Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-524/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasdımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radio rabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015-ci il tarixli 38 nömrəli müqaviləyə əsasən cavabdehdən 2020 - 2022-ci illər üçün 113 585,10 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və mediasiya xərci olaraq ödənilmiş 200 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radio rabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015-ci il tarixli 38 nömrəli müqaviləyə əsasən cavabdehdən 2020 - 2022-ci illər üçün 113 585,10 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və mediasiya xərci olaraq ödənilmiş 200 manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015-ci il tarixində 38 nömrəli müqavilə imzalanmışdır. Müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq cavabdeh istismar etdiyi radioelektron vasitələrinin anketlərini iddiaçıya təqdim etmiş, anketlərə əsasən iddiaçı tezlik və radioelektron vasitələrindən istifadəyə görə cavabdehə 2020 - 2022-ci illər üçün 123445,10 manat məbləğində hesablar göndərmişdir. Cavabdehə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 75-ci bəndi, “Qeydlər” bölməsinin 1-ci bəndi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 113585,10 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Qanunvericiliyə müvafiq olaraq cavabdehə xx.xx.2023-ci il tarixli 3-27-119/2-430/2023 nömrəli “Pretenziya” məktubu və mediasiyada iştiraka dair xx.xx.2023-ci il tarixli 3-27-119/2-564/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının pretenziya məktubuna və mediasiyaya dair təklifinə cavab verilməmişdir. Kommersiya mübahisəsinin mediasiya vasitəsilə həll edilməsi məqsədilə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. Mediatorun xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin etdiyi ilkin mediasiya sessiyalarında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Bu haqda mediator xx.xx.2023-cü il tarixində MŞB/2-03391/2023 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” tərtib edərək iddiaçıya təqdim etmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir.
7. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
10. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
11. “Mediasiya haqqında” Qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015-ci il tarixində 38 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı efir-kabel televiziyası (MMDS və MVDS) üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verməyi, cavabdeh isə rabitə vasitələri üçün təqdim etdiyi anket məlumatlarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini təmin etməyi öhdələrinə götürmüşlər.
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilədən irəli gəlir. İş materiallarına əlavə qaimə-fakturaların, hesabların təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, efir-kabel televiziyası (MMDS və MVDS) üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya göstərilən müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
14. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə bağlanmış, iddiaçı tərəfindən efir-kabel televiziyası (MMDS və MVDS) üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
15. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia ödənilməmiş borcun tələb edilməsində əsaslıdır və iddia təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 200 manat məbləğində pul Bakı 2 saylı Mediasiya təşkilatına ödənilmişdir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radio rabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015ci il tarixli 38 nömrəli müqaviləyə əsasən Cavabdehndən 2020 - 2022-ci illər üçün 113585,10 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və mediasiya xərci olaraq ödənilmiş 200 manat pul vəsaiti tutularaq İddiaçı hesabına köçürülsün. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Zaur Pirverdiyev