Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-565/2024 18.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmalqa) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair (bundan sonra 1-ci iş), İddiaçı2 cavabdehlər X9 QSC “Bank Standart” KB-a, X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi tələbinə dair (bundan sonra 2-ci iş) iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: ipoteka müqaviləsi, hərrac protokolu, ipotekaya xitam, ipoteka qeydinin ləğvi) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, 1-ci iş üzrə iddiaçının, 2-ci iş üzrə cavabdehin nümayəndəsi X2, 2-ci iş üzrə iddiaçının, 1-ci iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmalqa) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair (bundan sonra 1-ci iş), İddiaçı2 cavabdehlər X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına, X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair (bundan sonra 2-ci iş) iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) (bundan sonra – 1-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzilinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin satılması ilə bağlı cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC (bundan sonra – 1-ci iş üzrə cavabdeh) tərəfindən xx.xx.2016-cu il tarixdə keçirilmiş təkrar hərracın yekunlarına dair - ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı2 (bundan sonra 2-ci iş üzrə iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onun mülkiyyəndə olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair LPO QSC “Bank Standard" KB-nin ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin daşınmaz əmlaklara dair LPO QSC “Bank Standard" KB-nin ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024 tarixli qərardadı ilə İddiaçı2 cavabdehlər X9 QSC “Bank Standart” KB-yə, X9 QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki iş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 saylı kommersiya mübahisəsinə dair işinə birləşdirilmişdir.
4. 1-ci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bank Standard” KB ilə "xxxx" Müəssisəsi arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2900/13 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 140.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/2900/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzil, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Bakışəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsi QSC “Bank Standard” KB qarşısında xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Borclu tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün QSC “Bank Standard” KB iddia ərizəsi ilə 2014-cü ildə Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən borcunun ödənilməsini tələb etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixdə 2(011)-3032/2014 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" Müəssisəsindən xx.xx.2013-cü il tarixli 1xx/xx/2900/13 saylı kredit müqaviləsi üzrə cəmi 153.468,30 manat məbləğinin iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməsi və tutmanın İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzilinə, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır. Daha sonra qeyd olunan qətnaməyə əsasən Xətai Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi tərtib edilərək icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Xətai rayon İcra Şöbəsi icra vərəqəsini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və cavabdehlərə könüllü icra üçün müddət vermişdir. Cavabdeh könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün, icra məmuru Hərrac Mərkəzinə ipoteka predmetlərinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir. Xətai rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamış elan edilmişdir. Bundan sonra, "xxxx" MMC tərəfindən təkrar hərrac təyin edilmiş, lakin təkrar hərracda iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir. Hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkara təklif edir. "xxxx" MMC tərəfindən LPO QSC “Bank Standard” KB-yə məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. X9 QSC “Bank Standard” KB tərəfindən "xxxx" MMC-nin məktubuna cavab olaraq bildirilmişdir ki, X9 QSC “Bank Standard” KB borclu İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin 42.075 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəs., yerləşən 129 saylı torpaq sahəsinin 5737.50 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsinin 11.475 manata alınmasına razıdır. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi, Bakışəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin QSC “Bank Standard” KB-nin adına rəsmləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə "xxxx" MMC-yə şifahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş etmələrinə baxmayaraq hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq LPO QSC “Bank Standard” KB-yə təqdim olunmamışdır. Qanunvericiliyin müddəaları pozularaq "xxxx" MMC tərəfindən protokol tərtib edilməmiş və bankın iradəsinə zidd olaraq ipoteka predmeti əldə edilə bilinməmişdir. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayan kimi qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozularaq ipoteka predmetinin onlar tərəfindən əldə edilməsi məhdudlaşdırılmışdır.
5. 1-ci iş üzrə iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 43.7-1-ci maddələrinə istinad olunmuşdur.
6. 2-ci iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(011)-3032/2016 saylı icra sənədinə əsasən "xxxx" Müəssisəsindən X9 QSC "Bank Standard" KB-nin xeyrinə cəmi 153.468 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, tələb ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə yönəldilməsi və s. nəzərədə tutulmuşdur.İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, xx/xx/28451/10 saylı sifarişinə əsasən tələb yönəldilən daşınmaz əmlaklırın açıq hərracda satilması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir.İddia ərizəsinə əlavə edilmiş 02-16 sentyabr 2016-cı tarixli Hərrac bildirişlərdən müəyyən edilir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinin ilkin satiş qiyməti 66000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satiş qiyməti 9000 manat və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinin ilkin satiş qiyməti 18000 manat olmaqla açıq hərracdan satilması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdə saat 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə "Birja yenilikləri" qəzetinin 02-08 sentyabr 2016-cı il tarixli buraxılışında elan dərc edilmişdir.İddia ərizəsinə əlavə edilmiş 07-21 oktyabr 2016-cı tarixli Hərrac bildirişlərdən müəyyən edilir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinin satiş qiyməti 56100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satiş qiyməti 7650 manat və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinin satiş qiyməti 15300 manat olmaqla təkrar hərracdan satilması məqsədi ilə “Daşınar və Daşınmaz Əmlakların Satişı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2016-cı il tarixdə saat 11:00da ilkin hərrac təyin edilmiş və bu barədə "Birja yenilikləri” qəzetinin 03-07 oktyabr 2016-cı il tarixli buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli İpoteka predmetinin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinin satilması ilə bağlı mövcud qanun vericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin 11 noyabr 2016-cı il tarixli nömrəsində elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın olur ki, açıq hərracda satışa çıxarılmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair qanunvericiliyin tələbinə uyğun olaraq hərrac keçirilmiş, lakin keçirilmiş hərraclarda alıcı olmamış, həmçinin ipoteka saxlayan öz hüququndan istifadə edərək hərraca çıxarılmış əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamamışdır. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə dair “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas vardır.
7. 2-ci iş üzrə iddia tələbinin maddi hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə istinad olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən 1-ci iş üzrə iddiaçının, 2-ci iş üzrə cavabdehin nümayəndəsi Arif Hüseynov 1-ci iş üzrə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edib, 2-ci iş üzrə iddianı qəbul etməyərək bildirmişdir ki, əgər əmlak ipoteka saxlayan tərəfindən ikinci hərrac baş tutmadıqdan sonra 30 gün müddətində qəbul edilməzdisə bu zaman ipoteka müqaviləsinə xitam verilə bilərdi. Lakin onlar 30 gün müddəti ötürmədən xx.xx.2016-cı il tarixdə həmin əmlakın əldə olunması ilə bağlı "xxxx" MMC-yə məktub ünvanlamışlar. Məktub ünvanlandığı halda ipoteka müqaviləsinin xitamından söhbət gedə bilməz. 2-ci iş üzrə iddia tələbi əsassızdır. "xxxx" MMC ola bilsin ki, işlərin çoxluğu nəticəsində daxil olan məktublara əhəmiyyət verməmiş, kənarda qalmış, birinci növbədə hərrac təşkilatı yayındığı üçün məsuliyyət sonuncunundur. Onlarla protokol bağlanılmaması ilə əlaqədar icra şöbəsinə müraciət edib bu barədə məlumat verilməmiş, ikinci məktub göndərilməmişdir. Çünki Əmanətlərin Sığortalanması Fondunda bir neçə bankın ləğv prosesi davam etdiyindən işlərin çoxluğu nəticəsində onların da nəzərlərindən qaçmışdır. Hesab edir ki, burada ümumi iddia müddəti 10 il nəzərdə tutulmudur. Hərrac Mərkəzinin protokolunun imzalanmamasına aid qanunverilcikdə hər hansı bir göstəriş qoyulmayıb ki, həmin işlə bağlı iddia müddəti tətbiq edilsin. Odur ki, belə işlərə ümumi iddia müddəti şamil olunur. Onlar məktubu ünvanladıqda Hərrac Mərkəzi onlara məlumat verir və onlar dəvət olunaraq qarşılıqlı şəkildə protokolu imzalayırlar. Hərrac Mərkəzindən onlara dəvət məktubu gəlmədiyi üçün nəzərlərindən yayınmışdır. Hərrac Mərkəzi öz etirazınında da onların məktub göndərdiyini etiraf etmişdir. İddiaçı2 iddia qaldırdıqdan sonra bu məsələ məlum olmuş və onlar iddia qaldırmışlar. Sonda o, 1-ci iş üzrə iddianın təmin olunmasını, 2-ci iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən 2-ci iş üzrə iddiaçının, 1-ci iş üzrə müstəqil tələb irəli sürməyən üçünü şəxsin nümayəndəsi Vəkil 2-ci iş üzrə iddianı müdafiə edərək bildirmişdir ki, əmlaklarla bağlı 2016-cı ildə hərraclar keçirilmiş, lakin bankın bu məsələ ilə bağlı hərəkətsizliyi vardır. Qanunvericilikdə də qeyd olunub ki, elan verildikdən 30 gün müddət ərzində protokol bağlanmalı idi. Hər hansı bir əsasla protokolun bağlanmaması ilə bağlı həmin dövrdə iddia qaldırsaydılar və ya tərəflər arasında hər hansı yazışma olsaydı başa düşülən olardı ki, burda Hərrac Mərkəzinin hərəkətsizliyi olmuşdur. Qarşı tərəf özü də etiraf edir ki, onlar bu məsələni unutmuşlar, heç bir şəkildə bu məsələni mübahisələndirmiyiblər. Ən azından 30 gün tamamında bank öz əməkdaşları ilə Hərrac Mərkəzinə müraciət edərək hansı əsasla protokolun verilməməsi məsələsini aydınlaşdırmalı idilər. Bankın məktubun ora göndərilməsini artıq etiraf etmələri onu deməyə əsas verir ki, yəni 30 gün müddətinin başlanması və bitməsindən məlumatlı olmuşlar. Onlar iddianı verdikdən sonra digər iddia məhkəmədə qaldırılmışdır. Eyni zamanda Ali Məhkəmənin müvafiq qərardadı artıq 1 ildən çoxdur ki, çıxarılmışdır. Əgər tərəf Ali Məhkəmənin müvafiq qərarı ilə özlərinə yol seçmiş olsaydı, protokolun bağlanmış hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilərdilər. Məhz onlar iddianı qaldırdıqdan sonra belə bir addım atmışlar. Burada iddia müddətinin ötürülməsi məsələsi də tətbiq edilməlidir. Hərrac mərkəzinin hərəkətsizliyindən deyil, bankın özünün hərəkətsizliyindən həmin müddət keçmişdir, çünki burada Hərrac Mərkəzi maraqlı şəxsdir, Hərrac Mərkəzi hər bir bankdan xidmət haqqı alır. 2016-cı ildə bağlanılmış digər işlər üzrə protokollar da sübut edir ki, Hərrac Mərkəzinin bank ilə heç bir qərəzi olmamışdır. İddiaçı2 mübahisədə boclu olmadığı üçün məlumatsız olmuş, ona görə də 7 il sonra məhkəməyə müraciət etmişdir. O, xx.xx.2024-cü il tarixdə QSC “Bank Standard” Kommersiya Bankının xx.xx.2016-cı il tarixli, 26/15428 saylı məktubunun Hərrac təşkilatına daxil olub-olmaması barədə məlumat verilməsi barədə Hərrac Mərkəzinə sorğu ilə müraciət etmişdim və sorğuma cavab olaraq bildirmişdilər ki, xx.xx.2016-ci il tarixli məktubla bağlı heç bir məlumat aşkar edilməmişdir. X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “protokolun imzalanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki 2016-cı ildə təklifə bir münasibət bildirməklə bu məsələni həll etmək olmazdı. Bank özü aralarında heç bir ədavət olmadan, münasibət pozulması olmadan həmin dövrdə protokolu qəbul etməmişdir. Müddət anlayışı ilə bağlı istər Prosessual, istərsə də Mülki Məcəllədə konkret qeyd olunub ki, müddətlər şəxsləri daha da intizamlı etmək üçündür. Ağlabatan müddət çərçivəsində hərəkət etmək lazımdır, aksept-offerta deyilən anlayış yoxdur. Protokol Hərracda bağlanılır, amma spesifik sahə, məsələ olduğuna görə bunu ayrıca qanunvericilik tənzimləyir. Elan verildikdən 30 gün müddətində protokol bağlanılması zəruridir. 30 gün ərzində qarşı tərəfin yeganə etdiyi əməl təklifə münasibət bildirməsi olmuşdur. Müqavilə qüvvəsinə malik olan protokol bağlanılır, lakin bu o demək deyil ki, müqavilə münasibətlərini tənzimləyən bütün normaları bura şamil etmək olar. Nə 2014-cü ilin Konstitusiya Məhkəməsinin şərhində, nə də Ali Məhkəmənin qərarında qeyd olunmayıb ki, məktub iradə ifadəsi sayıla bilər. Ali Məhkəmənin qərarında qeyd edilir ki, 30 gün ərzində razılığı ala bilmədiyi halda məhkəməyə müraciət edə bilər. Ali Məhkəmənin də çıxartdığı qərarda göstərilir ki, aksept-offeorta deyilən bir məsələ yoxdur, yalnız 30 gün müddətində protokol imzalanmalıdır. Qarşı tərəf özü də etiraf etdi ki, onlar iddia qaldırdıqdan sonra sonunculara məlum olmuş və iddia qaldırmışlar. Bu günkü gündə Bankın məsuliyyəti onun hərəkətsizliyindən yaranıb, burda Hərrac Mərkəzi tərəfindən deyil, birbaşa Bankın hərəkətsizliyindən doğan məsələ vardır. Sonda o, 2-ci iş üzrə iddianın təmin, 1-ci i üzrə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq 1ci iş üzrə cavabdeh, 2-ci iş üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. 1-ci iş üzrə cavabdeh "xxxx" MMC Elektron Məhkəmə informasiya sisteminə göndərdiyi etirazda qeyd etmişdir ki, X9 QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı protokolun imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmədən müvafiq əmlakların satılması ilə bağlı hərrac təşkilatı tərəfindən xx.xx.2016-cı ildə keçirilmiş təkrar hərracın yekunlarına dair - ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində iddiaçı və cavabdeh tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edirik ki, ləğvedicinin hazırki iddia tələbi əsassız olduğundan və prosessual hüquqlardan sui-istifadə xarakteri daşıdığından rədd edilməlidir. Belə ki, hərrac təşkilatı sözügedən əmlakların ləğvedici tərəfindən əldə edilməsi istiqamətində bütün tədbirləri görmüş, lakin ləğvedici ötən müddət ərzində həmin əmlakların əldə edilməsində maraqlı olmamış, bu istiqamətdə heç bir real addım atmamışdır. Belə ki: 1. İşdə olan materiallardan göründüyü kimi Xətai rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli sifariş məktubu üzrə İddiaçı2 məxsus əmlaklar hərrac təşkilatı tərəfindən ipoteka haqqında qanunvericiliyə müvafiq olaraq xx.xx.2016-cı il tarixində 1-ci hərracı, xx.xx.2016-cı il tarixdə 2-ci hərracı olmaqla təkrar hərraca çıxarılmış və keçirilən hərraclar baş tutmamışdır. İddia ərizəsinin təsviri hissəsində də etiraf olunduğu kimi hərrac təşkilatı ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. Halbuki, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 sa lh 14 dekabr 2022-ci il tarixli Qərardadının 34-cü paraqrafında qeyd olumuşdur ki, “Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra əmlakın əldə edilməsi üçün ipoteka saxlayana ayrıca sənəd şəklində təklifin göndərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının istinad olunan Qərardadındakı hüquqi mövqedən və ipoteka haqqında qanunvericilikdən göründüyü kimi hərrac təşkilatının ipoteka predmetinin təkrar hərracdan satışı baş tutmadıqdan sonra ipoteka saxlayana bununla bağlı ayrıca sənəd şəklində təklif göndərmək öhdəliyi mövcud olmasa da hərrac təşkilatı ipoteka predmetlərinin ipoteka saxlayan bank tərəfindən əldə edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərlə yanaşı, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də öz təşəbbüsü ilə həyata keçirmiş, bununla da sözügedən əmlakların ipoteka saxlayan tərəfindən əldə edilməsində maraqlı olduğunu, bu istiqamətdə iradə ifadəsini göstərmişdir. Beləliklə, hərrac təşkilatı sözügedən ipoteka predmetlərinin iddiaçı tərəfindən əldə edilməsi istiamətində nəinki qanunvericilikdə müəyyən edilmiş tədbirləri hətta qanunvericilikdə müəyyən edilməmiş tədbirləri də həyata keçirmiş, öz təşəbbüsü ilə bu barədə tələbkarı ayrıca məktubla məlumatlandırmışdır. Halbuki belə məktubun tərtibatı, göndərilməsi özlüyündə əlavə vaxt, işçi qüvvəsi, poçt xərcləri və s. resurslar tələb edir. 2. İddiaçı iddia ərizəsində hərrac təşkilatının sözügedən əmlakların bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna mane olmasını və ya sair formada protokolun imzalanmasında yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə iddiaçı iddia ərizəsinin təsviri hissəsində hərrac təşkilatının ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc edildikdən sonra ayırca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etdiyini etiraf etmişdir. Ötən 7 illik müddət ərzində isə bankın ləğvedicisi sözügedən əmlakların əldə edilməsi istiqamətində heç bir real addım atmamış, yalnız hərrac təşkilatına ünvanladığı cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsində e-2(005)-348/2024 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixdə ipotekaya xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra bankın ləğvedicisi həmin əmlakları itirməmək üçün hazırki iddianı süni surətdə qaldırmışdır. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Beləliklə ağlabatan mühakimə əsasında müəyyən etmək mümkündür ki, sözügedən əmlakların bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi, məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə edilməsi istiqamətində mümkün olan, hətta qanunvericilikdə nəzərdə tutulmamış tədbirləri də həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmış, bu istiqamətdə heç bir real addım atmamış, sadəcə olaraq hərrac təşkilatından daxil olmuş məktubu ümumi şəkildə əmlakları əldə etməyə razılığını bildirməklə kifayətlənmiş, görünür ki, ləğvedici əmlakları borc əvəzinə əldə etməkdə maraqlı olmamış, lakin onu iddiaçının ipotekaya xitam verilməsi tələbi ilə itirməyə də razı olmamışdır. Yəqin ki, bankın ləğvedicisi sözügedən əmlakların əldə olunması ilə müvafiq vergi, mühasibat uçotu və s. fiskal öhdəlikləri daşımaqda maraqlı olmamış, əmlakın perspektivdə realizə imkanları, daşınmaz əmlak bazarında dalğalanmalar, alıcılıq qabiliyyəti, habelə satış xərcləri və kreditorların (banka qarşı tələblərin) tələblərinin icrası baxımından kreditin əmlak və ya natura qaydasında deyil məhz likvid pul vəsaiti formasında ödənişində maraqlı olmuş, bu baxımdan sözügedən əmlakları əldə etməklə borcu silməkdə maraqlı olmamış, ona görə əmlakları əldə etmək istiqamətində heç bir real addım atmamış, lakin ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə Nərimanov rayon məhkəməsində iddia qaldırdığını görüb ipoteka hüququnu itirməmək üçün hazırki iddia tələbini irəli sürmüş və guya əmlakları əldə etməkdə maraqlı olduğunu və hərrac təşkilatının buna mane olduğuna dair fon, imitasiya yarartmağa çalışmışdır. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 sa lh 14 dekabr 2022-ci il tarixli Qərardadının 61-ci paraqrafında qeyd olunmuşdur ki, “Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla ?rotokolun imzalanmasından imtina etdi i və a yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılı”ın tələb etdivi tərzdə müraciət etməlidir. 62-ci paraqrafında isə qeyd olunmuşdur ki, “Mülki Məcəllənin vicdanlılıq prinsipini özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” Göründüyü kimi işdə olan materiallarda hərrac təşkilatının bankla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halını təsdiq edən hər hansı sübut, yazışma mövcud deyil. Təkcə onu qeyd etmək kifayətdir ki, bankın ləğvedicisi 16 noyabr 2016-cı il tarixdə hərrac təşkilatına sözügedən əmlakların əldə ediməsi barədə təklifə münasibət bildirərək həmin əmlakları əldə etməyə razı olduğunu bildirməklə kifayətlənmiş, bundan sonra ötən 7 illik müddət ərzində həmin əmlaklarla bağlı bircə dəfə də hər hansı yazışma aparmamış, hərrac təşkilatına hər hansı məktub ünvanlamamışdır. Əgəər hərrac təşkilatı tərəfindən sözügedən əmlakların əldə edilməsi ilə bağlı protokolun imzalanmasından imtina və ya yayınma halları baş vermiş olsa idi, ləğvedici qeyd olunan halları aktlaşdırmış olardı və ya həmin halların baş verməsinə dair icra sənədi üzrə icraatı aparan icra şöbəsinə - hərracın sifarişçisinə bununla bağlı şikayət və ya məktub ünvanlamış olardı, yaxud elə hərrac təşkilatının özünə müvafiq protokolun imzalanması tələbi ilə müraciət etmiş olardı. 3. İş üzrə materiallardan göründüyü kimi, ləğvedici ötən müddət ərzində sözügedən bankın ipoteka təminatlı tələbləri üzrə tutmanın yönəldildiyi sayı 100-lərlə əmlakın əldə edilməsinə dair protokollar əldə etmişdir. Bu müddət ərzində hərrac təşkilatı tərəfindən hər hansı bir əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsinə maneçilik və ya yayınma halları müşahidə olunmamış, bununla bağlı nə sifarişçi icra şöbələrinə, nə də birbaşa hərrac təşkilatına müraciət daxil olmamışdır. Bu baxımdan, bankın ləğvedicisi həmin bank üzrə etiraza əlavə edilmiş digər işlər üzrə protokolları əldə etdiyi kimi, əgər maraqlı olsa idi bu əmlaklar üzrə də protokolları əldə etmiş olardı. İstinad olunan Qərardadın 59-cu paraqrafında şərh olunmuşdur ki, “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.” Ən azından belə hal doğurdan da baş vermiş olsa idi, ipoteka saxlayan bankın ləğvedicisi belə iddia tələbini indi, məhz ipoteka qoyanın ipotekaya xitam verilməsi barədə iddia qaldırmasından sonra yox, məhz ötən 7 il ərzində irəli sürmüş olardı. 4. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi Yə ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş Yəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, şınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Beləliklə, iddiaçı hazırki iş üzrə daşınmaz əmlakların əldə edilməsi ilə bağlı iddia tələbini 7 ilə yaxın müddət keçdikdən sonra vermişdir. Həmin iddia tələbi məhz ipoteka müqavilələrindən irəli gələn iddia tələbidir. Odur ki, hazırki tələbə də iddia müddəti tətbiq edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən, iddiaçının hazırki iddia tələbi əsassız olduğundan və Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 saylı 14 dekabr 2022-ci il tarixli Qərardadının 61-ci paraqrafındakı hüquqi mövqeyə zidd olaraq vicdanlılığın tələb etdiyi tərzdə verilmədiyindən rədd edilməlidir.
Tədqiq olunan sübutlar:
12. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014cü il tarixli 2(011)-3032/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı QSC “Bank Standart” KB-nın cavabdehlər "xxxx" Müəssisəsinə və qeyrilərinə qarşı iddiası qismən təmin edilmiş, 140.000 manat məbləğində əsas borcun, 13.468,30 manat məbləğində faiz borcunun, cəmi 153.468,30 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" Müəssisəsindən alınaraq QSC “Bank Standard” KB-yə ödənilməsi, tələbin ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə, Bakı şəhəri. Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 66.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9.000 manat məbləğində, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiymətinin isə 18.000 manat məbləğində olmaqla açıq hərracdan satılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən QSC “Bank Standard” KB-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Xətai rayonu. Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50.7 kv.metr ümumi, 29,01 kv.metr yaşayış sahəsindəı ibarət 2 otaqlı 28 nömrəli mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqda İddiaçı2 və onunla birlikdə yaşayan ailə üzvləri - X3, X5, X4 və X1 mənzili bir ay ərzində tərk etmədikdə, onların məcburi qaydada çıxarılmaları barədə qərar qəbul edilmişdir.
13. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx/xx-28451/10 saylı 05 avqust 2016-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(011)-3032/2014 saylı icra vərəqəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin 66000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 9000 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin 18000 manata açıq hərraca çıxarılması üçün "xxxx" MMC-yə göndərilmişdir.
14. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02 sentyabr 2016-cı il tarixli 01 nömrəli və 16 sentyabr 2016-cı il tarixli 01/2 nömrəli bildirişlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin ilkin satış qiyməti 66000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 9000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiyməti 18000 manat olmaqla açıq hərracın 03 oktyabr 2016-ci il saat 11.00-da ünvan 1 ünvanında keçiriləcəyi tərəflərə bildirilmişdir.
15. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 07 oktyabr 2016-cı il tarixli 02 nömrəli və 21 oktyabr 2016-cı il tarixli, 02/2 nömrəli bildirişlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin ilkin satış qiyməti 56100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 7650 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin ilkin satış qiyməti 15300 manat müəyyən edilməklə açıq hərracın 07 noyabr 2016-ci il saat 11.00-da ünvan 1 ünvanında keçiriləcəyi bildirilmişdir.
16. İş materiallarında olan "xxxx" MMC-nin Xətai rayon İcra şöbəsinə, QSC “Bank Standart” KB-yə, "xxxx" Müəssisəsinə, İddiaçı2 və sonuncunun ailə üzvlərinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin satılması ilə bağlı hərracların baş tutmaması və təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində elan dərc edildiyi bildirilmişdir.
17. İş materiallarında olan “Birja yenilikləri” qəzetinin 02-08 sentyabr 2016, 16-22 sentyabr 2016, 07-13 oktyabr 2016, 21-27 oktyabr 2016-cı il tarixlərində çıxan nömrələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küç 0.125 ha-da 9 saylı evin 28 saylı mənzilin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin müvafiq tarixlərdə hərraca çıxarılması ilə bağlı elanlar verilmişdir.
18. İş materiallarında olan "xxxx" MMC-nin “Kamandar Nəsibov və partnyorları” vəkil bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Xətai rayon İcra şöbəsinin xx/xx-28451/10 saylı 05 avqust 2016-ci il tarixli sifariş məktubu üzrə İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 9 saylı evin 28 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin mövcud qanunuvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 1-ci hərracı keçirilmiş, xx.xx.2016-cı il tarixdə 2-ci hərracı keçirilmişdir. Qeyd olunan sifarişin yekunları barədə məlumat aşkar edilməmişdir.
19. İş materiallarında olan X9 QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə ünvanladığı və sonuncu tərəfindən həmin tarixdə möhürlə qəbul edilmiş məktubunda qeyd edilmişdir ki, X9 QSC “Bank Standart” KB İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 40, 28 mənzilinin 42075 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 11475 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin 5737,50 alınmasına razıdır.
20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli 2(011)-3032/2014 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra şöbəsinin xx/xx-28451/10 saylı 05 avqust 2016-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 9 saylı evin 28 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin mövcud qanunuvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixdə 1-ci hərracı keçirilmiş, xx.xx.2016-cı il tarixdə 2-ci hərracı keçirilmişdir. Təkrar hərrac baş tutmadıqdan sonra X9 QSC “Bank Standart” KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-yə məktubla müraciət edərək həmin əmlakları almağa razı olduğunu bildirmiş və məktub sonuncu tərəfindən üzərinə möhür vurulmaqla qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.1-cimaddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.7-ci maddəsinə əsasən onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.
23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (Həmin maddənin xx.xx.2018-ci il tarixədək olan əvvəlki redaksiyada deyilirdi ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir.) 41.5-ci maddəsinə əsasən hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. (Həmin maddənin xx.xx.2018-ci il tarixədək olan əvvəlki redaksiyada deyilirdi ki, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.) 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.( xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliyə əsasən həmin maddədən “ilkin” sözü çıxarılmışdır və həmin maddədə “bilər” sözündən sonra “, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun” sözləri əlavə edilmişdir.) 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.(Həmin maddə xx.xx.2018-ci il tarixdə əlavə edilmişdir). 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmə təcrübəsində ipoteka saxlayanın əmlakın əldə edilməsi ilə bağlı ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü ərzində onun iradəsindən asılı olmayan səbəblərdən (hərrac təşkilatının protokolu imzalamaqdan yayınması və ya imtina etməsi) hərrac protokolunun imzalanmaması hallarına rast gəlinir (bənd 55). Bu baxımdan qeyd olunmalıdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, belə hallarda ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair “Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldıra bilər. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər. Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir (57-60-cı bəndlər).
Məhkəmənin mövqeyi:
25. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 1-ci iş üzrə iddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) tərəfindən verilmiş iddia təmin edilməli, 2-ci iş üzrə İddiaçı2 tərəfindən verilən iddia isə təmin edilməməlidir. Çünki ipoteka predmeti olan əmlaklar barədə xx.xx.2016-cı il tarixdə təkrar hərrac baş tutmadıqdan və bu barədə xx.xx.2016-cı il tarixdə qəzetdə elan verildikdən sonra xx.xx.2016-cı il tarixdə 1-ci iş üzrə iddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) məktubla 1-ci iş üzrə cavabdeh "xxxx" MMC-yə müraciət edərək ipoteka predmeti olan əmlakları müvafiq qiymətlərə almağa razı olduğunu bildirmişdir. 1-ci iş üzrə cavabdeh öz etrazında da bu faktı təsdiq edərək ona məktubla müraciət olunduğunu bildirmişdir. Bununla da ipoteka saxlayan QSC “Bank Standard” KB (Ləğv prosesindədir) ipoteka predmetlərinin əldə edilməsi üçün zəruri tədbir görmüş və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etmişdir. Lakin həmin dövrdə, yəni xx.xx.2016cı il tarixindən 1-ci iş üzrə iddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) müflis elan olunaraq iflas proseduruna başlanıldığından, bununla bağlı təyin olunmuş ləğvedici Əmənatlərin Sığortalanması Fondu ilə böyük həcmdə sənədləşmə işləri aparıldığından və ləğvedici Əmənatlərin Sığortalanması Fondunda 1-ci iş üzrə iddiaçıdan başqa bir neçə bankın da ləğv prosesi getdiyindən həmin ərəfələrdə bu məsələ diqqətdən kənar qalmış, yekun protokol 1-ci iş üzrə iddiaçı QSC “Bank Standard” KB-dən (Ləğv prosesindədir) asılı olmayan səbəblərdən imzalanmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixdə təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 5 təqvim günü ərzində ipoteka saxlayan QSC “Bank Standard” KB (Ləğv prosesindədir) xx.xx.2016-cı il tarixdə ipoteka predmetlərini almağa razılıq barədə müraciəti olduğu halda hərrac təşkilatı olan cavabdeh "xxxx" MMC protokolu imzalamaqdan yayındığından ipoteka saxlayan olan 1-ci iş üzrə iddiaçı QSC “Bank Standard” KB (Ləğv prosesindədir) ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olmuş, onun tərəfindən verilmiş iddia əsaslıdır və təmin edilməlidir.
26. Məhkəmə 1-ci iş üzrə cavabdeh tərəfindən verilmiş etirazda iddia müddətinin tətbiq edilməsi barədə məsələ ilə razılaşmayaraq qeyd edir ki, hazırkı mübahisəyə dair tərəflər arasında hər hansı müqavilə olmadığından, hazırkı mübahisə müqavilə tələbindən irəli gəlmədiyindən və 10 illik ümumi iddia müddəti ötürülmədiyindən 1-ci iş üzrə cavabdehin 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri əsassızdır.
27. Məhkəmə hesab edir ki, 1-ci iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, 2-ci iş üzrə iddiaçının iddia tələbinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan olan 1-ci iş üzrə iddiaçı tərəfindən ipoteka predmetləri əldə edildiyi müəyyən olunduğundan həmin ipoteka predmetlərinə dair ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir.
28. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 1-ci iş üzrə iddia təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin hərracdan əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli protokol qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən imzalanmış hesab edilməli, 2-ci iş üzrə iddia təmin edilməməlidir.
Məhkəmə baxışının hədləri:
29. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1-ci iş üzrə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının (ləğv prosesindədir) iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin hərracdan əldə edilməsinə dair xx.xx.2016-cı il tarixli protokol qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən imzalanmış hesab edilsin. 2-ci iş üzrə İddiaçı2 X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankına, X9 Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov