Məhkəmə qərarları › İş №e-2-2(113)-5568/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5568/2024

02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5568/2024 02.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həşimova Günay Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçıun cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "xxxx" tələbinə dair iddiası üzrə icraatın təzələnməsi məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə (bundan sonra – cavabdeh) qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan ASC "xxxx" sğorta şirkətindən 7447 və 01% manat və əlavə olaraq 5000 manat, mənəvi ziyanın alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC "Standard İnsurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. , Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Mərkəzi X1 Cəmiyyəti "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Açıq Səhmdar Cəmiyyəti "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun borclunun müflis elan olunmasının nəticələrini müəyyən edən 18-ci maddəsinə görə:

1. Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan həmin şəxsə bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və banka qarşı tələblər yalnız qanunvericilikdə nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. İddia ərizəsinin məzmunundan isə görünür ki, iddianın predmetini sığorta ödənişinin həyata keçirilməsi, yəni iddiaçının barəsində iflas proseduruna başlanılmış "xxxx" Sığorta şirkətinə qarşı sığorta müqaviləsindən irəli gələn kreditor tələbi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Standard İnsurance” Sığorta şirkətinə qarşı irəli sürdüyü iddia üzrə tələb barəsində iflas hüquqi şəxsə qarşı yönəldilmiş kreditor tələb olduğundan “Müflisləşmə və iflas haqqında” AR Qanununun 18-ci maddəsinin tələblərinə əsasən həmin iddia ərizəsinə məhkəmədə baxılmalı deyil. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələbləri iflas proseduru çərçivəsində irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "xxxx" tələbinə dair dair iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar