Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5241/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6688,83 manat məbləğində xidmət haqqının, 100 manat mediasiya xərcinin, toplam 6788,83 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanılmış xidmət müqaviləsinəəsasən sifarişçi icraçıya məxsus marketlər şəbəkəsində “Phandomat” cihazlarını yerləşdirilmişdir. Cihazların təyinatı ondan ibarət idi ki, müştərilər istifadə olunmuş plastik və şüşə butulkaları həmin “Phandomat”a daxil edib qarşılığında İddiaçı mağazalarında istifadə edə biləcəyi kupon qazanırdı. Həmin kupondan alış-veriş zamanı kassaya təqdim edərək, ümumi alış-veriş məbləğinə endirim əldə edirdi. Qeyd edilən istifadə edilmiş kuponların məbləği dəyərində e-qaimə daha sonra İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilir və əvəzində həmin e-qaimələr əsasında cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilirdi. Cavabdeh müqavilə bağlanıldığı tarixdən etibarən bir müddət öhdəliklərini lazımi qaydada icra etsə də, qısa müddət sonra öhdəliklərini icra etməmiş, nəticədə İddiaçı MMC-yə xidmət haqqı üzrə ümumilikdə 6688,83 manat məbləğində borcu yaranmışdır. Bu barədə cavabdeh tərəfindən ödənilmiş məbləğlər və qalıq borc barədə sənədlər ərizəyə əlavə olunur. Cavabdehə xx.xx.2022-ci il tarixində elektron poçt vasitəsilə xəbərdarlıq məktubu ünvanlanmışdır. Məktubumuza xx.xx.2022-ci il tarixində yazılan elektron cavabda cavabdeh məsələnin telefon və ya görüş vasitəsilə müzakirəsini təklif etmiş, cavab olaraq onları xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-nin baş ofisinə dəvət etməyimizə baxmayaraq, təklifimiz cavabsız qaldığından məsələ həll olunmamış qalmışdır. Odur ki, tərəflər arasında məhkəmədənqabaq mübahisənin nizama salınması ilə məqsədilə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, cavabdehə elektron poçtla (hüquqi ünvanlarına poçtla çatdırma mümkün olmamışdır) xx.xx.2022-ci il tarixli 933 №-li təklif məktubu göndərilmiş, daha sonra mediator X5 tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/4- 01256 №-li məktubla mediasiya dəvəti göndərilmiş, lakin cavabdeh tərəfindən məktublara qanunla müəyyən olunmuş müddətdə münasibət bildirilməmiş, hətta telefon vasitəsi ilə əlaqə saxlanılmasına baxmayaraq, iştirak edəcəyini və gözləməyimizi xahiş etsə də, xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. O cümlədən, xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi vasitəsilə, xx.xx.2022-ci il tarixində isə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə pretenziya məktubları göndərilmişdir. Odur ki, cavabdehlə kommersiya mübahisəsinin məhkəmədən qabaq qarşılıqlı olaraq həlledilməsimümkün olmamışdır (müvafiq sənədlər ərizəyə əlavə edilmişdir). Cavabdeh MMC-nin nümayəndəsi Vəkil sistemə ərizə yükləyərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixli 189202 nömrəli 17048,92 manat məbləğində elektron qaimə üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz vermiş və etirazında bildirmişdir ki, Cavabdeh MMC-yə tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən 17048.92 manat məbləğində qaimə göndərilmiş və cavabdeh həmin qaimə üzrə ödənişləri müxtəlif vaxtlarda hissə-hissə olmaqla 10360.09 manat ödənişi etmiş və cəmi 6688,83 manat ödənilməmiş öhdəliyi qalmışdır. Cavabdeh həmin qaimə üzrə son ödənişi xx.xx.2020-ci il tarixində 498,56 manat olmaqla icra etmiş, bununla da həmin qaimə üzrə borcu ödədiyini sübut etmiş və borcun ödənilməsini etiraf etdiyini göstərmişdir. Bildirmək istəyirik ki, cavabdeh ödənişləri xx.xx.2020-ci il tarixdən etibarən ödəməməyərək, müqavilə tələblərini kobud şəkildə pozmuşdur. Qanunvericilik prizmasından baxsaq, qeyd edə bilərik ki, İddiaçı MMC-yə sözügedən müqavilə üzrə hüququnun pozulması Cavabdeh MMC tərəfindən ödənişləri ödənilmədiyi vaxtdan (daha dəqiq desək xx.xx.2020-ci ildən sonra) etibarən bəlli olur. İddia müddətinin axımı da həmin vaxtdan başlayır və mediasiya prosesinin tətbiqi barədə cavabdehə ərizə verildiyi günə (xx.xx.2022-ci il tarixə) qədər davam edir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın verilməsi ilə iddia müddətinin axımı davam etmişdir. İddiaçı tərəfindən məhkəməyə müvafiq tələblə bağlı iddia ərizəsi xx.xx.2022-ci il tarixində verilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və iddia müddətinin dayandırılması halları da nəzərə alınaraq qeyd edirik ki, 11 ay iddia əriməsinin məhkəməyə ünvanlanması üçün müəyyən edilmiş müddət qalmışdır. Göstərilən halları nəzərə alaraq, cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsi əsassızdır və qəbul edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə və iddia müddətinin tətbiqinə dair ərizəyə etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, mübahisəli elektron qaimədən başqa, cavabdeh digər hər bir qaimə üzrə tələb olan əsas borcla (ƏDV xaric) eyni olan vəsaiti bir dəfəyə ödəməklə icra etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia qəbul etməyərək, izahatında xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə ilə bağlı məhz 2020-ci ildə ödənişlərin aparıldığını sübuta yetirilmədiyini bildirərək, xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03 iyul 2018-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmət müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə məxsus marketlər şəbəkəsinin daxilində plastik qutuları və alüminium su qablarının yığılması üçün nəzərdə tutulmuş “Phandomat” cihazlarını yerləşdirir. 2018 və 2019-cu illər üzrə sistemə yerləşdirilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC-nin sistemə yerləşdiyi elektron qaimələr üzrə Cavabdeh MMC-nin ödəməli olduğu xidmət haqqı 50131,8 manat təşkil edir. xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədən görünür ki, həmin elektron qaimə üzrə Cavabdeh MMC-nin ödəməli olduğu xidmət haqqı 17048,92 manat təşkil edir. Azərbaycan Sənaye Bankının xx.xx.2020-ci il tarixli elektron qəbzin sürətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə 2769,81 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli ƏDV daxil 2228,02 manat, xx.xx.2020-ci il tarixli ƏDV daxil 2313,75 manat, xx.xx.2020-ci il tarixli ƏDV daxil 2549,95 manat və xx.xx.2020-ci il tarixli ƏDV daxil 3268,37 manat məbləğində ödəniş vərəqələrindən görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə 10360,09 manat məbləğində borc ödənilmiş və 6688,83 manat məbləğində borc qalmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında müvafiq müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MMC ödəməli olduğu xidmət haqqının böyük qismini ödəsə də, xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə 6688,83 manat məbləğində borc qalmışdır. Belə ki, tərəflərin arasında davamlı münasibətlər olmuş iddiaçı cavabdehin vergi elektron sistemində olan kabinetə 50131,80 manat məbləğində borcun ödənilməsi ilə bağlı 2018 və 2019-cu illərdə bir neçə elektron qaimələr göndərmiş, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədən başqa, digər qaimələr üzrə ödənişlər tam həcmdə aparılmışdır. xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədə ƏDV daxil borc 17048,92 manat məbləğində göstərilsə də, cavabdeh tərəfindən həmin qaimə üzrə 2020-ci ilin mart, iyun və sonuncu xx.xx.2020-ci il tarixdə 2769,81 manat olmaqla cəmi 10360,09 manat məbləğində ödənişlər edilmiş, 6688,83 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı isə bildirir ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə sonuncu ödəniş əsas borc üzrə 2769,81 manat olmaqla xx.xx.2020-ci il tarixdə olmuş, iddiaçı isə məhkəməyə xx.xx.2022ci il tarixdə müraciət etmişdir. Həmçinin məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi vəkilin izahatında istinad etdikləri bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədən başqa, cavabdeh digər hər bir qaimə üzrə tələb olan əsas borcla (ƏDV xaric) eyni olan vəsaiti bir dəfəyə ödəməklə icra etmiş, yalnız mübahisəli qaimə üzrə 2020-ci ildə dörd dəfə hissə-hissə ödənişlər etmişdir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6688,83 manat məbləğində xidmət haqqı və 100 manat mediasiya xərcinin, cəmi 6788,83 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6688,83 manat məbləğində xidmət haqqı və 100 manat mediasiya xərcinin cəmi 6788,83 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5241/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5241/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver