Məhkəmə qərarları › İş №e-2-2(113)-522/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-522/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-522/2024 26.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə pulun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2018-ci il tarixli, 272 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən bu müqavilə ilə “icraçı” “sifarişçi”nin rəsmi müraciətini nəzərə alaraq UQD və simsiz məlumatların rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. - 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004cü ildə təsdiq edilmiş “Radoiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri" preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin etmək sifarişçinin vəzifəsidir. - 3-cü bəndinə əsasən “sifarişçi” rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri" preyskurantının bəndinə(lərinə) uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda "icraçı” hər gecikdirilmiş aya görə 0.1% penya ödənilməsini “sifarişçi”-dən tələb edir. - 5-ci bəndinə əsasən müqavilə tərəflərin hər birində 1 nüsxə olmaq şərti ilə imzalandığı tarixdən xx.xx.2018-ci il tarixə qədər müddətində qüvvədədir. Tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv olunması haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır. Müqaviləyə əlavə və dəyişiklər tərəflərin razılığı ilə “Razılaşma protokolu” vasitəsi ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9p-21-1 nömrəli hesaba əsasən cavabdeh xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə istismar yığımı üçün cəmi 1.916,80 manat (292,39 manat ƏDV daxil), xx.xx.2022-ci il tarixli DRİ2022-06/221 nömrəli hesaba əsasən 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilə üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixi üzrə cəmi 770,40 manat (117,52 manat ƏDV daxil), xx.xx.2022-ci il tarixli DRİ2022-09/77 nömrəli hesaba əsasən 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilə üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixi üzrə cəmi 385,20 manat (58,76 manat ƏDV daxil) və xx.xx.2022-ci il tarixli DRİ2022-10/106 nömrəli hesaba əsasən 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilə üzrə xx.xx.2022-xx.xx.2023-cü il tarixi üzrə cəmi 449,61 manat (68,58 manat ƏDV daxil) ödəniş etməlidir.

3. İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin may-noyabr aylarını əhatə edən dövrlər üzrə elektron qaimələr göndərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 272 nömrəli Müqaviləyə əsasən cavabdehdən 2019-cu və 2020-ci illər üçün 3.827,88 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 3.827,88 manat pul və ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-884/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2095/2023 saylı, 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli 272 nömrəli müqaviləyə əsasən cavabdehdən 2021 və 2022-ci illər üçün 3.522,01 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 70 manat pul vəsaitinin tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" ASC arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixində 272 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 2.1ci bəndinə müvafiq olaraq “Cavabdeh” istismar etdiyi radioelektron vasitələrinin anketlərini “İddiaçı”ya təqdim etmiş, anketlərə əsasən “İddiaçı” tezlik və radioelektron vasitələrindən istifadəyə görə “Cavabdeh”ə 2021-ci və 2022-ci illər üçün 3.522,01 manat məbləğində hesablar göndərmişdir. “Cavabdeh”ə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 44-cü bəndi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli KQ-10/22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na əsasən tərtib olunmuşdur. “Cavabdeh” müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün qeyd edilən dövrdən 3.522,01 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427.3, 441.1, 441.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın 1.7-ci bəndinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

13. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin:

- 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2007-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nın: - 1.7-ci bəndinə əsasən mülki istifadə məqsədləri üçün Komissiya tərəfindən icazə verilən tezlik nominallarının ayrılması, uçotu və həmin tezliklərdə istifadə olunan radioelektron vasitələrinin qeydiyyatı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İddiaçı (bundan sonra - DRİ) tərəfindən aparılır. - 3.1-ci bəndinə əsasən mülki məqsədlər üçün istifadə edilən radiotezliklərə onların istifadə təyinatı, sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla, birdəfəlik və müddətli (aylıq və ya illik) tariflər müəyyən edilir. - 3.2-ci bəndinə əsasən tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq REV-in texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir.

18. AR MPM-in: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, İddiaçı tərəflər arasında 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə üzrə 2021 və 2022-ci illər üçün 3.522,01 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı borcunu cavabdeh "xxxx" ASC-dən tələb edir.

22. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əvvəllər də mübahisəli 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilədən irəli gələn məhkəmə mübahisəsi mövcud olmuş, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2- 2(113)-2095/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə tərəflər arasında mübahisəli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlərinin yarandığını, icraçı İddiaçı 2019-2020-ci illər üzrə müqavilə öhdəliklərini lazımi qaydada icra etdiyi, sifarişçi "xxxx" ASC-nin isə tezlik və radioelektron vasitələrinə görə istismar haqqı ödənişlərini həyata keçirməməklə müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi, "xxxx" ASC-nin müqavilə üzrə 2019 və 2020-ci illər üzrə tezlik və radioelektron vasitələrinə görə istismar haqqı borcunun yarandığı müəyyən edilmiş və mübahisəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə üzrə 2019 və 2020-ci illər üzrə (2020-ci il daxil olmaqla) olan borcun tutulması qət edilmişdir.

23. Odur ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yuxarıda göstərilən halların MPM-in 82.3-cü maddəsinin tələbləri baxımından hazırkı mübahisəyə baxılarkən məhkəmə tərəfindən araşdırılmasına və yenidən sübuta yetirilməsinə zərurət yoxdur.

24. Mübahisəli müqavilə üzrə 2021 və 2022-ci illər üçün cavabdehin tezlik və radioelektron vasitələrinin istismarına görə ödəməli olduğu istismar haqqı borcuna gəldikdə tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş hesablara və elektron qaimələrə əsasən müəyyən edilir ki, İddiaçı 2021-2022-ci illərdə də cavabdeh "xxxx" ASC-yə mübahisəli müqavilədə nəzərdə tutulmuş rabitə xidmətləri göstərmiş və həmin illər üzrə cavabdehin sözügedən xidmətlərə ödəməli olduğu istismar haqqı cəmi 3.522,01 manat (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə istismar yığımı üçün cəmi 1.916,80 manat (292,39 manat ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixi üzrə cəmi 770,40 manat (117,52 manat ƏDV daxil), xx.xx.2022-xx.xx.2022-ci il tarixi üzrə cəmi 385,20 manat (58,76 manat ƏDV daxil) və xx.xx.2022-xx.xx.2023-cü il tarixi üzrə cəmi 449,61 manat (68,58 manat ƏDV daxil)) təşkil edir.

25. Odur ki, məhkəmə Mülki Məcəllənin 385-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətində kreditor olan İddiaçı borclu olan cavabdeh "xxxx" ASC-dən müqavilə üzrə göstərilmiş istismar haqqına görə borcun ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə olaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə üzrə 2021 və 2022-ci illər üçün 3.522,01 manat məbləğində tezlik və radioelektron vasitələrinə görə istismar haqqı borcu tutulmalıdır. 26.Hazırkı iş üzrə 70 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. 27.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 55,22 manat təşkil edir.

28. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə üzrə 2021 və 2022-ci illər üçün tezlik və radioelektron vasitələrinə görə istismar haqqı borcu olan 3.522,01 manat məbləğində və çəkilmiş mediasiya xərcinin əvəzi olaraq 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar