Məhkəmə qərarları › İş №e-2-2(113)-5451/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5451/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5451/2023 04.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2021 ci il tarixli tərəfdaşlıq (dilerlik) və eyni tarixli tam maddi məsuliyyət haqqında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh verilmiş mühərrik və sürtgü yağlarının dəyərini təşkil edən və cavabdeh tərəfindən ödənilməyən 43085,65 manat (qırx üç min səksən beş manat altmış beş qəpik) məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 221 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, cəmi 43606,65 manat (qırx üç min altı yüz altı manat altmış beş qəpik) məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili və cavadbeh tərəflər arasında barışıq sazışının bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 23 noyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı, Cavabdeh qarşı eyni tərəflər arasında “mühərrik və sürtgü yağlarının satışına dair 04 mart 2021 ci il tarixli tərəfdaşlıq (dilerlik) və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələr üzrə ödənilməyən 43085,65 (qırx üç min səksən beş manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 221 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 300 manat vəsait olmaqla, cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən hazırkı barışıq sazişinin şərtlərinə uyğun ödənilməsi ilə razılaşır.

2. Cavabdeh, İddiaçı Cavabdeh qarşı eyni tərəflər arasında “mühərrik və sürtgü yağlarının satışına dair 04 mart 2021 ci il tarixli tərəfdaşlıq (dilerlik) və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələr üzrə ödənilməyən 43085.65 (qırx üç min səksən beş manat 65 qəpik ) məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 221 - manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 300 manat vəsait olmaqla, cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsinə dair iddia tələbini tam olaraq qəbul edir və qeyd olunan cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğdə pul vəsaitini hazırkı barışıq şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh, qeyd olunan cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğdə pul vəsaitini hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən başlayaraq hər ay 1000 (bir min) manat olmaqla, lakin 1000 (bir min) manatdan az olmamaq, eyni zamanda hər ayın sonuncu iş gününü keçməmək şərti ilə hissə-hissə olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh tərəfindən hazırkı sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliyin icrası 15 gündən artıq müddətə pozulduğu halda (cavabdeh tərəfindən aylıq 1000 (bir min) manat ödənişi 15 gündən artıq müddətə gecikdirildiyi halda) hazırkı sazişin 3-cü bəndi qüvvəsini itirir və cavabdeh iddiaçıya hazırkı sazişin 2-ci bəndində qeyd olunan borc məbləğini tam olaraq birdəfəyə ödəməyi öhdəsinə götürür.

5. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh hazırkı saziş üzrə ödəmələri iddiaçının bank hesabına ödəməklə həyata keçirəcəkdir.

6. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən hazırkı sazişin 3-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulduğu gündən başlayaraq hesablanmaqla 15 gün müddət başa çatdığı gündən etibarən İddiaçı MMC hazırkı barışıq sazişinin məcburi icraya yönəldilməsini tələb etmək hüququ əldə edir.

7. Hər bir tərəf hazırkı barışıq sazişində öhdəliklərin icrası üçün nəzərdə tutulan müddətlərin pozulmasına görə müstəqil olaraq məsuliyyət daşıyır.

8. Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin şərtləri tam icra edildiyi halda gələcəkdə yuxarıda qeyd edilən hallarla (barışıq sazişi ilə tənzimlənən münasibətlərlə) bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər.

9. Tərəflər hazırkı sazişi həmin sazişdə göstərilən şərtlərlə, heç bir kənar təsir və təzyiq olmadan, özlərinin sərbəst iradə ifadəsi kimi könüllü olaraq imzalayırlar.

10. Bu sazişin şərtləri yerinə yetirilmədikdə, bu saziş icra sənədi qüvvəsinə malikdir və məcburi icra olunmalıdır.

11. Hazırkı saziş eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.

12. Azərbaycan Respublikası MPM-nin 191-ci , 262-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddələrinin tələbləri bizə tam aydındır.

13. Barışıq sazişinin mətni iddiaçı və cavabdeh hüquqi şəxslərin iradəsinə uyğun olaraq tərtib edilmişdir, ona görə də imzamızla təsdiq edirik.

14. Barışıq sazişi MPM-nin 261-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün əsasdır. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. İddiaçı, Cavabdeh qarşı eyni tərəflər arasında “mühərrik və sürtgü yağlarının satışına dair 04 mart 2021 ci il tarixli tərəfdaşlıq (dilerlik) və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələr üzrə ödənilməyən 43085,65 (qırx üç min səksən beş manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 221 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 300 manat vəsait olmaqla, cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tərəfindən hazırkı barışıq sazişinin şərtlərinə uyğun ödənilməsi ilə razılaşır.

2. Cavabdeh, İddiaçı Cavabdeh qarşı eyni tərəflər arasında “mühərrik və sürtgü yağlarının satışına dair 04 mart 2021 ci il tarixli tərəfdaşlıq (dilerlik) və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələr üzrə ödənilməyən 43085.65 (qırx üç min səksən beş manat 65 qəpik ) məbləğində pul vəsaitinin, dövlət rüsumu olaraq ödənilmiş 221 - manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 300 manat vəsait olmaqla, cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsinə dair iddia tələbini tam olaraq qəbul edir və qeyd olunan cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğdə pul vəsaitini hazırkı barışıq şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürür.

3. Cavabdeh, qeyd olunan cəmi 43606,65 (qırx üç min altı yüz altı manat altmış beş qəpik) manat məbləğdə pul vəsaitini hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən başlayaraq hər ay 1000 (bir min) manat olmaqla, lakin 1000 (bir min) manatdan az olmamaq, eyni zamanda hər ayın sonuncu iş gününü keçməmək şərti ilə hissə-hissə olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh tərəfindən hazırkı sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliyin icrası 15 gündən artıq müddətə pozulduğu halda (cavabdeh tərəfindən aylıq 1000 (bir min) manat ödənişi 15 gündən artıq müddətə gecikdirildiyi halda) hazırkı sazişin 3-cü bəndi qüvvəsini itirir və cavabdeh iddiaçıya hazırkı sazişin 2-ci bəndində qeyd olunan borc məbləğini tam olaraq birdəfəyə ödəməyi öhdəsinə götürür.

5. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh hazırkı saziş üzrə ödəmələri iddiaçının bank hesabına ödəməklə həyata keçirəcəkdir.

6. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən hazırkı sazişin 3-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulduğu gündən başlayaraq hesablanmaqla 15 gün müddət başa çatdığı gündən etibarən İddiaçı MMC hazırkı barışıq sazişinin məcburi icraya yönəldilməsini tələb etmək hüququ əldə edir.

7. Hər bir tərəf hazırkı barışıq sazişində öhdəliklərin icrası üçün nəzərdə tutulan müddətlərin pozulmasına görə müstəqil olaraq məsuliyyət daşıyır.

8. Tərəflər razılığa gəlirlər ki, barışıq sazişinin şərtləri tam icra edildiyi halda gələcəkdə yuxarıda qeyd edilən hallarla (barışıq sazişi ilə tənzimlənən münasibətlərlə) bağlı bir-birlərinə qarşı heç bir tələb irəli sürməyəcəklər.

9. Tərəflər hazırkı sazişi həmin sazişdə göstərilən şərtlərlə, heç bir kənar təsir və təzyiq olmadan, özlərinin sərbəst iradə ifadəsi kimi könüllü olaraq imzalayırlar.

10. Bu sazişin şərtləri yerinə yetirilmədikdə, bu saziş icra sənədi qüvvəsinə malikdir və məcburi icra olunmalıdır.

11. Hazırkı saziş eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir.

12. Azərbaycan Respublikası MPM-nin 191-ci , 262-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddələrinin tələbləri bizə tam aydındır.

13. Barışıq sazişinin mətni iddiaçı və cavabdeh hüquqi şəxslərin iradəsinə uyğun olaraq tərtib edilmişdir, ona görə də imzamızla təsdiq edirik.

14. Barışıq sazişi MPM-nin 261-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün əsasdır. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar