Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5502/2024 30.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" BANK ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BANK ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Maraqlı şəxs qarşı xx.xx.2021-ci tarixli DKM/**********120/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.0164 ha torpaq sahəsində yerləşən 4B nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135.2.kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (1-ci İpoteka predmeti), xx.xx.2021-ci il tarixli DKM-**********04120/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, mülkiyyət hüququ ilə cavabdeh "xxxx" MMC-yə məxsus olan və sonuncunun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində istifadəsində olan 0.016390 ha torpaq sahəsində yerləşən4E nömrəli, 3 mərtəbəli, ümumi sahəsi 488.9 kv.m olmaqla, 135.2.kv.m yaşayış, 190 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə (2-ci İpoteka predmeti), xx.xx.2020-ci il tarixli DKM/**********04120/SİM-2№-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh2 mülkiyyətində olan və sonuncunun Bakı şəhəri, Xətai rayonu, 2948-ci məhəllə, Xudu Məmmədov küçəsində istifadəsində olan 0.03604 ha torpaq sahəsində yerləşən 2D nömrəli, 3 mərtəbəli, 1334.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına (3-cü «İpoteka predmeti»), xx.xx.2020-ci il tarixli DKM/**********04120/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2.55 hatorpaq sahəsinə (4-cü «İpoteka predmeti») tutma yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılsın və həmin əmlakların satışından əldə olunan vəsaitlər hesabına borcalan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli DKM/**********04120 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısındakı 1 864 000 (bir milyon səkkiz yüz altmış dörd min) manat məbləğində əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 39 375 (otuz doqquz min üç yüz yetmiş beş) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 114 700,50 (bir yüz on dörd min yeddi yüz manat 50 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 159 306,25 (bir yüz əlli doqquz min üç yüz altı manat 25 qəpik) manat məbləğində penya, cəmi 2 177 381,75 ( iki milyon yüz yetmiş yeddi min üç yüz səksən bir manat 75 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 372 (üç yüz yetmiş iki) manat, iddia ərizəsinin verilməsinə görə 1 878,69 (bir min səkkiz yüz yetmiş səkkiz manat 69 qəpik) manat ödənilmiş dövlət rüsumunun və «1-ci İpoteka predmeti»nin və «2-ci İpoteka predmeti»nin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi və qeyd edilənlərin iddiaçı "xxxx" BANK ASC-nin хеyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə cavabdehlər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" BANK ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Maraqlı şəxs qarşı “ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı "xxxx" BANK ASC -yə geri qaytarılsın. İddiaçı "xxxx" BANK ASC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2-2(113)-5502/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5502/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver