Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-574/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülkiyyətin müdafiəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “əmlakın qaytarılması, maneələrin aradan qaldırılması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh və “Şəki Qala” restoranında mülkiyyət və ya icarə hüququ əsasında istifadə edən digər şəxslər tərəfindən ünvan 9 (Yeni qaydalarla AZ1052 ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçının mülkiyyətinə qaytarılması, həmin ünvanın qarşısında yerləşən və icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəki avtomobillərin çıxarılaraq iddiaçıya təhvil verilməsi, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqların cavabdehlərin hesabına sökülməsi, cavabdehə məxsus olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun sökülərək təhlükəsiz əraziyə keçirilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maneəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə qeyriyaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının qadağan edilməsi və yaranmış digər maneələrin cavabdehin şəxsi vəsaiti hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 9, (Yeni qaydalarla AZ1052 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 640.20 kv.metr olan qeyri-yaşayış sahəsini almışdır. Hal-hazırda da iddiaçının mülkiyyətindədir və iddiaçı tərəfindən orada təmir və yenidən qurma işlərinin aparılmasına başlanılıb. Bundan əlavə Nərimanov Rayon Bələdiyyəsi ilə də bağlanmış icarə müqaviləsinə əsasən ünvan 4 ünvanın qarşısındakı 672 kv.metr torpaq sahəsi də İddiaçı istifadəsinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsini aldıqdan sonra qonşuluqda yerləşən və cavabdehə məxsus olan “Şəki Qala” restoranının iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin 200 kv.metr hissəsini zəbt etdiyi aşkar olunmuşdur. Cavabdeh həmin sahəni qanunsuz olaraq hasarlamış və hal-hazırda da həmin ərazidən istifadə edir. Qeyd edilən zəbt edilmiş ərazidən əlavə cavabdeh özünə məxsus olan restoranın havalandırma avadanlıqlarını və mühərriklərini, həmçinin digər iri həcmli ləvazimatları iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dam hissəsinə yerləşdirmişdir. Həmin avadanlıqlar binada titrəyişin əlavə vibrasiyanın və başqa növ çirklənmələrə səbəb olur. Halbuki, cavabdehin mülkiyyətində olan obyektin dam hissəsində adıçəkilən avadanlıqların quraşdırılması üçün kifayət yer və şərait mövcuddur. Bundan başqa cavabdehə məxus qeyriyaşayış sahəsinin elektrik enerjisinin tənzimlənməsi üçün stabilizator da iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısına qoyulub və gələcəkdə həmin sahədən iştirakına maneə yaradır. Bundan başqa, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısını da cavabdeh və ona məxsus iaşə obyektinə gələn avtomobillər zəbt edərək sərbəst giriş-çıxışı məhdudlaşdırmışdırlar. Bütün sadalanan halların aradan qaldırılması ilə bağlı bir neçə dəfə cavabdehə şifahi xəbərdarlıq və təklif edilməsinə baxmayaraq heç bir müsbət addım atılmamış və nəticədə bugünədək iddiaçının hüquqları pozulmaqda davam edir. Cavabdehin qanunsuz hərəkətləri və yaratdığı maneələr səbəbindən qeyri-yaşayış sahəsinə maneəsiz giriş-çıxışın təmin edilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması mümkün deyildir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən ünvan 9 (Yeni qaydalarla AZ1052 ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin zəbt edilmiş 173 kv.m (kvadrat metr) hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılması, həmin ünvanın qarşısında yerləşən və icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəki avtomobillərin çıxarılaraq torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqların, yəni kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterlərinin cavabdehin hesabına sökülməsi, cavabdehə məxsus olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun (transfarmatorunun) sökülərək təhlükəsiz əraziyə keçirilməsi, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maneəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə qeyriyaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının iddia tələbinin təmin edilməsinə əsas verə biləcək hüquqi sənəd mövcud deyildir. Belə ki, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinə dair texniki pasportun olmaması, onun iddiasının hüquqi əsası olmadığını göstərir. Çıxarışda qeyd edilən sahə cavabdehə istifadəsində olan sahənin iddiaçının mülkiyyətində olmasını təsdiq etmir. Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 10/9362 saylı məhkəmə ekspertiza rəyində də qeyd edilmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahası ilə bağlı hər hansı sənəd (plan, sxem və s.) təqdim olunmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. Bununla belə, həmin sahəyə dair nə İddiaçı, nə də Cavabdeh texniki pasportu mövcud olmuşdur. Mübahisəli əmlak cavabdehin uzun müddət istifadəsindədir. Mübahisəli torpaq sahəsinin 2007-ci ildən etibarən cavabdehin faktiki istifadəsindədir. İddiaçıya torpaq sahəsinin verilməsinə əsas olan qərar Bakı İnzibati Məhkəməsində tərəflərindən mübahisələndirilmişdir. Bu məsələ hazırda Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3335/2025 saylı inzibati işində araşdırılır. Belə ki, hər iki tərəf Nərimanov Bələdiyyəsi tərəfindən bir-birilərinə verilmiş, yəni iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayonu, X1 rayonu, Ə.Rəcəbli küçəsi 38 ünvanında yerləşən 930 kv.m torpaq sahəsinin Cavabdeh adına verilməsi barədə qərar və cavabdeh tərəfindən isə xx.xx.2024-cü il tarixli 11 saylı protokoldan çıxarış mübahisələndirmişdir. Məhkəmə tərəfindən bu iş üzrə qərar qəbul edilmədən iddiaçının iddia tələbinin hazırda baxılması mümkünsüzdür. İddianın rədd edilməsini xahiş edir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə nümayəndələrə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır.
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinə X3 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
12. ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportuna əsasən tikilinin ümumi sahəsi 640,20 kv.metr, əsa sahə 629,10 kv.metr, köməkçi sahə 11,1 kv.metr təşkil edir.
13. Bakı şəhəri Nərimanov Rayonu Nərimanov Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli protokolundan çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 930 kv.m torpağa görə cavabdehin adına uzadılmış xx.xx.2024-cü il tarixli, 21 saylı torpaq icarə müqaviləsinin 2.5-ci maddəsinə əsasən xitam verilmişdir.
14. İddiaçı (icarəçi) ilə Nərimanov Bələdiyyəsi (icarəyəverən) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 02 saylı müqaviləyə görə ünvan 10 ünvanında yerləşən 672 kv.m qeyri-yaşayış sahəsi icarəçiyə 30 il - xx.xx.2035-ci il tarixinə kimi istifadəyə verilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9362 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Nərimanov Bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış ünvan 7 ünvanında yerləşən 672 kv.m torpaq sahəsinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin önündə yerləşən boş sahə olduğu və həmin torpaq sahəsinin baxış zamanı hasara alınmadığı müəyyən edilmişdir. Cavabdeh istifadəsində olan torpaq sahəsi ilə bağlı hər hansı sənəd (plan, sxem və.s) təqdim olunmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan ünvan 9, (Yeni qaydalarla AZ1052 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 640.2 kv.m olan qeyri-yaşayış sahəsinin 173 kv.m hissəsinin Cavabdeh oglu tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin texniki pasportunda qeyd olunan 1-2 saylı tikililər və həmin tikililərə bitişik 3 saylı tikilinin bir hissəsi, ümumilikdə 173 kv.m sahənin cavabdehin istifadəsində olmaqla mətbəx sahəsi kimi istifadə edilməsi müəyyən edilmişdir. Sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla: AZ1052, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinin dam hissəsində kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterlərinin quraşdırıldığı müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan ünvan 9 (yeni qaydalarla: AZ1052, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinin dam hissəsində quraşdırılmış Cavabdeh məxsus avadanlıqların və qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stablizatorunun (transformator), eyni zamanda qeyri-yaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının İddiaçı öz qeyri-yaşayış sahəsindən istifadə etməsinə hər hansı maneənin yaradıb-yaratması məsələsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir.
16. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Məhkəmə iddianı ünvan 9 (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş 173 kvadrat metr hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçıya qaytarılması hissəsində əsaslı hesab edir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 9 (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 640.20 kv.metr) iddiaçının xüsusi mülkiyyətindədir.
19. İddiaçı həmin sahənin 173 kvadrat metr hissəsinin cavabdehin faktiki sahiblik və istifadəsində olduğunu nəzərə alaraq həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir.
20. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9362 nömrəli ekspert rəyinə əsasən iddiaçının mülkiyyətində olan ümumi sahəsi 640.2 kv.m olan qeyri-yaşayış sahəsinin 173 kv.m hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi təsbit edilmiş, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin texniki pasportunda qeyd olunan 1-2 saylı tikililər və həmin tikililərə bitişik 3 saylı tikilinin bir hissəsi, ümumilikdə 173 kv.m sahənin cavabdehin istifadəsində olmaqla mətbəx sahəsi kimi istifadə edilməsi müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
25. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Cavabdeh tərəfindən məhkəməyə mübahisəli 173 kv.m sahəyə dair hər hansı əmlak hüququnun olmasını təsdiq edə bilən sübut təqdim edilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
28. Məhkəmə iddianı ikinci, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqlar: kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterlərinin cavabdehin hesabına sökülməsi hissəsində də əsaslı hesab edir.
29. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/9362 nömrəli ekspert rəyinə əsasən ümumi sahəsi 640,2 kv.m olan qeyri-yaşayış sahəsinin dam hissəsində kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterlərinin quraşdırıldığı müəyyən edilmişdir.
30. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 həmin avadanlıqların cavabdehə məxsus olmasını təsdiq etmişdir.
31. Məhkəmə araşdırması ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 173 kv.m hissəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsində olması müəyyən edildiyindən hazırda iddiaçı həmin sahənin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqların cavabdehin hesabına sökülməsini tələb etməklə haqlıdır.
32. Məhkəmə iddianı üçüncü, iddiaçının mülkiyyətində olan əmlakın qarşısında yerləşən və icarə müqaviləsinə əsasən iddiaçının istifadəsinə verilmiş torpaq sahəsindəki avtomobillərin çıxarılaraq torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi və iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin maneəsiz giriş-çıxışının təmin edilməsi məqsədilə qeyriyaşayış sahəsinin girişinin qarşısında nəqliyyat vasitələrinin saxlanılmasının cavabdehə qadağan edilməsi hissəsində əsassız hesab edir.
33. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
35. İddia ərizəsində iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin qarşısını cavabdeh və ona məxsus iaşə obyektinə gələn avtomobillərin zəbt edərək sərbəst giriş-çıxışı məhdudlaşdırdığını göstərsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin girişinin qarşısında cavabdehin nəqliyyat vasitə(lər)ini saxlaması, bununla da iddiaçının öz qeyri-yaşayış sahəsindən istifadə etməsinə hər hansı maneəni yaratması müəyyən edilməmişdir.
36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığı üçün təmin edilməlidir.
37. Məhkəmə iddianı dördüncü, cavabdehə məxsus olmaqla iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun (transfarmatorunun) sökülərək təhlükəsiz əraziyə keçirilməsi hissəsində də əsassız hesab edir.
38. Belə ki, iddiaçı iddia ərizəsində ona məxsus əmlakın arxa girişinin qarşısında quraşdırılmış elektrik stabilizatorunun (transfarmatorunun) cavabdehə aid olduğunu iddia edir.
39. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasındakı izahatında həmin elektrik stabilizatorunun (transfarmatorunun) cavabdehə aid olmadığını bildirmişdir.
40. İddiaçı tərəfindən məhkəmə elektrik stabilizatorunun (transfarmatorunun) cavabdehə aid olmasını təsdiq edə biləcək hər hansı sübut təqdim edilməmişdir.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz.
42. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən ünvan 9 (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş 173 kvadrat metr hissəsinin hasarı sökülməklə boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılmalı, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin dam hissəsində quraşdırılmış cavabdehə məxsus avadanlıqlar: kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterləri cavabdehin hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
45. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 9 (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin zəbt edilmiş 173 (bir yüz yetmiş üç) kvadrat metr hissəsinin hasarı sökülməklə boşaldılaraq İddiaçı sahiblik və istifadəsinə qaytarılsın. İddiaçı məxsus ünvan 9 (Yeni qaydalarla: AZ 1052, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dam hissəsində quraşdırılmış Cavabdeh məxsus avadanlıqlar: kondisioner qurğuları, su çənləri, havalandırma qurğuları, su filterləri Cavabdeh hesabına sökülsün. Cavabdeh 80 (səksən) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova