Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-529/2023 17.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı X5 nümayəndəsi, Vəkil1 və cavabdeh X2 nümayəndəsi, Vəkil2 iştirakı ilə, İddiaçı X5 cavabdeh X3 qarşı pul tələbinə dair işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 1960 manat ödənilmiş avans, 506,3 manat cərimə, 2030 manat əldən çıxmış fayda, 300 manat hüquqi yardıma görə xərc, cəmi 4796,3 manat və ödənilmiş dövlət rüsumu 67,97 manat, ümumilikdə 4864,27 manatın tutularaq X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X7 xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehin borclu olduğu 2193,60 manat məbləğində borcun, gecikdirilmiş 58 günə görə 127,20 manat cərimənin, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı vəkilə ödədiyim 600 manat məbləğində pulun, mediasiya sessiyasının keçirilməsi üçün tərəfimdən ödənilmiş 60 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyimiz 50 manat məbləğində pulun, ümumilikdə 3030,80 manat məbləğində pulun cavabdeh X4 tutularaq X3 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı X5 cavabdeh X3 qarşı pul tələbinə dair e-2-2(113)-529/2023 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iddiaçı X2 cavabdeh X6 qarşı pul tələbinə dair e-2-2(113)-127/2023 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı X5 cavabdeh X3 qarşı pul tələbinə dair e-2-2(113)-529/2023 nömrəli kommersiya mübahisəsi ilə bağlı iş, iddiaçı X2 cavabdeh X6 qarşı pul tələbinə dair e-2-2(113)- 127/2023 nömrəli kommersiya işinə birləşdirilsin. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-529/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-529/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver