrakı dövr üzrə onun hərəkətləri və ya hərəkətsizliyi Cavabdeh1 iradəsi, göstərişi və ya nəzarəti ilə əlaqələndirilə bilməz və bu hərəkətlərə görə cavabdeh cəmiyyətin dolayı, birgə və ya subsidiar məsuliyyət daşıması hüquqi baxımdan istisna olunur. Bununla yanaşı, əlavə sübut kimi qeyd edilməlidir ki, video-materiallarda əks olunan izahatlarda Cavabdeh2 özü açıq şəkildə göstərir ki, o, mübahisəli daşınma və hərəkətlərini şəxsən və müstəqil qaydada, cavabdeh cəmiyyətin iştirakı olmadan, şirkəti məlumatlandırmadan, habelə tələb olunan razılıq və icazələr olmadan həyata keçirmiş, bu isə onun davranışının şəxsi qərarı və şəxsi məsuliyyət sferası daxilində olduğunu təsdiq edir (video daşıyıcısı və çıxarışları əlavə olunur). Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin məzmunundan aydın şəkildə görünür ki, avtoqatarnın istismar dövründə beynəlxalq daşımaların həyata keçirilməsi, müvafiq hüquqi və inzibati tələblərə riayət olunması, daşınma sənədlərinin düzgün istifadəsi, habelə “qapıdan-qapıya” daşınma üzrə nəticələrə görə tam məsuliyyət və risk bölgüsü əvvəlcədən müəyyən edilmiş və bu məsuliyyət birbaşa və müstəsna şəkildə sürücünün üzərinə qoyulmuşdur. Müqavilə üzrə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət daşınmanın faktiki icrasına, istismar prosesinə, sürücünün davranışlarına və ya həmin prosesdə yarana biləcək hüquqi, inzibati və faktiki nəticələrə görə məsuliyyət daşımamış, bu risklər müqavilə ilə sürücünün şəxsi məsuliyyətinə aid edilmişdir. Bu səbəbdən sürücünün şəxsi qərarları və müstəqil davranışı nəticəsində baş vermiş hər hansı hüquqi, inzibati və ya faktiki nəticələrin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilməsi müqavilə üzrə razılaşdırılmış risk bölgüsünə və mülki hüququn əsas prinsiplərinə ziddir. Bununla belə, iddiaçı tərəfindən mübahisəli daşınma üzrə o cümlədən cavabdeh cəmiyyətin sürücüyə konkret tapşırıq verdiyini, daşınma marşrutunu müəyyən etdiyini, daşınmanın icrasına operativ nəzarət həyata keçirdiyini və ya sürücünün mübahisəli hərəkətlərinin bilavasitə əmək vəzifələrinin icrası çərçivəsində baş verdiyini təsdiq edən hər hansı etibarlı və mötəbər sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsi üzrə işəgötürən məsuliyyəti yaratmır. Bu məsuliyyətin yaranması üçün hüquq pozuntusunun məhz cavabdehin tapşırığı və faktiki nəzarəti altında, əmək vəzifələrinin icrası zamanı baş verdiyi sübuta yetirilməlidir. Belə sübutlar təqdim edilmədiyindən, məsuliyyətin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə şamil edilməsi üçün zəruri hüquqi şərtlər formalaşmır. Habelə, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.3-cü maddəsində birbaşa və şərtsiz şəkildə müəyyən edilmişdir ki, “Avtoqatarnın iş dövrü bütün məsuliyyət sürücünün üzərindəndir.” Bu müddəa hüquqi mahiyyətinə görə istismar dövründə baş verə biləcək bütün hüquqi, inzibati və faktiki nəticələr üzrə məsuliyyətin istisnasız olaraq sürücünün üzərinə qoyulduğunu təsbit edir və həmin nəticələrin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə şamil edilməsini tam şəkildə istisna edir. Göstərilən risk bölgüsü Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin məzmunu və məqsədi ilə tam uyğunluq təşkil edir, çünki həmin normaya əsasən, müqavilə üzrə risk və məsuliyyət yalnız tərəflərin iradəsi ilə müəyyən edilmiş və açıq şəkildə razılaşdırılmış şəxs tərəfindən daşınır. Bu baxımdan, cavabdeh cəmiyyətin müqavilə ilə üzərinə götürmədiyi risklərə görə məsuliyyət daşıması hüquqi baxımdan yolverilməzdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.4-cü maddəsində avtoqatarnın istismar dövründə yaranan bütün təmir və texniki xərclərin sürücü tərəfindən təmin olunacağı ayrıca nəzərdə tutulmuşdur ki, bu da istismar prosesinin iqtisadi və hüquqi risklərinin bütövlükdə sürücünün risk sferasında cəmləndiyini və cavabdeh cəmiyyətin bu risklərdən kənarda saxlanıldığını bir daha təsdiq edir. Beləliklə, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilə №460 üzrə həm istismar riski, həm də onun nəticələrinə görə hüquqi məsuliyyət şəxsi və birbaşa qaydada sürücünün üzərinə qoyulmuşdur və bu məsuliyyət nə müqavilə, nə də qüvvədə olan qanunvericiliklə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə ötürülməmişdir. Üstəlik, mübahisəli hadisələrin baş verdiyi dövrdə sürücünün cavabdeh cəmiyyətlə hər hansı hüquqi və ya təşkilati əlaqəsinin artıq mövcud olmaması, cavabdeh cəmiyyətin onun hərəkətləri üzrə dolayı, birgə və ya subsidiar məsuliyyətinin hüquqi baxımdan mümkün olmadığını qəti şəkildə göstərir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.5-ci maddəsinə əsasən sürücü Şirkətə hər hansı məlumat vermədən yükdaşıma bazarında sifarişçilərlə müstəqil şəkildə razılaşa və yükdaşıma həyata keçirə bilər; bu halda isə sifarişçi qarşısında tam və şəxsi məsuliyyəti bilavasitə özü daşıyır. Sözügedən müddəa sürücünün daşınma fəaliyyəti zamanı təşkilati, kommersiya və hüquqi baxımdan müstəqil subyekt kimi çıxış etdiyini açıq və birmənalı şəkildə təsbit edir. Bu hüquqi konstruksiya Cavabdeh1 sürücünün fəaliyyətinə dair operativ nəzarət, tapşırıqvermə, marşrutun müəyyən edilməsi, sifarişlərin seçilməsi və ya daşınma prosesinə birbaşa müdaxilə imkanına malik olmadığını göstərir. Belə şəraitdə sürücünün hərəkət və ya hərəkətsizliyinə görə cavabdeh cəmiyyətə dolayı məsuliyyət, nümayəndəlik məsuliyyəti və ya işəgötürənə xas məsuliyyət növlərinin şamil edilməsi hüquqi baxımdan mümkün deyil. Əlavə olaraq qeyd olunmalıdır ki, sürücünün öz adından sifarişçilərlə razılaşmaq səlahiyyətinin olması onun cavabdeh cəmiyyətin nümayəndəsi deyil, müstəqil fəaliyyət göstərən icraçı statusunda çıxış etdiyini bir daha təsdiq edir. Bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş təqsir və səbəb əlaqəsi prinsipləri baxımından da əhəmiyyətlidir, çünki cavabdeh cəmiyyətin sürücünün konkret davranışına təsir göstərmək və ya həmin davranışın qarşısını almaq üçün real və hüquqi imkanları mövcud olmamışdır. Beləliklə, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 1.5-ci maddəsi sürücünün fəaliyyətinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətdən hüquqi və faktiki baxımdan ayrıldığını, onun öz hərəkətlərinə görə müstəqil məsuliyyət daşıdığını və bu səbəbdən sürücünün daşınma prosesində yol verdiyi hər hansı pozuntu və ya onun nəticələrinin cavabdeh cəmiyyətə aid edilməsinin qanuni və müqaviləvi əsasının olmadığını qəti şəkildə təsdiq edir. Habelə, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 2.2.3-cü maddəsinə əsasən sürücü beynəlxalq daşımaların tələblərinə və şərtlərinə ciddi riayət etməli, səfər etdiyi ölkələrin milli qanunvericiliyinə, gömrük, tranzit və nəzarət qaydalarına tabe olmalıdır. Bu müddəa beynəlxalq daşımalar zamanı hüquqi və inzibati rejimlərə əməl olunmasının birbaşa və müstəsna şəkildə sürücünün vəzifəsi olduğunu müəyyən edir və həmin sahədə hər hansı pozuntunun cavabdeh cəmiyyətə aid edilməsini istisna edir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 2.2.5-ci maddəsində sürücünün Şirkətdən aldığı sənədlərə, o cümlədən Carnet-TİR, CMR və xarici dövlətlərin icazə vərəqələrinə görə tam məsuliyyət daşıdığı, bu sənədlərin üçüncü şəxslərə verilməsinin isə qəti qadağan edildiyi açıq şəkildə təsbit olunmuşdur. Bu norma beynəlxalq daşımada sənəd dövriyyəsinin, TİR rejiminin və gömrük prosedurlarının icrasına nəzarətin hüquqi baxımdan sürücünün şəxsi məsuliyyət sahəsinə aid olduğunu birbaşa göstərir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli, № 460 nömrəli Müqavilənin 2.2.8ci maddəsi sürücünün “qapıdan-qapıya” daşınma sistemi üzrə sifarişçi qarşısında tam məsuliyyət və cavabdehlik daşıdığını müəyyən edir ki, bu da onun daşınmanın faktiki icraçısı kimi çıxış etdiyini, daşınmanın gedişi, nəticəsi və hüquqi nəticələrinə görə məsuliyyətinin şəxsi və müstəqil xarakter daşıdığını təsdiqləyir. Sözügedən müddəalar sürücünün öhdəliklərinin cavabdeh cəmiyyətin öhdəliklərindən hüquqi baxımdan fərqli, daha geniş və qeyri-bərabər olduğunu açıq şəkildə ortaya qoyur. Beləliklə, beynəlxalq daşımalar zamanı TİR və CMR rejiminin pozulması, gömrük və tranzit prosedurlarına əməl edilməməsi, inzibati sanksiyaların tətbiqi və digər hüquqi nəticələr baş verdiyi təqdirdə, bu hallar Müqavilənin birbaşa müddəalarına əsasən Cavabdeh1 hərəkət və ya hərəkətsizliyi ilə deyil, məhz sürücünün üzərinə götürdüyü öhdəliklərə əməl etməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu baxımdan, qeyd olunan nəticələrin cavabdeh cəmiyyətə aid edilməsi nə müqavilə mətninə, nə də qüvvədə olan hüquqi prinsiplərə uyğun gəlmir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, № 438 nömrəli “Yük daşınması müqaviləsi” mövcuddur və həmin müqavilədə tərəflərin hüquqi statusu, funksional rolları və məsuliyyət bölgüsü aydın, konkret və birmənalı şəkildə müəyyən edilmişdir. Belə ki, Müqavilə № 438 preambulasına və 1-ci maddəsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət “Daşıyıcı”, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət isə “Sifarişçi” qismində çıxış edir. Bu hüquqi bölgü Cavabdeh1 daşıyıcı olmadığını, daşınmanı faktiki olaraq həyata keçirən, yükü qəbul edən, marşrutu və daşınma şərtlərini müəyyən edən və onun təyinat yerinə çatdırılmasına görə məsuliyyət daşıyan tərəf qismində çıxış etmədiyini açıq və qəti şəkildə təsdiq edir. Müqavilənin 1.1 və 1.2-ci maddələrinə əsasən, idxal, ixrac və tranzit yüklərin daşınması, ekspedisiya xidmətlərinin göstərilməsi, habelə daşınma prosesinin təşkili, icrası və üçüncü şəxslərlə münasibətlərin qurulması birbaşa "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyinə verilmişdir. Eyni zamanda, Müqavilə № 438-in 1.1-ci maddəsində açıq şəkildə göstərilir ki, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət ABADA üzvlüyünə və TİR Karnet sisteminə daxil olmadığı üçün daşınma, TİR Karnet və əlaqəli beynəlxalq sənədlərlə təminetmə funksiyası məqsədli, şüurlu və risk bölgüsünə əsaslanan şəkildə peşəkar daşıyıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə həvalə edilmişdir. Bu hal cavabdeh cəmiyyətin daşınma prosesində yaranan hüquqi, inzibati və kommersiya risklərini öz üzərinə götürmədiyini, əksinə həmin riskləri müqavilə əsasında ixtisaslaşmış daşıyıcıya ötürdüyünü və bunun tərəflərin sərbəst iradəsinə uyğun edildiyini təsdiq edir. Bununla yanaşı, Müqavilə № 438-də Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə daşınmanın icra müddətinə operativ nəzarət etmək, daşınmanın gedişinə müdaxilə etmək və mümkün gecikmələrin qarşısını almaq barədə hər hansı öhdəlik verilməmişdir. Müqavilənin 3.1-ci maddəsində daşınma marşrutu və qiymətlərin tərəflər arasında razılaşdırılması mexanizmi nəzərdə tutulsa da, daşınmanın faktiki icrası, operativ idarə edilməsi və icra prosesinə nəzarət funksiyası yalnız “Daşıyıcı” olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilmişdir. Bu səbəbdən, daşınma zamanı baş vermiş hər hansı gecikməyə görə cavabdeh cəmiyyətin məsuliyyət daşıması üçün müqaviləvi əsas mövcud deyildir. Bununla yanaşı, Müqavilə № 438-in heç bir müddəasında sürücünün Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən seçilməsi, təyin edilməsi, idarə olunması və ya onun fəaliyyətinə nəzarət edilməsi nəzərdə tutulmamışdır. Daşınmanın faktiki icrası, nəqliyyat vasitələrinin və sürücülərin cəlb edilməsi, habelə onların fəaliyyəti üzərində operativ və hüquqi nəzarət funksiyası tam şəkildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilmişdir. Bu səbəbdən, daşınma prosesində iştirak etmiş sürücünün hərəkət və ya hərəkətsizliyinə görə cavabdeh cəmiyyətin dolayı, birgə və ya subsidiar məsuliyyət daşıması hüquqi baxımdan tam şəkildə istisna olunur. Eyni zamanda qeyd edilməlidir ki, Müqavilə № 438 çərçivəsində Cavabdeh1 daşınma prosesinə operativ müdaxilə etmək, marşrutu dəyişmək, gömrük və tranzit prosedurlarını idarə etmək, habelə sürücünün davranışına təsir göstərmək üçün real və hüquqi imkanları olmamışdır. Bu hal cavabdeh cəmiyyətin daşınma zamanı baş vermiş hər hansı pozuntunun qarşısını almaq imkanına malik olmadığını göstərir və onun təqsirini tam istisna edir. Bundan əlavə, Müqavilənin 5.2ci maddəsinə əsasən, hər hansı tərəf öz müqavilə öhdəliklərini üçüncü şəxsə ötürdüyü halda, həmin öhdəliklərin qismən və ya tam icra edilməməsinə görə məsuliyyət öhdəliyi ötürmüş tərəfin üzərində qalır. Daşınmanın faktiki icrasının, nəqliyyat vasitələrinin və sürücülərin cəlb edilməsinin, habelə daşınma prosesinə nəzarətin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət və onun cəlb etdiyi şəxslər tərəfindən həyata keçirildiyi mövcud şəraitdə, daşınma zamanı baş vermiş gecikmə, gömrük və tranzit prosedurlarının pozulması, inzibati sanksiyalar və digər hüquqi nəticələrə görə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə məsuliyyət yüklənməsi qanuni və müqaviləvi əsaslardan məhrumdur. Eyni zamanda vurğulanmalıdır ki, Müqavilə № 438-də üçüncü dövlətlərin gömrük və nəzarət orqanları tərəfindən tətbiq edilən inzibati sanksiyaların mülki-hüquqi zərər kimi qiymətləndirilməsi və ya həmin sanksiyalara görə Cavabdeh1 məsuliyyət daşıması barədə hər hansı müddəa mövcud deyildir. Beynəlxalq daşımalar zamanı tətbiq edilən inzibati cərimələr sahibkarlıq fəaliyyətinin obyektiv risklərinə aid olub, müqavilə ilə birbaşa üzərinə götürülmədiyi halda, mülki-hüquqi zərər anlayışı ilə eyniləşdirilə bilməz. Eyni zamanda vurğulanmalıdır ki, Müqavilə № 438-də Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən daşınmanın nəticəsinə, gecikməsiz icrasına, gömrük və tranzit maneələrinin olmamasına və ya üçüncü dövlət orqanları tərəfindən sanksiya tətbiq edilməyəcəyinə dair heç bir zəmanət və ya nəticə öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, müqavilə öhdəlikləri yalnız açıq və birbaşa razılaşdırıldığı hallarda mövcud ola bilər və cavabdeh cəmiyyətə aid olmayan öhdəliklərin ona şamil edilməsi yolverilməzdir. Beləliklə, Müqavilə № 438 bir daha təsdiq edir ki, cavabdeh cəmiyyət bu hüquqi münasibətlərdə daşıyıcı qismində çıxış etməmiş, daşınma prosesini idarə və nəzarət etməmiş, nəqliyyat vasitələrinə və sürücülərin fəaliyyətinə faktiki təsir və müdaxilə imkanına malik olmamış, TİR, gömrük və tranzit risklərini öz üzərinə götürməmiş, yalnız sifarişçi qismində iştirak etmişdir. Bu müqavilə üzrə hüquqi münasibətlər də nəzərə alındıqda, daşınma zamanı baş vermiş hər hansı gecikmə, inzibati sanksiya və ya digər hüquqi nəticələrin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə aid edilməsi üçün nə müqaviləvi, nə də qanuni əsas mövcuddur. Habelə, İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Rusiya Federasiyası gömrük orqanlarının məktubları, bildirişləri və Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsi üzrə tərtib edilmiş protokol Azərbaycan Respublikasında baxılan mülki mübahisə üzrə cavabdehin mülki-hüquqi məsuliyyətini avtomatik şəkildə yaradan sənədlər hesab edilə bilməz. Bu sənədlər üçüncü dövlətin icraatı çərçivəsində, orada mövcud olan gömrükprosessual mexanizmlərə uyğun hazırlanmışdır və onların məqsədi mülki hüquqda zərərin kim tərəfindən ödənilməsini müəyyən etmək deyil, Rusiya Federasiyası gömrük tranziti rejimi üzrə inzibati-hüquqi qiymətləndirmə aparmaqdır. Buna görə də, həmin materiallar Azərbaycan məhkəməsində yalnız faktiki məlumat daşıyıcısı kimi qiymətləndirilə bilər və cavabdehin mülki məsuliyyətinin əsaslandırılması üçün müstəqil, birbaşa və yetərli sübut rolunu daşımır. Lakin burada həlledici məqam ondan ibarətdir ki, iddiaçı bu sənədləri Cavabdeh1 guya məsuliyyətini sübut etmək üçün təqdim etsə də, onların məzmunu tam əks nəticəni doğurur və iddiaçının mövqeyini daxildən təkzib edir. Belə ki, Rusiya Federasiyasının gömrük orqanlarının “malın çatdırılmaması” barədə məktubunda, tranzit bəyannaməsi № 10718030/190724/5000999 üzrə məlumatlarda, eləcə də inzibati icraat sənədlərində “daşıyıcı” qismində məhz İddiaçı göstərilir. Bu, formal detal deyil: tranzit rejimində “daşıyıcı” statusu hüquqi nəticələri yaradan əsas statusdur və “çatdırılmama” faktı ilə bağlı bütün ilkin hüquqi məsuliyyət məhz daşıyıcının üzərinə yönəlir. Eyni zamanda, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edildiyi şəxs də İddiaçıdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi rəsmi materiallar cavabdehin deyil, üçüncü şəxsin daşıyıcı statusunu rəsmi şəkildə “fakt kimi” sənədləşdirir. Bu kontekstdə iddiaçının mövqeyi hüquqi və məntiqi baxımdan ziddiyyətlidir, habelə bir tərəfdən iddiaçı Rusiya Federasiyasının sənədlərinə istinad edib cavabdehin guya məsuliyyət daşıdığını iddia edir, digər tərəfdən isə həmin sənədlərin özündə tranzit öhdəliyinin subyekti və daşıyıcı kimi Cavabdeh1 yox, İddiaçı göstərilir. Bunun nəticəsi olaraq, Rusiya Federasiyasının gömrük orqanlarının “çatdırılmama” faktı üzrə bütün hüquqi qiymətləndirməsi, yazışmalar, inzibati icraatın subyekti və tətbiq edilən mexanizmlər protokolun tərtibi, məsuliyyətin daşıyıcıya aid edilməsi, təminat mexanizminin işə salınması, ödənişlərin hesablanması və sayrı Cavabdeh1nə deyil, İddiaçıdinə yönəldilmişdir. Bu faktın özü iddiaçının bizi daşıyıcı və ya daşıyıcı kimi məsuliyyət daşıyıdıqı iddia tezisini hüquqi və faktiki cəhətdən əsasdan məhrum edir. Habelə, iddiaçı tərəfin öz mövqeyindəki bu daxili ziddiyyəti izah etmək üçün istinad edə biləcəyi yeganə məqam İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Rusiya Federasiyasının gömrük orqanlarına ünvanlanmış izahat məktubunda səsləndirilmiş subyektiv bəyanatdır ki, guya mübahisəli daşınma zamanı nəzarət və icra funksiyaları cavabdehin və sürücünün üzərində olmuşdur. Lakin qeyd olunan izahat məktubu hüquqi mahiyyəti etibarilə maraqlı şəxsin özünü mümkün hüquqi nəticələrdən kənarlaşdırmaq məqsədi ilə irəli sürdüyü mövqedən ibarətdir və nə daşıyıcı statusunu dəyişir, nə də tranzit bəyannaməsi və CMR kimi ilkin və əsas rəsmi sənədləri təkzib edə bilən sübut hesab edilə bilər. Bundan əlavə, Rusiya Federasiyasının gömrük materialları bir daha göstərir ki, tranzit prosedurunun pozulması və “çatdırılma” faktı üzrə məsuliyyət daşıyıcıya aid edilmiş, ödənişlərin hesablanması və təminat mexanizminin tətbiqi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət xətti ilə aparılmışdır. Bu isə o deməkdir ki, Rusiya Federasiyasının hüquq münasibətlərində də “daşıyıcı” kimi tanınan, tranzit öhdəliyinin icrasına cavabdeh sayılan və hüquqi nəticələrə məruz qalan şəxs Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət deyil, məhz İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur. Buda iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdehin məsuliyyətini əsaslandırmır, əksinə, iddianın yanlış subyektə yönəldildiyini açıq şəkildə ortaya qoyur. Əksinə, iş materiallarında mövcud olan Rusiya Federasiyasının gömrük orqanlarının bütün rəsmi sənədləri tranzit bəyannaməsi, gömrük yazışmaları, inzibati icraat materialları və Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsi üzrə tərtib edilmiş protokol ardıcıl və dəyişməz şəkildə daşıyıcı qismində məhz İddiaçı göstərir. Gömrük orqanlarının hüquqi qiymətləndirməsi, inzibati icraatın subyektinin müəyyən edilməsi, “çatdırılmama” faktı üzrə məsuliyyətin aid edilməsi və nəticə etibarilə maliyyə öhdəliklərinin hesablanması yalnız və yalnız İddiaçı xətti üzrə aparılmışdır. Bu isə o deməkdir ki, Rusiya Federasiyasının səlahiyyətli gömrük orqanları tərəfindən faktiki vəziyyət rəsmi qaydada qiymətləndirilmiş və daşıyıcı, habelə tranzit öhdəliyinin pozulmasına görə məsul subyekt kimi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət deyil, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tanınmışdır. Əgər İddiaçı izahat məktubunda irəli sürdüyü iddia real hüquqi əsasa malik olsaydı, bu, mütləq şəkildə obyektiv və müstəqil sübutlarla təsdiqlənməli idi, lakin cavabdeh tərəfindən verilmiş yazılı operativ tapşırıqlar, marşrut və hərəkət göstərişləri, faktiki nəzarətin mövcudluğunu sübut edən mexanizmlər, təhvil-təslim aktları, sərhəd keçidlərinə dair rəsmi təsdiqlər, gps və ya telemetriya məlumatları, eləcə də sürücünün hərəkətlərinin cavabdeh tərəfindən yönləndirildiyini göstərən sənədlər. Lakin iddiaçı tərəf belə sübutların heç birini təqdim etməmişdir. Bununla yanaşı, Rusiya Federasiyasının gömrük orqanları da həmin izahatı daşıyıcının dəyişdirilməsi və ya cavabdehin məsuliyyətə cəlb edilməsi üçün yetərli əsas kimi qəbul etməmiş, inzibati icraatın subyekti kimi yenə də İddiaçı müəyyən etmişdir. Nəticə etibarilə, bir tərəfin subyektiv izahatı və maraqlı mövqeyi ilkin və hüquqi baxımdan həlledici əhəmiyyətə malik rəsmi sənədlərin tranzit bəyannaməsinin, CMR və gömrük orqanlarının inzibati aktlarının hüquqi çəkisini üstələyə bilməz və daşıyıcının kimliyini sonradan dəyişdirə bilməz. Mövcud iş materialları açıq şəkildə göstərir ki, Rusiya Federasiyasının gömrük orqanları tərəfindən bütün mərhələlərdə İddiaçı daşıyıcı və mübahisəli “çatdırılmama” faktına görə məsul subyekt kimi tanınmışdır. Bu şəraitdə Cavabdeh1 daşıyıcı və ya daşıyıcıya bərabər məsul şəxs kimi təqdim edilməsi hüquqi və faktiki əsasdan məhrumdur və iddiaçının arqumenti öz təqdim etdiyi rəsmi sənədlərlə təkzib olunur. Habelə, Mülki məsuliyyətin şəxsi xarakter daşıması prinsipinə görə, tranzit rejimi üzrə daşıyıcı qismində tanınmış və inzibati-hüquqi nəticələrə məruz qalmış şəxsin əvəzinə başqa bir hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş Rusiya Federasiyasının gömrük sənədləri cavabdehin mülki məsuliyyətini sübut etmir və iddiaçının arqumenti faktiki olaraq onun öz təqdim etdiyi rəsmi sənədlərlə təkzib olunur, habelə daşıyıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət kimi rəsmiləşdirildiyi və inzibati icraatın subyekti kimi tanındığı halda, Cavabdeh1 həmin “çatdırılma və bizə görə cəriməni tədbiq edildiyi sübüt edilmir” faktına görə daşıyıcı məsuliyyəti daşıması barədə iddia hüquqi əsasdan məhrumdur və rədd edilməlidir.

II. Tərəflərin mövqeləri:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi B.Abbasov yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin cavabdeh MMC-yə aid hissədə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. İş materiallarında olan X3 Şəhadətnaməsindən görünür ki, 77JD785 dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2012-ci il olan, RENAULT MAGNUM480.319T 4X2 markalı yəhərli dartıcı Cavabdeh1 MMC-nin xüsusi mülkiyyətindədir.

15. İş materiallarında olan AE 116050 nömrəli X3 Şəhadətnaməsindən görünür ki, MAMMUT markalı,**-ZX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı yarımqoşqu X1 mülkiyyətindədir.

16. İddiaçı (Daşıyıcı) ilə Cavabdeh1 (sifarişçi) arasında 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli Yük daşınması müqaviləsi bağlanmışdır.

17. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Araztransport" MMC şirkəti ABADA (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcı Assosiyasiyası) qeydiyyatda olmadığı uçun və TİR Karnet"-ə üzv olmadığı üçün razılaşma əsasında İddiaçı MMC şirkəti "xxxx" MMC şirkətini "xxxx" kitabçası və digər lazımı sənədlərlə təmin edəcək.

18. Müqavilənin 1.2-ci bəndinə əsasən "Daşıyıcı" "Sifarişfinin" sifarişi əsasında ekspedisiya xidmətlərini, idxal və ixrac olunan yüklərin daşınmasını, tranzit yüklərin daşınmasını və s. xidmətləri həyata keçirəcəkdir.

19. Müqavilənin 4.1-ci bəndinə əsasən daşıyıcıya ödənişlər sifarişçi tərəfindən əlavələrdə göstərilən şərtlər üzrə həyata keçirilməlidir. Sifarişçi razılaşdığı qaimələr əsasında ödəmələri fakturanın təqdim edildiyi tarixdən 5 gündən gec olmayan müddətə daşıyıcı tərəfindən ona təqdim olunan bank hesabına köçürməlidir.

20. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli, 460 nömrəli müqaviləyə əsasən sahibkarlar mülkiyyətində olan RENAULT MAGNUM480.319T 4X2 markalı, **-JD- *** nömrəli yəhərli dartıcının və ona bağlı MAMMUT markalı,**-ZX-*** nömrəli furqon refrejerator tipli yarımqoşqunu daxili və beynəlxalq yük daşımalarında istifadə olunması üçün özü tərəfindən təyin etdikləri sürücü Cavabdeh2 təhvil verirlər.

21. Müqavilənin 1.2-ci bəndinə əsasən şirkət qeyd olunan avtoqatarın daxili və beynəlxalq daşımalarda iştirak etməsi üçün bütün sənədlərlə təmin edir.

22. Müqavilənin 1.3-cü bəndinə əsasən avtoqatarın iş dövrü bütün məsuliyyət sürücünün üzərindədir.

23. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Şirkət ABADA-nın (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcılar Assosiasiya) üzvü kimi daşımalarla əlaqədar bütün yeniliklər və məlumatları Sahibkara va sürücüyə çatdırmaq şirkətin öhdəliyidir.

24. Müqavilənin 2.1.2-ci bəndinə əsasən avtoqatarı yüklə təmin etmək üçün Şirkət xarici və daxili daşıma bazannda marketinq və təhlil aparır.

25. Müqavilənin 2.1.3-cü bəndinə əsasən Sürücünün daşımalarda fəal iştirak etməsi üçün beynəlxalq daşımalarda tətbiq olunan bütün sənədlərlə (Carnet-TİR, CMR xarici dövlətlərin icazə vərəqələri) təmin edir.

26. Müqavilənin 2.1.4-cü bəndinə əsasən sifarişçi ilə sürücü arasında daşıma qiymətlərinin tənzimləməsində köməklik edir.

27. Müqavilənin 2.2.3-cü bəndinə əsasən beynəlxalq daşımaların tələblərinə və şərtlərinə ciddi riayət etmək, səfər etdiyi ölkələrin qayda-qanunlarına tabe olmaq sürücünün öhdəliyidir.

28. Müqavilənin 3-cü bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini İcra etməyən və ya lazımınca icra etməyən Tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəyir. - Sürücü, onun günahından yükün tam və ya qismən korlanması, itirilməsi təqdirdə tam məsuliyyət daşıyır və belə hallarda yükün dəyərini və dəymiş zərəri ödəyir. - Yükün daşınma zamanı sürücünün günahından yol nəqliyyat hadisəsi baş verərsə, sürücü məsuliyyət daşıyır. - Xidmətin yerinə yetirilmə zamanı texniki təhlükəsizlik qaydalarının riayət olunmadığı təqdirdə hadisə baş veribsə, sürücü məsuliyyət daşıyır. - Xidmətin yerinə yetirilmə zamanı yol hərəkət qaydaları və ya qanunveciliyinin digər müddəaları pozulubsa, sürücü məsuliyyət daşıyır. - Yükün yük alana təhvil verilən zaman yükün miqdarı müvafiq yük daşınma qaiməsinə uyğun olmadığı təqdirdə, Sürücü Sifarişçinin qarşısında yükün çatışmayan miqdarında məsuliyyət daşıyır.

29. İş materiallarında olan Rusiya Federasiyası Maliyyə Nazirliyi Federal Gömrük Xidməti (Rusiya FGX) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, xxxx/74322 nömrəli məktubda qeyd edilmişdir ki, “M.İ.SOUTHTRANS" MMC-nin xx.xx.2024cü il tarixli, nömrəsiz müraciətinə baxılması nəticəsində aşağıdakılar barədə məlumat verilir. X6 Gömrük Məcəlləsinin 153-cü maddəsinin 5-ci bəndinə əsasən müəyyən olunmuşdur ki, idxal gömrük rüsumlarının, vergilərin, xüsusi, antidempinq və kompensasiya rüsumlarının ödənilməsi öhdəliyi, malların gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük tranziti müddətində təyinat yerinə çatdırılmaması və gömrük prosedurunun Gömrük Məcəlləsinin 151 -ci maddəsinin 12- ci bəndində nəzərdə tutulmuş hallarda başa çatdırılmaması zamanı yaranır. Rusiya Federasiyasının 289-FZ saylı Federal Qanununun 74-cü maddəsinin 3-cü hissəsinə əsasən, gömrük tənzimlənməsi sahəsində beynəlxalq müqavilələrin və normativ hüquqi aktlarm və (və ya) Rusiya Federasiyasının gömrük tənzimlənməsi qanunvericiliyinin pozulması faktları, gömrük rüsumları, xüsusi, antidempinq və kompensasiya rüsumları, faizlər və ya cərimələrin ödənilməsi öhdəliyinin icrasına səbəb olduqda, bu hallar gömrük nəzarətinin nəticələrinə əsasən gömrük orqanının qərarı ilə rəsmiləşdirilir. X6 Gömrük Məcəlləsinin 55-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq, gömrük rüsumlarının və vergilərinin ödənilməsi üzrə öhdəliyin yerinə yetirilməməsi və ya qeyri-dəqiq yerinə yetirilməsi hallarında, gömrük orqanı, üzv dövlətlərin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə, gömrük rüsumlarının və vergilərinin ödəyicisinə, həmçinin X6 Gömrük Məcəlləsinə əsasən həmin ödəyici ilə birlikdə müştərək və ya subsidiär məsuliyyət daşıyan şəxslərə gömrük rüsumları və vergilərinin vaxtında ödənilməmiş məbləğləri barədə bildiriş göndərir. Buryat Gömrük İdarəsi tərəfindən aparılmış gömrük nəzarəti tədbirləri nəticəsində, tranzit bəyannaməsi № 10718030/190724/5000999 üzrə daşınan malların təyinat yerinə çatdırılmadığı faktı müəyyən olunmuş və bu fakt üzrə xx.xx.2024-cü il tarixli № 10718000/300924/T-50008 nömrəli gömrük nəzarətinin nəticələri barədə qərar qəbul edilmişdir. Qeyd olunan tranzit bəyannaməsinin 50-ci qrafasında daşıyıcı kimi "xxxx" MMC göstərilmişdir. X6 Gömrük Məcəlləsinin 55-ci maddəsinin 3-cü bəndinə əsasən, Buryat Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin ünvanına 2 058 799,26 rubl məbləğində, o cümlədən 1 985 448,00 rubl gömrük ödənişləri və 73 351,26 rubl cərimə faizi üzrə № 10718000/Y2024/0000382 nömrəli bildiriş göndərilmişdir. "xxxx" MMC tərəfindən göstərilən bildiriş üzrə öhdəlik yerinə yetirilmədiyindən, Buryat Gömrük İdarəsi Rusiya Federasiyasının 289-FZ saylı Federal Qanununun 76-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, zamin olan “X24” MMC-yə xx.xx.2024-cü il tarixli № 10803000/2024/T/fn/0000147 saylı bank zəmanəti və ya zaminlik müqaviləsinə əsasən vəsaitin ödənilməsi barədə tələb göndərmişdir. Göstərilən öhdəlik tam həcmdə icra edilmişdir. xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən, tranzit bəyannaməsi № 10718030/190724/5000999 üzrə gömrük ödənişləri üzrə yaranmış borc tamamilə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, X6 Gömrük Məcəlləsinin 58-ci maddəsinin müddəalarına əsasən, idxal gömrük rüsumlarının və vergilərinin ödəniş müddətinin dəyişdirilməsi yalnız möhlət və ya hissəvi ödəniş formasında mümkündür. Bu imkan yalnız daxili istehlak üçün buraxılış gömrük proseduruna yerləşdirilən mallar və həmin mallara aid idxal rüsumları və (və ya) vergilər üçün tətbiq olunur. X6 hüququ və Rusiya Federasiyasının vergi və rüsum sahəsində qanunvericiliyinə əsasən, gömrük tranziti proseduru ilə hərəkət etdirilən mallara münasibətdə gömrük rüsumları və vergilərin ödəniş müddətinin dəyişdirilməsi, habelə gömrük ödənişləri və cərimələr üzrə yaranmış borcun möhlət və ya hissəvi ödəniş şəklində təxirə salınması nəzərdə tutulmur”.

30. İş materiallarında olan Federal Gömrük Xidməti X32 İdarəsi Buryatiya Gömrük Məntəqəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli, 17-xx-xx/00027 nömrəli İH haqqında protokolun şəxsə göndərilməsi haqqında bildirişdə qeyd olunmuşdur ki, “Rusiya İXM 28.2 maddəsini rəhbər tutaraq bildiririk ki, 10 yanvar 2025-ci ildə İddiaçı MMC barəsində Rusiya İXM 16.9 mad. üzrə (malların çatdırılmaması faktı üzrə inzibati hüquqpozma) 1071800-000016/2025 nömrəli inzibati hüquqpozma haqqında protokol tərtib edilmişdir. Nəzərə alaraq ki, siz qanuni nümayəndə kimi iş materialları ilə tanış olmaq və inzibati hüquqpozma haqqında protokolun tərtib edilməsində iştirak üçün MAPP Kyaxta gömrük məntəqəsinə gəlmədiniz, Sizə inzibati hüquqpozma haqqında protokolun surətini göndəririk”.

31. İş materiallarında olan Federal Gömrük Xidməti X32 İdarəsi Buryatiya Gömrüyü MAPP KYAXTA Gömrük Məntəqəsinin 10 yanvar 2025-ci il tarixli, 10718000-000016/2025 nömrəli İnzibati hüquqpozma haqqında protokolunda qeyd olunmuşdur ki, “Buryatiya gömrüyünün Kyaxta MAPP gömrük məntəqəsinin gömrük rəsmiləşməsi və X23nin baş müfəttişi A.Q. Çimitdorjiyeva aşağıda ifadə olunanda inzibati hüquqpozma hadisəsinin olmasına dəlalət edən kifayət qədər məlumatlar aşkar etdim. İddiaçı MMC (VÖEN **********) barəsindəki materiallara baxaraq, qeydiyyat ünvanı: Azərbaycan, ünvan 1usiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsinin 1-ci hissəsinə əsasən (bundan sonra - RF İXM), aşağıdakılar müəyyən edildi: 19 iyul 2024-cü il tarixində Monqolustan ərazisindən İraqa gedən “RENAULT” markalı, 77JD785 dövlət nömrə nişanlı yük avtomobili və “MAMMUT” markalı, 10ZX251 dövlət nömrə nişanlı yarımqoşqu Rusiya Federasiyasının Buryatiya Gömrük İdarəsinin Kyaxta X15 (ünvan: Kyaxta şəhəri, Gömrük küçəsi 1) gömrük nəzarət zonasına daxil olmuş və malların gömrük tranziti proseduruna daxil edilməsi üçün təqdim olunmuşdur. Gömrük nəzarəti zamanı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən aşağıdakı sənədlər təqdim olunmuşdur: xx.xx.2024 tarixli beynəlxalq yük nəqliyyat qaiməsi (CMR) A00010; xx.xx.2024 tarixli kommersiya sənədləri (faktura) № G24-011; həmin fakturaya aid qablaşdırma siyahısı; xx.xx.2024 tarixli baytarlıq sertifikatı № **********8; xx.xx.2024 tarixli FS/UNV-02/637296 icazə sənədi. Mal: "Təzə-dondurulmuş qoyun əti", ümumi çəkisi 20990 kq (brutto). CMR-ə əsasən: göndərici: “X30” MMC, Monqolustan, Ulan-Bator, Sükhbaatar rayonu, 1-ci Horoo, Union Building, 15-ci mərtəbə, otaq 1507; qəbul edən: "xxxx", İraq, Süleymaniyyə, Xanga; daşıyıcı: "xxxx" MMC, Azərbaycan, ünvan 2VÖEN **********). Gömrük tranzit proseduru Buryatiya Gömrük İdarəsinin X31 Məntəqəsi tərəfindən TD № 10718030/190724/5000999 üzrə açılmış və X7 - Dağıstan Gömrük İdarəsinin X4 qədər müəyyən edilmiş çatdırılma müddəti - xx.xx.2024cü il tarixinədək təyin edilmişdir. xx.xx.2024-cü il tarixinə Rusiya Federasiyasının gömrük orqanlarının məlumat bazalarında 10718030/190724/5000999 saylı gömrük tranzit prosedurunun tamamlanması ilə bağlı məlumatların olmaması barədə bildirişlə yanaşı, daşınma ilə bağlı məlumat almaq məqsədilə daşıyıcı İddiaçı MMC-yə (çıxış № 17-xxxx/02781 tarixli xx.xx.2024) müraciət məktubu göndərilmişdir. MAPK X26 cavab daxil olmamışdır. 10718030/190724/5000999 saylı gömrük bəyannaməsi üzrə gömrük tranzit prosedurunun tamamlanması məqsədilə daşıyıcı İddiaçı MMC və ya onun nümayəndəsinin Rusiya Federasiyasının gömrük orqanlarına müraciət edib- etmədiyini öyrənmək məqsədilə Buryatiya Gömrük İdarəsinin Gömrük Prosedurları və Nəzarət Şöbəsinin rəisinə sorğu məktubu göndərilmişdir (SƏ 17-xx-xx/1577 tarixli xx.xx.2024). xx.xx.2024-cü il tarixli 10-xx-xx/1365 saylı xidməti qeydə əsasən, Buryatiya Gömrük İdarəsinin Gömrük Prosedurları və X23 tərəfindən bildirilib ki, “X2” informasiya sistemində, “Müraciətlər” bölməsində, 10718030/190724/5000999 saylı tranzit bəyannaməsi üzrə İddiaçı MMC və ya onun nümayəndəsi tərəfindən Rusiya Federasiyasının digər gömrük orqanlarına müraciət olunması barədə məlumat yoxdur. Məhsulun daşınması ilə bağlı halların tam və hərtərəfli aydınlaşdırılması məqsədilə, İddiaçı MMC-nin elektron poçt ünvanına izahat təqdim edilməsi və inzibati xətaya dair protokolun tərtib olunacağı tarix, vaxt və yer barədə bildirişlə birlikdə məktub göndərilmişdir (çıxış №17-xx-xx/03845 tarixli. Həmin məktubda şirkət Rusiya Federasiyası İXM-nin 28.2-ci maddəsinin 4-cü hissəsi ilə tanış edilmişdir. 13 dekabr 2024-cü il tarixində, daşıyıcı İddiaçı MMC-nin elektron poçt ünvanından MAPK Kyaxta gömrük postunun elektron poçt ünvanına şirkətin möhürü və direktoru Mirzoev İ.Y. tərəfindən imzalanmış məktub daxil olmuşdur (daxilolma № 03568, xx.xx.2024), burada aşağıdakılar izah edilmişdir: xx.xx.2024-cü il tarixində bağlanmış müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh1 MMC-yə birdəfəlik beynəlxalq daşınmanı həyata keçirmək üçün zəruri sənədləri təqdim etmişdir. xx.xx.2024-cü il tarixində həmin sənədlər üzərində qanuniliyinin ləğvi ilə bağlı qeyd aparılmış və ünvanlarına qaytarılmışdır. CMR və “dözüvlər” (icazə sənədləri) bu şirkətə verilməmişdir, və gömrük orqanlarına təqdim olunmuş sənədlərdə İddiaçı MMC-nin möhür izlərinin olması müqavilə tərəfinin cinayət xarakterli hərəkət əlamətlərinə malik olduğunu göstərir. Həmin müqavilənin şərtlərinə əsasən, bu birdəfəlik beynəlxalq daşınmanın icrasına nəzarət Cavabdeh1 MMC və orada qeydiyyatda olan sürücünün vəzifələrinə daxildir. xx.xx.2024-cü il tarixli məktubu aldıqdan sonra, baş verənləri anlayaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi orqanlarına və baş prokurorluğuna müraciət etmiş və Cavabdeh1 MMC-yə qarşı məhkəməyə iddia ərizəsi verməyə hazırlaşırlar. Məhsulun sonrakı aqibəti barədə heç bir məlumata sahib deyillər. Bu məsələ ilə bağlı dəfələrlə izahat tələblərinə baxmayaraq, şirkət rəhbərliyi yalnız telefon danışığında bəhanələr gətirmiş və guya avtomobilin yanğın nəticəsində mal ilə birlikdə məhv olduğu barədə yalan məlumat vermişdir. Onların fikrincə, bu həqiqətə uyğun olmayan informasiyadır. Buryatiya Gömrüyündən məktub aldıqdan sonra gömrük orqanlarına müraciət etmişlər. Göndərilmiş cavab məktublarının surətləri Buryatiya Gömrüyünə göndərilmişdir. Həmin vaxta qədər şirkət yuxarıda qeyd edilən cinayət xarakterli hadisələrdən xəbərsiz olmuşdur. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə verilmiş sənədlərin Rusiya və Azərbaycan gömrük orqanlarında bağlanması ilə bağlı heç bir hərəkət həyata keçirilməmişdir, çünki bu prosedur müqaviləyə əsasən Cavabdeh1 MMC-nin öhdəliklərinə daxil idi. Nəqliyyat vasitəsinin dövlət sərhədini haradan keçdiyi ilə bağlı məlumatları yoxdur. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli 438 nömrəli daşınma müqaviləsinə əsasən: 1.1. Bu müqavilə, Cavabdeh1 MMC-nin ABADA-da (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası) qeydiyyatdan keçməməsi və “TİR \RNET’ üzvü olmaması ilə əlaqədar olaraq tərtib edilmişdir. Bu əsasda İddiaçı MMC Cavabdeh1 MMC-yə “TİR Carnet” kitabçası və digər zəruri sənədləri təqdim edəcəkdir. 1.2. Bu müqaviləyə əsasən, “Daşıyıcı” “Sifarişçi”nin sifarişi ilə idxal və ixrac .Üklərinin, tranzit yüklərinin və digər daşımaların təşkili üzrə nəqliyyat-ekspeditor xidmətləri göstərəcəkdir. “Sifarişçi” “Daşıyıcı”ya aşağıdakı xidmətlərdən bəzilərini və ya hamısını həvalə edir və “Daşıyıcı” bu öhdəlikləri öz üzərinə götürür: “Sifarişçi”nin sifarişi ilə idxal, ixrac və tranzit yüklərinin Azərbaycanın daxilində və hüdudlarından kənarda daşınmasını təşkil etmək. Yuxarıda qeyd olunanlardan belə nəticə çıxır ki, malın daşınması üzrə öhdəlik İddiaçı MMC-nin üzərinə düşür. Yoxlama tədbirləri çərçivəsində İddiaçı MMC və Cavabdeh1 MMC-yə “Malların çatdırılmaması” haqqında məktub göndərilmişdir (çıxış №17-xx-xx/04144, xx.xx.2024). Bu günə qədər MAPK X26 cavab daxil olmamışdır. X6 Gömrük Məcəlləsinin (bundan sonra Aİİ TKM) 2- ci maddəsinin 1-ci bəndinə əsasən, daşıyıcı - İttifaqın gömrük sərhədindən və ya gömrük nəzarətində olan ərazilərdən malları və (və ya) sərnişinləri daşıyan şəxsdir. Gömrük tranziti proseduru çərçivəsində malların daşınması zamanı daşıyıcının öhdəlikləri Aİİ TKM-in 150-ci maddəsində müəyyən edilir, yəni: Mallar və onlara dair sənədlər gömrük orqanı tərəfindən müəyyən edilmiş müddət ərzində müəyyən edilmiş marşrut üzrə çatdırılmalıdır; Malların, gömrük möhürlərinin və identifıkasiya vasitələrinin bütövlüyü təmin edilməlidir (əgər tətbiq olunubsa); Gömrük icazəsi olmadan malların boşaldılması, yenidən yüklənməsi və daşımada iştirak edən nəqliyyat vasitələrinin dəyişdirilməsi yolverilməzdir (148-ci maddənin 2-ci bəndində göstərilən hallar istisna olmaqla). Aİİ TKM-in 154-cü maddəsinə əsasən, əgər gömrük tranzit proseduru altında yerləşdirilən mallar və onlara dair sənədlər təyinat yerinə çatdırılmırsa, Aİİ TKM-in 150-ci maddəsində göstərilən şəxslər, malların buraxıldığı üzv dövlətin qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Gömrük tranziti proseduru çərçivəsində digər öhdəliklərin yerinə yetirilməməsi hallarında da məsuliyyət, pozuntunun aşkarlandığı tizv dövlətin qanunvericiliyinə uyğun müəyyən edilir. xx.xx.2018-ci il tarixli 289-FZ nömrəli “Rusiya Federasiyasında gömrük tonzimlənməsi haqqında” Federal Qanunun 116-cı maddəsinin 1-ci bəndinə əsasən, gömrük tranziti prosedurunun məzmunu və malların bu prosedura yerləşdirilməsi şərtləri Aİİ TKM-in 142 və 143-cü maddələri ilə müəyyən edilir. 142-ci maddənin 1-ci bəndi, 2-ci bəndin 2-ci yarımbəndi və 3-cü bəndin 5ci yarımbəndinə əsasən, gömrük tranzit proseduru - bu prosedur altında yerləşdirilmiş malların İttifaqın bir gömrük orqanından digərinə gömrük rüsumları, vergilər və digər ödənişlər ödənilmədən, İttifaqa üzv olmayan dövlətlərin ərazisindən və (və ya) dənizlə daşınmasına imkan verən gömrük prosedurudur. Bu prosedur İttifaqa üzv olmayan dövlətlərin əraziləri və (və ya) dəniz vasitəsilə malların gömrük orqanları arasında daşınması zamanı tətbiq olunur. X6 Gömrük Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən, İttifaq ərazisinə idxal edilən İttifaq malları gömrük sərhədini keçdiyi andan etibarən gömrük nəzarətinə tabe olur. 144-cü maddənin 1-ci bəndinə əsasən, mallar gömrük tranzit proseduru altında yerləşdirildikdə, gömrük orqanı (göndərən) malların çatdırılmalı olduğu təyinat yerini və çatdırılma müddətini müəyyən edir. 145-ci maddənin 1-ci bəndinə əsasən, mallar gömrük tranziti proseduru altında yerləşdirilərkən, malların çatdırılması üçün müəyyən edilən yer gömrük orqanı tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci bəndinə əsasən, malların çatdırılma yeri - təyinat gömrük orqanının fəaliyyət bölgəsində yerləşən gömrük nəzarət zonasıdır. Mallar gəlib çatdıqları yerdən gömrük orqanının yerləşdiyi yerə çatdırılmalıdır, əgər bu Məcəllədə və (və ya) üzv dövlətlərin gömrük tənzimləməsi haqqında qanunvericiliyində başqa cür müəyyən olunmayıbsa. TK EAƏC-in 2-ci maddəsinin 1-ci bəndinin 26-cı yarımbəndinə əsasən, “daşıyıcı” - malları və (və ya) sərnişinləri İttifaqın gömrük sərhədindən keçirməklə və ya gömrük nəzarəti altında olan malları İttifaqın gömrük ərazisində daşıyan şəxsdir. Bu hadisədə daşıyıcı rolunda İddiaçı MMC çıxış edir. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 2.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, inzibati xəta - hüquqa zidd, təqsirli hərəkət və ya hərəkətsizlikdir ki, bu da İXM ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinə əsasən, hər bir şəxs qanunla müəyyən olunmuş öhdəliklərə riayət etməlidir. Yəni gömrük hüquq münasibətlərinə daxil olan şəxs yalnız bu münasibətlər üçün nəzərdə tutulmuş öhdəlikləri bilməklə kifayətlənməməli, həmin öhdəliklərin icrasını təmin etməli və qanun tələblərinə ciddi riayət üçün zəruri diqqət və ehtiyatkarlıq nümayiş etdirməlidir. Beləliklə, İddiaçı MMC-nin hərəkətlərində gömrük tranziti qaydalarına əsasən daşınan malların təyinat yerinə çatdırılmaması halı üzrə inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər dəlil mövcuddur. Bu isə Rusiya Federasiyası İXM-nin 16.9-cu maddəsinin 1-ci hissəsinə əsasən məsuliyyət yaradır. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsinə əsasən, gömrük tranziti qaydalarına əsasən daşınan malların gömrük orqanının icazəsi olmadan verilməsi, itirilməsi və ya təyinat yerinə çatdırılmaması inzibati məsuliyyət doğurur. İnzibati xətaya dair bu iş üzrə toplanmış bütün sübutlar kompleks şəkildə qiymətləndirilərək belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-nin daşıyıcı kimi inzibati xətanı törətməkdə günahkar olduğunu təsdiqləyən yetərli sübutlar mövcuddur. Bu inzibati xətaya görə məsuliyyət Rusiya Federasiyası İXM-nin 16.9-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulur. Daşıyıcının — İddiaçı MMC-nin hüquqi öhdəliyi, yəni malların gömrük orqanı tərəfindən müəyyən olunmuş təyinat yerinə çatdırılması öhdəliyi, Aİİ TKM-in 145 və 150-ci maddələrindən irəli gəlir. Malların gömrük tranziti proseduru ilə daşınmasında iştirak edən daşıyıcı olaraq İddiaçı MMC X6 gömrük qanunvericiliyində nəzərdə tutulmuş tələblərə əməl etməlidir. Lakin o, bu tələbləri yerinə yetirməmiş və malları təyinat yeri olan "Məhərrəmkənd" gömrük postuna çatdırmamışdır, nəticədə Aİİ TKM-in 145 və 150-ci maddələrinin pozulmasına yol verilmişdir. İş üzrə təqdim olunan materiallardan görünür ki, İddiaçı MMC- nin direktoru tərəfindən verilmiş cavablarda malların çatdırılmaması faktı öz təsdiqini tapmışdır. İnzibati xətanın obyekti - Aİİ gömrük qanunvericiliyi ilə tənzimlənən gömrük tranzit prosedurunun pozulmasına dair hüquqi münasibətlərdir. Subyekt - İddiaçı MMC olmaqla, gömrük qanunvericiliyinin tələblərinə riayət etməli olan daşıyıcıdır. İnzibati xətanın obyektiv tərəfi - gömrük tranzit proseduru ilə daşman malların gömrük nəzarət zonası olan təyinat yerinə çatdırılmaması ilə ifadə olunur.Subyektiv tərəf - daşıyıcının bu pozuntunu təqsirli formada törətməsi, yəni məsuliyyətə səbəb olan davranışına görə cavabdeh olması ilə xarakterizə olunur. Rusiya Federasiyası İXM-in 2.1-ci maddəsinin 2-ci hissəsinə əsasən, əgər hüquqi şəxs qanunla müəyyən edilmiş tələblərə riayət etmək imkanına malik olduğu halda bunu təmin etmək üçün ona aid bütün tədbirləri görməmişdirsə, həmin hüquqi şəxs inzibati xətada təqsirli sayılır. Yoxlama nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC daşıma müqaviləsinə daxil olmaqla, gömrük tranziti proseduru çərçivəsində malın daşınması ilə bağlı müqavilə şərtlərinin lazımi qaydada icrasına dair öhdəlikləri üzərinə götürmüşdür. Beləliklə, İddiaçı MMC gömrük tranzit proseduru altında yerləşdirilmiş malların daşınması zamanı üzərinə düşən bütün zəruri tədbirləri həyata keçirməmiş və bu, malların təyinat yerinə çatdırılmaması ilə nəticələnmişdir. Daşıyıcının Aİİ gömrük qanunvericiliyinin tələblərini yerinə yetirməsinə imkan verməyən hər hansı fövqəladə və ya qarşısıalınmaz hallar müəyyən olunmamışdır. İddiaçı MMC, gömrük tranziti proseduru ilə daşınma həyata keçirən daşıyıcı qismində malları təyinat gömrük orqanına çatdırmalı idi. Lakin, şirkətin nəzarəti və lazımi səviyyədə diqqəti olmadan malların təhlükəsizliyi və tam şəkildə təyinat yerinə çatdırılması təmin edilməmişdir. Bu halda qeyd etmək lazımdır ki, şirkət malların çatdırılmamasının fövqəladə, obyektiv olaraq qarşısı alınmaz hallar və onun nəzarətindən kənar digər səbəblərlə əlaqəli olduğunu sübut edən hər hansı sənəd təqdim etməmişdir. Yuxarıda göstərilən hallar nəzərə alınaraq belə nəticəyə gəlmək olar ki, İddiaçı MMC-nin hərəkətlərində Rusiya Federasiyası İXM-nin 16.9- cu maddəsinin 1-ci hissəsinə əsasən inzibati xəta tərkibi vardır. Bu pozuntu gömrük tranziti proseduru ilə daşınan malların gömrük nəzarət zonasına çatdırılmaması ilə ifadə olunur. Halbuki, daşıyıcı kifayət qədər ehtiyatlı və diqqətli davransaydı, bu pozuntunun qarşısını ala bilərdi. Lakin, şirkət tərəfindən bu tələblərə riayət etmək üçün zəruri tədbirlər görülməmişdir. Buryatiya Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 10718000/300924/7-50008 saylı gömrük nəzarəti nəticəsində qərar qəbul edilmiş və bu qərar Avrasiya İqtisadi Komissiyasının 13 dekabr 2017-ci il tarixli 170 nömrəli “Gömrük tranziti prosedurunun tətbiqinə dair bəzi məsələlər haqqında” qərarı əsasında çıxarılmışdır. Bu qərara əsasən, İddiaçı MMC tərəfindən 2 058 799,26 rubl (iki milyon əlli səkkiz min yeddi yüz doxsan doqquz rubl 26 qəpik) məbləğində ödəniş tam həcmdə həyata keçirilmiş, gömrük tranziti dayandırılmışdır. Rusiya Federasiyası İXM-nin 16.9-cu maddəsinin 1-ci hissəsinə əsasən -jsulİN^ət nəzərdə tutulan inzibati xəta faktı və İddiaçı MMC-nin bu qruntunu törətməkdə günahkar olduğu aşağıdakı sübutlarla təsdiqlənir: xx.xx.2024-cü il tarixli CMR AOOOlO-nin surəti; gömrük bəyannaməsi № 10718030/190724/5000999-nin surəti; xx.xx.2024-cü il tarixli kommersiya sənədi (faktura) №G24-011-nin surəti; fakturaya aid qablaşdırma siyahısının surəti; xx.xx.2024-cü il tarixli baytarlıq sertifikatı №**********8-in surəti; xx.xx.2024-cü il tarixli FS/UNV-02/637296 icazəsinin surəti; hüquqi şəxsin dövlət qeydiyyatı şəhadətnaməsinin surəti; İddiaçı şirkətinin nizamnaməsinin surəti; xx.xx.2024-cü il tarixli daşınma müqaviləsi №438-in surəti; xx.xx.2024-cü il tarixli müqavilə №460-m surəti; xx.xx.2024-cü il tarixli gömrük nəzarəti nəticəsində qəbul olunmuş qərarın surəti № 10718000/300924/7-50008; nəqliyyat vasitəsinə aid texniki pasportların və digər iş materiallarının surətləri. İnzibati xətanın predmetini təşkil edən mal - ümumi çəkisi 20 990 kq olan və 840 yük yeri tutumuna malik “təzə-dondurulmuş qoyun əti”dir. Mal müsadirə edilməmişdir. AİS “Hüquq- Mühafizə - İnzibati Xətalar” məlumat bazasma əsasən, İddiaçı MMC son bir il ərzində oxşar inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 4.3-cü maddəsinə əsasən, İddiaçı MMC-nin bu protokolun tərtibi zamanı inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4.2-ci maddəsinə əsasən, İddiaçı MMC-nin inzibati məsuliyyətini yüngülləşdirən hallar da müəyyən olunmamışdır. İş üzrə heç bir məhkəmə və ya prosessual xərclər mövcud deyil. Beləliklə, iş materiallarında təqdim olunmuş sənədlərlə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikasının kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, 2011-ci il 31 yanvar tarixində qeydiyyata alınmış, hüquqi ünvanı: Azərbaycan, ünvan 2VÖEN **********), yazışma üçün e-poçt ünvanları: mailto:in.i.southtrans@mail.ruElektron ünvan 1. mailto:info@southtrans.azElektron ünvan 2 olan İddiaçı MMC, 2024-cü il 5 avqust tarixində Dağıstan Gömrük İdarəsinin X9 fəaliyyət bölgəsində (368789, Rusiya, Dağıstan Respublikası, Məhərrəmkənd rayonu, Yaraq- Qazmalar kəndi) gömrük tranziti proseduru altında daşınan malların təyinat yerinə çatdırılmaması ilə ifadə olunan və Rusiya Federasiyası İXM-in 16.9-cu maddəsinin 1- ci hissəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yuxarıdakılar nəzərə alınaraq və Rusiya Federasiyası İXM-in 28.2-ci maddəsinə əsasən, inzibati xətaya dair iş üzrə cavabdeh şəxs olmadıqda, "xxxx" MMC-nin MAPK X26 gəlməsi, iş materialları ilə tanış olması və protokolun tərtibində iştirak etməsi üçün müvafiq qaydada xəbərdarlıq edilmişdir. Bu zaman daşıyıcı İddiaçı MMC-yə İXM-in 24.2, 25.1 və 25.4- cü maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur ”.

32. İş materiallarında olan Federal Gömrük Xidməti X32 İdarəsi Buryatiya Gömrüyü MAPP KYAXTA Gömrük Məntəqəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 17-xxxx/04144 nömrəli malların təyinat yerinə çatdırılmaması barədə məktubunda göstərilmişdir ki, “Buryat Gömrük İdarəsinin MAPP Gömrük Postu tərəfindən "xxxx" MMC (Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, ev 39/15) daşıyıcı şirkətinə münasibətdə yoxlama tədbirləri həyata keçirilir. Belə ki, xx.xx.2024-cü il tarixində № 10718030/190724/5000999 saylı tranzit bəyannaməsi üzrə gömrük tranzit proseduru başlanmışdır. Təqdim edilmiş müşayiətedici sənədlərə (CMR № A00010 – xx.xx.2024-cü il; kommersiya hesab-fakturası № G24-011 – xx.xx.2024-cü il; qablaşdırma vərəqəsi № G24-011 – xx.xx.2024-cü il) əsasən, malların daşıyıcısı "xxxx" MMC, Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, ev 39/15 göstərilmişdir. Gömrük tranzitinin müddəti xx.xx.2024-cü il, təyinat gömrük orqanı isə Dağıstan Gömrük İdarəsinin X12muşdur. Avrasiya İqtisadi Komissiyası Kollegiyasının xx.xx.2017-ci il tarixli, № 170 saylı Qərarı ilə təsdiq edilmiş gömrük tranzit prosedurunun başa çatdırılması və ya ləğv olunması ilə bağlı gömrük əməliyyatlarının həyata keçirilməsi Qaydalarının 7-ci bəndinin “v” yarımbəndinə əsasən bildiririk ki, xx.xx.2024-cü il tarixinə gömrük orqanlarının məlumat bazalarında nə prosedurun başa çatdırılması, nə də prosedurun başa çatdırılmasının mümkünsüzlüyü ilə bağlı məlumat mövcuddur. xx.xx.2024-cü il tarixli 03568 saylı cavaba əsasən, xahiş edirik ki, xx.xx.2024-cü il tarixli 438 saylı müqavilə üzrə malların hara göndərildiyi, korrupsiya, oğurluq və ya digər hüquqazidd hərəkətlərin hansı şəraitdə baş verdiyi və müqavilənin dayandırılma tarixi barədə məlumat təqdim edəsiniz. Bildiririk ki, gömrük tranzit proseduru çərçivəsində daşınan malların təyinat yerinə çatdırılmaması halında, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.9-cu maddəsinin 1-ci hissəsinə əsasən daşıyıcı inzibati məsuliyyət daşıyır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, xahiş edirik ki, bu daşımaya dair məlumatları və gömrük prosedurunun başa çatdırılmasına dair sənədləri və ya malların çatdırılmasına mane olan hallarla bağlı sübutedici məlumatları ən qısa müddətdə X21 Postuna aşağıdakı elektron poçt ünvanlarına göndərəsiniz: BUR-MAPPElektron ünvan 3 n10718030@yandex.ru”.

33. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən “Ekol” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3-17-5/2-11086/2026 nömrəli məktubda göstərilmişdir ki, “Vətəndaş Cavabdeh2 adında “Əmək və məşğulluq” altsisteminə Cavabdeh1 MMC tərəfindən daxil edilmiş əmək müqaviləsi barədə məlumatların təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinə ünvanladığınız xx.xx.2026-cı il tarixli 45/26 nömrənizə baxılmışdır. Müraciətiniz ilə əlaqədar Cavabdeh2 adına “Əmək və məşğulluq” altsisteminə Cavabdeh1 MMC (Vöen **********) tərəfindən daxil edilmiş əmək müqaviləsi barədə məlumatlar Sizə təqdim olunur. Şəxsin əməkhaqqı barədə məlumatlarını əldə etmək üçün işəgötürənə müraciət edilməsini məqsədəuyğun hesab edirik”.

34. İş materiallarında olan “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatdan görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə sürücü kimi əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2a bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

35. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-27-103/2-7734/2025 nömrəli məktubunda göstərilmişdir ki, “**-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 (MMC) balansında olduğu tarixə dair məlumatın verilməsi barədə 17 aprel 2025-ci il tarixli məktuba Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində baxılmışdır. Cavabdeh1 MMC-nin müraciəti əsasında **-JD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində beynəlxalq yük daşımalarına dair Buraxılış kartı verilmişdir. Sözügedən buraxılış kartı “Araztransport MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilmişdir”.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/977 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş xx.xx.2024-cü il tarixli 460 nömrəli müqavilənin və xx.xx.2024-cü il tarixli 438 nömrəli Yük daşınması müqaviləsinin üzərlərində olan “Azərbaycan Respublikası* Mhdud Məsuliyyətli Cəmiyyəti ARAZTRANSPORT” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 460 nömrəli müqavilənin və xx.xx.2024-cü il tarixli 438 nömrəli Yük daşınması müqaviləsinin üzərlərində olan “Azərbaycan Respublikası* Məhdud Məsuliyyətli Cəmiyyəti ARAZTRANSPORT” məzmunlu möhür əksi təqdim edilmiş sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1597 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 2-ci cildinin 1-6-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli, 460 nömrəli müqavilənin 3-cü vərəqəsində “Sahibkar ARAZTRANSPORT MMC” qrafasındakı imza, 15 yanvar 2024-cü il tarixli, 438 nömrəli yük daşınması müqaviləsinin 3-cü vərəqəsində “Direktor: R.O.İsmayılov” qrafasındakı imza – X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

38. Materiallarda olan ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən inzibati xəta ilə bağlı cərimə qismində Rusiya Gömrük İdarəsinə 159650 rubl vəsait ödənilmişdir.

39. X24 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizəyə əsasən hazırda X17 iddiaçıya qarşı hər hansı maddi iddiası yoxdur, sonuncunun X20 borcu yoxdur.

40. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

41. Məhkəmə iddianı birinci - 2.227.760,88 rubl və 159650 rubl pulun tutulması hissəsində qismən əsaslı hesab edir.

42. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmış, iddiaçı həmin müqavilələrə əsasən cavabdeh MMC ABADA (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcı Assosiyasiyası) qeydiyyatda olmadığı və “TİR Karnet"-ə üzv olmadığı üçün cavabdeh MMC-ni "xxxx" kitabçası və digər lazımı sənədlərlə təmin etməyi öz öhdəsinə götürmüşdür.

43. Materiallarda olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-27-103/2-7734/2025 nömrəli məktubundan görünür ki, iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etmiş, iddiaçı MMC-nin müraciəti əsasında cavabdeh MMC-nin mülkiyyətində olan **-JD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində beynəlxalq yük daşımalarına dair Buraxılış kartı verilmiş, həmin buraxılış kartı cavabdeh MMC-nin müraciəti əsasında xx.xx.2024-cü il tarixində ləğv edilmişdir.

44. Daha sonra məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh MMC-nin mülkiyyətində olan **-JD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə cavabdeh MMC-nin əmək müqaviləsi üzrə həmin dövrdə sürücü vəzifəsində çalışan işçisi olmuş Cavabdeh2 nəqliyyat vasitəsini idarə etməsi ilə beynəlxalq yükdaşınması həyata keçirilmiş, həmin daşıma zamanı Rusiya Federasiyası ərazisində inzibati xəta törədilmiş, Rusiya Federasiyası ərazisinə daxil olmuş nəqliyyat vasitəsində olan mallar yük alana çatdırılmadığı üçün xx.xx.2024-cü ildə gömrük nəzarətinə başlanılmış, bu səbəbdən BYD (Beynəlxalq yük daşımaları) kitabçası adına qeydə alındığı üçün iddiaçı MMC Rusiya Federasiyası Gömrük İdarəsi tərəfindən inzibati qaydada cərimə edilmiş, iddiaçıdan həmin qərara əsasən ümumilikdə 2.058.799,26 rubl cərimənin (1.985.448 rubl əsas, ödənişin gecikdirilməsi ilə bağlı 73351,26 rubl penya) ödənilməsi tələb edilmiş, bu barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə müvafiq məktub və hesab-faktura təqdim edilmişdir.

45. Rusiya Federasiyası Gömrük İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, göstərilən tələb, yəni 2.058.799,26 rubl cərimənin ödənilməsi xx.xx.2024-cü ildə X24 tərəfindən tam şəkildə icra edilmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanan ərizəyə əsasən bununla bağlı iddiaçıya hər hansı maddi tələbin olmaması və iddiaçının ona hazırda borcunun olmaması göstərilmişdir.

46. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı Dağıstan Gömrük İdarəsi tərəfindən əlavə olaraq barəsində hazırkı işlə bağlı tətbiq edilmiş 159650 rubl cəriməni də tam şəkildə ödəmişdir.

47. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, tapşırıq müqaviləsinin icrası ilə bağlı vurulmuş zərər cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

49. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

50. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

51. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

52. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

53. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

54. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

55. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

56. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

57. Məhkəmə cavabdeh MMC-nin vurulmuş zərərin sürücü olmuş digər cavabdeh tərəfindən ödənilməli olması barədə dəlilini əsassız hesab edir.

58. Belə ki, iddiaya qarşı etirazında cavabdeh MMC göstərmişdir ki, Cavabdeh2 etiraf edir ki, mübahisəli daşınma ilə bağlı hərəkətləri şəxsən və müstəqil qaydada, cavabdeh cəmiyyətin iştirakı, razılığı, göstərişi və ya operativ nəzarəti olmadan həyata keçirmişdir. Həmin sürücü cavabdeh cəmiyyəti bu hərəkətlər barədə məlumatlandırmamış, habelə tələb olunan razılıq və icazələr olmadan hərəkət etmişdir.

59. Belə ki, əmək müqaviləsi barədə bildirişdən görünür ki, Cavabdeh2 cavabdeh MMC-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər sürücü vəzifəsində işləmiş, bundan əlavə, daşıma cavabdeh MMC-yə məxsus olan nəqliyyat vasitəsi ilə həyata keçirilmiş, beynəlxalq yük daşımalarına dair Buraxılış kartı həmin nəqliyyat vasitəsinə dair verilmişdir.

60. Məhkəmə iclaslarındakı izahatlarında cavabdehin nümayəndəsi B.Abbasov əmək müqaviləsi üzrə çalışan sürücünün onlara məxsus nəqliyyat vasitəsi ilə müvafiq icazə (etibarnamə və sairə) verilmədən, habelə cavabdehin məlumatı və icazəsi olmadan iş vaxtı beynəlxalq daşımanı necə həyata keçirməsi sualına ağlabatan şəkildə izah edə bilməmişdir.

61. Məhkəmə iddianı ikinci, 15000 manat əldən çıxmış faydanın tələb edilməsi hissəsində isə əsassız hesab edir. Belə ki, iddiaçı bu hissədə tələbini əsaslandıra, bununla bağlı hər hansı sübutu məhkəməyə ümumiyyətlə təqdim edə, habelə sübutetmə yükünü icra edə bilməmişdir.

62. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

63. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə (müştərək) qaydada vurulmuş zərərin əvəzi qismində 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 300 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 15 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

66. İş üzrə keçirilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin-texniki ekspertizalarının xərcinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 226 manat manat təşkil edir.

67. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehlərdən birgə qaydada 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada vurulmuş zərərin əvəzi qismində 2.058.799,26 rubl və 159650 rubl, ümumilikdə 2.218.449,26 (iki milyon iki yüz on səkkiz min dörd yüz qırx doqquz rubl iyirmi altı qəpik) rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 300 (üç yüz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-dən birgə (müştərək) qaydada 226 (iki yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar