Məhkəmə qərarları › İş №e-2-2(113)-5238/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5238/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5238/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X6 Ltd.” Nümayəndəliyinə qarşı “əmlakın qaytarılması və ya maddi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X6 Ltd.” Nümayəndəliyinə qarşı “əmlakın qaytarılması və ya maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X6 Ltd.” Nümayəndəliyinə (bundan sonra – cavabdeh) qarşı “əmlakın qaytarılması və ya maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi və bunun nəticəsində vurulmuş zərərin əvəzi olaraq təyinat və funksionallıq baxımından bərabər dəyərdə ekvivalent 214 ədəd qazma avadanlığının, yəni 210 ədəd “İSO 10407 – Moderate və ya DSİ Kateqoriya 5” və “X7 Standartı Kateqoriya 3-5” standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5” DP, Connection NC 50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, material növü: S135, Çəki: 19,5 lb/ft ) – İCN 20055517 – 6550FT; İstehsalçı: NOV, Grant Prideco); və 4 ədəd “İSO 10407 – Moderate və ya DSİ Kateqoriya 5” və “X7 Standartı Kateqoriya 3-5” standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6 ½” DC, Connection NC50 (Bağlantı növü: NC50) – İCN 10057282 - 126FT; İstehsalçı: NOV, Grant Prideco) İddiaçı MMC-yə verilməsi barədə cavabdeh “X1 Pte. Ltd” şirkətinin üzərinə öhdəliyin qoyulması; müqavilə öhdəliklərinin icra edilməməsinə görə hesablanmış 7,829.35 AZN (yeddi min səkkiz yüz iyirmi doqquz manat 35 qəpik)məbləğində cərimənin və ödənilmiş 1344.77 AZN məbləğində dövlət dövlət rüsumun cavabdeh “X1 Pte. Ltd” şirkətindən alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 yanvar 2023-cü il tarixində inspeksiya və təlim xidmətlərinin göstərilməsi barədə 20000012 saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş avadanlıqların yoxlanması və sertifikatlaşdırılması xidmətinin göstərilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürmüş, İddiaçı isə bunun qarşılığında həmin 1 saylı əlavədə razılaşdırılmış vahidin qiymətlərinə əsasən xidmət haqqını ödəməyə razılaşmışdır. Müqavilənin 4.1.2, 6.3 və 6.4-cü bəndlərinə əsasən, xidmət İddiaçının satınalma sifarişi əsasında yerinə yetirilməli və ödənilməli idi. 5 dekabr 2023-cü il tarixli PO/23-1736 saylı satınalma sifarişi ilə İddiaçı 338 ədəd qazma avadanlığını təmizlənmə və yoxlanılması məqsədilə Cavabdehə rəsmi aktla təhvil vermişdir. Cavabdeh 11 mart 2024-cü il tarixində xidmətlərin tam icraedildiyinibildirərək yoxlama hesabatını təqdim etmişdir. İddiaçı xidmət haqqı olaraq 78,293.50 AZN məbləğini xx.xx.2024-cü il tarixində Cavabdehin bank hesabına ödəmişdir. Müqavilənin 4.2.4-cü bəndinə əsasən, Cavabdeh yoxlamadan sonra avadanlıqları İddiaçıya qaytarmalı idi. Lakin Cavabdeh yalnız 124 ədəd avadanlığı qaytarmış, aşağıdakı 214 ədəd avadanlığın təhvili təmin edilməmişdir. Avadanlıqların siyahısı: Avadanlığın növü Spesifikasiyası İstehsalçı VahidSay 1Qazma borusu (drill pipe) 5” DP, Connection NC50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü NC 50, material növü S135, çəki 19,5 lb/ft ) – İCN 20055517 – 6550FT NOV, Grant Prideco ədəd 210 2Yaxalıqlı qazma borusu (drill collar) 6 ½” DC, Connection NC50 (Bağlantı növü NC50) – İCN 10057282 - 126FT NOV, Grant Prideco ədəd 4 Göstərilən bütün avadanlıqlar yoxlamadan (inspeksiyadan) keçmiş, sertifikatlaşdırılmış və istifadəyə yararlı vəziyyətdə olmuşdur. Sonradan müəyyən edilmişdir ki, qaytarılmayan avadanlıqlar Cavabdehin işçilərinin əlbir olduğu cinayət əməli nəticəsində qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. Bu hadisə ilə bağlı prokurorluq orqanlarında cinayət işi açılmış və araşdırma aparılır. Müqavilə müddəaları əsasında Cavabdehin məsuliyyəti: 4.2.4-cü bənd: İcraçı razılaşdırılmış xidmət göstərildikdən sonra, yoxlanılmış və sertifikatlaşdırılmış avadanlıqları Sifarişçinin göstərdiyi yerdə təhvil verir; 4.2.7-ci bənd: İcraçı xidmətin yerinə yetirilməsi zamanı, avadanlıqlara dəyən hər hansı ziyana görə tam maddi məsuliyyət daşıyır; 4.2.8-ci bənd: Qəsdən və/və ya kobud ehtiyatsızlıqdan xidmətin düzgün yerinə yetirilməməsi nəticəsində Sifarişçiyə və ya onun işçilərinə dəyən ziyana görə İcraçı tam maddi məsuliyyət daşıyır; 7.1-ci bənd: İcraçı bu Müqavilə üzrə müəyyən edilmiş xidmətlərin (öhdəliklərinin) vaxtı-vaxtında yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə hər həftə üçün göstərilən xidmət haqqının 0.5 % həcmində sifarişçiyə cərimə ödəyəcək, lakin bu cərimə xidmət haqqının ümumi məbləğinin 10% həcmindən artıq olmamalıdır.

3. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi və bunun nəticəsində vurulmuş zərərin əvəzi olaraq, təyinat və funksionallıq baxımından bərabər dəyərdə ekvivalent 214 ədəd qazma avadanlığının, yəni 210 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5" DP, Connection NC 50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, material növü: S135, Çəki: 19,5 lb/ft ) - İCN 20055517 - 6550FT; İstehsalçı: NOV, Grant Prideco); və 4 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6 W’ DC, Connection NC50 (Bağlantı növü: NC50) - İCN 10057282 - 126FT; İstehsalçı: NOV, Grant Prideco) iddiaçı "X5 Limited" MMC-yə verilməsi barədə cavabdeh "X1 Pte. Ltd" şirkətinin üzərinə öhdəliyin qoyulması; və ya zərərin əvəzinin naturada təmini edilməsi mümkün olmadıqda, pul əvəzi olaraq 1 022 210,10 AZN ( bir milyon iyirmi iki min iki yüz on manat 10 qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; və Müqavilə öhdəliklərinin icra edilməməsinə görə hesablanmış 7,829.35 AZN (yeddi min səkkiz yüz iyirmi doqquz manat 35 qəpik) məbləğində cərimənin və ödənilmiş 1344.77 AZN məbləğində dövlət dövlət rüsumunun cavabdeh "X1 Pte. Ltd" şirkətindən alınaraq iddiaçı "X5 Limited" MMC-nin xeyrinə tutulması qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi və bunun nəticəsində vurulmuş zərərin əvəzi olaraq, təyinat və funksionallıq baxımından bərabər dəyərdə ekvivalent 186 ədəd qazma avadanlığının, yəni 182 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5" DP, Connection NC 50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, material növü: S135, Çəki: 19,5 lb/ft ) - İCN 20055517 - 6550FT; İstehsalçı: NOV, Grant Prideco); və 4 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6 W DC, Connection NC50 (Bağlantı növü: NC50) - İCN 10057282 - 126FT; İstehsalçı: NOV, Grant Prideco) cavabdeh "X1 Pte. Ltd" şirkətindən alınaraq iddiaçı "X5 Limited" MMC-yə verilməsi; və ya zərərin əvəzinin naturada təmini edilməsi mümkün olmadıqda, pul əvəzi olaraq 489596.71 ABŞ dolları, manat ekvivalentində isə 832 341,40 AZN ( səkkiz yüz otuz iki min üç yüz qırx bir manat 40 qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; və müqavilə öhdəliklərinin icra edilməməsinə görə hesablanmış 7,829.35 AZN (yeddi min səkkiz yüz iyirmi doqquz manat 35 qəpik) məbləğində cərimənin və ödənilmiş 1344.77 AZN məbləğində dövlət dövlət rüsumunun cavabdeh "X1 Pte. Ltd" şirkətindən alınaraq iddiaçı "X5 Limited" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2026-cı il tarixdə iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, “X3 Limited” MMC tərəfindən “X1 PTE. LTD.” Şirkətinin Azərbaycan Respublikasındakı “X6 LTD.” Nümayəndəliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuş və iş hazırda Sizin icraatınızdadır. Hesab edirik ki, iddia tələbi hüquqi və faktiki əsaslardan məhrum olduğundan təmin edilməməli, iş üzrə icraata isə xitam verilməsi məsələsinə baxılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarından açıq şəkildə görünür ki, iddiaçı tərəfindən tələb olunan mallar X2 tərəfindən qanunsuz olaraq mənimsənilmiş və sonradan üçüncü şəxslərə satılmışdır. M.Məmmədovun bu əməlləri ilə bağlı cinayət işi başlanılmış, ibtidai istintaq yekunlaşmış və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(4-1)-20/2026 nömrəli cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Həmin cinayət işi üzrə iddiaçı “X3 Limited” MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, hazırkı mübahisənin predmetini təşkil edən mallarla bağlı artıq iqtisadi fəaliyyət sahəsində törədilmiş cinayət əməli üzrə məhkəmə baxışı aparılır və malların itirilməsi faktının hüquqi təbiəti məhz cinayət əməli ilə bağlıdır. Bu halda iddiaçının eyni malların dəyərinin həm təqsirləndirilən şəxsdən cinayət işi çərçivəsində, həm də hazırkı cavabdehdən mülki qaydada tələb etməsi nəticə etibarilə onun əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da mülki hüququn fundamental prinsiplərinə ziddir. Mülki hüquqda zərərin kompensasiyası yalnız bir dəfə mümkündür və zərərin eyni predmet üzrə paralel qaydada bir neçə subyektdən tələb olunması hüquqi baxımdan yolverilməzdir. Bu səbəbdən hazırkı mübahisə üzrə iddianın predmetinin artıq cinayət mühakimə icraatı çərçivəsində araşdırılması nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi məsələsi müzakirə olunmalıdır. İddianın mahiyyəti ilə bağlı əlavə olaraq bildiririk ki, Franklin şirkəti tərəfindən müqavilə əlavəsində göstərilmiş avadanlıqların inspeksiyası faktiki olaraq həyata keçirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Müqavilənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmiş, tərəflər arasında bağlanılmış 02 saylı Əlavə ilə bu müddət xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. İş üzrə mübahisəsiz haldır ki, xidmət müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən tam həcmdə icra olunmuş, görülmüş xidmətlər təhvil verilmiş və iddiaçı tərəfindən həmin xidmətlərin dəyəri ödənilmişdir. Bu isə müqavilə öhdəliklərinin lazımi qaydada və vaxtında icra edildiyini, o cümlədən müqaviləyə öhdəliklərin icrası əsası ilə xitam verildiyini təsdiq edir. Təqdim olunmuş avadanlıqların yoxlanışı və sertifikatlaşdırılması xx.xx.2024-cü il tarixində tamamlanmış və bu barədə iddiaçı tərəfə elektron poçt vasitəsilə rəsmi məlumat verilmişdir. Həmin işlərin icrası məqsədilə avadanlıqların yerləşdirilməsi üçün “X4 İnk.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə sahə icarəsinə dair müqavilə bağlanılmış, bu müqavilənin müddəti isə xx.xx.2024-cü il tarixində başa çatmışdır. Bununla belə, xidmətlərin tamamlanması və müqavilə müddətinin bitməsi barədə iddiaçı tərəfə dəfələrlə məlumat verilməsinə baxmayaraq, avadanlıqlar müvafiq ərazidən vaxtında götürülməmişdir. Əksinə, avadanlıqların saxlanıldığı sahə üzrə icarə müqaviləsinin başa çatması ilə əlaqədar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən dəfələrlə iddiaçı ilə əlaqə saxlanılaraq avadanlıqların götürülməsi tələb edilmiş, lakin faktiki baxış yalnız sentyabr ayında həyata keçirilmişdir. Bu hallar göstərir ki, cavabdeh tərəfindən müqavilə üzrə xidmətlər başa çatdırıldıqdan sonra malların saxlanılması artıq müqavilə öhdəliyi çərçivəsindən kənara çıxmış və mallarla bağlı risk təsadüfi itki və ya zədələnmə riskinin ötürülməsi prinsiplərinə uyğun olaraq iddiaçı tərəfə keçmişdir. Müqavilə üzrə xidmətlərin yekunlaşması və iddiaçının malları qəbul etməməsi nəticəsində yaranmış hüquqi vəziyyət malların saxlanması ilə bağlı risklərin cavabdehə aid edilməsini istisna edir. Beləliklə, malların sonradan oğurlanması cavabdehin öhdəliklərinin icrası mərhələsində deyil, məhz iddiaçının malları vaxtında götürməməsi səbəbindən baş vermişdir. Bu isə cavabdehin məsuliyyətinin istisna olunmasına əsas verir, çünki cavabdeh tərəfindən müqavilə öhdəlikləri artıq tam şəkildə yerinə yetirilmişdir. Bundan əlavə, məhkəməyə təqdim olunmuş qiymətləndirmə rəyi ilə razılaşmırıq. Həmin rəydə avadanlıqların yeni vəziyyətdə bazar dəyəri müəyyən edilmişdir. Halbuki iş materiallarında olan sənədlər, o cümlədən cavabdeh tərəfindən aparılmış inspeksiya nəticələri göstərir ki, avadanlıqların əhəmiyyətli hissəsi qüsurlu olmuş, bir qismi isə istismara yararsız vəziyyətdə olmuşdur. Bu halda faktiki texniki vəziyyəti nəzərə alınmadan yeni avadanlıq kimi bazar dəyərinin müəyyən edilməsi iqtisadi reallığa və hüquqi ədalət prinsipinə uyğun deyildir.

7. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin icra edilməməsi və bunun nəticəsində vurulmuş zərərin əvəzi olaraq, təyinat və funksionallıq baxımından bərabər dəyərdə ekvivalent 186 ədəd qazma avadanlığının, yəni 117 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5" DP, Connection NC 50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, material növü: S135, Çəki: 19,5 lb/ft ) - İCN 20055517 - 6550FT; İstehsalçı: NOV, Grant Prideco) və 4 ədəd “İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və “X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6 W’ DC, Connection NC50 (Bağlantı növü: NC50) - İCN 10057282 - 126FT; İstehsalçı: NOV, Grant Prideco) cavabdeh "X1 Pte. Ltd" şirkətindən alınaraq iddiaçı “X5 Limited" MMC-yə verilməsi və ya zərərin əvəzinin naturada təmin edilməsi mümkün olmadıqda, pul əvəzi olaraq 321,967.89 ABŞ dolları, manat ekvivalentində isə 547,345.41 AZN ( beş yüz qırx yeddi min üç yüz qırx beş manat 41 qəpik); və müqavilə öhdəliklərinin icra edilməməsinə görə hesablanmış 7,829.35 AZN (yeddi min səkkiz yüz iyirmi doqquz manat 35 qəpik) məbləğində cərimənin və ödənilmiş 1344.77 AZN məbləğində dövlət dövlət rüsumunun cavabdeh "X1 Pte. Ltd" şirkətindən alınaraq iddiaçı “X5 Limited" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı işlə bağlı cavabdehin işçisi X2 cinayət məsuliyyətinə cəlb edilmiş, həmin cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır, həmin iş üzrə iddiaçı MMC zərərçəkmiş şəxs qismində tanınsa da, həmin iş üzrə tərəflərindən mülki iddia verilməmiş, X2 tərəfindən dəymiş zərər üzrə hər hansı vəsait ödənilməmişdir. İddiaçı zərəri işçidən deyil, işəgötürən cavabdehdən tələb edir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən “Sifarişçi” tapşırır, “İcraçı” isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə hamin Müqavilənin ayrılmaz hissəsi olar 1 saylı Əlavədə müəyyən edilmiş avadanlıqların yoxlanması və sertifikatlaşdırılması xidmətinin göstərilməsi ilə bağlı öhdəliyi öz üzərinə götürür, “Sifarişçi” isə bunun əvəzində 1 saylı Əlavədə razılaşdırılmış vahidin qiymətlərinə əsasən xidmət haqqını ödəməyi öz öhdəsinə götürür.

13. Müqavilənin 4.2.4-cü bəndinə əsasən icraçı razılaşdırılmış xidmət göstərildikdən sonra yoxlanılmış və sertifikatlaşdırılmış Avadanlıqları Sifarişçinin göstərdiyi yerdə təhvil verir.

14. Müqavilənin 4.2.7-ci bəndinə əsasən xidmətin yerinə yetirilməsi zamanı avadanlıqlara dəyən hər hansı ziyana görə icraçı tam maddi məsuliyyət daşıyır.

15. Müqavilənin 4.2.8-ci bəndinə əsasən icraçı qəsdən və/və ya kobud ehtiyatsızlıqdan xidmətin düzgün yerinə yetirilməməsi nəticəsində Sifarişçiyə və ya onun işçilərinə dəyən ziyana görə İcraçı tam maddi məsuliyyət daşıyır.

16. Müqavilənin 7.1-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə müəyyən edilmiş xidmətlərin (öhdəliklərinin) vaxtı-vaxtında yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə hər həftə üçün göstərilən xidmət haqqının 0,5% həcmində sifarişçiyə cərimə ödəyəcək, lakin bu cərimə xidmət haqqının ümumi məbləğinin 10 faiz həcmindən artıq olmamalıdır.

17. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 01 saylı və 02 saylı əlavələr imzalanmışdır.

18. İş materiallarına əlavə edilmiş tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli FL/14490/25/E.A nömrəli təhvil təslim aktına əsasən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında müqavilə çərçivəsində 338 ədəd qazma borusu yoxlama üçün təqdim edilmiş, həmin borulardan 124 ədəd qazma borusu təhvil verilmişdir. Yoxlama üçün təqdim edilmiş 214 ədəd qazma borusu üçüncü şəxslər tərəfindən oğurlanmış, hadisə ilə bağlı Franklin şirkəti tərəfindən hüquq-mühafizə orqanlarına edilən şikayətlər əsasında təqsirkar şəxslər müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. Franklin şirkəti tərəfindən təqsirkar şəxsin boruların bir hissəsini təhvil verilməsi təmin edilmiş, həmin borularla bağlı üçüncü şirkət tərəfindən aparılan yoxlama hesabatı CDC tərəfindən təsdiq edilmiş və 28 ədəd qazma borusunun təhvil verilməsi tərəflər arasında razılaşdırılmışdır. Franklin şirkəti tərəfindən 28 ədəd qazma borusu CDC şirkətinə təhvil verilir. Qalıq 186 ədəd qazma borusu inspeksiya olunaraq CDC şirkətinə təhvil verilməsi təmin ediləcəkdir. Tərəflərin səlahiyyətli nümayəndələri imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər.

19. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli, CVN/Y82-082/26 saylı rəyinə əsasən İSO 10407 – Moderate və ya DSİ Kateqoriya 5 və “X7 Standart” Kateqoriya 3,5 standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5” DP, S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, NC GRADE S135, Çəki: 19,5 lb/ft) – İCN 20055517 – 6550FT; İstehsalçı: NOV, Grant Prideco) 182 ədədinin hər birinin vahid bazar qiyməti 4.500 (dörd min beş yüz) AZN olmaqla ümumi dəyəri 819.000 (səkkiz yüz on doqquz min) AZN təşkil edir. Eyni zamanda, İSO 10407 – Moderate və ya DSİ Kateqoriya 5 və “X7 Standart” Kateqoriya 3,5 standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6” W DC, Connection NC50 (Bağlantı növü: NC50) – İCN 10057282 126FT; İstehsalçı: NOV, Grant Prideco) 4 ədədinin hər birinin vahid bazar qiyməti 1.900 (min doqquz yüz) AZN olmaqla ümumi dəyəri 7.600 (yeddi min altı yüz) AZN təşkil edir. Beləliklə, qeyd olunan avadanlıqların ümumi bazar dəyəri 826.600 (səkkiz yüz iyirmi altı min altı yüz) AZN məbləğində müəyyən edilmişdir.

20. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsi imzalanmış, iddiaçıya məxsus olan qazma boruları yoxlanılması üçün cavabdehə təhvil verilmişdir. Təhvil verilmiş boruların bir qismi - 214 ədəd qazma borusu cavabdehin xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi üzrə işçisi (inspeksiya mühəndisi) olmuş X2 tərəfindən 2024-cü ilin may ayından avqust ayına qədər olan dövrdə qanunsuz olaraq satılmış (özgəninkiləşdirilmiş), M.Muradov törətdiyi həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, hazırda barəsində olan cinayət işi üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

22. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə cavabdehə təhvil verilmiş, lakin geri qaytarılmayan 117 ədəd "İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və "X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş qazma borusunun (5" DP, Connection NC 50,GRADE S135, Weight 19.5 lb/ft (Bağlantı növü: NC 50, material növü: S135, Çəki: 19,5 lb/ft ) - İCN 20055517 - 6550FT; İstehsalçı: NOV, Grant Prideco) və 4 ədəd “İSO 10407 - Moderate və ya DSİ Kateqoriya 5" və “X7 Standartı Kateqoriya 3-5" standartlarına əsasən inspeksiya olunmuş yaxalıqlı qazma borusunun (6 W’ DC, Connection NC50 (Bağlantı növü: NC50) - İCN 10057282 - 126FT; İstehsalçı: NOV, Grant Prideco) cavabdehdən alınaraq ona qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini xahiş edir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

25. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

26. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

27. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

30. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

31. Məhkəmə cavabdehin vurulmuş zərərin həm işçiləri olmuş Murad Məmmədov, həm də onlardan tələb edilməsinin iddiaçının əsassız varlanmasına gətirib çıxaracağına dair dəlilini əsassız hesab edir.

32. Belə ki, materiallarda olan Murad Məmmədov barəsində olan ittiham aktından görünür ki, cinayət işi üzrə iddiaçı MMC zərərçəkmiş şəxs qismində tanınsa da, həmin iş üzrə mülki iddia verilməmiş, Murad Məmmədov tərəfindən vurulmuş zərər üzrə hər hansı ödəniş aparılmamış, borulardan qaytarılanı olmamışdır.

33. Cavabdeh tərəfindən də bu barədə hər hansı sübut (mülki iddia verilməsi, habelə Murad Məmmədov tərəfindən boruların qaytarılması, yaxud zərərin ödənilməsi və sairə) məhkəməyə təqdim edilməmişdir.

34. Məhkəmə cavabdehin boruların müqavilə müddəti bitdikdən sonra itməsi riskinin iddiaçının üzərinə düşməsi barədə dəlilini də əsassız hesab edir.

35. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2.4-cü bəndinə əsasən icraçı razılaşdırılmış xidmət göstərildikdən sonra yoxlanılmış və sertifikatlaşdırılmış avadanlıqları sifarişçinin göstərdiyi yerdə təhvil verilməlidir.

36. Cavabdeh tərəfindən isə məhkəməyə tələb edilən avadanlıqların təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

37. Məhkəmə araşdırması zamanı hazırda iddiaçıya məxsus boruların mövcud olmadığı müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

39. Məhkəmə hesab edir ki, zərərin mövcudluğu, habelə cavabdehin təqsiri ilə iddiaçıya dəymiş zərər arasında səbəbli əlaqə iş materiallarında olan sənədlər, eləcə də işin məhkəmə tərəfindən araşdırılan halları ilə öz təsdiqini tapdığından iddia tələbi dəymiş zərərin tutulması hissəsində qismən təmin edilməli, dəymiş zərərə görə cavabdehdən tutulmalı olan pul "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə uyğun olaraq müəyən edilməlidir.

40. Belə ki, iddiaçı iddia ərizəsində dəymiş zərərin 547345,11 manat olmasını göstərsə də, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən dəymiş zərərin məbləği ümumilikdə 534100 manat (117 ədəd boru * 4500 manat + 4 ədəd boru * 1900 manat) təşkil edir.

41. Həmin rəy iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

42. Cavabdeh göstərilən rəylə razı olmadığını bildirsə də, həmin rəyi şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

43. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia birinci hissədə qismən təmin edilməli, cavabdehdən dəymiş zərərin əvəzi qismində 534100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

44. Məhkəmə iddia tələbini ikinci, 7829,35 manat dəbbə pulunun tələb edilməsi hissəsində də qismən əsaslı hesab edir.

45. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 20000012 nömrəli İnspeksiya və Təlim Xidmətlərinin göstərilməsi haqqında müqavilənin 7.1-ci bəndinə əsasən icraçı bu müqavilə üzrə müəyyən edilmiş xidmətlərin (öhdəliklərinin) vaxtı-vaxtında yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə hər həftə üçün göstərilən xidmət haqqının 0,5% həcmində sifarişçiyə cərimə ödəyəcək, lakin bu cərimə xidmət haqqının ümumi məbləğinin 10 faiz həcmindən artıq olmamalıdır.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

48. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat müəyyən edilməlidir.

49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş zərərin əvəzi qismində 534100 manat məbləğində pul, 2000 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia qismən edildiyindən iş üzrə ödənilmiş 824,10 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 480,67 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

52. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir.

53. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış 400 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X6 Ltd.” Nümayəndəliyindən vurulmuş zərərin əvəzi qismində 534100 manat məbləğində pul, 2000 manat dəbbə pulu, 824,10 manat dövlət rüsumu, ümumilikdə 536924,10 (beş yüz otuz altı min doqquz yüz iyirmi dörd manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 480,67 (dörd yüz səksən manat altmış yeddi qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X6 Ltd.” Nümayəndəliyindən 400 (dörd yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: ********** Bank: "xxxx" ASC Nərimanov filialı Bank VÖEN-i: ********** M.h.: AZ03NABZ******************** H.h: AZ471BAZ******************** Kod: 805711 SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar