Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5617/2025 14.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh “X6” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: əmlakın ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" Kommersiya Bankı ASC-y qarşı “əmlakın ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. Cavabdehlə Mayılov Çingiz Sabir oğlu arasında bağlanmış - xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə 245.000 manat, xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 22 % ödəmək şərti ilə 150.000 manat və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 21 % ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdehlə X3 arasında xx.xx.2011-ci il tarixdə 05MFBİ/11 saylı ipoteka müqaviləsi bağlanmışdır.
3. Mayılov Çingiz Sabir oğlu kredit öhd\liyini vaxtında icra etməmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 13 aprel 2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 13 aprel 2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97096 manat əsas kredit borcu, 6177,76 manat faiz borcu, 647,10 manat cərimə, cəmi 103920,86 manat, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə - 90695,28 manat əsas kredit borcu, 5033,52 manat faiz borcu, 294,14 manat cərimə, cəmi 96022,94 manat, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı, ümumilikdə 96022,94 manat pulun Mayılov Çingiz Sabir oğlundan tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələb üzrə tutmanın cavabdeh X1 mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyriyaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə (bundan sonra – Qeyriyaşayış sahəsi) yönəldilməsi, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, bu qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh Mayılov Çingiz Sabir oğlunun "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmiş, xx.xx.2013-cü il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir.
4. Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 956-46407/18- 61-6 saylı sifariş məktubu ilə Qeyri-yaşayış sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə həvalə edilmiş, ilkin hərrac xx.xx.2022-ci il tarixinə təyin edilmiş, Qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 350000 manat müəyyən edilmiş, X5 əmlak üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək ilkin hərracda iştirak etmiş, lakin hərrac baş tutmamış elan edilmişdir. Təkrar hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin yenədə baş tutmadığından cavabdehə təklif edilmiş, cavsabdeh, "xxxx" MMC və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna və 15.11.202-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən ələ olunmasına” dair müqaviləyə əsasən Qeyri-yaşayış sahəsiı 262500 manata cavabdehə satılmışdır.
5. Bundan sonra, iddiaçı "xxxx" KB ASC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qeyri-yaşayış sahəsinin cavabdehə satılmasına dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” hərracın yekun protokolunun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-188/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2212/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu sonuncu qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
6. Bundan başqa, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışında habelə cavabdehin xx.xx.2025-ci il tarixli Arayışında borc alanın kredit borcunun olmaması qeyd edilmiş, Göyçay rayon İcra və Probasiya şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarı ilə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, icra sənədində qeyd edilən tələb (199943,8 manat) borclular Mayılov Çingiz Sabir oğlu və X3 tərəfindən tam şəkildə təmin olunmuşdur. Daha sonra, həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Göyçay Rayon Məhkəməsinin 2(046)-91/2013 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ləğv edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)- 358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsinin Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmış, bu sonuncu qərarddadan iddiaçı və Mayılov Çingiz Sabir oğlu tərəfindən verilmiş şikayət isə Şəki Apellyasiya Məhkəməsinin 8(107)-107/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmişdir.
7. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçının həmin tarixə borcu yoxdur.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
8. İddiaçı onun mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə dair ipoteka saxlayan cavabdeh ilə ipoteka verən iddiaçı və borcalan Mayılov Çingiz Sabir oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 05MFBİ/11 saylı ipoteka müqaviləsinə xitam verilməsi, Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin ipotekadan azad edilməsi və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinəipotekadan azad edilmə haqqında məlumatın göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borc alan Mayılov Çingiz Sabir oğluna 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 22 % ödəmək şərti ilə 150.000 manat məbləğində kredit verilmişdir. Sonra 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətinə, ilk 3 ayı güzəşt müddəti olmaqla, 21 % ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir. Göstərilən kredit müqavilələrinin təminatı olaraq xx.xx.2011-ci il tarixli 05MFBİ/11 saylı ipoteka müqaviləsinə əsasən iddiaçı, mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasını və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsini banka ipoteka qoymuşdur. "xxxx" KB ASC Mayılov Çingiz Sabir oğluna və X2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə - 97.096 manat əsas kredit borcu, 6.177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə, cəmi 103.920 manat 86 qəpik, 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə - 90.695 manat 20 qəpik əsas kredit borcu, 5.033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə, cəmi məbləği 96.022 manat 94 qəpik, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı, ümumilikdə 96.022 manat 94 qəpik borcun Mayılov Çingiz Sabir oğlundan tutularaq "xxxx" KB ASC-yə ödənmil əsi, tələb üzrə tutmanın X1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin ilkin satış qiymətinin 350.000 (üç yüz əlli min) manat müəyyən edilməsi, satışdan əldə ediləcək vəsait hesabına Mayılov Çingiz Sabir oğlunun "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən X1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsi 262500 manata Banka satılmışdır, lakin Bankın daşınmaz əmlak üzərində hüquqları bu günədək qeydiyyata alınmamış və hazırda X1 mülkiyyətində qalmaqdadır. X1 Rusiya Federasiyasında yaşamış qardaşının vəfatı ilə əlaqədar qardaşının ailəsi Azərbaycana gəlmiş, həmin vaxtlarda bu borclar, qeyri-yaşayış sahəsinin ipotekada olması ilə bağlı ailədaxili söhbətlər getmişdir. Həmin söhbətlər əsnasında qardaşı oğlu həmin borcun atası tərəfindən sağlığında hissə-hissə olmaqla ödənildiyini bildirmişdir. Bundan sonra göstərilən xüsusatın araşdırılması üçün Banka müraciət edərək, borcla bağlı təmizlik arayışının verilməsini xahiş etmişlər. "xxxx" KB ASC-nin Mingəçevir filialı tərəfindən xx.xx.2025-ci il tarixli UB/MNG/062 saylı arayış verilmiş və həmin arayışda Mayılov Çingiz Sabir oğlunun xx.xx.2011-ci il tarixli 05MFB/11-A və 23 fevral 2012-ci il tarixli 05MFB/12-B saylı əlavə kredit müqavilələri üzrə borcunun olmadığı göstərilmişdir. Eyni zamanda, kreditlər barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edilmiş və Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş Azərbaycan Kredit Bürosundan çıxarışdan da müəyyən olunur ki, kredit müqavilələri üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdur və həmin müqavilələr üzrə borc yoxdur. Bundan başqa, Göyçay rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə icra sənədində göstərilən tələb borclular Mayılov Çingiz Sabir oğlu və X3 tərəfindən tam şəkildə təmin olunduğuna görə Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 saylı 26 aprel 2013-cü il tarixli icra sənədinə xitam verilmişdir. Göstərilənlərdən göründüyü kimi Göyçay Rayon Məhkəməsinin 2(046)- 358/2013 saylı 26 aprel 2013-cü il tarixli qətnaməsi üzrə tələb təfərimizdən tam ödənilmişdir. Buna görə də cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyətinə müraciət edərək, X1 mülkiyyətində olan Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinin ipotekadan azad edilməsini və bu barədə DƏDRX-a ipotekadan azad edilmə haqqında məlumatın göndərilməsini xahiş etmişik. Lakin bu günədək cavabdeh "xxxx" X8 Səhmdar Cəmiyyəti müraciətimizə hər hansı cavab verməmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
10. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixli, 05MFB/11 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi üzrə-97096 manat əsas kredit borcu, 6177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə, cəmi 103920 manat 86 qəpik, 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə 90695 manat 28 qəpik əsas kredit borcu, 5033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə, cəmi məbləği 96022 manat 94 qəpik, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı Mayılov Çingiz Sabir oğlundan tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tutmanın ilkin satış qiymətinin 350000 (üç yüz əlli min) manat müəyyən olunmaqla cavabdeh X1 mülkiyyətində olan Göyçay rayonu Potu kəndi Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh Mayılov Çingiz Sabir oğlunun "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi, qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmazsa, həmin qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmişdir. İpoteka predmeti olan əmlak hərraca çıxarılmış, hərrac baş tutmamış elan edildiyindən banka təklif edilmişdir. Əmlakın balans qiymətinə müvafiq olaraq Mayılov Çingiz Sabir oğlunun xx.xx.2011-ci il tarixli, 05MFB/11-A saylı əlavə kredit müqaviləsi və 23 fevral 2012-ci il tarixli, 05MFB/12-B saylı əlavə kredit müqaviləsi üzrə banka olan borcu silinmişdir. Borc silindikdən sonra artıq qalan vəsait X9 Sabir oğluna verilməsi üçün icra şöbəsinin depozit hesabına köçürülmüşdür. Əmlakın bankın balansına keçməsinə baxmayaraq, boşaldılaraq banka təhvil verilməmiş, Göyçay Rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli qətnaməsi boşaldılma hissəsində icra edilməmişdir. Daha sonra isə iş üzrə məhkəmə qətnaməsində qeyd olunan “əmlakın boşaldılması hissəsi” ilə bağlı xx.xx.2025-ci il tarixinə təyinat verilsə də icra işi icra olunmadan başqa tarixə təxirə salınmışdır. Buna səbəb isə iddiaçı Mayılova Minayə ilə yeni məhkəmə mübahisəsinin yaranması olmuşdur. Həmin mübahisə ilə əlaqədar əmlak üzərinə həbs qoyulmuşdur. Həmçinin qeyd edək ki, hərrac protokolu və alqı-satqı müqaviləsi imzalandıqdan sonra bankın çıxarış ala bilməməsinin səbəbi də borcluların banka qarşı çoxsayalı iddalaraq qaldırması olmuşdur. Belə ki, borclular daha əvvəllər hərrac nəticələrini mübahisələndirmiş, Ali Məhkəmənin 2(102)-3461/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə hərrac protokolu və alqı-satqı müqaviləsi qüvvədə qalmışdır. İddiaçı X4 bank tərəfindən ona verilmiş borcun olmaması barədə arayışdan sui-istifadə edərək, həmin arayışı icra şöbəsinə təqdim etmiş, icra məmuru da əlavə araşdırma aparmadan səhvən işə xitam vermişdir. İşə xitam verilməsi barədə həmin qərardan bank şikayət vermişdir. Xitam qərarından bank tərəfindən verilmiş şikayət təmin edilmiş, xitam qərarı ləgv edilmişdir. İddia ərziəsində qeyd edilir ki, tələb borclular tərəfindən tam şəkildə ödənilib. Bir daha qeyd edək ki, borclu tərəfindən məhkəmə qətnaməsinin icrası ilə bağlı heç bir ödəniş olmamışdır. Borc yalnız ipoteka predmetinin balansa alınması hesabına silinmişdir. Borc silindiyi üçün borcalana aktiv borcunun olmaması barədə arayış verilmişdir. Təqdim etdiyimiz hesabdan çıxarışdan da görünür ki, kredit müqaviləsi üzrə borclular tərəfindən heç bir ödəniş olmayıb. Əmlak o halda ipoteka vüklülüvündən azad oluna bilər ki, borc əmlakın bankın balansına götürülməsi hesabına deyil, borclunun özü tərəfindən ödənilsin.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğu izahat təmin edilməsini etdi.
12. Cavabdehin nümayəndəsi yazılı etirazına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
16. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
19. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda, habelə elektron hərracda satışınadək (alqı-satqı müqaviləsi bağlananadək, tərəflərin razılığı əsasında həyata keçirilən hərracın nəticələri üzrə protokol imzalananadək, elektron hərracın nəticələri haqqında protokol tərtib olunanadək), yaxud “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən şəhadətnamə verilənədək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
20. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.3-1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; 48.1.3-2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
25. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
26. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
27. İddiaçının əsas tələbi cavabdehlə aralarında bağlanmış xx.xx.2011-ci il tarixdə 05MFBİ/11 saylı ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlıdır. İddiaçı ipoteka müqaviləsinə xitam verilməsini onunla əsaslandırır ki, sonradan ona məlum olmuşdur ki, Çingiz Mayılovun cavabdeh banka olan kredit borcu onun mərhum qardaşı tərəfindən hissə-hissə ödənimiş, bu xüsusatı araşdırmaq üçün cavabdehin Mingəçevir filialına müraciət etmiş, ona verilmiş xx.xx.2025-ci il tarixli arayışda da Çingiz Mayılovun xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əsas kredit müqavilələri üzrə borcunun olmadığı qeyd edilmişdir.
28. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Çingiz Mayılov tərəfindən kredit öhdəliyi pozulduğundan cavabdehin iddiası əsasında qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı olaraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 956- 46407/18-61-6 saylı sifariş məktubu ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə həvalə edilmiş, ipoteka predmeti ilkin və təkrra harracdan satılmadığından cavabdehə təklif edilmiş, cavabdeh, "xxxx" MMC və Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 121 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokoluna və 15.11.202-ci il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən ələ olunmasına” dair müqaviləyə əsasən Qeyri-yaşayış sahəsiı 262500 manata cavabdehə satılmışdır.
29. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavebdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə hərracın nəticələrinin etibasrsızlığı ilə bağlı məhkəməyə müraciət ermiş, onun həmin iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-188/2024 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2212/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, bu sonuncu qətnamədən verdiyi kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3461/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
30. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları konkret göstərilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixli 05MFB/11 saylı və xx.xx.2012-ci il tarixli 05MFB/12-B saylı əsas kredit müqavilələri üzrə Çingiz Mayılovun kredit öhdələyinin onun yaxın qohumu (qardaşı) tərəfindən ödənildiyini iddia etsə də, bu dəlilini təsdiq edə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
31. Əksinə, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Çingiz Mayılovun sözü gedən hər iki kredit müqaviləsi üzrə kredit öhdələyi Göyçay Rayon Məhkəməsinin 2(046)-358/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası nəticəsində ipoteka predmeti olan və əvvəllər iddiaçıya məxsus olan Qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə realizəsi nəticəsində cavabdeh tərəfindən əldə edilmişdir və cavabdehin həmin əmlaka dair mülkiyyət hüququna gözləntisi vardır.
32. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçının əvvəllər Qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməsi onun Çingiz Mayılovun kredit öhdələyinin hər hansı şəxs tərəfindən ödəbilmədiyindən məlumatl olduğunu deməyə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş 100,6 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı