Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5453/2022 02.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC -nin xeyrinə 23.309,72 manat məbləğində borcun və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 16 avqust 2021-ci il tarixli, 232/01/306 № li, “Xidmət müqaviləsi”nə uyğun olaraq iddiaçı tərəfindən həmin müqavilənin şərtləri əsasında müəyyənləşdirilən xidmətlərin göstərilməsi təmin edilmişdir. Sözügedən müqavilənin 2-ci bəndinə əsasən Cavabdeh MMC göstərilmiş xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürsə də, hazırkı vaxtadək həmin müqavilə üzrə göstərilmiş xidmətlərin 23.309,72 (iyirmi üç min üç yüz doqquzmanat yetmiş iki qəpik) manat məbləğində olan dəyərinin ödənilməsi Cavabdeh MMC tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 232/01/306 nömrəli xidmət müqaviləsi bağlanmış, tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Müştəri (Cavabdeh MMC) bununla bu Müqaviləyə Əlavələr formalaşdıran Texniki Tapşırığa əsasən xidmətləri göstərməyi həvalə edir və Firma (İddiaçı MMC) isə həmin xidmətləri yerinə yetirməyə razılaşır. Müqavilənin 2.2-ci bəndinə əsasən Xidmətlər Texniki Tapşırıqda təsvir olunduğu kimi göstərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə 1 nömrəli Cədvəl ilə tərəflər arasında “Firma işçilərinin saat ödəniş dərəcələri” razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə 2 nömrəli Cədvəl ilə tərəflər arasında “Müştərinin firmaya texniki tapşırıq vermək hüququna malik səlahiyyətli əməkdaşlarının adları, imza nümunələri və əlaqə məlumatları” razılaşdırılmışdır. Hər iki Cədvəl tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə xx.xx.2021ci il tarixli 5TX nömrəli Əlavə ilə tərəflər arasında “Tələb olunan xidmətlərə dair Texniki tapşırıq” imzalanmış və təsdiq edilmişdir. Texniki Tapşırığın mahiyyəti müştərinin 2020-ci il üzrə vergi hesabatlarının yoxlanılmasından ibarətdir. Qeyd edilən texniki tapşırıqda xidmətlərin dəyəri 10.000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə xx.xx.2021ci il tarixli 6HR nömrəli Əlavə ilə tərəflər arasında “Tələb olunan xidmətlərə dair Texniki tapşırıq” imzalanmış və təsdiq edilmişdir. Texniki Tapşırığın mahiyyəti müştərinin 2020-ci il və 2021-ci il ilin 9 ayı üçün kadr sənədləşməsinin yoxlanılmasından ibarətdir. Qeyd edilən texniki tapşırıqda xidmətlərin dəyəri 3.000 ABŞ dolları müəyyən edilmişdir. Hazırki mübahisə tərəflər arasında “vergi hesabatlarının və kadr sənədləşməsinin yoxlanılması” xidmətləri ilə bağlıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə adı çəkilən xidmətlərin göstərilməsi haqqında müqavilə ilə yaranmış öhdəlik üzrə pulun tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, “vergi hesabatlarının və kadr sənədləşməsinin yoxlanılması” xidmətlərinin göstərilməsi haqqında müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilə bilər. Ancaq qeyd edilməlidir ki, nə qeyd edilən xidmətlərin göstərilməsi haqqında müqavilə nə də Xidmət müqaviləsi mülki qanunvericilikdə birbaşa möhkəmlənməmiş olsa da, hazırkı halda Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarına uyğun araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfin tələb etmiş olduğu 23.309,72 manatın 20.060 manat hissəsi xx.xx.2021-ci il tarixli 5TX nömrəli texniki tapşırığın yəni müştərinin 2020-ci il üzrə vergi hesabatlarının yoxlanılması ilə bağlı, 3.249,72 manat hissəsi isə xx.xx.2021-ci il tarixli 6HR nömrəli texniki tapşırığın yəni müştərinin 2020-ci il və 2021-ci il ilin 9 ayı üçün kadr sənədləşməsinin yoxlanılması ilə bağlı görülmüş işlərə görə pulun tələb edilməsini əhatə edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan məqam İddiaçı MMC tərəfindən texniki tapşırıqlarda göstərilmiş işlərin icra edilib-edilməməsi, icra edilibsə hansı səviyyədə icra edilməsidir. Bununla bağlı işə əlavə edilmiş vergi hesabatlarının yoxlanılması ilə bağlı texniki tapşırıq üzrə görülmüş işlərə dair rəydən görünür ki, İddiaçı MMC qeyd edilən texniki tapşırıq üzrə öz üzərinə düşən öhdəliyi icra etmişdir. Ancaq cavabdeh tərəf qeyd edilən işləri qəbul etməmiş və hər hansı bir əsas göstərmədən xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsinə, xx.xx.2021-ci il tarixli 5TX nömrəli və xx.xx.2021-ci il tarixli 6HR nömrəli Əlavəyə (texniki tapşırıqlara) xitam verilməsinə dair bildiriş vermiş və göndərilmiş elektron qaiməni də, “xidmət tərəfimizdən qəbul edilməyib” başlığı ilə düzəlişə göndərmişdir. Ancaq qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli Xidmət Müqaviləsinin 6-cı bəndinin şərtlərinə əsasən təqdim olunmalı materiallarının təqdim edildiyi vaxt X5 fakturanı ya İnternet Vergi İdarəsi vasitəsi ilə və ya, bu praktiki cəhətdən mümkün olmadıqda, kağız formasında təqdim edəcəkdir. Müştəri ona verilən qaimə fakturanı imzalayıb 5 gün ərzində Firmaya geri qaytarmalıdır və ya bunu etməkdən imtina edib Firmaya etirazları, onları doğuran səbəblərin siyahısını və müvafiq əsaslandırmaları daxil etməklə yazılı bildiriş təqdim etməlidir. Əgər müştəri bu Müqavilənin 6.2-ci bəndinə nəzərdə tutulan müddət ərzində Qaimə Fakturanı nə təsdiq nə də təsdiq etməkdən imtina edərsə, xidmətlər lazımi qaydada göstərilmiş və Müştəri tərəfindən müvafiq qaydada qəbul edilmiş, Xidmət haqqı isə tam ödənilməli hesab olunacaqdır. Göründüyü kimi, iddiaçı tərəf vergi hesabatlarının yoxlanılması ilə bağlı texniki tapşırıq üzrə görülmüş işlərə dair rəyi hazırlamış ancaq cavabdeh tərəf qeyd edilən işləri qəbul etməmiş, heç bir əsas göstərmədən onu qəbul etməkdən imtina etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, vergi hesabatlarının yoxlanılması ilə bağlı texniki tapşırıq üzrə işlər tam icra edildiyindən qeyd edilən xidmətin dəyəri olan ƏDV daxil 20.060 manat pulun tutulması hissəsində iddia əsaslıdır. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 6HR nömrəli texniki tapşırığın yəni 2020-ci il və 2021-ci il ilin 9 ayı üçün kadr sənədləşməsinin yoxlanılması üzrə tələb edilən 3.249,72 manat pulla bağlı aşağıdakıları qeyd edir. İşə əlavə edilmiş tərəflərin elektron poçt vasitəsi ilə yazışmaların mətnindən bəlli olur ki, iddiaçı tərəfindən sonuncu qeyd edilmiş texniki tapşırığın icrası ilə bağlı sənədlər istənilmiş, həmin sənədlərin bir qismi cavabdeh tərəfindən iddiaçıya təqdim edilsə də, bir hissəsi təqdim edilməmiş və bu səbəbdən də, qeyd edilmiş texniki tapşırıqda göstərilmiş işlərin tam həcmdə görülməsi mümkün olmamışdır. Ancaq işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli hesab-fakturadan görünür ki, iddiaçının 3 əməkdaşı birlikdə yəni Kamilə Qayıbova, Təhminə Fətullayeva, Fərəh Haqverdiyeva cəmi qeyd edilmiş işlərin icrası ilə bağlı 28 saat 24 dəqiqə vaxt sərf etmişlər və qeyd edilən saat işlərə görə əməyin əvəzi isə 3.249,72 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 6HR nömrəli texniki tapşırığa yəni 2020-ci il və 2021-ci il ilin 9 ayı üçün kadr sənədləşməsinin yoxlanılması ilə bağlı görülmüş işlərə görə 3.249,72 manat pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, 200 manat pul İddiaçı tərəfindən ödənilmişdir. Ona görə də, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2021-ci il tarixli 232/01/306 nömrəli xidmət müqaviləsi üzrə 23.309 (iyirmi üç min üç yüz doqquz) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5453/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5453/2022
02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver