Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5702/2022 19.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı qanuni nümayəndəsi (direktoru) X2, Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC- dən xidmət haqqı olaraq 440 manat, mediasiya ödənilmiş 20 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 490 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16 may 2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmət göstərilməsi haqqında müqavilə əsasında, təmsilçi tərəfindən sifarişçinin tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı qiymətlərin razılaşdırılması protokolunda sadalanan xidmətlərin göstərilməsi və göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda müəyyən edilmişdir. Təmsilçi tərəfindən göstərilmiş xidmətlər bitdikdən sonra sifarişçi tərəfindən Seriyası:EBBV№397352 olan xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə ödənilməli olan xidmət haqqı 440 (dörd yüz qırx) manat borc dəfələrlə müraciət olunmasına baxmayaraq ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi (direktoru) X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi (direktoru) Qanuni nümayəndə izahat verərək iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında bağlanılan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Təmsilçi” (İddiaçı MMC) “Sifarişçini”nin (Cavabdeh MMC) tapşırığı ilə idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətləri göstərməyi, sifarişçi (Cavabdeh MMC) isə xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olmuş münasibətlərə Xidmət müqaviləsindən irəli gələn münasibət kimi qiymət verilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən mallar Azərbaycana gətirilən zaman İddiaçı MMC tərəfindən müvafiq gömrük rəsmiləşdirilməsi və gömrük əməliyyatlarının aparılması xidmətləri göstərilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı konkret müddəa mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. İddiaçı hazırda cavabdehə müqavilə üzrə xidmətin göstərildiyini və cavabdehin xidmət haqqı olaraq 440 manat borcunun qaldığını bildirir. Cavabdeh tərəf isə iddiaya etiraz etmiş və tələb olunan məbləğ müqabilində göstərilməli olan xidmətlərin vaxtında icra edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir. İşdən görünür ki, İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlərə görə Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixli EBBC seriyalı 818155 nömrəli 295 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 037009 nömrəli 40 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 218038 nömrəli 239 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 624201 nömrəli 438 manat məbləğində elektron qaimələr göndərilmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, Cavabdeh MMC tərəfindən yuxarıda qeyd olunan elektron qaimələr əsasında İddiaçı MMC-yə müvafiq olaraq xx.xx.2021-ci il tarixdə 335 manat, xx.xx.2021-ci il tarixdə 239 manat, xx.xx.2021-ci il tarixdə 438 manat ödəniş edilmişdir. Hesabdan çıxarış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı yalnız xx.xx.2022-ci il tarixli EBBV seriyalı 39752 nömrəli 440 manat məbləğində elektron qaimə əsasında təqdim edilmiş xidmətlərə görə cavabdeh tərəfindən ödəniş edilmədiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış və müəyyən olunmuş hallarından da göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri olmuş və müvafiq olaraq xidmətlər və ödənişlər edilmişdir. Lakin, dəyəri 440 manat təşkil edən elektron qaimə ilə bağlı cavabdeh tərəfindən hər hansı bir ödənişin edilməsi ilə bağlı sənəd təqdim edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş elektron qaimələrə görə ödənişlərin edilməsi, onlara dair hər hansı bir etirazın edilməməsi tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən getməsini göstərir. Həmçinin də, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı MMC qeyd edilən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri göstərmişdir. Lakin Cavabdeh MMC üzərinə düşən öhdəliyi icra etməmiş və xidmət haqqını ödməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 440 (dörd yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi zamanı iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 20 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğindəki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dövlət rüsumunun 20 manat məbləğindəki hissəsinin cavabdehdən tələb edilməsi hissəsində isə iddia əsassızdır. Belə ki, iddianın qiyməti nəzərə alındığında ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. Qeyd edilən dövlət rüsumunun 20 manat hissəsi isə mediasiya prosesində ödənilmiş pulla əhatə olunduğundan qeyd edilən hissədə iddia qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 16 may 2021-ci il tarixli xidmət göstərilməsi haqqında müqaviləyə əsasən əsas borc üzrə 440 (dörd yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5702/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5702/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver