Məhkəmə qərarları › İş №e-2-2(113)-5760/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5760/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5760/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ziyanın ödənilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 43412 (qırx üç min dörd yüz on iki) manat məbləğində ümumi zərər və borcun və 221 (iki yüz iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən (əvvəlki adı: “X2” MMC) alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“sifarişçi”) ilə “X2” ("xxxx") MMC arasında 530 nömrəli xx.xx.2017-ci il tarixli, 531 nömrəli xx.xx.2017-ci il tarixli, 532 nömrəli xx.xx.2017-ci il tarixli, 533 nömrəli xx.xx.2017-ci il tarixli, 18/40 nömrəli xx.xx.2018ci il tarixli, 19/43 nömrəli xx.xx.2019-cu il tarixli, 20/06 nömrəli 24 yanvar 2020-ci il tarixli, 21/05 nömrəli 14 yanvar 2021-ci il tarixli, 23/44 nömrəli 10 iyul 2023-cü il tarixli xidmət müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən icraçı sifarişçinin operatorlarının *2111, *2244, *3399, *6688, *2333, *4040, *7775, *9555, *9988 nömrələrinə qoşulmağı təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. Yuxarıda göstərilən müqavilələr üzrə müxtəlif vaxtlarda təqdim edilmiş hesab-fakturalara əsasən İddiaçı MMC tərəfindən ümumilikdə əvvəlcədən 4130 manat ödənişlər edilmişdir. Buna baxmayaraq, xidmətlərin göstərilməsi xx.xx.2025-ci il tarixində dayandırılmışdır. Halbuki cavabdeh dəfələrlə xidmətin göstərilməsində fasilələrin olmamasını və bütün xidmətlərin onlar tərəfindən həyata keçirildiyi səbəbindən yeni şirkət ilə hər hansı bir müqavilənin bağlanmaması ilə bağlı məktub göndərmişdir. Yuxarıda qeyd edilən nömrələrin yenidən aktiv olması üçün İddiaçı MMC "xxxx" MMC ilə 174/25 nömrəli, xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi bağlamış və əlavə olaraq qoşulma haqqı üçün 31860 (otuz bir min səkkiz yüz altmış) manat (ƏDV daxil) məbləğində pul ödəmişdir. Xidmətdə yaranmış fasilələrə görə İddiaçı MMC-yə 7422 (yeddi min dörd yüz iyirmi iki) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda “X2” MMC tərəfindən xidmətin dayandırılması səbəbindən İddiaçı MMC-yə ümumilikdə 39282 (otuz doqquz min iki yüz səksən iki) manat məbləğində zərər dəymişdir. 39282 (otuz doqquz min iki yüz səksən iki) manat məbləğində dəymiş zərər və tərəflər arasında mövcud olan müqavilə üzrə əvvəlcədən avans formasında ödənilmiş 4130 (dörd min yüz otuz) manat olmaqla, ümumilikdə 43412 (qırx üç min dörd yüz on iki) manat cavabdeh tərəfindən iddiaçıya ödəniməlidir. İddiaçı tərəfindən borcluya şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh MMC (əvvəlki adı: “X2” MMC) öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borc və zərər məbləğini geri qaytarmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 443.5, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 39282 (otuz doqquz min iki yüz səksən iki) manat məbləğində dəymiş zərər və tərəflər arasında mövcud olan müqavilə üzrə əvvəlcədən avans formasında ödənilmiş 4130 (dörd min yüz otuz) manat olmaqla, ümumilikdə 43412 (qırx üç min dörd yüz on iki) manat məbləğində pul vəsaiti və 221 (iki yüz iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən (əvvəlki adı: “X2” MMC) alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf əvvəlki tələbində mövcud olan qoşulma haqqının ödənilməsindən əlavə olaraq "xxxx" MMC-yə ödənilmiş aylıq abunə haqqını da (2340 + 18% = 2761,20 manat) tələb etməkdədir. Digər iddia tələbi kimi bu tələb də əsassız olduğundan iddianı qəbul etmir və bəyan edir ki, iddiaçının üçüncü şəxsə ödədiyi məbləğləri cavabdehdən tələb etməsi üçün heç bir əsas yoxdur. Əksinə təqdim edilən müqavilədən də göründüyü kimi, "xxxx" MMC və "xxxx" MMC müstəqil şəkildə, sərbəst iradələri ilə ƏDV daxil 31860 manat məbləğinə qoşulma haqqını, 2761,20 manat məbləğinə isə 6 ədəd OSSN nömrə üçün aylıq abunə haqqını razılaşmışlar. Cavabdeh MMC-nin bu məbləğləri iddiaçıya ödəmək öhdəliyi yoxdur. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin qismən, tərəflər arasında mövcud olan müqavilə üzrə əvvəlcədən avans formasında ödənilmiş məbləğin əsas borc hissəsində, yəni 3500 manat hissədə iddianı qəbul etdiyini, həmin məbləğin ƏDV hissəsi mübahisəli oduğundan qəbul etmədiyini bildirdi, iddia qalan hissədə isə əsasssız olduğundan təmin ediməməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2 Azerbaijan” MMC arasında xx.xx.2017-ci il tarixli, 530 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıdan sifarişçinin Əlavə 1-də qeyd olunan mobil və/və ya xətli telefon və/və ya poçt və ya e-poçt ünvanına vahid rabitə çıxışını nəzərdə tutan X2 Nömrəsinin (bundan sonra OSSN) qoşulmağını sifariş edir. "xxxx" bu müqavilədə göstərilmiş şərtlərlə xidmətləri göstərir, sifarişçi isə həmin xidmətlərin əvəzinə müvafiq ödənişlər edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 aydır və müddətin bitməsinə 30 gün qalmış sifarişçi tərəfindən xidmətin ləğvi barədə yazılı bildiriş verilməzsə, müqavilə 12 ay müddətinə uzadılmış sayılacaq. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan digər xidmətlərin qiyməti və onun ödənilməsi qaydası tərəflər arasında imzalanacaq bu müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavə 1-də müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay üçün 266,95 manat (iki yüz altmış altı manat doxsan beş qəpik) (OSSN-nin qoşulması, zəmanət haqqı və ƏDV daxil deyil) təşkil edir və icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilə bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən OSSN-nin qoşulması və aktivləşdirilməsi hər operator tərəfindən müqavilə imzalandıqdan və ilkin ödəniş (birinci ayın xidmət haqqı, OSSN-nin qoşulması, zəmanət haqqı) alındıqdan sonra 10 iş günü ərzində həyata keçiriləcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən OSSN-nin qoşulması, birinci ayın 15-dən sonra baş verdiyi halda birinci ayın xidmət haqqı adi aylar üçün xidmət haqqının 50%-ni təşkil edəcək. Aylıq ödəniş haqqı əvvəlcədən hər ayın əvvəlində həyata keçiriləcək. Aylıq hesab faktura verildiyi gündən sonra 10 gün ərzində icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilməlidir.

9. xx.xx.2017-ci il tarixli, 530 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə bağlanmış Əlavə 1-dən görünür ki, xidmətin başlama tarixi – xx.xx.2017-ci il, bitmə tarixi – xx.xx.2018-ci il, X2 nömrəsi - *2111, aylıq xidmət haqqı – 266,95 manat+ƏDV, ödənişə zəmanət 0 manat, qoşulma haqqı 300 manat + ƏDV, ödəniş sistemi (ayların sayı 6) – 1601,70 manat + ƏDV, ilkin ödəniş (sifariş imzalandıqda) – 1901,70 manat + ƏDV müəyyən edilmişdir.

10. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2 Azerbaijan” MMC arasında xx.xx.2017-ci il tarixli, 531 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıdan sifarişçinin Əlavə 1-də qeyd olunan mobil və/və ya xətli telefon və/və ya poçt və ya e-poçt ünvanına vahid rabitə çıxışını nəzərdə tutan X2 Nömrəsinin (bundan sonra OSSN) qoşulmağını sifariş edir. "xxxx" bu müqavilədə göstərilmiş şərtlərlə xidmətləri göstərir, sifarişçi isə həmin xidmətlərin əvəzinə müvafiq ödənişlər edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 aydır və müddətin bitməsinə 30 gün qalmış sifarişçi tərəfindən xidmətin ləğvi barədə yazılı bildiriş verilməzsə, müqavilə 12 ay müddətinə uzadılmış sayılacaq. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan digər xidmətlərin qiyməti və onun ödənilməsi qaydası tərəflər arasında imzalanacaq bu müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavə 1-də müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay üçün 266,95 manat (iki yüz altmış altı manat doxsan beş qəpik) (OSSN-nin qoşulması, zəmanət haqqı və ƏDV daxil deyil) təşkil edir və icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilə bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən OSSN-nin qoşulması və aktivləşdirilməsi hər operator tərəfindən müqavilə imzalandıqdan və ilkin ödəniş (birinci ayın xidmət haqqı, OSSN-nin qoşulması, zəmanət haqqı) alındıqdan sonra 10 iş günü ərzində həyata keçiriləcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən OSSN-nin qoşulması, birinci ayın 15-dən sonra baş verdiyi halda birinci ayın xidmət haqqı adi aylar üçün xidmət haqqının 50%-ni təşkil edəcək. Aylıq ödəniş haqqı əvvəlcədən hər ayın əvvəlində həyata keçiriləcək. Aylıq hesab faktura verildiyi gündən sonra 10 gün ərzində icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilməlidir.

11. xx.xx.2017-ci il tarixli, 531 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə bağlanmış Əlavə 1-dən görünür ki, xidmətin başlama tarixi – xx.xx.2017-ci il, bitmə tarixi – xx.xx.2018-ci il, X2 nömrəsi - *2244, aylıq xidmət haqqı – 266,95 manat+ƏDV, ödənişə zəmanət 0 manat, qoşulma haqqı 300 manat + ƏDV, ödəniş sistemi (ayların sayı 6) – 1601,70 manat + ƏDV, ilkin ödəniş (sifariş imzalandıqda) – 1901,70 manat + ƏDV müəyyən edilmişdir.

12. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2 Azerbaijan” MMC arasında xx.xx.2017-ci il tarixli, 532 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıdan sifarişçinin Əlavə 1-də qeyd olunan mobil və/və ya xətli telefon və/və ya poçt və ya e-poçt ünvanına vahid rabitə çıxışını nəzərdə tutan X2 Nömrəsinin (bundan sonra OSSN) qoşulmağını sifariş edir. "xxxx" bu müqavilədə göstərilmiş şərtlərlə xidmətləri göstərir, sifarişçi isə həmin xidmətlərin əvəzinə müvafiq ödənişlər edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 aydır və müddətin bitməsinə 30 gün qalmış sifarişçi tərəfindən xidmətin ləğvi barədə yazılı bildiriş verilməzsə, müqavilə 12 ay müddətinə uzadılmış sayılacaq. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan digər xidmətlərin qiyməti və onun ödənilməsi qaydası tərəflər arasında imzalanacaq bu müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavə 1-də müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay üçün 266,95 manat (iki yüz altmış altı manat doxsan beş qəpik) (OSSN-nin qoşulması, zəmanət haqqı və ƏDV daxil deyil) təşkil edir və icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilə bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən OSSN-nin qoşulması və aktivləşdirilməsi hər operator tərəfindən müqavilə imzalandıqdan və ilkin ödəniş (birinci ayın xidmət haqqı, OSSN-nin qoşulması, zəmanət haqqı) alındıqdan sonra 10 iş günü ərzində həyata keçiriləcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən OSSN-nin qoşulması, birinci ayın 15-dən sonra baş verdiyi halda birinci ayın xidmət haqqı adi aylar üçün xidmət haqqının 50%-ni təşkil edəcək. Aylıq ödəniş haqqı əvvəlcədən hər ayın əvvəlində həyata keçiriləcək. Aylıq hesab faktura verildiyi gündən sonra 10 gün ərzində icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilməlidir.

13. xx.xx.2017-ci il tarixli, 532 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə bağlanmış Əlavə 1-dən görünür ki, xidmətin başlama tarixi – xx.xx.2017-ci il, bitmə tarixi – xx.xx.2018-ci il, X2 nömrəsi - *3399, aylıq xidmət haqqı – 266,95 manat+ƏDV, ödənişə zəmanət 0 manat, qoşulma haqqı 300 manat + ƏDV, ödəniş sistemi (ayların sayı 6) – 1601,70 manat + ƏDV, ilkin ödəniş (sifariş imzalandıqda) – 1901,70 manat + ƏDV müəyyən edilmişdir.

14. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2 Azerbaijan” MMC arasında xx.xx.2017-ci il tarixli, 533 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıdan sifarişçinin Əlavə 1-də qeyd olunan mobil və/və ya xətli telefon və/və ya poçt və ya e-poçt ünvanına vahid rabitə çıxışını nəzərdə tutan X2 Nömrəsinin (bundan sonra OSSN) qoşulmağını sifariş edir. "xxxx" bu müqavilədə göstərilmiş şərtlərlə xidmətləri göstərir, sifarişçi isə həmin xidmətlərin əvəzinə müvafiq ödənişlər edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 aydır və müddətin bitməsinə 30 gün qalmış sifarişçi tərəfindən xidmətin ləğvi barədə yazılı bildiriş verilməzsə, müqavilə 12 ay müddətinə uzadılmış sayılacaq. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan digər xidmətlərin qiyməti və onun ödənilməsi qaydası tərəflər arasında imzalanacaq bu müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavə 1-də müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay üçün 266,95 manat (iki yüz altmış altı manat doxsan beş qəpik) (OSSN-nin qoşulması, zəmanət haqqı və ƏDV daxil deyil) təşkil edir və icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilə bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən OSSN-nin qoşulması və aktivləşdirilməsi hər operator tərəfindən müqavilə imzalandıqdan və ilkin ödəniş (birinci ayın xidmət haqqı, OSSN-nin qoşulması, zəmanət haqqı) alındıqdan sonra 10 iş günü ərzində həyata keçiriləcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən OSSN-nin qoşulması, birinci ayın 15-dən sonra baş verdiyi halda birinci ayın xidmət haqqı adi aylar üçün xidmət haqqının 50%-ni təşkil edəcək. Aylıq ödəniş haqqı əvvəlcədən hər ayın əvvəlində həyata keçiriləcək. Aylıq hesab faktura verildiyi gündən sonra 10 gün ərzində icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilməlidir.

15. xx.xx.2017-ci il tarixli, 533 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə bağlanmış Əlavə 1-dən görünür ki, xidmətin başlama tarixi – xx.xx.2017-ci il, bitmə tarixi – xx.xx.2018-ci il, X2 nömrəsi - *6688, aylıq xidmət haqqı – 266,95 manat+ƏDV, ödənişə zəmanət 0 manat, qoşulma haqqı 300 manat + ƏDV, ödəniş sistemi (ayların sayı 6) – 1601,70 manat + ƏDV, ilkin ödəniş (sifariş imzalandıqda) – 1901,70 manat + ƏDV müəyyən edilmişdir.

16. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2 Azerbaijan” MMC arasında xx.xx.2018-ci il tarixli, 18/40 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi icraçıdan sifarişçinin Əlavə 1-də qeyd olunan mobil və/və ya xətli telefon və/və ya poçt və ya e-poçt ünvanına vahid rabitə çıxışını nəzərdə tutan X2 Nömrəsinin (bundan sonra OSSN) qoşulmağını sifariş edir. "xxxx" bu müqavilədə göstərilmiş şərtlərlə xidmətləri göstərir, sifarişçi isə həmin xidmətlərin əvəzinə müvafiq ödənişlər edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin müddəti 12 aydır və müddətin bitməsinə 30 gün qalmış sifarişçi tərəfindən xidmətin ləğvi barədə yazılı bildiriş verilməzsə, müqavilə 12 ay müddətinə uzadılmış sayılacaq. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulmayan digər xidmətlərin qiyməti və onun ödənilməsi qaydası tərəflər arasında imzalanacaq bu müqavilənin ayrılmaz hissəsi hesab edilən Əlavə 1-də müəyyən olunur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı hər ay üçün 350 (üç yüz əlli) manat (OSSN-nin qoşulması, zəmanət haqqı və ƏDV daxil deyil) təşkil edir və icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilə bilər. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən OSSN-nin qoşulması və aktivləşdirilməsi hər operator tərəfindən müqavilə imzalandıqdan və ilkin ödəniş (birinci ayın xidmət haqqı, OSSN-nin qoşulması, zəmanət haqqı) alındıqdan sonra 10 iş günü ərzində həyata keçiriləcək. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən OSSN-nin qoşulması, birinci ayın 15-dən sonra baş verdiyi halda birinci ayın xidmət haqqı adi aylar üçün xidmət haqqının 50%-ni təşkil edəcək. Aylıq ödəniş haqqı əvvəlcədən hər ayın əvvəlində həyata keçiriləcək. Aylıq hesab faktura verildiyi gündən sonra 10 gün ərzində icraçının bu müqavilədə göstərilmiş hesablaşma hesabına və ya nağd şəkildə ödənilməlidir.

17. xx.xx.2018-ci il tarixli, 18/40 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləyə bağlanmış Əlavə 1-dən görünür ki, xidmətin başlama tarixi – xx.xx.2018-ci il, X2 nömrəsi - *2333, aylıq xidmət haqqı – 350 manat+ƏDV, ödənişə zəmanət 0 manat, qoşulma haqqı 300 manat + ƏDV, ödəniş sistemi (ayların sayı 6) – 2100 manat + ƏDV, ilkin ödəniş (sifariş imzalandıqda) – 2400 manat + ƏDV müəyyən edilmişdir.

18. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2” MMC arasında xx.xx.2019-cu il tarixli, 19/43 nömrəli OSS nömrəsinin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilənin 2.3-cü bəndində qeyd olunan operatorlarının *4040 X2 Nömrəsinə (bundan sonra OSSN və OSS Nömrəsi) qoşulmağını təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişlər etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq abunə haqqı ƏDV xaric olmaqla 350 (üç yüz əlli) manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə OSS nömrəsinin 2.2. bənddə göstərilən stasionar və ya mobil operatorlara qoşulması üçün ödəniş ƏDV xaric olmaqla 300 (üç yüz) manat təşkil edir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən zəmanət ayı üçün ödəniş ƏDV xaric olmaqla 350 (üç yüz əlli) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə üzrə ödəniləcək birdəfəlik məbləğ, yəni 5.1, 5.2 və 5.3 bəndləri üzrə ƏDV xaric olmaqla 1000 (bir min) manat təşkil edir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən sifariçi elektron-qaimə faktura təqdim olunduqdan sonrakı 10 iş günü ərzinə ödəniş həyata keçirməlidir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.7-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

19. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2” MMC arasında xx.xx.2020-ci il tarixli, 20/06 nömrəli OSS nömrəsinin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilənin 2.3-cü bəndində qeyd olunan operatorlarının *7775 X2 Nömrəsinə (bundan sonra OSSN və OSS Nömrəsi) qoşulmağını təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişlər etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq abunə haqqı ƏDV xaric olmaqla 350 (üç yüz əlli) manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə OSS nömrəsinin 2.2. bənddə göstərilən stasionar və ya mobil operatorlara qoşulması üçün ödəniş ƏDV xaric olmaqla 300 (üç yüz) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifariçi elektron-qaimə faktura təqdim olunduqdan sonrakı 10 iş günü ərzində ödəniş həyata keçirməlidir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

20. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2” MMC arasında xx.xx.2021-ci il tarixli, 21/05 nömrəli OSS nömrəsinin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilənin 2.2-ci bəndində qeyd olunan operatorlarının *9555 X2 Nömrəsinə (bundan sonra OSSN və OSS Nömrəsi) qoşulmağını təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişlər etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə 12 aylıq abunə haqqı ƏDV xaric olmaqla 4200 (dörd min iki yüz) manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə OSS nömrəsinin 2.2. bənddə göstərilən stasionar və ya mobil operatorlara qoşulması üçün ödəniş ƏDV xaric olmaqla 300 (üç yüz) manat təşkil edir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən sifariçi elektron-qaimə faktura təqdim olunduqdan sonrakı 10 iş günü ərzinə ödəniş həyata keçirməlidir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.6-cı bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

21. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində “X2” MMC arasında xx.xx.2023-cü il tarixli, 23/44 nömrəli OSS nömrəsinin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin müqavilənin 2.2-ci bəndində qeyd olunan operatorlarının *9988 X2 Nömrəsinə (bundan sonra OSSN və OSS Nömrəsi) qoşulmağını təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişlər etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə üzrə 12 aylıq abunə haqqı ƏDV xaric olmaqla 600 (altı min) manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə OSS nömrəsinin 2.2. bənddə göstərilən stasionar və ya mobil operatorlara qoşulması üçün ödəniş ƏDV xaric olmaqla 320 (üç yüz iyirmi) manat təşkil edir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən sifariçi elektron-qaimə faktura təqdim olunduqdan sonrakı 10 iş günü ərzinə ödəniş həyata keçirməlidir. Həmin müqavilənin 5.4-ci bəndinə əsasən müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq.

22. Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli, 174/25 nömrəli OSS nömrəsinin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında bu müqavilənin 2.2-ci bəndində qeyd olunan operatorlarının *2111 *4040 *6688 *2244 *7775 *9555 OSS Nömrələrinin qanunvericiliklə qadağan edilməyən kommersiya və digər fəaliyyət məqsədilə istifadəsi üçün qoşulmağmı təmin etməyi (bundan sonra xidmətlər), sifarişçi isə icraçı tərəfindən göstərilən həmin xidmətlərin əvəzində bu Müqavilə və ya onun Əlavə(lər)si ilə müəyyən olunmuş qaydada razılaşdırılmış məbləğdə haqqın icraçıya ödənilməsini təmin etməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilənin 2.1-ci bəndi üzrə göstərilən xidmətlər üzrə hesablaşmalar aşağıdakı qaydada aparılır: 4.1.1. Bu Müqaviləyə əsasən icraçı tərəfindən göstərilən xidmətlər üzrə hər bir OSSN üçün aylıq abunə haqqı ƏDV xaric 390 (üç yüz doxsan) manat (bundan sonra “abunə haqqı”) təşkil edir. 4.1.2. Bu Müqavilə üzrə OSS Nömrələrinin 2.2-ci bənddə göstərilən stasionar və ya mobil operatorlara qoşulması ƏDV xaric xidmət haqqı aşağıdakı kimi (bundan sonra “qoşulma haqqı”) təşkil edir; 1) *2111 – 5500 manat; 2) *7775 – 5500 manat; 3) *9555 – 5500 manat; 4) *4040 – 3500 manat; 5) *6688 – 3500 manat; 6) *2244 – 3500 manat. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçinin sorğusu əsasında icraçı tərəfindən dəyişdirilən hər bir alt nömrə üçün xidmət haqqı ƏDV xaric 300 (üç yüz) manat (bundan sonra “transfer haqqı”) təşkil edir.

23. xx.xx.2025-ci il tarixli müqaviləyə əlavədən (qiymət razılaşma protokolu) görünür ki, tərəflər 1) *2111, miqdarı 1 – 5500 manat; 2) *7775, miqdarı 1 – 5500 manat; 3) *9555, miqdarı 1 – 5500 manat; 4) *4040, miqdarı 1 – 3500 manat; 5) *6688, miqdarı 1 – 3500 manat; 6) *2244, miqdarı 1 – 3500 manat; 7) 6 OSSN üçün aylıq abunə haqqı miqdarı – 6, vahdin qiyməti – 350 manat, məbləği 2340 manat olmaqla, cəmi 29340 manat + ƏDV 5281,20 manat olmaqla, ümumilikdə 34621,20 manat məbləğ barədə razılığa gəlmişlər. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. Sifarişçi qismində İddiaçı MMC ilə rabitə müəssisəsi qismində "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli, 18/17 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə rabitə müəssisəsi tərəfindən sifarişçinin müraciəti əsasında onun ünvan 1 ünvanında yerləşən ofisinə rabitə müəssisəsinə məxsus quraşdırılmış avadanlıqlar vasitəsilə telefon rabitə xidmətlərinin təşkili məsələlərini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə qiymətlər müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-ə əsasən tənzimlənir.

25. Cavabdeh MMC tərəfindən X1 Məsuliyyətli Cəmiyyətinin xidmət göstərdiyi bütün abunəçilərə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, daxil olan çoxsaylı sorğulara tərəflərindən münasibət bildirilməsi zərurətini nəzərə alaraq bildirilir ki, “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanmış 09 fevral 2011-ci il tarixli “nömrə resurslarının ayrılması və istifadəsi barədə” müqavilə hal-hazırda qüvvədədir. Həmin müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 09 nömrəli. 12 aprel 2006-cı il tarixli qərarına uyğun olaraq illik 2000 manat ödəniş cəmiyyət tərəfindən həyata keçirilməkdədir. Məlumat üçün qeyd edilir ki, 2025-ci il üzrə ödənişin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məsul şəxsləri - aparat rəhbərinin müavini Asif İsmayılov və Maliyyə şöbəsinin müdir müavini İlqar Mustafayev tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli, 64 nömrəli hesab-faktura əsasında xx.xx.2025-ci il tarixində X2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2000 manat ödəniş həyata keçirilmişdir (müvafiq olaraq hesab-fakturanın və ödəniş tapşırığının surətləri qoşmada təqdim edilir). Bunlarla yanaşı, qeyd etmək vacib hesab edilir ki, cəmiyyət tərəfindən mobil və stasionar operatorlarla imzalanmış bütün müqavilələr də qüvvədədir. Tərəfdaşlara xidmət göstərmək üçün bütün texniki və hüquqi imkanlara sahibdirlər. Müqavilə bağlayan tərəflərin iradəsi xaricində onların hüquqlarının və öhdəliklərinin üçüncü şəxsə ötürülməsi qanunvericiliklə yolverilməzdir. Tərəfdaşlarla imzaladıqları bütün müqavilələr üzrə öhdəliklərin mümkün olan ən yaxşı formada yerinə yetirilinəsi üçün işləri davam etdirməkdədirlər. Razılıqları xaricində müqavilə üzrə hüquqlarının və öhdəliklərin ötürülməsinə dair qanunsuz cəhdlərə qarşı qanunvericiliyin verdiyi imkanlar daxilində mübarizə aparacaqlarını və bütün prosesləri yaxından izlədiklərini yüksək diqqətinizə çatdırmaqla müraciət edənlərdən səlahiyyətlərini təsdiq edən müvafiq sənədləri (nizamnamə, dövlət reyestrindən çıxarış, müqavilələr, ödəniş tapşırıqları, hesab-faktura və s.) tələb etməkləriniz tövsiyə edilir.

26. Cavabdeh MMC tərəfindən “X1 Məsuliyyətli Cəmiyyətinin” xidmət göstərdiyi bütün abunəçilərə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 9 fevral 2011-ci il tarixindən cəmiyyətə ayrılmış ulduz işarəsi ilə başlayan dördrəqəmli nömrə resurslarını 2025-ci il 10 fevral tarixindən “Fast Solutions" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmişdir. Bunun mövcud qanunvericiliyə və beynəlxalq təcrübəyə zidd olduğunu və hüquqlarının pozulduğunu hesab etdiklərindən cəmiyyət tərəfindən Nazirliyə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. İş üzrə məhkəmə araşdırma prosesləri davam etməkdədir. Təəssüflə qeyd edilir ki, hazırda xidmətin tam texniki təminatını tərəflərindən təqmin etməkdə süni çətinliklər mövcuddur. Baxmayaraq ki, xidmətin texniki olaraq hələ də əsas təminatçısıdırlar, məhkəmə prosesləri davam etdiyi müddətcə tərəfdaşlara hər hansı bir məhdudiyyət tətbiq edilməyəcək və üzərlərinə düşən texniki dəstəyi təmin edəcəklər. Dəyərli tərəfdaş, bu səbədən məhkəmə prosesləri davam etdiyi müddətdə xidmətlə bağlı tam texniki təminatı təmin etmək üçün alternativ xidmətdən istifadəni nəzərdən keçirə bilərlər. Qeyd edilir ki, əvvəlki qaydada xidmət göstərməkləri üçün bütün hüquqi imkanlardan istifadə etməyə davam edəcəklər. Bu müddət ərzində onlarla əməkdaşlıq etdiyiniz və bu ana qədər həmrəylik göstərdiyiniz üçün təşəkkür edilir.

27. Cavabdeh MMC tərəfindən Cavabdeh xidmət göstərdiyi bütün abunəçilərə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra “Nazirlik”) tərəfindən X2 MMC-yə (hazırkı adı: Star Nıımber MMC) ayrılmış ulduz (“*") işarəsi ilə başlayan dördrəqəmli nömrə resurslarının geri alınmasına dair 06 fevral 2025-ci il tarixli, 3-27/3-6-1/2025 saylı qərar qəbul edilmişdir. Cəmiyyətə məxsus olan dördrəqəmli nömrə resursları 10 fevral 2025-ci il tarixindən etibarən Nazirlik tərəfindən “Fast Solutions“ Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Tərəflərindən bu xüsusatın mövcud qanunvericiliyə zidd olduğu, habelə bu qərarla hüquqlarının pozulduğu əsas gətirilərək, Nazirliyə qarşı “qərarın ləğvi-" tələbi ilə məhkəməyə müraciət edilmişdir. Eyni zamanda məhkəmə mübahisəsi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Nazirlik tərəfindən qəbul edilmiş qərarın icrasının dayandırılması məqsədilə də məhkəməyə müraciət edilmişdir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 sentyabr 2025-ci il tarixli, 15(102)-271/2025 nömrəli qərardadı ilə Nazirliyin 06 fevral 2025ci il tarixli, 3-27/3-6-1/2025 nömrəli qərarının icrasının dayandırılması barədə qərar qəbul edilmişdir. Hal-hazırda nömrə resurslarından istifadə hüququ "Star Nıımber“ MMC-yə məxsusdur və məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsində davam etməkdədir. Eyni zamanda diqqətə çatdırılır ki, “Star Number“ MMC nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı hüquqi imkanlara tam sahibdir və texniki imkanlara malik olmaq və texniki dəstək almaq üzrə də fəaliyyəti davam etdirməkdədirlər. Bu səbəbdən, hüquqi vəziyyəti və yuxarıda qeyd olunanları nəzərə alaraq rica edilir ki, cari ilin sentyabr ayı üzrə ödənişləri "xxxx" şirkətinə etməyəsiniz. Cavabdeh MMC olaraq, tərəfdaşlarla imzalanmış müqavilələr üzrə öhdəlikləri hər zaman ən yüksək səviyyədə yerinə yetirmək məqsədilə fəaliyyəti davam etdirilir. Əməkdaşlığınıza görə təşəkkür edir, qarşılıqlı etimada əsaslanan işbirliyimizin davamlı olacağına inanırlar.

28. 29 avqust 2025-ci il tarixli, ******* nömrəli maliyyə arayışında (ödənilmiş avans barədə) görünür ki, xx.xx.2023-cü il tarixli, 23/44 nömrəli üzrə *9988 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 2065 manat; xx.xx.2018-ci il tarixli, 18/40 nömrəli üzrə *2333 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 619,50 manat; xx.xx.2017-ci il tarixli, 532 nömrəli üzrə *3399 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat; xx.xx.2019-cu il tarixli, 19/43 nömrəli üzrə *4040 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 619,50 manat; xx.xx.2017-ci il tarixli, 530 nömrəli üzrə *2111 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat; xx.xx.2017-ci il tarixli, 533 nömrəli üzrə *6688 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 208,50 manat; xx.xx.2017-ci il tarixli, 531 nömrəli üzrə *2244 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat olmaqla, ümumilikdə 4130 manat təşkil edir.

29. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11785501 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7080 manat (ƏDV daxil) təşkil edir.

30. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11785870 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2478 manat (ƏDV daxil) təşkil edir.

31. xx.xx.2024-cü il tarixli, MT2410 seriyalı, 11761384 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9912 manat (ƏDV daxil) təşkil edir.

32. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11929812 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2478 manat (ƏDV daxil) təşkil edir.

33. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 11931344 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X2” MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2478 manat (ƏDV daxil) təşkil edir.

34. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2024-cü il tarixli, 216İNTL242140507 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X2 MMC-nin ******************** nömrəli hesabına 2100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2024 MT2407 № 1178587” qeyd edilmişdir.

35. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2024-cü il tarixli, 216İNTL242141001 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X2 MMC-nin ******************** nömrəli hesabına 6000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2024 MT2407 № 11785501” qeyd edilmişdir.

36. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2024-cü il tarixli, 216OPXO243060096 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X2 MMC-nin AZ59AİİB400400H**********229 nömrəli hesabına 8400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2024 MT2410 11761384 ve xx.xx.2017 tarixli 530, 531, 532 ve 533 saylı müqavilələr” qeyd edilmişdir.

37. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2024-cü il tarixli, 216OPXO243520579 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X2 MMC-nin AZ59AİİB400400H**********229 nömrəli hesabına 2100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2024 MT2411 11931344 ve xx.xx.2019 tarixli 19/43 saylı müqaviləyə əsasən” qeyd edilmişdir.

38. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2024-cü il tarixli, 216OPXO243520062 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən X2 MMC-nin AZ59AİİB400400H**********229 nömrəli hesabına 2100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2024 MT2411 11929812 ve xx.xx.2018 tarixli 18/40 saylı müqaviləyə əsasən” qeyd edilmişdir.

39. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2025-ci il tarixli, 216OPXO251060027 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ73AZRT******************** nömrəli hesabına 29340 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində “xx.xx.2025 il tarixli 174/25 saylı müqaviləyə əsasən” qeyd edilmişdir.

40. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********167575 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən X2 MMC-nin (VÖEN: **********) hesabına 378 manat məbləğində ödəniş edilmişdir.

41. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********168177 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən X2 MMC-nin (VÖEN: **********) hesabına 1080 manat məbləğində ödəniş edilmişdir.

42. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********515655 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən X2 MMC-nin (VÖEN: **********) hesabına 1512 manat məbləğində ödəniş edilmişdir.

43. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********241980 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMC-nin (VÖEN: **********) hesabına 378 manat məbləğində ödəniş edilmişdir.

44. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********241890 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən Cavabdeh MMC-nin (VÖEN: **********) hesabına 378 manat məbləğində ödəniş edilmişdir.

45. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, **********320576 nömrəli köçürmənin aparılması haqqında bildirişdən müəyyən edilir ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 5281,20 manat məbləğində ödəniş edilmişdir.

46. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edillmiş xx.xx.2025-ci il tarixli, 205OPXO250161019 nömrəli ödəniş tapşırığından görünür ki, X2 MMC tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZ48CTRE******************** nömrəli hesabına 2000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

47. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15(103)-392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 20 fevral 2025ci il tarixli, 15(112)-65/2025 saylı qərardadının ləğv edilməsi, ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-27/3-6-1/2025 saylı qərarın icrasının abunəçilərə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş siyahıda olan 426 nömrə resurslarına münasibətdə dayandırılması qərara alınmışdır.

48. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2721/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi tələbinə dair iddia ilə məkhəməyə müraciət etmiş və sözügedən qətnamə ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “bildirişin etibarsız hesab edilməsi, müqavilə müddətinin uzadılması, öhdəliklərin icra edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir.

49. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6557/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddia ilə müraciət etmiş, sözügedən qərar ilə iddia təmin edilməmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(102)-271/2025 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 15(103)- 140/2025 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

51. İş materiallarına xx.xx.2025-ci il tarixə kimi xidmət göstərilən ulduz nömrələr və partnyorlar üzrə siyahı adlı sənəd əlavə edilmişdir.

52. İddiaçı MMC tərəfindən “X2” MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli pretenziya məktubundan müəyyən olunur ki, qeyd olunan məbləğlərin 5 təqvim günü ərzində tam ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

55. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xidmət müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən icraçı sifarişçinin operatorlarının *2111, *2244, *3399, *6688, *2333, *4040, *7775, *9555, *9988 nömrələrinə qoşulmağı təmin etməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişləri etməyi öz öhdəsinə götürmüşdür. İcraçı sifarişçini *2111, *2244, *3399, *6688, *2333, *4040, *7775, *9555, *9988 nömrələrinə qoşulmağını təmin etmiş, sifarişçi isə həmin xidmətlərin əvəzində müvafiq ödənişləri həyata keçirmişdir. İcraçı tərəfindən xx.xx.2025-ci il tarixində xidmətlərin göstərilməsi dayandırılmışdır. Həmçinin yuxarıda göstərilən müqavilələr üzrə müxtəlif vaxtlarda təqdim edilmiş hesab-fakturalara əsasən İddiaçı MMC tərəfindən cavabdehin hesabına ümumilikdə əvvəlcədən avans olaraq 4130 manat ödəniş edilmişdir.

56. İddia tələbinin bir hissəsini cavabdehdən tərəflər arasında mövcud olan müqavilə üzrə əvvəlcədən avans formasında ödənilmiş 4130 (dörd min yüz otuz) manat pulun tutulması təşkil edir.

57. Ödənilmiş avans barədə 29 avqust 2025-ci il tarixli, ******* nömrəli maliyyə arayışından da görünür ki, xx.xx.2023-cü il tarixli, 23/44 nömrəli üzrə *9988 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 2065 manat; xx.xx.2018-ci il tarixli, 18/40 nömrəli üzrə *2333 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 619,50 manat; xx.xx.2017-ci il tarixli, 532 nömrəli üzrə *3399 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat; xx.xx.2019-cu il tarixli, 19/43 nömrəli üzrə *4040 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 619,50 manat; xx.xx.2017-ci il tarixli, 530 nömrəli üzrə *2111 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat; xx.xx.2017-ci il tarixli, 533 nömrəli üzrə *6688 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 208,50 manat; xx.xx.2017-ci il tarixli, 531 nömrəli üzrə *2244 qısa nömrəsinə görə xx.xx.2025-xx.xx.2025 dövr üzrə 206,50 manat olmaqla, ümumilikdə 4130 manat ödəniş edilmişdir.

58. İddia tələbinin göstərilən hissəsi ilə bağlı qeyd edilir ki, cavabdeh tələbi 3500 manat hissədə qəbul etdiklərini, həmin məbləğin ƏDV hissəsinin, yəni 630 manat hissəsinin ödənişi mübahisəli oduğundan qəbul etmədiyini bildirərək, iddianın 3500 manat hissədə təmin edilməsinə etiraz etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından qeyd edilən avans məbləğin ödənildiyi təsdiqini tapmış, eyni zamanda cavabdeh avans məbləğin ödənilməsini mübahisələndirməmişdir. Eyni zamanda 3500 manat məbləğin ƏDV hissəsinin, yəni 630 manat hissəsinin iddiaçı tərəfindən ödənilməsinə dair müvafiq qaydada olan ödəniş sənədləri məhkəməyə təqdim edilmişdir.

59. Odur, məhkəmə iddia tələbinin hazırkı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və Cavabdeh MMC-dən avans olaraq ödənilmiş 4130 (3500+630=4130) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

60. İddia tələbinin bir hissəsini də cavabdehdən 39282 (otuz doqquz min iki yüz səksən iki) manat məbləğində dəymiş zərərin tutulması təşkil edir.

61. İşin hallarından göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi bağlanmış və iddiaçı tərəfindən yeni müqavilə tərəfinə qoşulma haqqı üçün 31860 (otuz bir min səkkiz yüz altmış) manat (ƏDV daxil) məbləğində pul ödənilmişdir. İddiaçı həmçinin iddia etmişdir ki, xidmətdə yaranmış fasilələrə görə İddiaçı MMC-yə 7422 (yeddi min dörd yüz iyirmi iki) manat və beləliklə, “X2” MMC tərəfindən xidmətin dayandırılması səbəbindən İddiaçı MMC-yə ümumilikdə 39282 (31860+7422=39282) manat məbləğində zərər dəymişdir. İddiaçı hesab etmişdir ki, həmin məbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır.

62. Cavab tərəf isə iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının üçüncü şəxsə ödədiyi məbləğləri cavabdehdən tələb etməsi üçün heç bir əsas yoxdur. Əksinə təqdim edilən müqavilədən də göründüyü kimi, "xxxx" MMC və "xxxx" MMC müstəqil şəkildə, sərbəst iradələri ilə ƏDV daxil 31860 manat məbləğində qoşulma haqqını, 2761,20 manat məbləğinə isə 6 ədəd OSSN nömrə üçün aylıq abunə haqqının ödənilməsi barədə razılaşmışlar. Cavabdeh MMC-nin bu məbləğləri iddiaçıya ödəmək öhdəliyi yoxdur.

63. Məhkəmə iddia tələbini həmin hissədə əsassız, cavabdehin etirazını əsaslı sayaraq belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin edilməməlidir.

64. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumununa görə 221 manat cavabdehdən tutulmasını xahiş etmişdir.

65. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən avans olaraq ödənilmiş 4130 (dörd min yüz otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat olmaqla, ümumilikdə 4151 (dörd min yüz əlli bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar