Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5251/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən göstərilmiş xidmətə görə ödənilməli olan 14000 manat və mediasiya ödənişi qismində ödənilmiş 205 manat, cəmi 14205 manat məbləğində pulun alınıb İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasında istehsal edilən müxtəlif təyinatlı malların irihəcmli yük avtomobilləri ilə quru yollarla daşınması fəaliyyətini həyata keçirir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, QAYA 048/2022 nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı 2022 ci ildə Cavabdeh sifarişi əsasında 16103 manat dəyərində beynəlxalq yük daşıma xidməti göstərilimişdir. Cavabdeh müxtəlif tarixlərdə göstərilmiş xidmətin dəyərinin 2103 manatını ödəmiş və bü günkü günə 14000 manat borcu qalmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” Cavabdeh) beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada yükdaşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödəniş icraçı tərəfindən iş icra olunduqdan sonra 15 iş günü müddətində nağdsız qaydada həyata keçirilməlidir. Qeyd edirəm ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, QAYA 048/2022 nömrəli beynəlxalq yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ödənişlər yerinə yetirilməmiş və hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş 14000 manat borcu vardır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl prosedura riayət olunmuş və nəticədə mediasiya proseduru ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediatorun xx.xx.2023-cü il tarixli MŞB/3/2023-00929 saylı arayışı ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 və Cavabdeh MMC-nin direktoru X2 izahatlarında tərəflərin arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edərək, müvafiq ərizəni məhkəməyə təqdim etmişlər. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. Cavabdeh MMC-dən göstərilmiş xidmətə görə İddiaçı MMC-yə ödənilməli olan 14000 manat borc.
2. Cavabdeh MMC saziş imzalandıqdan sonra 5 ay ərzində 14000 məbləğində borcu ödəyəcəkdir. Ödənişlər xx.xx.2023-cü il tarixdən başlanılır və xx.xx.2024-cü ildə sona çatdırılır. Ödənişin qrafiki aşağıdakı kimi müəyyən edilir:
1. 01 dekabr 2023-cü il -31 dekabr 2023-cü il tarixədək -2800 manat
2. 01.01.2024-cü il-xx.xx.2024-cü il tarixədək -2800 manat
3. 01.02.2024-cü il -xx.xx.2024-cü il tarixədək -2800 manat
4. 01.03.2024-cü il - xx.xx.2024-cü ilədək - 2800 manat
5. 01.04.2023-cü il-xx.xx.2024-cü il tarixədək - 2800 manat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə iş üzrə materialları araşdırıb və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, hesab edir ki, tərəflərin xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü tarixli barışıq sazişi təsdiq edilsin. e-2-2(113)-5251/2023 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev