Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5422/2022 08.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, nümayəndə X1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 fevral 2018-ci il tarixli müqavilə üzrə 10341,59 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 07 fevral 2018-ci il tarixli korporativ internet telekommunikasiya xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Azeronline Beehiveyə ayrılmış xətt vasitəsi ilə internet xidməti göstərmişdir. Müqaviləyə 07 fevral 2018-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən aylıq xidmət haqqı ƏDV daxil 234,82 manat olmuşdur. 01 mart 2018-ci il tarixli Xəttin qoşulma aktına əsasən xidmət təqdim edilməyə başlanılmışdır. Həmin müqavilə üzrə Beehivenin Azeronlineyə cəmi ƏDV daxil 10341,59 manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə Beehiveyə pretenziya göndərilmiş, borcun ödənilməsi yazılı şəkildə tələb edilsə də müsbət nəticə əldə edilməmişdir. Kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində və ilkin mediasiya sessiyasında iştirak məcburi olduğundan tərəfimizdən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası keçirilmiş, sessiyadan sonra prosesin davam etdirilməməsi qərara alınmış, xx.xx.2022-ci il tarixli MŞB/4-01151 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış” verilmişdir. Göründüyü kimi kommersiya münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələbinə riayət olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş və ərizədə bildirmişdir ki, iddia tələbinin məzmunundan görünür ki, iddiaçının iddiasının əsasını İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Korporativ internet telekommunikasiya xidməti müqaviləsi”ndən irəli gələn borc mübahisəsi təşkil edir. Yuxarıda istinad edilən müqavilənin 4.1-ci bəndindən görünür ki, müqavilə onun imzalandığı gündən, yəni xx.xx.2018-ci ildən qüvvəyə minməklə 1 il müddətinə bağlanmışdır. Sözügedən müqavilənin 3.2-ci bəndinin tələbinə görə birdəfəlik quraşdırma haqqı bu müqavilənin 1.5-ci bəndində bəhs edilən akt imzalandıqdan soma, aylıq xidmət haqqı isə hər ayın əvvəlində cari ay üçün “İcraçı” tərəfindən “İstifadəçi”yə təqdim edilən ödəniş sənədləri əsasında 7 gün ərzində köçürmə yolu ilə ödənilir. İstinad olunan bəndin tələbindən görünür ki, aylıq xidmət haqqı icraçı tərəfindən istifadəçiyə təqdim edilən ödəniş sənədi əsasında istifadəçi tərəfindən 7 gün ərzində köçürmə yolu ilə icraçıya ödənilməlidir. Qeyd etməyi zəruri hesab edirik ki, 2018-ci ilin iyun ayından tərəflərin qarşılıqlı razılığı ilə yuxarıda sözügedən müqavilə üzrə xidmətlərin göstərilmər’ dayandırılmış və bu səbəbdən də, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli müqavilənin 3.2ci bəndinə əsasən, istifadəçiyə aylıq xidmət haqqının ödənilməsi üçün ödəniş sənədi təqdim olunmamışdır. Bu səbəbdən Cavabdeh MMC tərəfindən 2018-ci ilin iyul ayının 28dən İddiaçınə aylıq xidmət haqqı ödənilməmişdir. Yuxanda sadalanan xüsusatlardan, xüsusən də iddiaçı tərəfindən 2018-ci ilin iyun ayından sonra istifadəçi olaraq Cavabdeh MMC-yə aylıq xidmət haqqının ödənilməsi üçün ödəniş sənədi təqdim etməməsindən və xx.xx.2018-ci il tarixdən hal-hazıradək Cavabdeh MMC tərəfindən İddiaçınə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, hər hansı məbləğdə xidmət haqqının ödənməməsindən müəyyən olunur ki, tərəflər öz iradələrini könüllü ifadə edərək aralarında bağlanmış müqaviləni 2018-ci ilin iyun ayından ləğv etmişlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinin tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İstinad edilən Məcəllənin 404.2-ci maddəsinin tələbinə görə isə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır. Qeyd edilməsi zəruridir ki, İddiaçı iddia müddətini ötürdükdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir ki, bu hal da hazırkı ərizə əsasında iddia tələbinin rədd edilməsi üçün müstəqil əsasdır. Nəzərə alınmalıdır ki, iddiaçıya yuxarıda sözügedən müqavilə üzrə aylıq xidmət haqları xx.xx.2018-ci il tarixindən ödənilmir. Belə olan təqdirdə iddiaçının hüquqları 2018-ci ilin iyun ayından pozulmuş hesab edilir ki, qeyd olunan tarix iddia müddətinin başlanğıcını ehtiva edir. İddiaçı hüquqlarının həmin tarixdən pozulduğunu bilməli olmuşdur. Qeyd edirik ki, 2018-ci ilin iyun ayından keçən 3 (üç) il müddətində iddiaçı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının MM-nin 375-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sözügedən Məcəllənin 376-cı maddəsinin tələbinə görə isə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. İstinad olunan Məcəllənin 377-ci maddəsinin tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz vermiş və etirazında bildirmişdir ki, cavabdehin 07 fevral 2018-ci il tarixli korporativ internet telekommunikasiya xidməti müqaviləsi (Müqavilə) üzrə 2018-ci ilin iyun ayından etibarən tərəflərin qarşılıqlı razılığı ilə xidmət göstərilməsinin dayandırılması və bununla da müqavilənin ləğv edilməsi barədə dəlili tamamilə əsassız olmaqla Müqavilə şərtlərinə uyğun şəkildə rəsmiləşdirmə və ümumiyyətlə hər hansı bir məktub və ya müqaviləyə əlavə ilə öz təsdiqini tapmır. Əksinə Müqavilənin 1.1 -ci bəndinə əsasən bu Müqavilənin predmetini “İcraçı” tərəfindən “İstifadəçi”yə ayrılmış xətt vasitəsi ilə internet xidmətinin (bundan sonra “Xidmət”) göstərilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən Xidmətlər “İstifadəçf’nin bu X3 müəyyənləşdirilən obyektlərindəki qoşulma nöqtəsinə ayrılmış xətt (bundan sonra “Xətt”) vasitəsilə həyata keçirilir. Müqavilənin 1,5-ci bəndinə əsasən bu Müqavilənin 1,2-ci bəndində nəzərdə tutulan Xətt tərəflərin nümayəndələri tərəfindən “Xəttin qurulma aktı” tərtib edilərək, təsdiq edildiyi tarixdən qurulmuş hesab edilir. Müqavilənin 2.1.1 -ci bəndinə əsasən "İcraçı" Xətti öz hesabına quraraq “İstifadəçi”nin internetə qoşulmasını va internet əlaqəsinin yaradılmasını təmin edir. Müqavilənin 2.2.9-cu bəndinə əsasən "İstifadəçi" Xidmətdən bu Müqavilədə göstərilmiş ünvanda istifadə edə biləcəyini təsdiq və qəbul edir. Müqaviləyə xx.xx.2018-ci il tarixli Əlavə Saziş N1-in 1-ci bəndinə əsasən "İcraçı" “İstifadəçi”nin aşağıda göstərilmiş obyektlərindəki qoşulma nöqtəsinə ayrılmış xətt vasitəsi ilə Xidmətlər həyata keçirir. X6-in 2-ci bəndinə əsasən bu Sazişin imzalanması ilə birdəfəlik quraşdırma haqqının və aylıq xidmət haqqının ödənilməsi müqavilə şərtlərinə uyğun olaraq “İstifadəçi” tərəfindən təmin edilməlidir. Əlavə Saziş N1 əsasən imzalanmış xx.xx.2018-ci il tarixli Xəttin qurulma Aktının 1 -ci bəndi ilə tərəflər təsdiq etmişdir ki, “İstifadəçi”nin aşağıda göstərilmiş obyektlərinə ayrılmış xətt “Azeronline" tərəfindən qoşuldu və müqavilədə göstərilmiş Xidmətlər təqdim edilməyə başlanıldı. “Azeronline’ tərəfindən Xidmət göstərilməsi tiçün 1 ədəd Nanostation M2 cihazı Xidmət dövründə istismar edilməs: və Xidmətə son verildikdə geri qaytarılması üçün təchiz edildi. Xəttin qurulma Aktının 2-ci bəndi ilə tərəflər təsdiq etmişdir ki, “İstifadəçi”nin Xəttin qoşulmas və müqavilədə göstərilmiş Xidmətlər təqdim edilməyə başlanılması ilə bağlı iradı yoxdur. Xəttin qurulma Aktının 3-cü bəndi ilə tərəflər təsdiq etmişdir ki, bu Aktın imzalanması il: birdəfəlik quraşdırma haqqının və aylıq xidmət haqqının ödənilməsi müqavilə şərtlərinə uyğun olara< “İstifadəçi” tərəfindən təmin edilməlidir. Göründüyü kimi iddiaçı cavabdeh üçün xidmətlərdən istifadə üçün şərait yaratmış, interne bağlantısı qurmuş və cavabdeh xidmətdən imtina etməmiş, bütün dövr ərzində onun xidmətdən istifadə etmək imkanı olmuş, ona bu texniki imkan yaradılmışdır ki, bu halda xidmət haqqı ödənilməlidir. Təsadüfi deyil ki, xidmət verilməsi üçün xx.xx.2018-ci il tarixində təchiz edilmiş cihaz qarşı tərəfin bildirdiyi kimi müqaviləyə guya xitam verildiyi 2018-ci ilin iyun ayında deyil, xx.xx.2022-ci il tarixində podratçımız "xxxx" MMC tərəfindən demontaj edilmişdir. Əgər həqiqətən də Müqaviləyə xitam verilmişdirsə onda hansı səbəbdən avadanlıq bundan 4 il sonra demontaj edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddia müddətinin tətbiqinə dair ərizə və onun dəlilləri hüquqdan sui- istifadədir. Cavabdehin müqaviləyə xitam verilməsi barədə dəlilini əsaslandırdığı AR MM-nin 404.1 və 404.2-ci maddələri də hazırkı iş üzrə əhəmiyyətə malik deyil. Belə ki, Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin “Müqavilə anlayışı və şərtləri” adlanan §1 aid olan həmin maddə müqavilənin xitam, ləğv və ya qüvvədə düşməsinə aid olmamaqla “Müqavilənin təfsirindən” bəhs edir. Həmin maddə müqavilə şərtlərini təfsir edilməsi, mətndəki söz və ifadələrin mənasının müəyyən edilməsindən bəhs edir. Müqavilənin müddəti və onun uzadılması, o cümlədən ona xitam verilməsi şərtləri isə aşkar şəkildə Müqavilənin 4-cü bəndində göstərilmişdir və burada mətndəki söz və ifadələrin mənasının müəyyən edilməsi və təfsiri ilə bağlı məsələlər birmənalıdır. Odur ki. Müqavilənin 4-cü bəndi və Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” adlanan §4 aid müddəalar, o cümlədən müntəzəm vəə fasiləsiz xidmətlər kateqoriyasına aid olan internet telekommunikasiya xidmətinin xüsusiyyətləri onu deməyə əsas verir ki, xidmət alan tərəfin xidmətdən imtina etməsi barədə rəsmi müraciəti olmadığı dövrdə xidmət təqdim edilmiş hesab edilir. Özü-özlüyündə iddia müddətinin tətbiqinə dair ərizənin verilməsi xidmətin təqdim edilməsinin etirafını təşkil edir. Lakin, burada qeyd edilməlidir ki, iddia müddətinin tətbiqinə dair ərizə iddianın tam rədd edilməsi ilə nəticələnə bilməz. Belə ki, tələblərin yalnız az bir qismi 3 illik iddia müddətindən kənarda qalır və iddia müddəti ötməmiş hissəyə dair də iddia müddətinin ötürülməsi barədə ərizə hüquqdan sui-istifadəni təşkil edir. Müqavilənin ümumi məzmunundan və 3.2-ci bəndindən görünür ki, xidmət aylıq əsasda təqdim edilir, hər ay üçün xidmət haqqı ayrı-ayrılıqda ödənilməlidir. Belə olan halda hər bir ay üçün tələb hüququ ayrılıqda yaranır və hər bir ay üçün ayrı-ayrılıqda iddia müddəti hesablanmalıdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə cari ilin sentyabr ayında müraciət etmişdir və xx.xx.2018 - xx.xx.2022-ci illər dövrünü əhatə edən borcu tələb etmişdir. Belə olan halda iyun 2018 - avqust 2019-cu illəri əhatə edən dövr üzrə aylıq ödənişlərin tələb hüququ yarandığı andan 3 illik iddia müddəti bitsə də, sentyabr 2019fevral 2022-ci illəri əhatə edən dövr üzrə ayılıq ödənişlərin tələb hüququ yarandığı andan 3 illik iddia müddəti ötməmişdir və bu dövr üzrə vaxtaşırı icra edilməli öhdəlikləri təşkil edən aylıq haqların ƏDV daxil 6952,40 AZN cəmi məbləğindən ibarət borca iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 və iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi və iddia müddətinin tətbiqinə dair ərizəyə etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin izahatlarında 2019cu ilin sentyabr ayından cari ilin fevral ayına kimi 6952,40 manat məbləğində borcun olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izahatında 2018-ci ilin iyun ayının ortalarından etibarən qarşılıqlı razılaşma əsasında iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinə xitam verildiyini, iddiaçı tərəfindən həmin dövrdən internet xidmətlərinin göstərmədiyini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 fevral 2018-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış korporativ internet telekommunikasiya xidməti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə ayrılmış xətt vasitəsilə internet xidmətinin göstərilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən birdəfəlik quraşdırma haqqı bu müqavilənin 1.5-ci bəndində bəhs edilən akt imzalandıqdan sonra, aylıq xidmət haqqı isə hər ayın əvvəlində cari ay üçün İddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim edilən ödəniş sənədləri əsasında 7 gün ərzində köçürmə yolu ilə ödənilir. Müqavilənin 4.3-cü maddəsinə əsasən bu müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. İddiaçı tərəfindən sistemə yerləşdirilən ayrılmış xətt xidməti üzrə aylıq ödənilməli olan xidmət haqqı üzrə xx.xx.2018-ci EAAH seriyalı 996160 nömrəli 234,82 manat məbləğində, xx.xx.2018-ci il tarixli EAAİ seriyalı 749774 nömrəli 234,82 manat məbləğində, xx.xx.2018ci il tarixli EAAJ seriyalı 441110 nömrəli 234,82 manat məbləğində və xx.xx.2018-ci il tarixli EAAK seriyalı 171808 nömrəli 133,07 manat məbləğində elektron qaimələrdən görünür ki, həmin dövrlər ərzində İddiaçı Cavabdeh MMC-yə müqavilə üzrə xidmət göstərmişdir. Azərbaycan Respublikası 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış 07 fevral 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ayrılmış xətt vasitəsilə internet xidmətinin göstərilməsi təşkil edilmişdir. İddiaçı internet xidmətlərin cari ilin fevral ayına kimi göstərildiyini və həmin ayda xitam verildiyini bildirsə də, cavabdeh həmin xidmətin 2018-ci ilin iyun ayının təxminən yarısınadək göstərildiyini, daha sonra tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verildiyini qeyd etmişdir. İddiaçı istinad etdikləri ilə bağlı məhkəməyə yalnız 2018-ci ilin mart, aprel, may və iyun (17 gün) ayları üzrə internet xidmətlərinin göstərilməsini əks etdirən elektron qaimələr təqdim etmiş, 2018-ci ilin iyun (qalan 13 gün) ayından cari ilin fevral ayına kimi isə xidmətlərin göstərilməsini əks etdirən, maliyyə arayışından başqa hər hansı sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 2018-ci ilin mart, aprel və may ayları üçün elektron qaimələrdə aylıq xidmət haqqı 234,82 manat kimi qeyd edilsə də, son yəni xx.xx.2018-ci il tarixli EAAK seriyalı 171808 nömrəli elektron qaimədə xidmət haqqı digər aylara münasibətdə daha az 133,07 manat (17 gün) qeyd edilmiş, bu isə onu göstərir ki, iddiaçı tərəfindən cavabdehə yalnız 17 gün internet xidməti göstərilmiş, xx.xx.2018-ci il tarixdən sonra isə elektron qaimələrin olmaması, məhkəmə tərəfindən internet xidmətlərin göstərilməməsi kimi qiymətləndirilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 2022-ci ilin fevral ayına kimi cavabdehə internet xidmətinin göstərildiyini bildirsə də və müqavilənin 3.2-ci maddəsində “ödənilməli olan xidmət haqqı hər ayın əvvəlində cari ay üçün İddiaçı tərəfindən Cavabdeh MMC-yə təqdim edilən ödəniş sənədləri əsasında 7 gün ərzində köçürmə yolu ilə ödənilməsi qeyd olunsa da, 2018-ci ilin iyun ayın 18-dən internet xidmətlərinin göstərilməsini və ya həmin xidmətə görə ödəniş tələbini əks etdirən sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin müqavilənin 4.3-cü maddəsindən görünür ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə müqavilə müddətinin istənilən dövründə vaxtından əvvəl xitam verilə bilər. İddiaçı cavabdehlə müqaviləyə xitam verilməsi ilə bağlı qarşılıqlı razılığın olmamasını qeyd etsə də, 2018-ci ilin iyun ayının 18-dən etibarən iddiaçı tərəfindən cavabdehə hər hansı ödəniş sənədlərinin təqdim edilməməsi müqaviləyə xitam verilməsi ilə bağlı tərəflərin razılığa gəlməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı tərəfindən 2018-ci ilin iyun ayının 18-dən cari ilin fevral ayına kimi Cavabdeh MMC-yə internet xidmətlərin göstərilməsi ilə bağlı mötəbər sübutlar təqdim edilmədiyinə görə iddiaçının həmin dövr üçün xidmət haqqı tələbi ilə bağlı iddiası təmin edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı 07 fevral 2018-ci il tarixli müqavilə üzrə 10341,59 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı 07 fevral 2018-ci il tarixli müqavilə üzrə 10341,59 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-5422/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5422/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver