Məhkəmə qərarları › İş №e-2-2(113)-5724/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5724/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5724/2023 26.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçılar Şhirinzade Orkhanın, X5 və İddiaçı cavabdehlər X2, X3, X1 və X4 qarşı vurulmuş zərərin ödənilməsi və s. tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Şhirinzade Orkhan, X10 və İddiaçı iddia ərizəsi ilə müraciət edərək, “Biləcəri”, “Mikrorayon” və “Masallaı” (indiki “Sumqayıt”) mağazalarını iddiaçılara təhvil verməməklə və qanunsuz olaraq özlərində saxlamaqlaiddiaçılara vurduqları 727447 manat pulun cavabdehlərdən; Birgə biznesə aid olmayan kredit borcunun ödənilməsi görə Əfqan Abdullayevdən 28 000 manatın; 5 mağazanın İddiaçı MMC-nin balansına keçməsindən öncə həmin mağazaların anbarında olan malların Əfqan Abdullayev tərəfindən düzgün rəsmiləşdirilməməsinə görə İddiaçı MMC-nin cərimə qismində ödədiyi 71218 manatın cavabdeh Əfqan Abdullayevdən; Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara vurulmuş 114 927 manat zərərin, ümumilikdə 941 592 manatın cavabdehlərdən müvafiq qaydada tutularaq iddiaçılara ödənilməsi və qətnamənin icra üsulunun müəyyən edilərək tələbin iddiaçılara məxsus olsa da qanunsuz olaraq cavabdehlərdə saxlanan “Biləcəri”, “Mikrorayon” və “Masallı” (indiki “Sumqayıt”) mağazalarının anbar qalığını təşkil edən avtomobil ehtiyat hissələrinə yönəldilməsi, həmin ehtiyat hissələrinin açıq hərracda satılaraq əldə edilən pul vəsaitindən 941592 manatın iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsinin məzmununda iddiaçı qismində Shirinzade Orkhan, X10 və İddiaçı və cavabdehlər qismində X7, X8, X6 və X9 göstərilsə də, elektron iddia ərizəsində “tərəflər” bölməsində isə iddiaçı qismində yalnız İddiaçı MMC-nin adı qeyd olunmuş, digər proses iştirakçıları və MPM-nin 149-cu maddəsinə əsasən onlara aid zəruri məlumatlar göstərilməmişdir. Bundan başqa mediasiya arayışına baxış keçirilən zaman mediasiya prosesinin sadəcə bir iddiaçı Shirinzade Orkhan ilə digər cavabdehlər arasında keçirilmiş, digər iddiaçıların cavabdehlərə münasibətdə mediasiya prosesinin keçirilməsi işin halları ilə müəyyən edilməmiş, o cümlədən buna dair hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Məhkəmə onu da qeyd edir ki, məhkəmədə qaldırılan iddia ərizəsində göstərilən bütün tələblər mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda “təklifdə göstərilən mübahisənin predmeti” bölməsində öz əksini tapmamışdır, yalnız sərmayə və dükanların qaytarılması və 990.000 manat məbləğində tələb göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən yddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geriqaytarılır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Son olara məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Nümayəndə2 tərəfindən səlahiyyətlər digər vəkilə ötürülmüş, lakin Shirinzade Orkhan tərəfindən ona təmsilçik səlahiyyətlərinin verilməsinə dair etibarnamə iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar Şhirinzade Orkhanın, X5 və İddiaçı cavabdehlər X2, X3, X1 və X4 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** saylı qəbzə əsasən ödənilmiş 870 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar